Məhkəmə qərarları › İş №e-2-2(115)-22/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-22/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-22/2025 01.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi ilə. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh2 qarşı torpaq icarəsi üzrə borcun alınması tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh1 qarşı torpaq icarəsi üzrə borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dan 1360,00 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə öldüyünü bildirmişdir. Gəncə Kommersiya Məhkəməsinin 02 may 20244-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh1 qarşı torpaq icarəsi üzrə borcun alınması tələbinə dair iddiası üzrə kommersiya işinin icraatı xx.xx.2024-cü il tarixdə ölmüş Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə Qazax rayon notariat ofisində Cavabdeh2 ərizəsi əsasında mərhum Cavabdeh2 adına vərəsəlik işi açılmışdır. Gəncə Kommersiya Məhkəməsi tərəfindən sonuncu dəfə 05 fevral 2025-ci il tarixdə Qazax rayon notariat ofisinə sorğu göndərilərək, xx.xx.2024-cü il tarixdə ölmüş Cavabdeh1 (Fin kod: xxxxxxx) barəsində olan hal-hazırki vəziyyətə olan vərəsəlik məlumatlarının Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Qazax rayon notariat ofisinin 13 fevral 2025-ci il tarixli məktubu ilə xx.xx.2024-cü il tarixli 8V-201 reyestr nömrəli notariat işinin surəti xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Həmin notariat işindən görünür ki, Cavabdeh2 notariat ofisinə ərizə ilə müraciət edərək, atası Cavabdeh1 miras qalmış əmlakdan ona çatası hissəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 digər vərəsələri həyat yoldaşı X3 və övladları X4 və X1 rayon notariat ofisinə ərizə ilə müraciət edərək mirası qəbul etmədiklərini və mirasın onlara çatası hissəsindən imtina etdiklərini bildirmişlər. Gəncə Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 hüquqi varisi Cavabdeh2 ilə əvəz edildiyindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh2 qarşı torpaq icarəsi üzrə borcun alınması tələbinə dair iddiası üzrə işin icraatı təzələnmişdir. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat göndərməmişdir. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir məhkəmə iclasına gəlmədiyindən və gəlməmələrinin səbəbləri barədə, eyni zamanda nə iddiaçı, nə də cavabdeh işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə məlumat vermədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Qərarın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.6ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh2 qarşı torpaq icarəsi üzrə borcun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar