Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-22/2022 02.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında 28 iyun 2016-cı il tarixdə və 10 oktyabr 2016cı il tarixdə bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələrin ləğv edilməsi, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 28 iyun 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 37 413,87 manat, faiz borca görə 557,05 manat, cərimə borca görə 3741,39 manat, cəmi 41 712,31 manat, 10 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 182 718,13 manat, faiz borcuna görə 4131,47 manat, cərimə borcuna görə 18 271,81 manat olmaqla, cəmi 205 121,41 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, tərəflər arasında 28 iyun 2016-cı il tarixdə və 10 oktyabr 2016-cı il tarixdə bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələrin ləğv edilməsi, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 28 iyun 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 37 413,87 manat, faiz borca görə 879,21 manat, cərimə borca görə 5000 manat, cəmi 43 293,08 manat, 10 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 182 718,13 manat, faiz borcuna görə 5704,86 manat, cərimə borcuna görə 20 000 manat olmaqla, cəmi 208 422,99 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Tərəflər arasında bağlanmış 28 iyun 2016-cı il tarixli və 10 oktyabr 2016-cı il tarixli müqavilələrə əsasən cavabdehin "xxxx" ASC-nin Gəncə filialında olan hesabına uyğun olaraq 50 000 və 200 000 manat pul köçürülmüşdür. Müqavilələrin 3.3-cü bəndində müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra illik 2% hesablanması nəzərdə tutulmuşdur, həmçinin müqavilənin 3.4-cü bəndində kreditlərin müddətlərinin qaydalarına əsasən kreditlərin hədlərindən və layihələrdən məqdəsindən asılı olaraq müəyyən edilməsi göndərilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iclasda nümayəndəsi iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Məhkəmə iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 10 oktyabr 2016-cı il tarixli xidmətin vəsaitindən istifadə edilməsi şərtləri barədə müqaviləsinin surətindən görünür ki, AR KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə dövlət Xidməti ilə Cavabdeh2 MMC BOKT arasında xidmət vəsaitlərinin istifadəsi barədə razılaşma olmuş, müvəkkil kredit təşkilatı üçün 200 000 manat həcmində limit ayrılmışdır. 28 iyun 2016-cı il tarixli xidmətin vəsaitindən istifadə edilməsi şərtləri barədə müqaviləsinin surətindən görünür ki, AR KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə dövlət Xidməti ilə Cavabdeh2 MMC BOKT arasında xidmət vəsaitlərinin istifadəsi barədə razılaşma olmuş, müvəkkil kredit təşkilatı üçün 50 000 manat həcmində limit ayrılmışdır. 26 avqust 2020-ci il tarixli 22/02/05-2257 nömrəli məktubunun surətindən görünür ki, cavabdeh yaranmış tələblə bağlı xəbərdar edilmişdir. 22 aprel 2021-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, Cavabdeh2 BOKT MMC-yə 28.06.2016-cı il tarixli müqavilə üzrə 37 413,87 manat əsas borcu, 879,21 manat faiz borcu, 5000 manat cərimə borcu, cəmi 43 293,08 manat borc, 10.10.2016-cı il tarixli müqavilə üzrə 182 718,13 manat əsas borcu, 5704,86 manat faiz borcu, 20 000 manat cərimə borcu, cəmi 208 422,99 manat borc qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflərin arasında iddiaçının maliyyə vəsaitlərindən istifadə ilə bağlı müqavilələr bağlanmış və müvafiq olaraq 28 iyun 2016-cı il tarixli müqavilə üzrə 50 000 manat və 10 oktyabr 2016-cı il tarixli müqavilə üzrə 200 000 manatlıq kredit limiti Cavabdeh2 BOKT MMC-yə ayrılmışdır. Sonuncu müqavilə üzrə üzrinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, 28 iyun 2016-cı il tarixli müqavilə üzrə borclunun əsas borc üzrə 37 413,87 manat, faiz borcu üzrə 879,21 manat, 10 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borc üzrə 182 718,13 manat, faiz borcu üzrə 5704,86 manat borcu hesablanmışdır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Azərbaycan Respublikasının X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh2 BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 28 iyun 2016-cı il və 10 oktyabr 2016-cı il tarixdə bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr ləğv edilməli, Cavabdeh2 BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən 25 iyul 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 37413,87 manat, faiz borca görə 879,21 manat, cərimə borcuna görə 1000 manat, cəmi 39293,08 manat, 10 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 182718,13 manat, faiz borcuna görə 5704,86 manat, cərimə borcuna görə 5000 manat olmaqla, cəmi 193422,99 manat tutularaq Azərbaycan Respublikasının X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh2 BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 28 iyun 2016-cı il və 10 oktyabr 2016-cı il tarixdə bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr ləğv edilsin. Cavabdeh2 BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən 25 iyul 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 37413,87 (otuz yeddi min dörd yüz on üç manat səksən yeddi qəpik) manat, faiz borca görə 879,21 (səkkiz yüz yetmiş doqquz manat iyirmi bir qəpik) manat, cərimə borca görə 1000 (min) manat, cəmi 39293,08 (otuz doqquz min iki yüz doxsan üç manat səkkiz qəpik) manat, 10 oktyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 182718,13 (yüz səksən iki min yeddi yüz on səkkiz manat on üç qəpik) manat, faiz borcuna görə 5704,86 (beş min yeddi yüz dörd manat səksən altı qəpik) manat, cərimə borcuna görə 5000 (beş min) manat olmaqla, cəmi 193422,99 (yüz doxsan üç min dörd yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat tutularaq Azərbaycan Respublikasının X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh2 BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-22/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-22/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver