Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-222/2023 12.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 oğlundan 14428.84 manat əsas, 3289.50 manat faiz borcu, 1668.85 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 3842 manat məbəğində faiz (5%) borcu, cəmi 23229.19 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 14428.84 manat əsas, 3289.50 manat faiz borcu, 1668.85 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 3842 manat məbəğində faiz (5%) borcu, cəmi 23229.19 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Dondar Quşçu kəndində 0.26 ha torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2715 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə 14 500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Dondar Quşçu kəndində 0.26 ha torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. Həmin mənzil ipotekaya qoyulması barədə xx.xx.2014-cü il tarixli, 10 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və dövlət qeydiyyatına alındıqdan sonra həmin mənzil İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bundan əlavə cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması təklifi göndərilmiş, lakin təklif cavablandırılmamışdır. Hazırda borclunun Banka ödənilməmiş 14428.84 manat əsas, 3289.50 manat faiz borcu, 1668.85 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 3842 manat məbəğində faiz (5%) borcu, cəmi 23229.19 manat məbləğində borcu mövcuddur. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia müddətinin tətbiq edilməsinə dair ərizədə Cavabdeh1 iddia müddətinin ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddia qanunla müəyyən edilmiş iddia müddəti ötürülərək verilmişdir. Kredit müqaviləsi 2014-cü ildə üç il müddətinə bağlanmışdır. 2017-ci ildə müqavilə üzrə üç illik iddia müddəti başa çatmışdır. Həmin üç illik müddətdə heç bir hərəkət edilməmiş, yəni, ödəniş ödənilməmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə uyğun izahat verərək iddia müdddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin qeyd etmişdir ki, restrukturizasiya ilə bağlı müraciət etməmişdir. Ərizə ona aid deyildir. İddia müddətinin ötürülməsi barədə ərizəsinin nəzərə alınmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasınının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2014-cü il tarixli 2715 saylı kredit müqaviləsindən görünür ki, görünür ki, borcverən-İddiaçı ASC borcalan Cavabdeh1 14 500 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 10 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli 2715 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Dondar Quşçu kəndində 0.26 ha torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğular ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2022-ci il traixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli 2715 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu 14428.84 manat əsas, 3289.50 manat faiz borcu, 1668.85 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 3842 manat məbəğində faiz (5%) borcu, cəmi 23229.19 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 00366 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci ödənilmişdir. Xəbərdarlıq məktublarından da görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. Cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Tərəflər arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 3 il müəyyən edilmişdir. Müqavilə müddəti xx.xx.2017ci il tarixdə bitmişdir. İddiaçı isə 23 yanvar 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının bildirdiyinə görə cavabdehin banka olan borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Bu səbəbdən cavabdeh xx.xx.2019-cu il tarixdə yeni müqavilə bağlamaq üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci ildə yeni müqavilə hazırlanmış olsa da, borclu müqavilə bağlamışdır. Məhkəmə hesab edir ki, iddiaçının bildirmiş olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci ilə qədər olan zaman kəsiyi iddia müddətinin axımının kəsilməsinə aid olan dövr kimi qəbul edilməməlidir. Belə ki, ərizənin tarixi 30 dekabr deyil, 13 dekabr 2019-cu ildir. Ərizənin dekabr ayının 30-da daxil olması barədə sübut mövcud deyildir. Bundan başqa üzərində yazılan tarixə görə müqavilə xx.xx.2021-ci ildə hazırlanmışdır, yəni ərizədən 1 il 3 ay sonra tərtib olunmuşdur ki, bu müddət ərzində müraciətə baxılması qanuni deyildir. Həmçinin cavabdeh ərizədəki imzanın ona aid olmadığını bildirir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, sübutetmə vəzifəsinə uyğun olaraq ərizənin əslini məhkəməyə təqdim etməmişdir. xx.xx.2019-cu il tarixli ərizə borclunun etirafedici hərəkəti kimi təqdim edilsə belə, 23 yanvar 2020-ci il tarixdən 23 yanvar 2023-cü il tarixə qədər olan dövrdən əvvələ təsadüf etdiyindən üç illik iddia müddəti ötürülmüşdür. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-222/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-222/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver