Məhkəmə qərarları › İş №e-2-2(115)-2124/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2124/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2124/2024 25.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2024-ci il tarxdə Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin qrup rəhbəri X1 tərəfindən Göygöl şəhərində yerləşən milli elektron ödəmə sistemi vasitəsi ilə xx.xx.2024-cüil tarixdə səhv olaraq Cavabdeh redaksiyasının hesabına 47 manat və 284 manat olmaqla cəmi həmin gün 331 manat pul köçürülmüşdür. Həmin 331 manat pulun geri qaytarılması üçün Cavabdeh redaksiyasına müraciət etsəkdə, 331 manat pulun qaytarılmamışdır. Cavabdeh qəzet redaksıyası pulun qaytarılmamasını onların hesablarının, fəaliyyətinin dayandırılması, göstərilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmayıbsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh hüquqi ünvanı ünvan 2n hüquqi ünvanına görə verilir, belə olan halda iddia ərizəsi ərazi aidiyyətinə uyğun olmayaraq verilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hüquqi ünvanı üzrə, yəni Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsaəsn iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən QƏRARA ALDİ: İddiaçı Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (qəbzin nömrəsi:**********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar