Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-225/2025 23.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdеh Cavabdeh2 iddiaçı "xxxx" QSC-nin хеyrinə 016R********** saylı krеdit razılaşması üzrə 13437,4 manat krеdit bоrcu, 10338,99 manat faiz bоrcu və 8558,89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32335 manat 36 qəpik məbləğində bоrcun, tərəflərindən ödənilmiş 187,01 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Tovuz şəhəri, Həzi Aslanov küçəsi, ev 8, dalan 4-də 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 102.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 32335 manat 36 qəpik borcun, tərəflərindən ödənilmiş 187,01 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 ümumi qaydada tutulması; Tovuz şəhəri, Həzi Aslanov küçəsi, ev 8, dalan 4-də 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 102.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
1. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
2. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə əlavə edərək, işin baxılmamış saxlanmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir.
III. Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
4. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarı
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”.
IV. Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır.
6. Belə ki, iş materiallarına əlavə edilən ərizədən görünür ki, İddiaçı QSC cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsinə dair” e-2-2(115)-225/2025 saylı kommersiya işinin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə ödənilmiş 187,01 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2025-ci il tarixli 9/1663 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 100 manat, 10 mart 2025-ci il tarixli 10/2-2025 nömrəli hesabfakturadan isə görünür ki, əmlakın qiymətləndirlməsi ekspertizasının dəyəri 500 manat təşkil edir.
10. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 100 manat xərc və əmlakın qiymətləndirlməsinə dair 500 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və Mərkəzi Ekspertiza Bürosuna ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
11. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi geri qaytarılmalıdır.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı :
Vəsatət təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 187,01 (bir yüz səksən yeddi manat bir qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə tam qaytarılsın. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə qiymətləndirmənin keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X2 hesabına (Benefisiarın bankı: “Rabitə Bank”, Filialın kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTAAZ22, Müxbir hesab: AZ61NABZ013501**********6944, Benefisiarın hesabı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın VÖEN-i: **********, Benefisiarın hesabı: AZ26RBTA********************) ödənilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli