Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2099/2024 13.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Firmasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Firmasının Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, 10786,83 manatın və vaxtında ödəmədiyinə görə 1078.60 manat cərimə məbləğinin, ödənilmiş 125,60 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11991.03 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, cavabdehlə İddiaçı Firması arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 24 yanvar 2023-ci il tarixli TS-000201-45hş- ŞH 2023 nömrəli icarə müqaviləsi bağlanılmışdır və ona mağaza kimi İddiaçı Firmasına məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən İddiaçı ticarət mərkəzinin ərazisində 70 kv.m qeyri yaşayış sahəsi olmaqla, 4-cü ərazi, 6-cı sıra, 3-cü korpus, 62 nömrəli mağaza ayrılmışdır. Müqaviləyə əsasən 1 kv.m üçün icarə haqqının məbləği 15 manat təşkil edir. Aylıq ümumi ödəniləcək məbləğ 1050 manat və 18% ƏDV təşkil edir. Cəmi: 70 kv.m üçün aylıq məbləğ ƏDV daxil olmaqla 1239 manatdır. Cavabdeh icarə müqaviləsi üzrə 2023-cü ildə 11821,07 manat əsas icarə haqqını və 2127,79 manat ƏDV borcunu, yəni cəmisi 13948,86 manatı və 2024-cü ildə isə 3150 manat əsas icarə haqqını və 567 manat ƏDV borcunu, yəni cəmisi 3717 manat ödəməli idi. Yəni, 2023-cü il üçün tam olaraq və 2024-cü ilin isə 3 ayı ərzində cəmisi 17665,86 manat ödəməli olduğu halda İddiaçı Firmasına qeyd edilən dövr üçün cəmisi 6879 manat icarə haqqı ödəmişdir. Göründüyü kimi əsas borc ödənilmədiyi müddət üçün 10786,83 manat təşkil edir. Təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixində ancaq 1239 manat (əsas icarə məbləği və 18 % ƏDV) xx.xx.2023-cü il tarixində isə ancaq 1240 manat (əsas icarə məbləği və 18 % ƏDV) icarə haqqı tam ödənilmişdir. Digər aylarda isə elektron qaimə faktura təqdim edilsə də ya icarə haqq heç ödənilməmiş, ya da icarə haqqının məbləğindən az ödənilmişdir. Cavabdehin icarə müqaviləsi üzrə İddiaçı Firmasına olan borcunun məbləği 10786,83 manat təşkil edir. Vaxtında ödənilməmiş borc məbləğinin 5% miqdarında iki illik cərimə məbləğinin də, yəni 1078,60 manatın ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından olan İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2023-cü il tarixli TS-000201-45 hş-ŞH 2023 saylı icarə müqaviləsindən görünür ki, icarəyəverən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 70 kv.m olan mağaza sahəsini 1 il müddətinə sahibkara icarəyə verməyi, sahibkar isə öz növbəsində icarəyəverənə razılaşdırılmış qaydada aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Qiymətə 18% ƏDV daxil edilməmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən icarəyə verilmiş 4-cü ərazi, 6-cı sıra, 3-cü korpus, 62 nömrəli, 70 kv.m mağaza sahəsini 1 kv.m üçün aylıq icarə haqqı 15 manatdan olmaqla, cəmi 1050 manat ödəyir. (18% ƏDV) qeyri-yaşayış sahəsi mağaza kimi istifadə ediləcəkdir. İş materiallarından olan elektron qaimələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə 1558,83 manat, xx.xx.2023-cü il tarixdə 1239 manat, xx.xx.2023-cü il tarixdə 1239 manat, xx.xx.2023-cü il tarixdə 1239 manat, xx.xx.2023-cü il tarixdə 1239 manat, xx.xx.2023-cü il tarixdə 1239 manat, 16.08.203-cü il tarixdə 1239 manat, xx.xx.2023-cü il tarixdə 1239 manat, xx.xx.2023-cü il tarixdə 1239 manat, xx.xx.2023-cü il tarixdə 1239 manat, xx.xx.2023-cü il tarixdə 1239 manat, xx.xx.2024-cü il tarixdə 1239 manat, xx.xx.2024-cü il tarixdə 1239 manat məbləğində qaimələr İddiaçı Firması tərəfindən X3 ötürülmüş və təsdiq edilmişdir. İş materiallarından olan 07 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən X2 İddiaçı Firmasına ümumilkdə 10786,83 manat məbləğində borcu var. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, X5 tərəfindən ümumilkdə 6879 manat ödəniş edilmişdir. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Firması ilə Cavabdeh arasında 24 yanvar 2023-cü il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyəverən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 70 kv.m olan mağaza sahəsinin 1 il müddətinə sahibkara icarəyə verməyi, sahibkar isə öz növbəsində icarəyəverənə razılaşdırılmış qaydada aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğdə icarə haqqı borcu olması tərəflər arasında bağlanmış müqavilə ilə təsdiq edimişdir. Buna görə iddiaçı icarə haqqı olan 10786,83 manat borc məbləğini tələb etməkdə haqlıdır. Odur ki, müqavilə üzrə yaranmış 10786,83 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində borc məbləğini vaxtında ödəmədiyinə görə 1078,60 manat cərimə məbləğinin cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə, habelə iş materiallarında cərimənin hesablanmasını nəzərdə tutan müddəa yer almamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün 125,60 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 122,36 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2023-cü il tarixli TS- 000201-45 hş –ŞH 2023 saylı icarə müqaviləsinə əsasən 10786 manat 83 qəpik borc və 122 (bir yüz iyirmi iki) manat 36 (otuz altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Firmasına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2099/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2099/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver