Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-213/2024 19.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Cavabdeh1 qаrşı pul tələbinə dаir iddia ərizəsi üzrə kommersiya işinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2018-ci il tarixli, 2511 nömrəli icarə müqaviləsi üzrə 09 sentyabr 2021-ci il tarixə icarə haqqı borcu 3.039,67 manat, ona hesablanmış cərimə borcu 336,52 manat olmaqla, cəmi borc 3.376,19 manat; 22 fevral 2018-ci il tarixli, 2514A nömrəli icarə müqaviləsi üzrə 31 may 2019-cu il tarixə icarə haqqı borcu 580 manat, ona hesablanmış cərimə borcu 35,40 manat olmaqla, cəmi borc 615,40 manat; 01 fevral 2022-ci il tarixli, 458 nömrəli subicarə müqaviləsi üzrə 31 may 2023-cü il tarixə icarə haqqı borcu 2.450 manat, ona hesablanmış cərimə borcu 150,06 manat olmaqla, cəmi borc 2600,06 manat; 01 fevral 2022-ci il tarixli 458 nömrəli icarə müqaviləsi üzrə 31 yanvar 2022-ci il tarixinə yaranmış icarə haqqı borcu 5733,34 manat məbləğində pul vəsaiti olmaqla, yekun olaraq 12324,99 manat məbləğində pul vəsaitinin və 210 manat məbləğində mediasiya xərcinin əvəzinin Cavabdeh1 İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək ərizənin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı nümayəndəsi Nümayəndə 19 aprel 2024-cü il tarixli ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, cavabdehlə müfaviq razılaşma əldə edildiyindən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini hazırkı işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən ərizənin geri qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qаrşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-213/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-213/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver