Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-23/2024 17.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə 14989,33 manat əsas borc, 3404,77 manat faiz borcu, 15678,84 manat dəbbə pulu olmaqla cəmi 34072,94 manatın və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə isə 9143,15 manat əsas borc, 2588,93 manat faiz borcu, 9563,73 manat dəbbə pulu olmaqla cəmi 21295,81 manatın, 256,20 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və X1 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 141 kv.m ümumi, 55.3 kv.m yaşayış, 85.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 78 nömrəli fərdi yaşayış evi və onun tərkibinə daxil olan 143.5 kv.m həyatyanı tikililəri və qurğularına yönəldilməsi, torpaq sahəsinin 36000 manat, fərdi yaşayış evinin dəyərinin isə 24000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, fərdi yaşayış evində yaşayanların - Cavabdeh və Bədəlov Məhəmmədnəbi oğlunun fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin məcburi boşaldılaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2014-cü il tarixli 1007/14 saylı və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqavilələri imzalanmış, 1007/14 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə 26 faizlə 15000 manat və 1006/14 saylı kredit müqaviləsi üzrə isə 24 ay müddətinə illik 6 faizlə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi xx.xx.2014-cü il tarixli 1007/14 saylı və xx.xx.2014-cü il tarixli 1006/14 saylı ipoteka müqavilələri bağlanmışdır. 1007/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh özünə məxsus olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və 1006/14 saylı ipoteka müqaviləsinə əsasən X2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 141 kv.m ümumi, 55.3 kv.m yaşayış, 85.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 78 nömrəli fərdi yaşayış evi və onun tərkibinə daxil olan 143.5 kv.m həyatyanı tikililəri və qurğuları ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqavilələri üzrə iddiaçıya borcu vardır. Cavabdehə xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. İddiaçı BOKT ASC iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə mürаciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə 14989,33 manat əsas borc, 3404,77 manat faiz borcu, 15678,84 manat dəbbə pulu olmaqla cəmi 34072,94 manatın və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə isə 9143,15 manat əsas borc, 2588,93 manat faiz borcu, 9563,73 manat dəbbə pulu olmaqla cəmi 21295,81 manat pulun və 256,20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, tələbin Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə və torpaq sahəsinin 36000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsinə düzəliş edilməsinə dair ərizə ilə məhkəməyə mürаciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə 14989,33 manat əsas borc, 3404,77 manat faiz borcu, 15678,84 manat dəbbə pulu olmaqla cəmi 34072,94 manatın və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə isə 9143,15 manat əsas borc, 2588,93 manat faiz borcu, 9563,73 manat dəbbə pulu olmaqla cəmi 21295,81 manat pulun və 256,20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, tələbin Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə və torpaq sahəsinin 36000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC sonuncu dəfə 13 dekabr 2023-cü il tarixdə iddia ərizəsinə düzəlişə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə 14989,33 manat əsas borc, 3404,77 manat faiz borcu, 15678,84 manat dəbbə pulu olmaqla cəmi 34072,94 manatın və xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə isə 9143,15 manat əsas borc, 2588,93 manat faiz borcu, 9563,73 manat dəbbə pulu olmaqla cəmi 21295,81 manat pulun və 256,20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, xx.xx.2014-cü il tarixli 1007/14 saylı və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqavilələri üzrə tələbin xx.xx.2014-cü il tarixli 1007/14 saylı ipoteka müqavilələri üzrə tipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə və torpaq sahəsinin 36000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, hər iki kredit müqaviləsini və ipoteka müqaviləsini özü imzalamışdır. Krediti həyat yoldaşının istəyi ilə götürmüşdür. Hər ay ödənişləri öz vaxtında etmişlər. Daha sonra yoldaşının səhhətində yaranan problemlə əlaqədar olaraq ödənişləri edə bilməmişlər. Yoldaşı vəfat etmişdir. O banka dəfələrlə müraciət etmiş, lakin ona bank tərəfindən güzəşt olunmamışdır. Ona məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsindən görünür ki, ona 24 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 1007/14 saylı krеdit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 26% olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 12 iyun 2014-cü il tarixli 1007/14 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Şəmkir şəhərində xüsusi mülkiyyətində olan 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müstəqil qiymətləndiricinin rəyinə əsasən ipotekanın predmetinin dəyəri 36000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 2.1383 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 12 iyun 2014-cü il tarixli 1006/14 saylı krеdit müqaviləsi üzrə banka 14989,33 manat, əsas, 3404,77 manat faiz, 15678,84 manat cərimə borcu olmaqla, cəmi 34072,94 manat məbləğində, 12 iyun 2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə isə banka 9143,15 manat əsas, 2588,93 manat faiz, 9563,73 manat cərimə borcu olmaqla, cəmi 21295,81 manat məbləğində bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 23 oktyabr 2023-cü il tarixli 02-153/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 41000 manat, likvid dəyəri 36000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 250 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli 9/6720 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 1007/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 8279,20 manat əsas, 185,36 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, 1006/14 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2015-ci il tarixə 14989,34 manat əsas, 1026,04 manat faiz borcu hesablanmışdır. Tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 12 iyun 2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən ona 24 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmiçinin Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 12 iyun 2014cü il tarixli 1007/14 saylı krеdit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik faiz dərəcəsi 26% olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kredit müqavilələrinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehdən xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə 14989,33 manat əsas borc, 3404,77 manat faiz borcu, xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə isə 9143,15 manat əsas borc, 2588,93 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə isə Cavabdeh xx.xx.2014-cü il tarixli, 1007/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 8279,20 manat əsas, 185,36 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, 1006/14 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2015-ci il tarixə 14989,34 manat əsas, 1026,04 manat faiz borcunun olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə iddia tələbində qeyd edilən məbləğdə əsas borc və ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə faiz borcu, xx.xx.2014-cü il tarixli, 1007/14 saylı kredit müqaviləsi üzrə isə ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə əsas borc və faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə 15678,84 manat, xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə 9563,73 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə 300 manat, xx.xx.2014-cü il tarixli, 1007/14 saylı kredit müqaviləsi üzrə isə 150 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə yaranmış 14989 manat 33 qəpik kredit borcu, 1026 manat 04 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 16315 manat 37 qəpik məbləğində borc, xx.xx.2014-cü il tarixli, 1007/14 saylı kredit müqaviləsi üzrə yaranmış 8279 manat 20 qəpik kredit borcu, 185 manat 36 qəpik faiz borcu və 150 manat cərimə borcu olmaqla, cəmi 8614 manat 56 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan torpaq sahəsinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməli, həmin torpaq sahəsi açıq hərracdan satılmalı və torpaq sahəsinin ilkin satış qiyməti 36000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 46 manat 20 qəpik dövlət rüsumu ödəmişdir. Halbuki iddiaçı iddia ərizəsində 256 manat 20 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 46 manat 20 qəpik manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 118 manat 59 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə yaranmış 14989 manat 33 qəpik əsas kredit borcu, 1026 manat 04 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 16315 manat 37 qəpik pul, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə yaranmış 8279 manat 20 qəpik əsas kredit borcu, 185 manat 36 qəpik faiz borcu, 150 manat cərimə borcu olmaqla cəmi 8614 manat 56 qəpik pul, hər iki müqavilə üzrə ümumilikdə 24929 (iyirmi dörd min doqquz yüz iyirmi doqquz) manat 93 (doxsan üç) qəpik pul vəsaiti, ödənilmiş 46 (qırx altı) manat 20 (iyirmi) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin. Həmin torpaq sahəsi açıq hərracdan satılsın və torpaq sahəsinin ilkin satış qiyməti 36000 (otuz altı min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ**********0000001944, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh 118 (yüz on səkkiz) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-23/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-23/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver