Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2283/2025 27.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «Expressbank” ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Expressbank” ASC cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 33004 manat 83 qəpik məbləğində əsas bоrc və 2462 manat 11 qəpik faiz borcu оlmaqla, cəmi 35466 manat 94 qəpik borcun və 196 manat 40 qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh5 arasında bağlanmış 19 aprel 2024-ci il tariхli, 900842-184853/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 50000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh2 arasında 19 aprel 2024 il tariхli, 900842-184853/1 nömrəli, Cavabdeh4 arasında 19 aprel 2024 il tariхli, 900842-184853/1/2 nömrəli, Cavabdeh3 arasında 19 aprel 2024 il tariхli, 900842-184853/1/3 nömrəli və Cavabdeh1 arasında 19 aprel 2024 il tariхli, 900842- 184853/1/4 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 19 aprel 2024 il tariхli, 900842-184853/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 23 iyun 2025-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 33004 manat 83 qəpik məbləğində əsas bоrcu və 2462 manat 11 qəpik faiz borcu оlmaqla, cəmi 35466 manat 94 qəpik məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdeh5 məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı ASC-nin iddia ərizəsində qeyd etdiyi məbləğ şişirdilmiş olaraq qanunsuz hesablanmış və qeyd edilmişdir. Onun heç bir zaman iddiaçıya qeyd edilən məbləğdə faiz və cərimə borcu olmayıbdır və həmin borc iddiaçı tərəfindən şişirdilmiş olaraq hesablanmış və yazılmışdır. Həmin borcun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə onun həmin məbləğdə borcunun olmadığı aşkarlanacaq. Odur ki, kredit borcunun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini və ekspert qarşısında Cavabdeh5 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 900842-184853/1 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh5 maliyyə arayışının tərtib edildiyi vaxta qədər nə qədər əsas borcu və faiz borcu vardır?” sualının qoyulmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza keçirilməsi barədə Cavabdeh5 vəsatəti təmin edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 19 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 2 il müddətinə cavabdehə 50 000 manat məbləğində kredit verilmişdir. Kredit sahibkarlıq məqsədi ilə verilib. Cavabdeh ümumilikdə borcdan 9483 manat məbləğində ödəniş etmişdir. Sonuncu ödəniş 01 aprel 2025-ci il tarixdə olunmuş, həmin tarixdən sonra heç bir ödəniş olunmamışdır. Cərimə borcunu tələb etmədiklərini bildirdi. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının digər nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh5 ilə 19 aprel 2024 il tarixdə kredit müqaviləsi bağlanmış və ona 50 000 manat məbləğində kredit verilmişdir. Kredit sahibkarlıq məqsədi ilə verilib. Məhkəməyə müraciət olunandan sonra borcdan heç bir ödəniş edilməmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən baxış iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 19 aprel 2024 il tariхli, 900842-184853/1 nömrəli krеdit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh5 dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 50000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 001/007/3832/2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh5 İddiaçı ASC-yə 19 aprel 2024 il tariхli, 900842- 184853/1 nömrəli kredit müqaviləsi üzrə 33004 manat 83 qəpik əsas borc, 2462 manat 11 qəpik faiz borcu olmaqla, cəmi 35466 manat 94 qəpik məbləğində borcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 001/007/3454/2025 nömrəli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh5 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. İş materiallarında olan 19 aprel 2024 il tariхli, 900842-184853/1 nömrəli, 19 aprel 2024 il tariхli, 900842-184853/1/2 nömrəli, 19 aprel 2024 il tariхli, 900842-184853/1/3 nömrəli və 19 aprel 2024 il tariхli, 900842-184853/1/4 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh5 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh4 qız, Cavabdeh3 və Cavabdeh1 zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 33004 manat 83 qəpik əsas borc, 2084 manat 68 qəpik faiz borcu olmaqla, cəmi 35089 manat 51 qəpik məbləğində borc və ödənilmiş 195 manat 27 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borc məbləğinin, habelə faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehə xx.xx.2025-ci il tarixli 001/007/3454/2025 nömrəli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun məbləğinin 2084 manat 68 qəpik təşkil etməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Buna görə də, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 196 manat 40 qəpik məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, 195 manat 27 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 33004 manat 83 qəpik əsas borc, 2084 manat 68 qəpik faiz borcu olmaqla, cəmi 35089 manat 51 qəpik məbləğində borc və ödənilmiş 195 manat 27 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 1 manat 13 qəpik hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2283/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2283/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver