Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2075/2025 12.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdehnə (bundan sonra mətndə "xxxx" MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ikinci mərtəbəsində, ümumi sahəsi 61.78 kv.m. təşkil edən, GF 025 kodu ilə işarələnmiş qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2022-ci il tarixli, 22/220 №-li Müqavilə üzrə 28 fevral 2023-cü il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 5,901.76 AZN (beş min doqquz yüz bir Azərbaycan manatı, yetmiş altı qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 79.02 AZN (yetmiş doqquz Azərbaycan manatı, iki qəpik) məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 5,980.78 AZN (beş min doqquz yüz səksən Azərbaycan manatı, yetmiş səkkiz qəpik) məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Cavabdeh MMC (bundan sonra “Cavabdeh”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 ünvanında yerləşən əmlak kompleksinin 2-ci mərtəbəsində, ümumisahəsi 61.78 kv.m. təşkiledən, GF 025 kodu ilə işarələnmiş qeyri-yaşayış sahəsinin (“İcarəyə Verilən Əmlak(lar)”) icarəyə verilməsi haqqında 29 aprel 2022-ci il tarixli, 22/220 №-li Müqavilən(bütün əlavələri ilə birlikdə, bundan sonra “İcarə Müqaviləsi”) imzalanmışdır. Həmçinin Tərəflər arasında İcarə Müqaviləsinə dair 04 oktyabr 2022-ci il tarixli Əlavə Razılaşma (bundan sonra “Əlavə Razılaşma”) imzalanmaqla İcarə Müqaviləsinin müvafiq şərtlərinə əlavə və dəyişikliklər edilmişdir. İcarəyə Verilən Əmlak(lar) Əlavə Razılaşma ilə yeni redaksiyada verilmiş İcarə Müqaviləsinin 2.1-ci bəndinə əsasən İcarəyə Verilən Əmlak(lar)ın vəziyyətini, o cümlədən, həmin əmlaklara aid əşya və avadanlıqların siyahısını və digər müvafiq məlumatları özündə əks etdirən 01 iyun 2022-ci il tarixli Təhviltəslim aktı əsasında 01 iyun 2022-ci il tarixində (bundan sonra “Təhvil verilmə tarixi”) Cavabdehə təhvil verilmiş və İcarəyə Verilən Əmlak(lar)da həyata keçiriləcək kommersiya fəaliyyətinin inkişafına dəstək (reklam, marketinq, müştəricəlb edilməsi və digər müvafiq fəaliyyət ilə əlaqədar) məqsədi ilə Cavabdehdən Təhvil verilmə tarixindən etibarən 01 noyabr 2022-ci il tarixinədək (bundan sonra “Başlama Tarixi”) İcarə Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqların ödənişinə möhlət verilmiş və həmin müddət ərzində Cavbdehdən müvafiq haqlar tutulmamışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə əsasən Başlama Tarixi kimi nəzərdə tutulmuş 01 noyabr 2022-ci il tarixindən etibarən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarə Müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 1,758.64 AZN (bir min yeddi yüz əlli səkkiz Azərbaycan manatı, altmış dörd qəpik) aylıq İcarə Haqqı, ƏDV xaric 617.80 AZN (altı yüz on yeddi Azərbaycan manatı, səksən qəpik) aylıq İdarəetmə və istismar xidmətləri üzrə haqq, ƏDV xaric 123.56 AZN (bir yüz iyirmi üç Azərbaycan manatı, əlli altı qəpik)a ylıq Mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 2,500.00 AZN (iki min beş yüz Azərbaycan manatı, 00 qəpik) aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh İcarəyə Verilən Əmlak(lar)da İcarə Müddəti, o cümlədən X5 ərzində istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması (müvafiq kommunal xidmətlərə görə haqlar İddiaçı tərəfindən ödənildiyi təqdirdə) öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən Müqavilənin 3.2-ci bəndi ilə Cavabdehə aid edilən xərclər İcarə Müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar Cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.9-cu bəndinə əsasən həmin Müqavilə ilə nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cariayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cariayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 2 (iki) iş günü ərzində həyata keçirilərək, Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesabfaktura və digər təsdiqedicisənədlər əsasında vaxtlı-vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.2-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, İddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində Cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeylimiqdarda ziyan vurulmuşdur. Qeyd etmək istərdik ki, Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin davamlı şəkildə icra edilməməsi ilə bağlı gələcəkdə daha böyük həcmdə borc məbləğinin toplanmasının qarşısını almaq niyyəti ilə İcarə Müqaviləsinə 28 fevral 2023-cü il tarixində xitam verilməsi qərarına gəlinmiş, müqavilənin ləğvinin rəsmiləşdirilməsi məqsədilə daha əvvəl əməkdaşlıq münasibətlərindən irəli gələrək İddiaçı tərəfindən ikitərəfli xitam razılaşmasının layihəsi Cavabdehə göndərilmiş, lakin dəfələrlə xatırlatmaların verilməsinə baxmayaraq hər dəfə ikitərəfli xitam razılaşmasının imzalanması müxtəlif bəhanələrlə gecikdirilmiş, Xitam tarixindən kifayət qədər müddət keçsə də, ikitərəfli xitam razılaşmasının Cavabdeh tərəfindən imzalanması təmin edilməmiş və faktiki olaraq razılaşmanın imzalanmasından imtina edilmişdir. Yuxarıda göstərilən səbəbdən dolayı İcarə Müqaviləsinin ləğvinin rəsmiləşdirilməsi məqsədilə Cavabdehə 30 dekabr 2023-cü il tarixli, FMG01/25/339 №-li Xitam və Pretenziya bildirişi ilə müraciət edilmiş və İcarə Müqaviləsinə həmin müqavilənin 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 28 fevral 2023-cü il tarixində (bundan sonra “Xitam tarixi”) İddiaçının tələbi ilə birtərəfli qaydada xitam verilmiş olması bəyan edilmişdir. İcarə Müqaviləsinin müvafiq olaraq 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinə əsasən iki ardıcıl müddət üçün Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin və ya onların xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin 2 (iki) mislinə çatan məbləğin ödənilməsinin gecikdirilməsi İddiaçıya xəbərdarlıq müddətini gözləmədən İcarə Müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Həmçinin daha sonra da qalıq borcun ödənilməsinin təmin edilməsi üçün İddiaçı tərəfindən Cavabdehə 26 yanvar 2024-cü il tarixli, FMG-01.24.029 №-li Pretenziya bildirişi göndərilmişdir. Beləliklə, İcarəyə Verilən Əmlak(lar)ın icarəsi ilə əlaqədar ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilməməsi və Cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində Xitam tarixinə ümumilikdə ƏDV daxil 5,901.76 AZN (beş min doqquz yüz bir Azərbaycan manatı, yetmiş altı qəpik) əsas borc məbləği yığılmışdır. İcarə Müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi tələbi 30 dekabr 2023-cü il tarixli, FMG-01.25.339 №-li Xitam və Pretenziya bildirişində, həmçinin 26 yanvar 2024-cü il tarixli, FMG-01.24.029 №-li Pretenziya bildirişində qeyd edildiyi kimi İcarə Müqaviləsinə xitam verilməsi qanunvericiliyə və İcarə Müqaviləsinin müvafiq şərtlərinə əsasən Cavabdehi Xitam tarixinədək İcarə Müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmir. Yuxarıda istinad olunmuş Pretenziya bildirişində müvafiq borc məbləğinin ödənişinin bildirişin verildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində Cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək məhkəmə və hüquqmühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsini tələb edəcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən xitam və pretenziya bildirişinə də məhəl qoymamış Xitam tarixindən az qala 2 (iki) il 6 (altı) aya yaxın müddət keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Xüsusilə vurğulamaq istərdik ki, İcarə Müqaviləsi üzrə tətbiq edilməsi nəzərdə tutulan aylıq haqların hesablanmasına 01 noyabr 2022-ci il tarixində başlanılması qeyd olunsa da, Cavabdehə İddiaçı tərəfindən 2022-ci ilin noyabr ayı üçün də güzəşt tətbiq edilmiş, müvafiq müddət möhlət müddəti kimi hesablanmaqla, İddiaçı Cavabdehi aylıq haqların ödənilməsi öhdəliyindən azad etmişdir.
II. Tərəflərin mövqeyi
3. Cavabdehinə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
III. Sübutların tədqiqi
5. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, PMD-27/12/17-856 nömrəli “Daşınmaz əmlakın icarəyə və idarəetməyə verilməsi haqqında müqavilə”dən görünür ki, Mülkiyyətçi siyahısı bu Müqavilənin müvafiq əlavələrində göstərilən Obyekt(lər)i idarə edənin icarəsinə və idarəetməsinə verir və İdarə edəni Obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, İdarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. (1.1). İdarə edən Obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud Obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir (2.1).
6. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, PMD-27/12/17-856 nömrəli “Daşınmaz əmlakın icarəyə və idarəetməyə verilməsi haqqında müqavilə”yə 14 iul 2021-ci il tarixli əlavədən görünür ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən icarə və idarəetməyə verilən obyektin əsas göstəriciləri aşağıdakı kimi müəyyən edilir: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən 9875 kv.m əmlak və 0,89288 ha torpaq sahəsi.
7. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən 9875 kv.m əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1898 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, 22/220 nömrəli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə”dən görünür ki, icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ikinci mərtəbəsində ümumi sahəsi 61.78 kv.m. təşkil edən, GF 025 kodu ilə işarələnmiş və yerləşmə planı bu Müqaviləyə qoşulmuş qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə İcarəyə Verilən Əmlak(lar)ı qəbul edib icarə haqqını və digər ödənişləri bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-3.1.3-cü bəndlərindən görünür ki, icarəyə verilən əmlakın aylıq icarə haqqı ƏDV xaric 1758,64 manat, idarəetmə və istismar xidmətləri üzrə haqq ümumilikdə ƏDV xaric 617,80 manat, mühafizə xidmətlərinə görə haqq ƏDV xaric 123,56 manat müəyyən olunmuşdur.
9. “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 29 aprel 2022-ci il tarixli, 22/220 nömrəli müqaviləyə əlavə 1-dən görünür ki, icarəçi kompleksdən və icarəyə verilən əmlaklardan istifadəyə dair əlavə öhdəliklər götürmüşdür.
10. “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 29 aprel 2022-ci il tarixli, 22/220 nömrəli müqaviləyə əlavə 2-dən görünür ki, tərəflər arasında icarəyə verilən əmlakların yerləşdiyi kompleksdə icarəyə verən tərfindən göstərilən idarəetmə, istismar və mühafizə xidmətlərinin həcmi müəyyən edilmişdir.
11. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, 22/220 nömrəli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə 04 oktyabr 2022-ci il tarixli Əlavə Razılaşmaya əsasən İcarəyə Verilən Əmlak(lar) Əlavə Razılaşma ilə yeni redaksiyada verilmiş İcarə Müqaviləsinin 2.1-ci bəndinə əsasən İcarəyə Verilən Əmlak(lar)ın vəziyyətini, o cümlədən, həmin əmlaklara aid əşya və avadanlıqların siyahısını və digər müvafiq məlumatları özündə əks etdirən 01 iyun 2022-ci il tarixli Təhviltəslim aktı əsasında 01 iyun 2022-ci il tarixində (bundan sonra “Təhvil verilmə tarixi”) Cavabdehə təhvil verilmiş və İcarəyə Verilən Əmlak(lar)da həyata keçiriləcək kommersiya fəaliyyətinin inkişafına dəstək (reklam, marketinq, müştəricəlb edilməsi və digər müvafiq fəaliyyət ilə əlaqədar) məqsədi ilə Cavabdehdən Təhvil verilmə tarixindən etibarən 01 noyabr 2022-ci il tarixinədək (bundan sonra “Başlama Tarixi”) İcarə Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqların ödənişinə möhlət verilmiş və həmin müddət ərzində Cavbdehdən müvafiq haqlar tutulmamışdır.
12. 01 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan GF 025 qeyri yaşayı sahəsi təhvil-təslim edilərək müəyyən edilmiş faktlar və hallar tərəflərin imzası ilə təsdiq edilmişdir.
13. 30 aprel 2023-cü il tarixli HF000002507 nömrəli hesab fakturadan görünür ki, icarəçi İddiaçı MMC ilə sifarişçi "xxxx" MMC arasında olan məhsul, xidmət və ya işlərin ümumi məbləği ƏDV daxil 8850 manat hesablanmışdır.
14. Elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli 751377 nömrəli qaimə üzrə 8850 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
15. 30 oktyabr 2023-cü il tarixli HF000007924nömrəli hesab fakturadan görünür ki, icarəçi İddiaçı MMC ilə sifarişçi "xxxx" MMC arasında olan məhsul, xidmət və ya işlərin ümumi məbləği ƏDV daxil 2950 manat hesablanmışdır.
16. 30.12.2023-cü il tarixli bildirişdən görünür ki, müqaviləyə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir.
17. 16 oktyabr 2024-cü il tarixli qalıq borc haqqında cədvəldən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, 22/220 nömrəli “Qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə” üzrə ümumilikdə ƏDV daxil 5901,76 manat borc mövcuddur.
18. 26 yanvar 2024-cü il tarixli pretenziya bildirşindən görünür ki, borc məbləğinin 5 iş günü müddətində ödənilməsi barədə borcluya xəbərdarlıq edilmişdir.
İV.Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
V. Məhkəmənin mövqeyi
a) müqavilə üzrə icarə haqqının ödənilməsi tələbi ilə bağlı
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, PMD-27/12/17-856 nömrəli “Daşınmaz əmlakın icarəyə və idarəetməyə verilməsi haqqında müqavilə”yə əsasən mülkiyyətçi siyahısı bu Müqavilənin müvafiq əlavələrində göstərilən Obyekt(lər)i idarə edənin icarəsinə və idarəetməsinə verir və İdarə edəni Obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, İdarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. (1.1). İdarə edən Obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud Obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir (2.1). İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, PMD- 27/12/17-856 nömrəli “Daşınmaz əmlakın icarəyə və idarəetməyə verilməsi haqqında müqavilə”yə 14 iul 2021-ci il tarixli əlavədən görünür ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən icarə və idarəetməyə verilən obyektin əsas göstəriciləri aşağıdakı kimi müəyyən edilir: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən 9875 kv.m əmlak və 0,89288 ha torpaq sahəsi.
23. Bundan başqa, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 aprel 2022ci il tarixli, 22/220 nömrəli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə”dən görünür ki, icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ikinci mərtəbəsində ümumi sahəsi 61.78 kv.m. təşkil edən, GF 025 kodu ilə işarələnmiş və yerləşmə planı bu Müqaviləyə qoşulmuş qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə İcarəyə Verilən Əmlak(lar)ı qəbul edib icarə haqqını və digər ödənişləri bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-3.1.3-cü bəndlərindən görünür ki, icarəyə verilən əmlakın aylıq icarə haqqı ƏDV xaric 1758,64 manat, idarəetmə və istismar xidmətləri üzrə haqq ümumilikdə ƏDV xaric 617,80 manat, mühafizə xidmətlərinə görə haqq ƏDV xaric 123,56 manat müəyyən olunmuşdur. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, 22/220 nömrəli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə 04 oktyabr 2022-ci il tarixli Əlavə Razılaşmaya əsasən İcarəyə Verilən Əmlak(lar) Əlavə Razılaşma ilə yeni redaksiyada verilmiş İcarə Müqaviləsinin 2.1-ci bəndinə əsasən İcarəyə Verilən Əmlak(lar)ın vəziyyətini, o cümlədən, həmin əmlaklara aid əşya və avadanlıqların siyahısını və digər müvafiq məlumatları özündə əks etdirən 01 iyun 2022-ci il tarixli Təhvil-təslim aktı əsasında 01 iyun 2022-ci il tarixində (bundan sonra “Təhvil verilmə tarixi”) Cavabdehə təhvil verilmiş və İcarəyə Verilən Əmlak(lar)da həyata keçiriləcək kommersiya fəaliyyətinin inkişafına dəstək (reklam, marketinq, müştəricəlb edilməsi və digər müvafiq fəaliyyət ilə əlaqədar) məqsədi ilə Cavabdehdən Təhvil verilmə tarixindən etibarən 01 noyabr 2022-ci il tarixinədək (bundan sonra “Başlama Tarixi”) İcarə Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqların ödənişinə möhlət verilmiş və həmin müddət ərzində Cavbdehdən müvafiq haqlar tutulmamışdır. 01 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan GF 025 qeyri yaşayı sahəsi təhvil-təslim edilərək müəyyən edilmiş faktlar və hallar tərəflərin imzası ilə təsdiq edilmişdir.
24. 16 oktyabr 2024-cü il tarixli qalıq borc haqqında cədvəldən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, 22/220 nömrəli “Qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə” üzrə ümumilikdə ƏDV daxil 5901,76 manat borc mövcuddur.
25. Göründüyü kimi hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə obyekti cavabdehə icrayə vermək öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə icarəyə götürdüyü obyektdən istifadə müqabilində müəyyənləşdirilmiş icarə haqqını ödəmək öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı icarə haqqının ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
26. İddiaçı eləcə də 79,02 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
27. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********41 nömrəli mədaxil qəbzi ilə 79,02 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 79,02 manat pul cavabdеh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ikinci mərtəbəsində, ümumi sahəsi 61.78 kv.m. təşkil edən, GF 025 kodu ilə işarələnmiş qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2022-ci il tarixli, 22/220 №-li müqavilə üzrə 28 fevral 2023-cü il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 5.901,76 AZN məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
32. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 15 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ikinci mərtəbəsində, ümumi sahəsi 61.78 kv.m. təşkil edən, GF 025 kodu ilə işarələnmiş qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2022-ci il tarixli, 22/220 №-li müqavilə üzrə 28 fevral 2023-cü il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 5.901,76 AZN (beş min doqquz yüz bir manat yetmiş altı qəpik) məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən 79,02 (yetmiş doqquz manat iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli