Məhkəmə qərarları › İş №e-2-2(115)-24/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-24/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-24/2023 06.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə kreditə görə 127615 manat 73 qəpik, faiz borcuna görə 22008 manat 77 qəpik, cərimə borcuna görə 6447 manat 78 qəpik, cəmi 156072 manat 28 qəpik, xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsi üzrə kreditə görə 0 manat, faiz borcuna görə 10716 manat 77 qəpik, cərimə borcuna görə 0 manat, cəmi 10716 manat 77 qəpik, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Şəmkir və Gəncə Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 480 manat xidmət haqqı və rüsumun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin və məhkəməyə iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 57 manat pulun, yənicəmi 167726 manat 05 qəpik pulun tutulması; xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə tələbin Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 6.4526 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.4989 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.7138 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.7507 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.4674 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1006 ha torpaq sahəsi, Qapanlı kəndində sahəsi, Qapanlı kəndində yerləşən 3.1999 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.3144 ha torpaq yerləşən 6.9661 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 2.4797 ha torpaq sahəsinə və tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus 57BP777 qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi Ağ, mühərriki 5700, ban nömrəsi JTJHY00W3A4051788 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, onların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 həmin kredit müqaviləsi üzrə cəmi 156072 manat 28 qəpik borcunun, xidmət haqqı, dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş cəmi 937 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.0458 ha torpaq sahəsinə və Cavabdeh4 məxsus 57BP777 qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi Ağ, mühərriki 5700, ban nömrəsi JTJHY00W3A4051788 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, onların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 həmin kredit müqaviləsi üzrə cəmi 10716 manat 77 qəpik borcunun İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmetləri olan tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən torpaq sahələrinə və Cavabdeh4 məxsus 57BP777 qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi Ağ, mühərriki 5700, ban nömrəsi JTJHY00W3A4051788 olan nəqliyyat vasitəsinə tələb yönəldikdən, həmin əmlaklar açıq hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində boşaldılması, əvvəlki mülkiyyətçi və onun ailə üzvlərinin həmin fərdi yaşayış evindən və torpaq sahələrindən əşyaları ilə birlikdə çıxarılması, nəqliyyat vasitəsinin, fərdi yaşayış evinin və torpaq sahələrinin yeni mülkiyyətçiyə təhvil verilməsi; İpoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh4 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsinə əsasən illik 7 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 200000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Bundan başqa İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit xətti müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 50000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). xx.xx.2018-ci il tarixli, SHNİP- 0271/174saylı və xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh4 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh4 müqavilə üzrə öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunmuş maliyyə arayışlarına əsasən Cavabdeh4 xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 127615 manat 73 qəpik, faiz borcuna görə 22008 manat 77 qəpik, cərimə borcuna görə 6447 manat 78 qəpik, borcun cəmi məbləği 156072 manat 28 qəpik, xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 0 manat, faiz borcuna görə 10716,77 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 10716 manat 77 qəpik təşkil edir. xx.xx.2018ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı və xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus 57BP777 qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi Ağ, mühərriki 5700, ban nömrəsi JTJHY00W3A4051788 xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli İpoteka müqavilələri ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 6.4526 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.4989 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.7138 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.7507 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.4674 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1006 ha torpaq sahəsi, Qapanlı kəndində sahəsi, Qapanlı kəndində yerləşən 3.1999 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.3144 ha torpaq yerləşən 6.9661 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 2.4797 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli İpoteka müqavilələri ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.0458 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Müqavilələr notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin ipoteka qoyanın ailə üzvləri də ipoteka müqaviləsinin bağlanmasına öz yazılı razılıqlarını vermiş və həmin ərizələr də notarial qaydada təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış İpoteka müqavilələrinin 9.1-ci bəndinə əsasən, İpoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka qoyan yerinəyetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh4 xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı və xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylıkredit müqaviləsi üzrə cəmi 166789 manat 05 qəpik məbləğində pul, ödənilmiş rüsumlar tutulmalıdır, tələblər ipoteka predmetlərinə yönəldilməlidir, ipoteka predmeti satıldıqdan sonra keçmiş mülkiyyətçi və ailə üzvləri ipoteka predmetlərindən çıxarılmalıdır və onun ipoteka predmetlərindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, hazırki kommersiya işi üzrə məhkəmənin qərardadı əsasında iş üzrə cavabdehlərin mülkiyyətində olan ipoteka predmetlərinin qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirmə prosesinin nəticəsində "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi barədə rəy məhkəməyə təqdim edilmişdir. Həmin ipoteka predmetlərinin qiymətləndirilməsi üçün xidmət haqqı iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. İddia tələblərinin tam təmin edilərək, eyni zamanda tərəflərindən ödənilmiş 4900 manat xidmət haqqının Cavabdeh4 tutularaq "xxxx" ASC-yə ödənilməsini xahiş edirlər. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bank tərəfindən məhkəməyə müraciət olunduqdan sonra borcdan ödəniş olunmamışdır. Cavabdeh tərəfə borc barədə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 müqavilə üzrə öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC -yə və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmiş, iddiaçı "xxxx" ASC -nin nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 7 faiz olmaqla 200000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 12 ay müddətinə illik 18 faiz olmaqla 50000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə kreditə görə 127615 manat 73 qəpik, faiz borcuna görə 22008 manat 77 qəpik, cərimə borcuna görə 6447 manat 78 qəpik olmaqla, cəmi 156072 manat 28 qəpik, xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 10716 manat 77 qəpik məbləğində borcunun olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7423 nömrəli 15 noyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixli, SHNİP- 0271/174 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 144444 manat 24 qəpik və faiz borcu 8146 manat 24 qəpik olduğu göstərilmişdir. xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2020-ci il tarixə banka olan əsas borcu 50000 manat və faiz borcu 1399 manat 77 qəpik olduğu göstərilmişdir.tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Ekspert rəyində əsas borcun düzgün nəzərə alınması və müqavilə müddətlərinin sonuna faiz borclarının müəyyən edilməsi zərurəti ilə məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/504 nömrəli rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 144444 manat 24 qəpik və faiz borcu 8146 manat 24 qəpik, xx.xx.2022-ci il tarixə əsas borcu 127615 manat 73 qəpik və faiz borcu 13210 manat 83 qəpik olduğu göstərilmişdir. xx.xx.2019-cu il tarixli, SHNİAP- 024 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2020-ci il tarixə banka olan əsas borcu 50000 manat və faiz borcu 1399 manat 77 qəpik, xx.xx.2022-ci il tarixə faiz borcu 126 manat 34 qəpik olduğu göstərilmişdir.Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh4 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipotekaya qoymuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli, SHNİP- 0271/174 saylı və xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus 57BP777 qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi Ağ, mühərriki 5700, ban nömrəsi JTJHY00W3A4051788 xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.0458 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli, SHNİP- 0271/174 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 5.4989 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.7138 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.7507 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.4674 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1006 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1999 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.3144 ha torpaq yerləşən 6.9661 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 2.4797 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.0458 ha torpaq sahəsi, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 5.4989 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.7138 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.7507 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.4674 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1006 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1999 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.3144 ha torpaq yerləşən 6.9661 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 2.4797 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan “AB Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 iyun 2022-ci il tarixli rəylərindən görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinin bazar qiyməti 105000 manat likvid dəyəri 95000 manat, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 5.4989 hektar, 4.7138 hektar, 5.7507 hektar, 3.4674 hektar, 3.1006 hektar, 3.1999 hektar, 4.3144 hektar, 6.9661 hektar, 2.4797 hektar və 4.0458 hektar torpaq sahələrinin bazar dəyəri müvafiq olaraq 64.000, 55.000, 67.000, 40.000, 36.000, 37.000, 50.000, 80.000, 29.000, 47.000 likvid dəyəri isə müvafiq olaraq 56.000, 48.000, 59.000, 35.000, 31.500, 32.500, 44.000, 70.000, 25.500 və 41.000 manat həddində müəyyən olunmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ipoteka predmetlərinin qiymətləndirilməsi üçün 4900 manat xidmət haqqı "xxxx" MMC-nin hesabına iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh4 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka İddiaçı ASC ipoteka ilə yüklü edilmiş əmlakları açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Şəmkir və Gəncə Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün cəmi 480 manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh4 və İddiaçı ASC-nin nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş, və İddiaçı ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun qalan hissəsinin ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 374 manat 95 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə 127615 manat 73 qəpik əsas borc, 13210 manat 83 qəpik müqavilə müddətinə faiz borcu, 1000 manat cərimə borcu, cəmi 141826 manat 56 qəpik məbləğində borc, xx.xx.2019-cu il tarixli SHNİAP-24 saylı kredit müqaviləsi üzrə 126 manat 34 qəpik məbləğində müqavilə müddətinə faiz borcu olmaqla, ümumilikdə 141952 manat 29 qəpik məbləğində borc, həmçinin 4900 manat qiymətləndirmə haqqı, 400 manat mediasiya xərci, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57 manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 480 manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, xx.xx.2018-ci il tarixli SHNİP-0271/174 saylı kredit müqaviləsinə əsasən tələb üzrə tutma Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 5.4989 hektar, 4.7138 hektar, 5.7507 hektar, 3.4674 hektar, 3.1006 hektar, 3.1999 hektar, 4.3144 hektar, 6.9661 hektar, 2.4797 hektar torpaq sahələrinə və 2010-cu il buraxılışlı, JTJHY00W3A4051788 ban nömrəli, ağ rəngli “Lexus LX570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, xx.xx.2019-cu il tarixli SHNİAP-24 saylı kredit müqaviləsinə əsasən tələb üzrə tutma Cavabdeh4 məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 4.0458 hektar torpaq sahəsinə və 2010-cu il buraxılışlı, JTJHY00W3A4051788 ban nömrəli, ağ rəngli “Lexus LX570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, Həmin fərdi yaşayış evi, torpaq sahələri və avtomobil açıq hərracdan satılmalı, Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 95.000 manat həddində müəyyən edilməli, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 5.4989 hektar, 4.7138 hektar, 5.7507 hektar, 3.4674 hektar, 3.1006 hektar, 3.1999 hektar, 4.3144 hektar, 6.9661 hektar, 2.4797 hektar və 4.0458 hektar torpaq sahələrinin ilkin satış qiyməti müvafiq olaraq 56.000, 48.000, 59.000, 35.000, 31.500, 32.500, 44.000, 70.000, 25.500 və 41.000 manat həddində müəyyən edilməli, Satışdan əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh2 qaytarılmalı, Fərdi yaşayış evinin, torpaq sahələrinin və avtomobilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Hərrac keçirildikdən bir ay sonra fərdi yaşayış evi və torpaq sahələri boşaldılmalı, Ödənilməli olan 374 manat 95 qəpik məbləğində dövlət rüsumu Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilməli, 300 manat məbləğində ekspertiza xərci Cavabdeh4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, cavabdehin əsas borcunu, müqavilə müddətlərinin sonuna faiz borclarını özündə əks etdirən və mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/504 nömrəli rəyinə əsasən Cavabdeh4 xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə faiz borcu 13210 manat 83 qəpik, xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 faiz borcu 126 manat 34 qəpik müəyyən olunduğundan iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə 1000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, 21 iyul 2018-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 6.4526 ha torpaq sahəsi tərəflər arasından bağlanmış 19 iyul 2018-ci iltarixli SHNİP-0271/174A kredit müqaviləsinin təminatı olduğundan, hazırkı mübahisə üzrə iddia tələbi həmin torpaq sahəsinə münasibətdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə 127615 manat 73 qəpik əsas borc, 13210 manat 83 qəpik müqavilə müddətinə faiz borcu, 1000 manat cərimə borcu, cəmi 141826 manat 56 qəpik məbləğində borc, xx.xx.2019-cu il tarixli SHNİAP-24 saylı kredit müqaviləsi üzrə 126 manat 34 qəpik məbləğində müqavilə müddətinə faiz borcu olmaqla, ümumilikdə 141952 manat 29 qəpik məbləğində borc, həmçinin 4900 manat qiymətləndirmə haqqı, 400 manat mediasiya xərci, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57 manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 480 manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. xx.xx.2018-ci il tarixli SHNİP-0271/174 saylı kredit müqaviləsinə əsasən tələb üzrə tutma Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 5.4989 hektar, 4.7138 hektar, 5.7507 hektar, 3.4674 hektar, 3.1006 hektar, 3.1999 hektar, 4.3144 hektar, 6.9661 hektar, 2.4797 hektar torpaq sahələrinə və 2010-cu il buraxılışlı, JTJHY00W3A4051788 ban nömrəli, ağ rəngli “Lexus LX570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilsin. xx.xx.2019-cu il tarixli SHNİAP-24 saylı kredit müqaviləsinə əsasən tələb üzrə tutma Cavabdeh4 məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 4.0458 hektar torpaq sahəsinə və 2010-cu il buraxılışlı, JTJHY00W3A4051788 ban nömrəli, ağ rəngli “Lexus LX570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilsin. Həmin fərdi yaşayış evi, torpaq sahələri və avtomobil açıq hərracdan satılsın. Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 95.000 manat həddində müəyyən edilsin. Şəmkir rayonu Qapanlı kəndində yerləşən 5.4989 hektar, 4.7138 hektar, 5.7507 hektar, 3.4674 hektar, 3.1006 hektar, 3.1999 hektar, 4.3144 hektar, 6.9661 hektar, 2.4797 hektar və 4.0458 hektar torpaq sahələrinin ilkin satış qiyməti müvafiq olaraq 56.000, 48.000, 59.000, 35.000, 31.500, 32.500, 44.000, 70.000, 25.500 və 41.000 manat həddində müəyyən edilsin. Satışdan əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh2 qaytarılsın. Fərdi yaşayış evinin, torpaq sahələrinin və avtomobilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Hərrac keçirildikdən bir ay sonra fərdi yaşayış evi və torpaq sahələri boşaldılsın. Ödənilməli olan 374 manat 95 qəpik məbləğində dövlət rüsumu Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilsin. 300 manat məbləğində ekspertiza xərci Cavabdeh4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar