Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-243/2020 29.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxxx” X3 nümayəndəsi X1, cavabdeh “Cavabdeh “İstehsalat Birliyinin nümayəndəsi X2iştirakıilə İddiaçı“xxxxxxxxxxxxx” X3 cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxx” X5 cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 13 566 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” ASC sahibkarlıq fəaliyyətini həyata keçirməklə dövlət tərəfindən müəyyən edilmiş vergi və ödənişləri vaxtlı-vaxtında ödəməklə digər hüquqi şəxslərə örnək olmuş, istehlak edilmiş qaza görə borcu əvvəlki aylarda kəskin fərq edərək 2200 manat məbləğində göstərilmişdir, bununla bağlı X8 İdarəsinə müraciət etmiş, oradan borcun sayğaca uyğun hesablandığını bildirmişlər. Mübahisə edərək sayğacın düz işləmədiyini bildirmişlər, sayğac götürülərək yerinə müvəqqəti sayğac qoyulmuş, müvəqqəti sayğacın göstəricilərinə əsasən istehlak edilmiş təbii qazın ödənişni vaxtlı-vaxtında ödəmişlər, xx.xx.2019-cu il tarixdə Cavabdeh İB tərəfindən bildiriş göndərilərək xx.xx.2019-cu il tarixə 2045,40 manat borc yarandığı bildirilmiş, həmin borcdan xx.xx.2019-cu il tarixə 400 manat ödəniş edilmiş, dekabr ayının sonunadək borcun əvvəlki illərin saldosuna uyğun olaraq maksimum 4100 manat olduğu müəyyən edilmiş, ancaq cavabdeh orqan 18 gün müddətinə 13 566 manat debitor borcu qeyd edilmişdir. İddiaçının nümayəndəsiX6 oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2019-cu ilin dekabr ayında sayğac yoxlamaya göndərilmiş və nəticəyə uyğun borc hesablanmış, odur ki iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı Cavabdeh istehlakçının xx.xx.2019-cu il tarixdə 2045,40 manat borcun olduğunu bildirmiş və həmin borcun 5 gün ərzində ödənilməsini tələb etmişdir. Lakin ilin sonuna, yəni növbəti 18 günə əlavə olaraq 13 566 manat olmaqla ilin sonuna 15 611,20 manat borc hesablamışdır. Halbuki, “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli, SS №29/1640-00185 saylı aktda aparılmış yoxlamanın nəticəsi belə göstərilmişdir ki, rotorların kiplənməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmamışdır. Göründüyü kimi sayğacı yoxlayan mütəxəssislər bir ay sonra, yəni xx.xx.2020-ci il tarixdə nəticəyə gələrək bu barədə müvafiq akt tərtib etmişlər. Həmin aktda nəticə olaraq göstərilir ki, rotorların kiplənməsi səbəbindənsayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmamışdır. Rotorların kiplənməsinin iistehlakçının təqsirli hərəkəti nəticəsində baş verməsi isə təsdiqini tapmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən sayğacın yoxlanılmasının nəticəsi məlum olmamışdan əvvəl, yəni xx.xx.2019-cu il tarixə iddiaçıya 13.555 manat əlavə borc hesablamışdır. Abonentin saldosundan göründüyü kimi onun 2019-cu ilin dekabr ayında 2656.20 manat borcu olmuş, həmin borcdan 600 manat ödəmişdir. Nəticədə 2056.20 manat borcu qalmışdır. Lakin 13.555 manat əlavə sərfiyyat məbləği hesablanaraq ilin sonuna 15.611,20 manat borc müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, borcun 13.555 manat hissəsinin əsassız hesablandığı müəyyən edildiyindən həmin məbləğ istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 13 555 manat istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən əsassız hesablanmış 13555 manat (on üç min beş yüz əlli beş) mant borc “Gəncə-Qənnadı” X9 Cəmiyyətinin abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə İnzibati- İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-243/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-243/2020
29.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver