Məhkəmə qərarları › İş №e-2-2(115)-23/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-23/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-23/2020 26.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ – 138885 manat 70 qəpik, hesablanmış faiz – 9629 manat 01 qəpik, cərimə borcu – 2910 manat 82 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 11018 manat 27 qəpik, cəmi – 162443 manat 80 qəpik, 01 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ – 349992 manat 60 qəpik, hesablanmış faiz – 54888 manat 77 qəpik, cərimə borcu – 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 18257 manat 95 qəpik, cəmi – 423139 manat 32 qəpik, xx xxxxxx 2014-cü il tarixli 280 saylı kredit müqaviləsi üzrə əsas məbləğ – 14797 manat 21 qəpik, hesablanmış faiz – 1506 manat 61 qəpik, cərimə borcu – 421 manat 83 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 1430 manat 40 qəpik, cəmi – 18156 manat 05 qəpik məbləğində vəsaitin, həmçinin 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. xx xxxxxx 2013-cü il, xx xxxxxx 2013-cü il və xx xxxxxx 2014-cü il tarixdə İddiaçı ASC və Cavabdeh MMC-nin rəhbəri X1 arasında müvafiq olaraq 02,029 və 280 №-li kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh MMC-yə bank tərəfindən 02 saylı kredit müqaviləsi üzrə illik 7 % olmaqla, 60 ay müddətinə, 24 aylıq güzəştlə 200000 manat, 029 saylı kredit müqaviləsi üzrə illik 8 % olmaqla, 60 ay müddətinə, 24 aylıq güzəştlə 350000 manat və 280 saylı kredit müqaviləsi üzrə illik 6 % olmaqla, 36 ay müddətinə, 18 aylıq güzəştlə 14800 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqavilələrinə əsasən Cavabdeh MMC kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqavilələrinə əlavə edilmiş ödəniş cədvəlləri üzrə ödəməli idi. Amma borclu Cavabdeh MMC krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. xx xxxx 2019-cu il tarixinə Cavabdeh MMC-nin, xx xxxxxx 2013-cü il tarixli 02 saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi olmuşdur: əsas məbləğ – 138885 manat 70 qəpik, hesablanmış faiz – 9629 manat 01 qəpik, cərimə borcu – 2910 manat 82 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 11018 manat 27 qəpik, cəmi – 162443 manat 80 qəpik. xx xxxx 2019-cu il tarixinə Cavabdeh MMC-nin, xx xxxxxx 2013cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ – 349992 manat 60 qəpik, hesablanmış faiz – 54888 manat 77 qəpik, cərimə borcu – 0.00 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 18257 manat 95 qəpik, cəmi – 423139 manat 32 qəpik. xx xxxx 2019-cu il tarixinə Cavabdeh MMC-nin, xx xxxxxx 2014-cü il tarixli 280 saylı kredit müqaviləsi üzrə əsas məbləğ – 14797 manat 21 qəpik, hesablanmış faiz – 1506 manat 61 qəpik, cərimə borcu – 421 manat 83 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 1430 manat 40 qəpik, cəmi – 18156 manat 05 qəpik. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin icraçı direktoru X1 bildirmişdir ki, iş materiallarında olan iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2014-cü il tarixli 280 saylı kredit müqaviləsindən başqa, digər kredit müqavilələri onun tərəfindən imzalanmamışdır. Odur ki, məhkəməyə ərizə, həmçinin imza və yazı nümunələrini təqdim edərək, həmin imzaların yoxlanılması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(083)- 618/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, lakin ekspertizanın aparılması üçün tələb olunan müvafiq sənədlərin və imza nümunələrinin təqdim edilməməsi səbəbindən, ekspert rəyin verilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ekspertin rəyi ilə razı deyil və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 280 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdehnə 36 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 14800 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli 029 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdehnə 60 ay müddətinə, illik 8 faiz ödəmək şərtilə 350000 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli 02 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdehnə 60 ay müddətinə, illik 7 faiz ödəmək şərtilə 200000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 280 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 14797 manat 21 qəpik məbləğində əsas borcu, 1506 manat 61 qəpik faiz borcu, 421 manat 83 qəpik cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunun 1430 manat 40 qəpik olması qeyd edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 029 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 349992 manat 60 qəpik məbləğində əsas borcu, 54888 manat 77 qəpik faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunun 18257 manat 95 qəpik olması qeyd edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 02 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 138885 manat 70 qəpik məbləğində əsas borcu, 9629 manat 01 qəpik faiz borcu, 2910 manat 82 qəpik cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunun 11018 manat 27 qəpik olması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 4/722 nömrəli rəyinə əsasən İddiaçı ASC ilə X1 arasında bağlanmış 280 nömrəli x xxxxxx 2014-cü il tarixli kredit müqaviləsində “Borcalan” qrafasındakı imza – X1 tərəfindən icra olunmuşdur. İddiaçı ASC ilə X1 arasında bağlanmış 02 nömrəli xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsində və İddiaçı ASC ilə X1 arasında bağlanmış 029 nömrəli xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar – X1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh x xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14797 manat 21 qəpik məbləğində əsas borc, 1506 manat 61 qəpik faiz borcu, 421 manat 83 qəpik cərimə borcu, cəmi 16725 manat 65 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 127 manat ekspertiza xərci Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxxxx 2014-cü il tarixli 280 saylı kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanmış 1430 manat 40 qəpik faizin tutulmasına dair heç bir sübut təqdim etmədiyindən, bu hissədə iddia təmin edilməməlidir. Bundan başqa, yuxarıda sadalanan ekspert rəyindən göründüyü kimi, İddiaçı ASC ilə X1 arasında bağlandığı iddia edilən xx xxxxxx 2013-cü il tarixli 02 nömrəli və xx xxxxxx 2013-cü il tarixli 029 nömrəli kredit müqavilələrində “borcalan” qrafalarındakı imzalar X1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Belə olan halda, həmin kredit müqavilələri üzrə tərəflər arasında hər hansı öhdəliyin əmələ gəlməsi üçün müqavilələr bağlanmamış, tərəflər üzərlərinə hüquq və vəzifələr, öhdəliklər götürməmiş, cavabdehin vəzifəli şəxsi iddia ərizəsində qeyd olunan xx xxxxxx 2013-cü il tarixli 02 nömrəli və xx xxxxxx 2013-cü il tarixli 029 nömrəli kredit müqavilələrinə imza etməmiş və müqavilələrdə qeyd edilən kredit cavabdehə verilməmişdir. Bu səbəbdən, iddianın qalan hissəsi əsassızdır və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14797 manat 21 qəpik məbləğində əsas borc, 1506 manat 61 qəpik faiz borcu, 421 manat 83 qəpik cərimə borcu, cəmi 16725 manat 65 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 127 manat ekspertiza xərci Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar