Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2144/2025 17.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada xx.xx.2024-cü il tarixli 016A********** saylı krеdit razılaşması üzrə 4081,83 manat krеdit bоrcu, 396,69 manat faiz bоrcu və 124,87 manat cərimə borcu olmaqla cəmi 4603,39 manat borcun, cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 9896,71 manat krеdit bоrcu, 945,02 manat faiz bоrcu və 273,15 manat cərimə borcu olmaqla, cəmi 11114,88 manat, ümumilikdə 15718,27 manat 27 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 137,16 manat məbləğində dövlət rüsumunun iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC, Cavabdeh4 və zaminlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 016L**********12 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh4 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 13000 manat kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 3103,29 manat ödəmiş, onun 9896,71 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 138 gün üçün hesablanmış faiz borcu 945,02 manat, cərimə 273,15 manat təşkil edir. Bundan başqa, Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 016A********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4400 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2025-ci il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 318,17 manat ödəmiş, onun 4081,83 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 155 gün üçün hesablanmış faiz borcu 396,69 manat, cərimə 124,87 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, Tural Mustafayev onun əsgər yoldaşı olmuşdur, xalça ticarətini böyütmək üçün ondan kredit üçün zamin durmağını xahiş etmişdir. Banka gedəndən sonra Tural Mustafayevin krediti yoldaşının adına götürdüyünü bilmişdir. Krediti götürdükdən sonra ikinci dəfə kredit götürmək istəyəndə o zamin durmağa razı olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərdi ki, Cavabdeh4 Tural Mustafayevin yoldaşıdır, o Turalı tanımışdır. Tural onun işlədiyi idarənin qabağında obyekt açmışdı, onunla elə tanış olmuşdur. Tural Mustafayev xalça ticrəti ilə məşğul idi, biznesini böyütmək istəyirdi, ondan zamin durmağını xahiş etmiş, o da razılaşmışdır. Bir neçə ay ödəniş etsə də sonrdan belə problem yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdehlərə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024ci il tarixli 016L**********12 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024cü il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə 13000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024cü il tarixli 016A********** saylı kredit müqaviləsindən görünür ki, ona aylıq faiz dərəcəsi 2.0833% olmaqla 12 ay müddətinə 4400 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarında qeyd edilmişdir ki, Cavabdeh4 016A********** kredit razılaşması üzrə 4081,83 manat krеdit bоrcu, 396,69 manat faiz bоrcu və 124,87 manat cərimə borcu olmaqla 4603,39 manat, 016R********** kredit razılaşması üzrə 9896,71 manat krеdit bоrcu, 945,02 manat faiz bоrcu və 273,15 manat cərimə borcu olmaqla 11114,88 manat məbləğində borcu var. İş materiallarında olan xəbərdarlıq məktubunun surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024ci il tarixdə uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit razılaşmasına əsasən ona aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə 13000 manat məbləğində, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 2.0833% olmaqla 12 ay müddətinə 4400 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması və müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması və müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Onun iddiaçıya 016A********** kredit müqaviləsi üzrə 4081,83 manat krеdit bоrcu, 396,69 manat faiz bоrcu və 124,87 manat cərimə borcu olmaqla 4603,39 manat, 016R********** kredit razılaşması üzrə 9896,71 manat krеdit bоrcu, 945,02 manat faiz bоrcu və 273,15 manat cərimə borcu olmaqla 11114,88 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditləri, kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 kredit razılaşması və müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh4 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, 016A********** saylı krеdit razılaşması üzrə 4081 manat 83 qəpik əsas krеdit bоrcu, 396 manat 69 qəpik faiz bоrcu və 124 manat 87 qəpik cərimə borcu olmaqla, cəmi 4603 manat 39 qəpik borc cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, 016R********** saylı krеdit razılaşması üzrə 9896 manat 71 qəpik əsas krеdit bоrcu, 945 manat 02 qəpik faiz bоrcu və 273 manat 15 qəpik cərimə borcu olmaqla, cəmi 11114 manat 88 qəpik borc cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 137,16 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 131,16 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024cü il tarixli 016A********** saylı krеdit razılaşması üzrə 4081 manat 83 qəpik əsas krеdit bоrcu, 396 manat 69 qəpik faiz bоrcu və 124 manat 87 qəpik cərimə borcu olmaqla, cəmi 4603 (dörd min altı yüz üç) manat 39 (otuz doqquz) qəpik borc cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024cü il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 9896 manat 71 qəpik əsas krеdit bоrcu, 945 manat 02 qəpik faiz bоrcu və 273 manat 15 qəpik cərimə borcu olmaqla, cəmi 11114 (on bir min yüz on dörd) manat 88 (səksən səkkiz) qəpik borc cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 137 (bir yüz otuz yeddi) manat 16 (on altı) qəpik dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2144/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2144/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver