Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2171/2025 28.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Polad oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Polad oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 30000 manat əsas borc, 2455 manat 96 qəpik faiz borcu, 19 manat 65 qəpik cərimə borcu olmaqla, cəmi 32475 manat 61 qəpik borcun və 187 manat 43 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 50000 manat kredit limiti ayrılmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2025-ci il iyunun 3-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 30000 manat əsas borcu, 2455 manat 96 qəpik faiz borcu, 78 manat 61 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 32534 manat 57 qəpik borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 78 manat 61 qəpik təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 19 manat 65 qəpik məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 ilə 19 dekabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış və ona 30000 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlərlə borcun təminatı olaraq zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə müraciət olunduqdan sonra borcdan heç bir ödəniş edilməmişdir Son ödəniş 2024-cü ilin dekabr ayında olub. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında əsas borcu qəbul edərək izahatında bildirdi ki, iddiaçı bankla 19 dekabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış və ona 30000 manat məbləğində kredit verilmişdir. Krediti sahibkarlıq məqsədi ilə yəni, heyvandarlıqla məşğul olmaq üçün götürmüşlər. Əri iş qurmaq istəyirdi. Bunun üçün İddiaçı ASC-dən kredit götürüb, ərinin şərikinə veriblər. O isə pulu alandan sonra onları aldadaraq Türkiyəyə getmişdir. Sonra onlar bir müddət borcdan ödənişlər etmişlər. Onları aldadan şəxslə bağlı aidiyyatı orqanlara müraciət etmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ona zamin durmuşlar. Cavabdeh2 əridir, digər cavabdehlər də qohumlarıdır. Əsas borcu qəbul edir, faiz borcunu isə qəbul etmir. Əvvəlki iclasda 1500 manat ödədiyini bildirsə də, lakin qəbzlərdən məlum oldu ki 1500 manat məbləğində pul başqa kredit üzrə ödənilmişdir. Ödəniş etmək üçün 1-2 il vaxt verilməsini xahiş edir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, krediti arvadının adına götürmüşdür. Kənd təsərrüfatı ilə məşğul olurdu. Pulu verdikləri Rəşad adlı adam tanış idi, onlar krediti götürüb həmin adama vermişlər və o da pulu alıb yoxa çıxmışdır. Daha sonra o, pulu verdikləri adamın ailəsi ilə görüşmüşdür, anası ona bildirdi ki, Rəşad Türkiyəyə qaçıb. Pulu ona verərkən rəsmiləşdirmiş, ona görə də sözügedən şəxsi polisə vermişdir. Əgər tapılsa, borcu ödəyəcək qədər imkanı var. Kredit müqaviləsi üzrə 19 yanvar 2024-cü il tarixdən 19 yanvar 2025-ci il tarixə qədər ödəniş ediblər. Həmin tarixdən sonra ödəniş olunmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, qardaşı zamin dayanmağı ona təklif etdiyinə görə kredit üzrə zamin dayanmışdır. Borcun əmək haqqından tutulmamasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh4 borcu qəbul edərək izahatında bildirdi ki, etibar elədiyi üçün köməklik məqsədi ilə Cavabdeh1 zamin dayanmışdır. Borcun əmək haqqından tutulmamasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Polad oğluna hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10-MCR-1-1895-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 50000 manat kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023cü il tarixli 10-MCR-1-1895-23/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik 18 faizlə 36 ay müddətinə 30000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 10-MCR-1-1895-23/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 30000 manat əsas borcu, 2455 manat 96 qəpik faiz borcu, 78 manat 61 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 32534 manat 57 qəpik məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 zaminlər qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 187 manat 43 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 30000 manat əsas borc, 2455 manat 96 qəpik faiz borcu, 19 manat 65 qəpik cərimə borcu, cəmi 32475 manat 61 qəpik məbləğində borc və ödənilmiş 187 manat 43 qəpik məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Polad oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 30000 manat əsas borc, 2455 manat 96 qəpik faiz borcu, 19 manat 65 qəpik cərimə borcu, cəmi 32475 manat 61 qəpik məbləğində borc və ödənilmiş 187 manat 43 qəpik məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Polad oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2171/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2171/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver