Məhkəmə qərarları › İş №e-2-2(115)-2366/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2366/2025

28.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2366/2025 28.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X3 Cəmiyyətinin Cavabdeh qarşı elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X3 Cəmiyyəti Cavabdeh qarşı elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı QTSC-yə Dövlət Vergi Xidmətinin https://www.e-taxes.gov.az saytı vasitəsi ilə göndərilmiş işlərin görülməsi barədə xx.xx.2025-ci il tarixli, MT2410 serialı, 10212964 nömrəli (13 869,23 manat dəyərində) və xx.xx.2025-ci il tarixli, MT2501 serialı, 10758141 nömrəli (5076.92 manat dəyərində ) elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən cəmiyyətlərinə işlərin görülməsi barədə xx.xx.2025-ci il tarixində MT2410 serialı 10212964 nömrəi 13 869,23 manat dəyərində və MT2501 serialı 10758141nömrəli 5076.92 manat dəyərində əssasız elektron qaimələr göndərilmişdir. Qaimələr guya cavabdeh tərəfindən cəmiyyətlərinin sifarişi əsasında 2024-cü ilin iyul avqust aylarında su və yükləin daşınması işlərinin aparıldığı iddiası əsasında tərtib edilmişdir. Cavabdeh dəfələrlə eyni mövzuda elektron qaimələr göndərsə də həmin qaimələr tərəflərindən geri qaytarılmışdır. Sonradan istirahət günləri ərəfəsində göndəriliyi üçün sistenm tərəfindən təsdiqlənmişdir. Dəfələrlə həmin qaiməni elektron qaydada cavabdeh ləğv üçün göndərməklərinə baxmayaraq bu günə qədər ləğvi təsdiq etməmişdir. Həmin qaimənin 5 gün müddətində ləğvini təsdiqlənməsi ilə bağlı pretenziyası (AVİS **********156716) cavabdeh tərəfindən icra edilməmişdir. Belə ki, cavabdeh həmin qaimələrə əsaslanaraq cəmiyyətlərinə qarş pul tələbi ilə bağlı iddia ilə çıxış edir. Bildirirlər ki, cavabdehlə heç bir müqaviləsi mövcud deyil. Hüquq şəxs olaraq cavabdehə heç bir sifariş verməmişdir. Cavabdehin tərtib etdiyi qaimələr onun təxəyyülünün məhsuludur. Hesab edirlər ki, qeyd edilən elektron qaimələr ləğv edilməlidir. Cavabdeh tərəfindən ləğvin təsdiqi könüllü icar edilmədiyi üçün bu vəzifə ona məhkəmə qaydasında həvalə edilməlidir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında müqavilə öhdəliklərindən irəli gələn mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmışdır. İddiaçı X3 Cəmiyyəti Cavabdeh qarşı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3594/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hal hazırda iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatındadır. İş üzrə icraata xitam verilməsi barədə məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iştirakı olmadan hazırlıq iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, elektron qaimə-fakturalar özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə elektron qaimələrin özlərinin mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız həmin sənədlərin əsassızlığına dair dəlillərini təqdim edə bilər. Qaimələrin özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Eyni zamanda hazırki iş üzrə Cavabdeh İddiaçı X3 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı QTSC-dən 18946 manat pulun tutularaq ona ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3594/2025 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı QTSC-yə qarşı pulun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdehdən 16946 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən görünür ki, iddiaçı öz ərizəsində özünə məxsus nəqliyyat vasitələri və işçilərlə cavabdeh üçün müəyyən işlərin görüldüyünü bildirmiş, lakin cavabdeh tərəfindən görülmüş işlərin müqabilində hər hansı ödənişin olunmadığını bildirərək, xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10758141 nömrəli və MT2410 seriyalı, 10212964 nömrəli elektron qaimə-fakturalara əsasən görülmüş işlərin dəyəri olan 18946 manat pulun tutulmasını xahiş etmişdir. Göründüyü kimi sözügedən iş üzrə iddiaçı cavabdehlə aralarında olan münasibətlərə və eyni zamanda cavabdehin özü tərəfindən təsdiq edilmiş elektron qaimə-fakturalara istinad etməklə iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı QTSC-nin nümayəndəsi də məhkəmə iclaslarında iştirak edərək həmin elektron qaimə-fakturaların səhvən təsdiqləndiyini bildirmişdir. Məhkəmə isə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaları digər sübutlarla əlaqəli şəkildə qiymətləndirirərək iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Göründüyü kimi sözügedən iş üzrə İddiaçı QTSC-nin nümayəndəsi tərəfindən həmin elektron qaimə-fakturaya münasibət bildirilmiş və indiki halda həmin elektron qaimə-fakturaların özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti təşkil edə bilməz. Odur ki, hazır ki ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1 maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X3 Cəmiyyətinin Cavabdeh qarşı elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı X3 Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar