Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-23/2025 25.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2019-cu il tarixli ***-*******MKG271219-01 saylı kredit müqaviləsi üzrə 19999,91 manat əsas borcun, 10532,96 manat faiz borcunun, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1843,14 manat faiz borcu olmaqla, cəmi 32376,01 manat borc məbləğinin, ödənilmiş 187,13 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat mediasiya dair xərcinin Cavabdeh tutulması, tutmanın girov qoyulmuş ümumi çəkisi 24.40 qram olan 583 əyarlı boyunbağı, ümumi çəkisi 14.50 qram olan 583 əyarlı qolbaq, ümumi çəkisi 80.00 qram olan 583 əyarlı saat və qolbaq, ümumi çəkisi 50.00 qram olan 583 əyarlı üzük, ümumi çəkisi 15.60 qram olan 583 əyarlı sırğa, ümumi çəkisi 4.10 qram olan 583 əyarlı kulon, ümumi çəkisi 14.50 qram olan 750 əyarlı üzük, ümumi çəkisi 48.30 qram olan 583 əyarlı boyunbağı (sünbül), ümumi çəkisi 43.00 qram olan 875 əyarlı 10 luq qızıl qəpik, ümumi çəkisi 4.60 qram olan 375 əyarlı üzük, ümumi çəkisi 25.40 qram olan 500 əyarlı kulon, ümumi çəkisi 18.90 qram olan 875 əyarlı diş və ümumi çəkisi 3.60 qram olan 375 əyarlı sırğaya yönəldilməsi, həmin qızıl - zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əldə olunan məbləğin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli ***-*******MKG271219-01 saylı kredit müqaviləsinə əsasən ona fərdi biznes krediti məqsədi ilə illik 24%-lə 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən cavabdehə məxsus ümumi çəkisi 24.40 qram olan 583 əyarlı boyunbağı, ümumi çəkisi 14.50 qram olan 583 əyarlı qolbaq, ümumi çəkisi 80.00 qram olan 583 əyarlı saat və qolbaq, ümumi çəkisi 50.00 qram olan 583 əyarlı üzük, ümumi çəkisi 15.60 qram olan 583 əyarlı sırğa, ümumi çəkisi 4.10 qram olan 583 əyarlı kulon, ümumi çəkisi 14.50 qram olan 750 əyarlı üzük, ümumi çəkisi 48.30 qram olan 583 əyarlı boyunbağı (sünbül), ümumi çəkisi 43.00 qram olan 875 əyarlı 10 luq qızıl qəpik, ümumi çəkisi 4.60 qram olan 375 əyarlı üzük, ümumi çəkisi 25.40 qram olan 500 əyarlı kulon, ümumi çəkisi 18.90 qram olan 875 əyarlı diş və ümumi çəkisi 3.60 qram olan 375 əyarlı sırğa banka girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun kredit təşkilatına 19999,91 əsas borcu, 10532,96 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 1843,14 manat faiz borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iş üzrə qanuni və əsaslı qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******MKG271219-01 saylı kredit müqaviləsindən görünür ki, borcalana fərdi biznes məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla 24 ay müddətinə 20000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ***-*******MKG271219-01/QZ2/1 saylı girov müqaviləsindən görünür ki, 20007 manat dəyərində olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan qızıl-zinət əşyalarının siyahısı, qiyməti və keyfiyyətinə dair xx.xx.2019-cu il tarixli aktdan görünür ki, 2 ədəd ümumi çəkisi 24.40 qram olan 583 əyarlı boyunbağının likvid qiyməti 1464 manat, 1 ədəd ümumi çəkisi 14.50 qram olan 583 əyarlı qolbağın likvid qiyməti 870 manat, 3 ədəd ümumi çəkisi 80.00 qram olan 583 əyarlı saat və qolbağın likvid qiyməti 3660 manat, 10 ədəd ümumi çəkisi 50.00 qram olan 583 əyarlı üzüyün likvid qiyməti 2790 manat, 3 ədəd ümumi çəkisi 15.60 qram olan 583 əyarlı sırğanın likvid qiyməti 756 manat, 1 ədəd ümumi çəkisi 4.10 qram olan 583 əyarlı kulonun likvid qiyməti 96 manat, 2 ədəd ümumi çəkisi 14.50 qram olan 750 əyarlı üzüyün likvid qiyməti 1131 manat, 1 ədəd ümumi çəkisi 48.30 qram olan 583 əyarlı boyunbağının (sünbül) likvid qiyməti 2415 manat, 5 ədəd ümumi çəkisi 43.00 qram olan 875 əyarlı 10 luq qızıl qəpiyin likvid qiyməti 3938 manat, 1 ədəd ümumi çəkisi 4.60 qram olan 375 əyarlı üzüyün likvid qiyməti 175 manat, 1 ədəd ümumi çəkisi 25.40 qram olan 500 əyarlı kulonun likvid qiyməti 1170 manat, 10 ədəd ümumi çəkisi 18.90 qram olan 875 əyarlı dişin likvid qiyməti 1463 manat, 1 ədəd ümumi çəkisi 3.60 qram olan 375 əyarlı sırğanın likvid qiyməti 80 manat müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 19999,91 manat əsas krеdit bоrcu, 10532,96 manat faiz bоrcu və gecikdirilmiş vaxt üçün faiz borcu 1843,14 manat olmaqla, ümumilikdə 32376,01 manat məbləğində bоrcunun olması göstərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edimişdir. "xxxx" MMC-nin 05 sentyabr 2024-cü il tarixli 02-114/24 saylı rəyindən görünür ki, ümumi çəkisi 24.40 qram olan 583 əyarlı boyunbağının bazar dəyəri 2930 manat, ilkin satış qiyməti 2780 manat, ümumi çəkisi 14.50 qram olan 583 əyarlı qolbağın bazar dəyəri 1740 manat, ilkin satış qiyməti 1650 manat, ümumi çəkisi 80.00 qram olan 583 əyarlı saat və qolbağın bazar dəyəri 7320 manat, ilkin satış qiyməti 6950 manat, ümumi çəkisi 50.00 qram olan 583 əyarlı üzüyün bazar dəyəri 5580 manat, ilkin satış qiyməti 5300 manat, ümumi çəkisi 15.60 qram olan 583 əyarlı sırğanın bazar dəyəri 1500 manat, ilkin satış qiyməti 1400 manat, ümumi çəkisi 4.10 qram olan 583 əyarlı kulonun bazar dəyəri 1920 manat, ilkin satış qiyməti 180 manat, ümumi çəkisi 14.50 qram olan 750 əyarlı üzüyün bazar dəyəri 2610 manat, ilkin satış qiyməti 2480 manat, ümumi çəkisi 48.30 qram olan 583 əyarlı boyunbağının (sünbül) bazar dəyəri 3380 manat, ilkin satış qiyməti 3200 manat, ümumi çəkisi 43.00 qram olan 875 əyarlı 10 luq qızıl qəpiyin bazar dəyəri 6000 manat, ilkin satış qiyməti 5700 manat, ümumi çəkisi 4.60 qram olan 375 əyarlı üzüyün bazar dəyəri 240 manat, ilkin satış qiyməti 228 manat, ümumi çəkisi 25.40 qram olan 500 əyarlı kulonun bazar dəyəri 1638 manat, ilkin satış qiyməti 1550 manat, ümumi çəkisi 18.90 qram olan 875 əyarlı dişin 1845 manat, ilkin satış qiyməti 1750 manat, ümumi çəkisi 3.60 qram olan 375 əyarlı sırğanın bazar dəyəri 110 manat, ilkin satış qiyməti 100 manat həddində müəyyən edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edimişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, 12 adda zərgərlik məlumatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 33215 manat müəyyən edilir. Digər 03 ədəd ümumi çəkisi 80.00 qram olan 583 əyarlı saat və qolbağı ayrı-ayrılıqda çəkisi, saatın markası, modeli və s. aydın olmadığından aparılması mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Gəncə Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edimişdir. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-127-0525 saylı rəyi ilə qızılzinət əşyalarının hazırkı dövrə dəyəri ümumilikdə 37628 manat təşkil etdiyi və iş üzrə xidmət haqqının ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6179 nömrəli rəyindən görünür ki, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 19999,90 manat, faiz borcu üzrə 8397,90 manat, xx.xx.2023-cü il tarixə 5% faiz borcu üzrə 1844,44 manat borc müəyyən edilmişdir. Xidmətin qiyməti 100 manat təşkil etmişdir. İş materiallarında olan xəbardarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona fərdi biznes məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla 24 ay müddətinə 20000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı kredit müqaviləsi üzrə 19999,91 manat əsas borcun, 10532,96 manat faiz borcunun, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 1843,14 manat faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 19999,90 manat, faiz borcu üzrə 8397,90 manat, xx.xx.2023-cü il tarixə 5% lə hesablanmış faiz borcu üzrə 1844,44 manat borc təşkil etməsi göstərilmişdir. Göründüyü kimi əsas borc məbləği və müqavilə müddətinin bitməsinə faiz borcu ekspertiza rəyi ilə iddia tələbinə münasibətdə az, kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu isə iddia tələbindən çox müəyyən edilmişdir. İddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu hissəsində iddia tələbini artırmamışdır. Ona görə də ekspertiza rəyi ilə müəyyən edilmiş 19999 manat 90 qəpik əsas borc, müqavilə müddətinə hesablanmış 8397 manat 90 qəpik faiz borcu və iddia tələbində göstərilən 1843 manat 14 qəpik məbləğdə müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcunun tutulması qanuni və əsaslıdır. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 19999 manat 90 qəpik əsas borcu, müqavilə müddətinə hesablanmış 8397 manat 90 qəpik faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1843 manat 14 qəpik faiz borcu olmaqla, cəmi 30240 manat 94 qəpik kredit borcu cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh məxsus ümumi çəkisi 24.40 qram olan 583 əyarlı boyunbağı, ümumi çəkisi 14.50 qram olan 583 əyarlı qolbaq, ümumi çəkisi 80.00 qram olan 583 əyarlı saat və qolbaq, ümumi çəkisi 50.00 qram olan 583 əyarlı üzük, ümumi çəkisi 15.60 qram olan 583 əyarlı sırğa, ümumi çəkisi 4.10 qram olan 583 əyarlı kulon, ümumi çəkisi 14.50 qram olan 750 əyarlı üzük, ümumi çəkisi 48.30 qram olan 583 əyarlı boyunbağı (sünbül), ümumi çəkisi 43.00 qram olan 875 əyarlı 10 luq qızıl qəpik, ümumi çəkisi 4.60 qram olan 375 əyarlı üzük, ümumi çəkisi 25.40 qram olan 500 əyarlı kulon, ümumi çəkisi 18.90 qram olan 875 əyarlı diş və ümumi çəkisi 3.60 qram olan 375 əyarlı sırğa olan əşyalara yönəldilməli, həmin əşyalar açıq hərracdan satılmalı, ümumi çəkisi 24.40 qram (qızılın xalis çəkisi 24.40 qram) olan 583 əyarlı boyunbağının ilkin satış qiyməti 2845,04 manat, ümumi çəkisi 14.50 qram (qızılın xalis çəkisi 14.50 qram) olan 583 əyarlı qolbağın ilkin satış qiyməti 1690,70 manat, ümumi çəkisi 80.00 qram (qızılın xalis çəkisi 61 qram) olan 583 əyarlı saat və qolbağın ilkin satış qiyməti 7112,60 manat, ümumi çəkisi 50.00 qram (qızılın xalis çəkisi 46.50 qram) olan 583 əyarlı üzüyün ilkin satış qiyməti 5421,90 manat, ümumi çəkisi 15.60 qram (qızılın xalis çəkisi 12.60 qram) olan 583 əyarlı sırğanın ilkin satış qiyməti 1469,16 manat, ümumi çəkisi 4.10 qram (qızılın xalis çəkisi 1.60 qram) olan 583 əyarlı kulonun ilkin satış qiyməti 186,56 manat, ümumi çəkisi 14.50 qram (qızılın xalis çəkisi 14.50 qram) olan 750 əyarlı üzüyün ilkin satış qiyməti 2167,75 manat, ümumi çəkisi 48.30 qram (qızılın xalis çəkisi 48.30 qram) olan 583 əyarlı boyunbağının (sünbül) ilkin satış qiyməti 4805,85 manat, ümumi çəkisi 43.00 qram (qızılın xalis çəkisi 42.80 qram) olan 875 əyarlı 10 luq qızıl qəpiyin ilkin satış qiyməti 7447,20 manat, ümumi çəkisi 4.60 qram (qızılın xalis çəkisi 4.60 qram) olan 375 əyarlı üzüyün ilkin satış qiyməti 343,16 manat, ümumi çəkisi 25.40 qram (qızılın xalis çəkisi 23.4 qram) olan 500 əyarlı kulonun ilkin satış qiyməti 2328,30 manat, ümumi çəkisi 18.90 qram (qızılın xalis çəkisi 9.50 qram) olan 875 əyarlı dişin ilkin satış qiyməti 1653 manat, ümumi çəkisi 3.60 qram (qızılın xalis çəkisi 2.10 qram) olan 375 əyarlı sırğanın ilkin satış qiyməti 156,66 manat, ümumilikdə 37627 manat 88 qəpik həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, həmin əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 187,13 manat dövlət rüsumu və 200 manat mediasiya xərci ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180,72 manat dövlət rüsumu və 200 manat mediasiya xərci də cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin Cavabdeh iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, məhkəmə-mühasibatlıq və məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 150 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməliidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli ***-*******MKG271219-01 saylı kredit müqaviləsi üzrə yaranmış 19999 manat 90 qəpik əsas borcu, 8397 manat 90 qəpik faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1843 manat 14 qəpik faiz borcu olmaqla, cəmi 30240 (otuz min iki yüz qırx) manat 94 (doxsan dörd) qəpik kredit borcu, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci və ödənilmiş 180 (bir yüz səksən) manat 72 (yetmiş iki) qəpik dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus ümumi çəkisi 24.40 qram olan 583 əyarlı boyunbağı, ümumi çəkisi 14.50 qram olan 583 əyarlı qolbaq, ümumi çəkisi 80.00 qram olan 583 əyarlı saat və qolbaq, ümumi çəkisi 50.00 qram olan 583 əyarlı üzük, ümumi çəkisi 15.60 qram olan 583 əyarlı sırğa, ümumi çəkisi 4.10 qram olan 583 əyarlı kulon, ümumi çəkisi 14.50 qram olan 750 əyarlı üzük, ümumi çəkisi 48.30 qram olan 583 əyarlı boyunbağı (sünbül), ümumi çəkisi 43.00 qram olan 875 əyarlı 10 luq qızıl qəpik, ümumi çəkisi 4.60 qram olan 375 əyarlı üzük, ümumi çəkisi 25.40 qram olan 500 əyarlı kulon, ümumi çəkisi 18.90 qram olan 875 əyarlı diş və ümumi çəkisi 3.60 qram olan 375 əyarlı sırğa olan əşyalara yönəldilsin. Həmin əşyalar açıq hərracdan satılsın. Ümumi çəkisi 24.40 qram (qızılın xalis çəkisi 24.40 qram) olan 583 əyarlı boyunbağının ilkin satış qiyməti 2845,04 (iki min səkkiz yüz qırx beş manat dörd qəpik) manat, Ümumi çəkisi 14.50 qram (qızılın xalis çəkisi 14.50 qram) olan 583 əyarlı qolbağın ilkin satış qiyməti 1690,70 (bir min altı yüz doxsan manat yetmiş qəpik) manat, Ümumi çəkisi 80.00 qram (qızılın xalis çəkisi 61 qram) olan 583 əyarlı saat və qolbağın ilkin satış qiyməti 7112,60 (yeddi min yüz on iki manat altmış qəpik) manat, Ümumi çəkisi 50.00 qram (qızılın xalis çəkisi 46.50 qram) olan 583 əyarlı üzüyün ilkin satış qiyməti 5421,90 (beş min dörd yüz iyirmi bir manat doxsan qəpik) manat, Ümumi çəkisi 15.60 qram (qızılın xalis çəkisi 12.60 qram) olan 583 əyarlı sırğanın ilkin satış qiyməti 1469,16 (bir min dörd yüz altmış doqquz manat on altı) manat, Ümumi çəkisi 4.10 qram (qızılın xalis çəkisi 1.60 qram) olan 583 əyarlı kulonun ilkin satış qiyməti 186,56 (bir yüz səksən altı manat əlli altı) manat, Ümumi çəkisi 14.50 qram (qızılın xalis çəkisi 14.50 qram) olan 750 əyarlı üzüyün ilkin satış qiyməti 2167,75 (iki min yüz altmış yeddi manat yetmiş beş qəpik) manat, Ümumi çəkisi 48.30 qram (qızılın xalis çəkisi 48.30 qram) olan 583 əyarlı boyunbağının (sünbül) ilkin satış qiyməti 4805,85 (dörd min səkkiz yüz beş manat səksən beş) manat, Ümumi çəkisi 43.00 qram (qızılın xalis çəkisi 42.80 qram) olan 875 əyarlı 10 luq qızıl qəpiyin ilkin satış qiyməti 7447,20 (yeddi min dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat, Ümumi çəkisi 4.60 qram (qızılın xalis çəkisi 4.60 qram) olan 375 əyarlı üzüyün ilkin satış qiyməti 343,16 (üç yüz qırx üç manat on altı qəpik) manat, Ümumi çəkisi 25.40 qram (qızılın xalis çəkisi 23.4 qram) olan 500 əyarlı kulonun ilkin satış qiyməti 2328,30 (iki min üç yüz iyirmi səkkiz manat otuz qəpik) manat, Ümumi çəkisi 18.90 qram (qızılın xalis çəkisi 9.50 qram) olan 875 əyarlı dişin ilkin satış qiyməti 1653 (bir min altı yüz əlli üç) manat Ümumi çəkisi 3.60 qram (qızılın xalis çəkisi 2.10 qram) olan 375 əyarlı sırğanın ilkin satış qiyməti 156,66 (bir yüz əlli altı manat altmış altı qəpik) manat, ümumilikdə 37627 (otuz yeddi min altı yüz iyirmi yeddi) manat 88 (səksən səkkiz) qəpik həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmin əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-23/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-23/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver