Məhkəmə qərarları › İş №e-2-2(115)-24/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-24/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-24/2022 22.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Ləğv Prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə İddiaçı Ləğv Prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 228433,43 manat – bundan 131498,08 manat əsas, 43151,81 manat faiz, 40106,80 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 13676,74 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 50 saylı mənzilə yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə yönəlməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən 22 saylı mənzilə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə ilə Cavabdeh2 MMC arasında 11 iyul 2014-cü il tarixli 07/63 BANK saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixdə 11 iyul 2014-cü il tarixli 07/63 BANK saylı kredit müqaviləsi üzrə 01 saylı əlavə saziş bağlanılaraq kredit müqaviləsinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, “kreditor borcalana 500.000 manat məbləğində kredit verir, kredit 1-ci tranş 200.000 manat olmaqla iki tranşdan ibarət verilmişdir. 1-ci tranşın təyinatı üzrə sərf olunmasına dair monitorinq hesabatı təqdim edildikdən sonra Bankın Kredit Komitəsinin qərarı ilə Cavabdeh2 MMC-yə Bankın Kredit Komitəsinin xx.xx.2014-cü il tarixli 49 saylı protokoluna əsasən verilmiş 500.000 manat kreditin ikinci tranşı kimi 100.000 manat verilmişdir”.xx.xx.2014-cü il tarixdə 11 iyul 2014-cü il tarixli 07/63 BANK saylı kredit müqaviləsi üzrə 02 saylı əlavə saziş bağlanılaraq kredit müqaviləsinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, kreditor borcalana 500.000 manat məbləğində kredit vermişdir. Kredit 1-ci tranş 200.000 manat olmaqla iki tranşdan ibarət verilmişdir. 1-ci tranşın təyinatı üzrə sərf olunmasına dair monitorinq hesabatı təqdim edildikdən sonra Bankın Kredit Komitəsinin qərarı Cavabdeh2 MMC-yə Bankın Kredit Komitəsinin xx.xx.2014-cü il tarixli 49 saylı protokoluna əsasən verilmiş 500.000 AZN kreditin ikinci tranşı kimi 100.000 AZN verilib. 2-ci tranşın təyinatı üzrə sərf olunmasına dair monitorinq hesabatı təqdim edildikdən sonra Bankın Kredit Komitəsinin qərarı ilə Cavabdeh2 MMC-yə Bankın Kredit Komitəsinin xx.xx.2014-cü il tarixli 49 saylı protokoluna əsasən verilmiş 500.000 manat kreditin 3-cü tranşı kimi 100.000 manat verilmişdir. xx.xx.2016-cı il tarixdə 07/63 Bank saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 saylı əlavə saziş bağlanılaraq, müqaviləyə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, kreditorun borcalana verdiyi 400.000 manat məbləğindəki kredit öhdəliyinin qalığı 213.933,43 manat təşkil edir, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixdə 07/63 Bank saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 saylı əlavə saziş bağlanılaraq, kredit şərtləri restruktruzasiya edilmişdir. Dəyişikliyə əsasən, borcalanın kreditror qarşısındakı kredit öhdəliyinin qalığı 169.574,73 manat təşkil etmiş, güzəştin müddətin 2 ay təşkil etmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 50 saylı mənzil və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 6 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh3 arasında 31 iyul 2014-cü il tarixli G1- 07/63 BANK saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzillərin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və xx.xx.2016-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Eyni zamanda tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 22 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 31 iyul 2014-cü il tarixli G2-07/63 BANK saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzillərin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 197133 saylı xx.xx.2019-cu tarixli, **********704 saylı 13 noyabr 2020-ci il tarixli, **********298 saylı 25 noyabr 2020-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. xx.xx.2020-ci il tarixinə Cavabdeh2 MMC-nin kredit üzrə cəmi borcu 228433,43 manat təşkil edir. Bundan 131498,08 manat əsas, 43151,81 manat faiz, 40106,80 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 13676,74 manat faiz borcu təşkil edir. İddiaçı tərəfin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh2 nümayəndəsi Namiq Həsənov məhkəməyə etiraz göndərərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2014-cü il tarixli, 07/63 saylı kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh2nə 200000 manat məbləğində illik 15 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh2 isə 30 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2014-cü il tarixli xx.xx.2014-cü il tarixli, 07/63 saylı kredit müqaviləsi üzrə 01 №-li əlavə sazişdən görünür ki, kreditor borcalana 500000 manat məbləğində kredit verir. Kredit 1ci tranş 200.000 manat olmaqla iki tranşdan ibarət verilmişdir. 1-ci tranşın təyinatı üzrə sərf olunmasına dair monitorinq hesabatı təqdim edildikdən sonra Bankın Kredit Komitəsinin qərarı ilə Cavabdeh2 MMC-yə Bankın Kredit Komitəsinin xx.xx.2014-cü il tarixli 49 saylı protokoluna əsasən verilmiş 500.000 manat kreditin ikinci tranşı kimi 100.000 manat verilmişdir. xx.xx.2014-cü il tarixli 11 iyul 2014-cü il tarixli 07/63 BANK saylı kredit müqaviləsi üzrə 02 saylı əlavə sazişdən görünür ki, kredit müqaviləsinə dəyişiklik edilmiş, dəyişikliyə əsasən, kreditor borcalana 500.000 manat məbləğində kredit vermişdir. Kredit 1-ci tranş 200.000 manat olmaqla iki tranşdan ibarət verilmişdir. 1-ci tranşın təyinatı üzrə sərf olunmasına dair monitorinq hesabatı təqdim edildikdən sonra Bankın Kredit Komitəsinin qərarı Cavabdeh2 MMC-yə Bankın Kredit Komitəsinin xx.xx.2014-cü il tarixli 49 saylı protokoluna əsasən verilmiş 500.000 AZN kreditin ikinci tranşı kimi 100.000 AZN verilib. 2-ci tranşın təyinatı üzrə sərf olunmasına dair monitorinq hesabatı təqdim edildikdən sonra Bankın Kredit Komitəsinin qərarı ilə Cavabdeh2 MMC-yə Bankın Kredit Komitəsinin xx.xx.2014-cü il tarixli 49 saylı protokoluna əsasən verilmiş 500.000 manat kreditin 3-cü tranşı kimi 100.000 manat verilmişdir. xx.xx.2016-cı il tarixli 07/63 Bank saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 saylı əlavə sazişdən görünür ki, müqaviləyə dəyişiklik edilmiş, dəyişikliyə əsasən, kreditorun borcalana verdiyi 400.000 manat məbləğindəki kredit öhdəliyinin qalığı 213.933,43 manat təşkil edir, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixdə 07/63 Bank saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 saylı əlavə sazişdən görünür ki, kredit şərtləri restruktruzasiya edilmişdir. Dəyişikliyə əsasən, borcalanın kreditror qarşısındakı kredit öhdəliyinin qalığı 169.574,73 manat təşkil etmiş, güzəştin müddətin 2 ay təşkil etmişdir. xx.xx.2014-cü il tarixli, G1-07/63 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 07/63 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.66 m2, yaşayış sahəsi 96 m2 oan 4 otaqdan ibarət 50 saylı mənzil və Cavabdeh3 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 131.2 m2, yaşayış sahəsi 66.4 m2 olan 3 otaqdan ibarət 6 saylı mənzil ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli, G1-07/63 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 07/63 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 22 saylı mənzil ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən xx.xx.2016cı il tarixli seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1, 50 saylı mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən xx.xx.2016cı il tarixli seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus ünvan 5 6 saylı mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən xx.xx.2016ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən 22 saylı mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. 197133 saylı xx.xx.2019-cu tarixli, **********704 saylı 13 noyabr 2020-ci il tarixli, **********298 saylı 25 noyabr 2020-ci il tarixli məktublardan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 16 mart 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 MMC-nin kredit üzrə cəmi borcu 228433,43 manat təşkil edir. Bundan 131498,08 manat əsas, 43151,81 manat faiz, 40106,80 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 13676,74 manat faiz borcu təşkil etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspertiza rəyində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 07/63 saylı kredit müqaviləsi üzrə əsas borc 122 966.78 manat, faiz üzrə borc 12 484.54 manat, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən faiz borcu 12 484.54 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 50 nömrəli mənzilin bazar dəyəri 250 000 manat, likvid dəyəri 225 000 manat, ünvan 5 ünvanında yerləşən 6 saylı mənzilin bazar dəyəri 160 600 manat, likvid dəyəri isə 144 500 manat, ünvan 3 ünvanında yerləşən 22 saylı mənzilin bazar dəyəri 76 400 manat, likvid dəyəri 68 800 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 07/63 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2nə 500 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 3000 (üç min) manat məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait İVA” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Məhkəmə iddia tələbinin ipoteka ilə yüklü edilmiş mənzillərin boşaldılmasından ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə dair onu qeyd edir ki, İddiaçı ASC hüquqi şəxs kimi artıq mövcud deyildir. Həmçinin mənzili almaq hüququnu kimin əldə edəcəyi hərracın nəticələrindən sonra məlum olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2ndən əsas borc üzrə 122 966,78 (bir yüz iki min doqquz yüz altmış altı manat yetmiş səkkiz qəpik) manat əsas, 12 484,54 (on iki min dörd yüz səksən dörd manat əlli dörd qəpik) manat faiz, 3000 (üç min) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 12 488,54 (on iki min dörd yüz səksən səkkiz manat əlli dörd qəpik) manat faiz borcu, ümumilikdə 150 935,86 (bir yüz əlli min doqquz yüz otuz beş manat səksən altı qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus, likvid dəyəri 225 000 (iki yüz iyirmi beş min) manat olan ünvan 6 ünvanda yerləşən 50 saylı mənzilə, Cavabdeh3 məxsus likvid dəyəri 144 500 (bir yüz qırx dörd min beş yüz) manat olan ünvan 2 ünvanda yerləşən 6 saylı mənzilə, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, likvid dəyəri 68 800 (altmış səkkiz min səkkiz yüz olan ünvan 7 ünvanda yerləşən 22 saylı mənzilə yönəldilməli, həmin ev açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. İddia ərizəsinin məzmunundan göründüyü kimi ipoteka predmetinə aid daşınmaz əmlakların qiymətləndirilməsi iddiaçı tərəfindən irəli sürülmüşdür. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2ndən əsas borc üzrə 122 966,78 (bir yüz iki min doqquz yüz altmış altı manat yetmiş səkkiz qəpik) manat əsas, 12 484,54 (on iki min dörd yüz səksən dörd manat əlli dörd qəpik) manat faiz, 3000 (üç min) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 12 488,54 (on iki min dörd yüz səksən səkkiz manat əlli dörd qəpik) manat faiz borcu, ümumilikdə 150 935,86 (bir yüz əlli min doqquz yüz otuz beş manat səksən altı qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus, likvid dəyəri 225 000 (iki yüz iyirmi beş min) manat olan ünvan 6 ünvanda yerləşən 50 saylı mənzilə, Cavabdeh3 məxsus likvid dəyəri 144 500 (bir yüz qırx dörd min beş yüz) manat olan ünvan 2 ünvanda yerləşən 6 saylı mənzilə, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, likvid dəyəri 68 800 (altmış səkkiz min səkkiz yüz olan ünvan 7 ünvanda yerləşən 22 saylı mənzilə yönəldilsin, həmin ev açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsi boşaldılsın. İş üzrə 600 (altı yüz) manat ekspertiza xərci iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq „Uniprice“ MMC, VÖEN **********, AZ15GUNA********************,“GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilsin. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh2ndən tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ**********0000001944,VÖEN**********,AZ90AİİB******************** saylı hesaba ödənilsin. İş üzrə 200 (iki yüz manat) manat ekspertiza xərci Cavabdeh2ndən tutlaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar