Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-221/2021 01.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 66830,70 ( altmış altı min səkkiz yüz otuz manat yetmiş qəpik) manat borcun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Əliyaqublu kəndinə yerləşən istixana ilə bağlı kommunal ödənişlərdə və ya avadanlıqlarda heç bir problem olmamışdır, lakin heç bir əsas olmadan 30 sentyabr 2020-ci ilin əvvəlinə borc qalığı üzrə 66830,70 (altmış altı min səkkiz yüz otuz manat yetmiş qəpik) manat debitor borca dair X3 İstismar Sahəsi tərəfindən 2020-ci il tarixdə akt tərtib edilmişdir, lakin iddiaçı tərəfindən edilmiş ödənişlər cavabdeh təşkilat tərəfindən akt tərtib edilərkən nəzərə alınmamış, nəticədə iddiaçının iştirakı olmadan akt tərtib edilmişdir. Həmçinin həmin aktda aktın hansı vaxt tərtib edildiyi göstərilməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız olduğunu bildirmiş və ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə olunmuş: Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının surətindən görünür ki abonent İddiaçı 66830,70 ( altmış altı min səkkiz yüz otuz manat yetmiş qəpik) manat borcun olması barədə akta imza etmişdir. Abonetin saldosundan görünür ki, abonent İddiaçı 66 783 manat borcu qeyd edilmişdir. Həmin borcu sayğac aylar üzrə hesablamışdır. Borcun əsassız olması barədə sübutlar mövcud deyildir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş iddia tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən əsassız hesablanmış 66830,70 ( altmış altı min səkkiz yüz otuz manat yetmiş qəpik) manat borcun abunə hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-221/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-221/2021
01.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver