Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-22/2023 23.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5dan Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC xeyrinə 25 oktyabr 2016-cı il tarixli 16/16 №-li kredit müqaviləsi üzrə əsas borcundan 90500 manat, faiz borcundan 15725 manat 69 qəpik, cərimə borcundan 11495 manat 42 qəpik, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82 manat dövlət rüsumunun, 400 manat manat mediasiya prosesi üçün ödənilmiş rüsumun, ümumilikdə cəmi 118203 manat 10 qəpik məbləğində pul vəsaitinin tutulması, bu tutulmanın ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə xx.xx.2016-cı il tarixli Cavabdeh5 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə xx.xx.2016-cı il tarixli Cavabdeh4 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə (0.12 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakların açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin hesabına keçirilməsi, əmlakların satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin RzayevZahid Əli oğlundan tutulması, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evi evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh5, Cəfərova (Rzayeva) Nəzakət İsa qızı və Bayramova (Rzayeva) Günay Zahid qızı və digər şəxslər, Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə (0.12 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh4, Cavabdeh1, Cavabdeh6və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) Bank Olmayan Kredit Təkilatı"xxxx" MMC (Bundan sonra BOKT) ilə Cavabdeh5 (Borc alan arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli 16/16 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 60 (altmış) ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % (yeddi faiz) ödənilməsi şərtilə, 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC ilə Cavabdeh5 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 29 noyabr 2016-cı il tarixli İpoteka müqaviləsi (bundan sonra birlikdə - «İpoteka müqaviləsi») bağlanmışdır. Bundan başqa Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC ilə Cavabdeh4 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin (0.12 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 29 noyabr 2016-cı il tarixli İpoteka müqaviləsi bağlanmışdır. BOKT-un yuxarıda qeyd edilən ipoteka predmetlərinə29 noyabr 2016-cı il tarixli Cavabdeh5 ilə bağlamış olduğuİpoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC – nə ARƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li və 29 noyabr 2016-cı il tarixli Cavabdeh4 ilə bağlamış olduğu İpoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC– nə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 1.2-ci və 8-ci bəndinə əsasən Cavabdeh5 krediti və ona hesablanmış faizləri vaxtında qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğininmühümhissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizləri ödəməmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixinə Cavabdeh5 Kreditor qarşısında əsas borcundan 90500 manat, faiz borcundan 15725 manat 69 qəpik, cərimə borcundan 11495 manat 42 qəpik olmaqla ümumilikdə 117721 manat 10 qəpik məbləğində borcu var. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh5 və Cavabdeh4 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlər verilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə Ərizələr ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarələrinə müraciət edilmiş və həmin İdarələr tərəfindənƏrizənin surətində qəbuledilməsi barədə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Cavabdeh5 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, 15 oktyabr 2016-cı il tarixdə İddiaçı Bank Olmayan Kredit Təşkilatına müraciət edərək, özümə məxsus fərdi yaşayış evini, və qardaşı Cavabdeh4 məxsus fərdi yaşayış evlərini girov qoyaraq, 100 000 manat məbləğində kredit götürmüşdür. Həmin vəsait isə Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti idi. Həmin vaxtlar həmin təşkilat yəni İddiaçı BOKT MMC Bərdə şəhərində yerləşmişdir. O da vaxtı vaxtında yaxınlaşıb ödənişlərini etmişdir. 2018-ci ilin iyun ayında ödəniş etmək üçün həmin ünvana getmiş və görmüşdür ki, həmin yer bağlıdır. Maraqlanmış və ona bildirmişlər ki, həmin təşkilat artıq Bakı şəhərində fəaliyyət göstərir. O dərhal həmin təşkilatın əməkdaşları ilə əlaqə saxlamış onlarda ona bildirmişlər ki, təşkilat artıq Bakı şəhərində fəaliyyət göstərir o, ödənişləri ya Bakı şəhərinə yaxınlaşıb ödəməli və ya özünün ya bir qohumunun adına istənilən bankda cari hesab aça və həmin hesab vaistəsi ilə Aqrar Kredit və İnkişaf Agentliyinə ödəyib ödənişlə bağlı onlara məlumat verə bilər onlarda dərhal onun borcundan siləcəklər. O, əvvəllər ödənişləri Bakı şəhərinə göndərsə də sonra qohumu Vasif Əsgərovla ilə əlaqə saxlamış vəziyəti ona məlum etmiş o da bildirmişdir ki, bəli onun AccessBankın Bərdə filialında hesabı var ora getsinlər və ödənişi ordan etsinlər. O şəkildədə etmişlər. Ondan sonra o Vasif ilə mütəmadi olaraq ödənişləri Vasifin hesabından Aqrar Kredit və inkişaf Agentliyinə ödəmişdir, İddiaçı BOKTa ödənişlə bağlı məlumat vermişdir. Həm Accessbankdan həmdə Bakıdan ödənişlər etmişdir. Aşağıdakı ödəniş məbləğlərini Access Banknla ödənmişdir. Cavabdeh5 xx.xx.2018-ci il tarixdə 2777 manat 78 qəpik, Cavabdeh5 xx.xx.2019-ci il tarixdə 2777 manat 78 qəpik, Accessbankla 5555 manat 56 qəpik, İddiaçı BOKT-a isə faizlərdən əlavə ödənilən əsas məbləği 13670 manat. Cəmi əsas borcdan 19225 manat 56 qəpik ödəniş etsədə onun ödənişdən az silinmişdir. Odur ki, xahiş edir ki, onun borcunun ana məbləğini düzgün silinməsi, əlavə faizlərin cərimələrin və dəbbəninin silinməsi təmin edilsin. Əlavə olaraq onu da qeyd edir ki, hesabından ödəniş etdiyi şəxs X2 bu ödənişlərin Cavabdeh5 ödənişi olduğunu təsdiqləyir və lazım olduğu zaman məhkəməyə gəlməyə hazır olduğunu bildirir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, cavabdehə fermer təsərrüfatını inkişaf etdirmək üçün kredit verilmiş, lakin iddiaçı tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq öhdəlik vaxtında icra olunmamışdır. Əsgərov Vasif tərəfindən edilmiş ödənişlərin hazırkı işə heç bir aidiyyatı yoxdur. Belə ki, Əsgərov Vasif İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin direktoru olduğu zaman İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında kredit müqaviləsi bağlanmışdır. Hesab edirlər ki, Əsgərov Vasif tərəfindən edilmiş ödənişlər həmin kredit müqaviləsi ilə bağlı olmuşdur. Onların müqavilələri Cavabdeh5lə bağlanılmışdır. Buna görə də Cavabdeh5 adından edilmiş ödənişləri qəbul edirlər, lakin Əsgərov Vasif tərəfindən edilmiş ödənişləri qəbul etmirlər. Cavabdeh5 tərəfindən başqa kredit götürülməmişdir. O, sadəcə 100000 manat məbləğində kredit götürmüşdür. Kassa məxaric orderində texniki səhvlik səbəbindən müqavilənin nömrəsi səhv qeyd olunmuşdur. İşə əlavə olunmuş ödəniş qrafikində göstərilir ki, ödəniş illlik 7%-lə hesablanmalıdır. Belə ki, ödənişlər nağd şəklində olduğu üçün hesabdan çıxarış yoxdur. Ödənişləri yalnız kassa məxaric orderindən müəyyən etmək mümkündür. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC–yə və cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Cavabdeh4 məhkəməyə teleqram göndərək bildirmişdir ki, ödəniş sənədələrini toplamaq üçün aiddiyəti üzrə müraciət etmişdirlər, onları ən qısa zamanda məhkəməyə təqdim edəcəkdirlər. Qardaşı Cavabdeh5 səhhəti ilə bağlı bugünkü prosesdə iştirak edə bilmirlər və məhkmə iclasının başqa vaxta təyin edilməsini xahiş edirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək bugünə təyin olunmuş məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilmədiyini və məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddalarının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 oktyabr 2016-cı il tarixli 16/16 №-li kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC tərəfindən Cavabdeh5 illik 7 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 60 ay müddətinə 100000 manat məbləğində heyvandarlığın inkişafı məqsədi ilə kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh5 25 oktyabr 2016-cı il tarixli 16/16 №-li kredit müqaviləsi üzrə banka əsas borc üzrə 90500 manat, faiz borcu üzrə 15725 manat 69 qəpik, cərimə borcu üzrə 11495 manat 42 qəpik, olmaqla ümumilikdə cəmi 117721 manat 10 qəpik məbləğində borcunun olması göstərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 02 mart 2023-cü il tarixli 9/505 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən hazırki ekspertiza tədqiqatı zamanı İddiaçı BOKT MMC ilə Cavabdeh5 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 16/16 saylı kredit müqaviləsi üzrə borcalanın borc verənə olan borcunu müəyyən etmək olmamışdır. Tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 12 iyul 2023-cü il tarixli 9/4310 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş ödəniş qəbzləri məlumatları, 25 oktyabr 2016-cı il tarixli 16/16 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixə Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə olan borcu 104256 manat 70 qəpik məbləğində , o cümlədən əsas borc üzrə 89603 manat 96 qəpik, faiz borcu üzrə 14652 manat 74 qəpik məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 29 noyabr 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. 29 noyabr 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış 10 oktybar 2022-ci il tarixli G-10/22-229 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Bərdə rayonu, Mehdili kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.7 kv.m, yaşayış sahəsi 98.9 kv.m, yardımçı sahəsi 60.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin (0.12 ha torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 78000 manat, likvid dəyəri 71000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış 10 oktybar 2022-ci il tarixli 204/GFB/22 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 22 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 88000 manat, likvid dəyəri 83000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə-ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh5 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. 09 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-nin nümayəndəsi Vəkil mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsində həmin hissədə azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 386 manat 26 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 89603 manat 96 qəpik əsas borc, 14652 manat 74 qəpik faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 105256 manat 70 qəpik məbləğində borc, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82 manat və 400 manat mediasiya xərci Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməli, tələb üzrə tutma cavabdehlər Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinə və Cavabdeh4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evləri açıq hərracdan satılmalı, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 83000 manat, Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 71000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməli, kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qaytarılmalı, fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilməli, 200 manat ekspertiza xərci və 500 manat qiymətləndirmə haqqı Cavabdeh5 tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin hesablarına ödənilməli, ödənilməli olan 386 manat 26 qəpik məbləğində dövlət rüsumu Cavabdeh5 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbinin borcun tutulmasına dair qalan hissəsi təmin edilməməlidir. Belə ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 12 iyul 2023-cü il tarixli 9/4310 saylı rəyinə əsasən Cavabdeh5 kredit müqaviləsi üzrə borcu əsas borc üzrə 89603 manat 96 qəpik, faiz borcu üzrə 14652 manat 74 qəpik məbləğində müəyyən olunduğundan, iddia tələbinin əsas borca və faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Bundan başqa, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, 1000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 89603 manat 96 qəpik əsas borc, 14652 manat 74 qəpik faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 105256 manat 70 qəpik məbləğində borc, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 82 manat və 400 manat mediasiya xərci Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilsin. Tələb üzrə tutma cavabdehlər Cavabdeh5 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinə və Cavabdeh4 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evləri açıq hərracdan satılsın. Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 83000 manat, Bərdə rayonu, Mehdili kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 71000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilsin. Kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qaytarılsın. Fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh5 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə ödənilsin. 200 manat ekspertiza xərci və 500 manat qiymətləndirmə haqqı Cavabdeh5 tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin hesablarına ödənilsin. Ödənilməli olan 386 manat 26 qəpik məbləğində dövlət rüsumu Cavabdeh5 tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-22/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-22/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver