Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2196/2022 10.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh,11112 manat zərərin, 5100 manat borc məbləğinin, 1256,49 manat faizin, 400 manat vəkilə ödənilən məbləğin, 200 manat dövlət rüsumunun, ümumilikdə 18069,39 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2196/2022 saylı qərardadı ilə Cavabdeh sahibkar statusu olmaması əsası ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qətnamədən narazı qalan İddiaçı vəkili Vəkil şikayəti verərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mübahisənin məhkəmə aidiyətinin müəyyən edilməsi və işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ilk dəfə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh qarşı maddi zərərin əvəzi qismində 16.212 manat 90 qəpik, hesablanmış faiz borcunun əvəzi qismində 1.256 manat 49 qəpik, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 144 manat, cəmi 18.013 manat 39 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1261/2022 saylı qərardadı ilə (X1) iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və işin məhkəmə hazırlıq iclası 30 avqust 2022-ci il tarixə təyin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında X1 mübahisənin sahibkarlıq fəaliyyətindən əmələ gəldiyi üçün aiddiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət etməyi iddiaçıya tövsiyyə etdi və iddia ərizəsinin geri qaytarılması ilə bağlı ərizə yazmağı təklif etdi. X1 öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 saylı 18 sentyabr 2020-ci il tarixli Qərarının 3,12-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında hakimin dedikləri ilə razılaşmayaraq iddiaçının nə VÖEN-nə nə də fərdi sahibkar statusuna malik olmadığını göstərmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etsədə nəticə etibarı ilə X1 məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini alaraq iş üzrə iddia ərizəsini və əlavə olunmuş sənədləri geri qaytarmışdır. Beləliklə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1261/2022 saylı Qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra iddiaçı məhkəmə aiddiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində iddianın qaldırılması üçün dərhal müvafiq qaydada mediasiya prosesindən keçməyə başlamış və mediasiya sesiyası ilə bağlı xx.xx.2022-ci il tarixli arayış almışdır. Mediasiya arayışını aldıqdan sonra İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İmayıl oğlundan,1 1112 manat zərərin, 5100 manat borc məbləğinin, 1256,49 manat faizin, 400 manat vəkilə ödənilən məbləğin, 200 manat dövlət rüsumunun, ümumilikdə 18069,39 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il e-2- 2(115)-2196/2022 saylı qərardadı (Hakim Kənan Vəliyev) ilə mübahisə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsi öz qərarını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı 18 sentyabr 2020-ci il tarixli Qərarın 11,12, 27 bəndlərinə və MPM-nin 24 və 25 maddələrinə istinad etməklə əsaslandırmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il e-2-2(115)-2196/2022 saylı qərardadı xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Göründüyü kimi, məhkəmələrədə mübahisənin məhkəmə aiddiyyətına dair fikir ayrılığı mövcüd olmuşdur. Gəncə Kommersiya Məhkəməsi iddiaçının VÖEN olmadığına görə mübahisənin ümumi məhkəmələr tərəfindən həll edilməsi nəticəsinə gəlmiş digər tərəfdən isə əvvəlki Gəncə Şəhər Məhkəməsi (X1) mübahisənin sahibkarlıq fəaliyyətindən əmələ gəldiyi üçün Gəncə Kommersiya məhkəməsinə müraciət etməyi tövsiyyə etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilən qaydaların məhkəmələr tərəfindən fərqli mövqeydən tətbiq edilməsi mövcud olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh vergi ödəyicisi olsa sahibkar statusunu daşısa da belə, İddiaçı belə bir statusu yoxdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin rəsmi saytından əldə edilmiş məlumatdan görünür ki, İddiaçı fiziki şəxs kimi sahibkar statusunu daşımır. İddiaçı vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti göstərmiş olsa belə, bu fəaliyyət qanuni sayılmır. Belə olan halda da mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Ona görə də hazırkı tələb üzrə kommersiya mübahisəsinin subyekti hesab olunmur. Mübahisəyə hər iki tərəf ayrı-ayrılıqda sahibkar subyekti olduqda kommersiya məhkəmələrində baxılır. Məhkəmə onu da qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2196/2022 saylı qərardadında yanlışlığa yol verilərək iş üzrə sahibkar statusu olmayan şəxs kimi Cavabdeh göstərilmişdir. Müvafiq qərardad çıxarılmaqla yazı səhvi düzəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 27-ci bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə Kommersiya Məhkəməsi İş № e-2-2(115)-2196/2022 Gəncə şəhəri xx.xx.2022-ci il Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə iş üzrə qəbul edilmiş Gəncə Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-2196/2022 saylı qərardadında buraxılmış yanlışlığın düzəldilməsi məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İmayıl oğlundan,11112 manat zərərin, 5100 manat borc məbləğinin, 1256,49 manat faizin, 400 manat vəkilə ödənilən məbləğin, 200 manat dövlət rüsumunun, ümumilikdə 18069,39 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e-2-2(115)- 2196/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qeyd olunan qərardad tərtib olunarkən yanlışlığa yol verilərək qərardadın məzmununda yanlışlığa yol verilərək sahibkar statusu olmayan şəxs kimi cavabdeh “Cavabdeh” qeyd edilmişdir. Ona görə də bununla bağlı qərardadın mətninə düzəliş edilməlidir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2 və 228.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Gəncə Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e-2-2(115)- 2196/2022 saylı qərardadda yol verilən yanlışlıq aradan qaldırılaraq sahibkar statusu olmayan şəxs kimi qeyd edilən “Cavabdeh” sözləri “İddiaçı” kimi oxunsun. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-2196/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2196/2022
10.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver