Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-249/2025 16.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********21022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X3 xx.xx.2023-cü il tarixli 206MKBL95993670A saylı maksimal borclanma limitinə dair əlavənin xx.xx.2023-cü il tarixli KBMK9618455A206 saylı razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə yaranmış 39046,93 manat əsas, 3677,03 manat faiz borcu, 9816,81 manat cərimə borcu olmaqla 52540,77 manat kredit borcunun, ödənilmiş 247.62 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 manat dövlət rüsumunun Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi Cavabdeh5 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mkr, ev 10, 6 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6 MMC-dən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********21022022 saylı bank xidmətlərinin göstərilməsi X3 xx.xx.2023-cü il tarixli 206MKBL95993670A saylı maksimal borclanma limitinə dair əlavədən görünür ki, ona illik faiz dərəcəsi 26% olmaqla 60 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında bağlanmış 10 fevral 2023-cü il tarixli KBMK9618455A206 saylı kredit razılaşmasından görünür ki, ona mikro kredit məqsədilə illik faiz dərəcəsi 17.5% olmaqla 24 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İP-79272323 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.5 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyulmuş əmlak 65000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.5 kv.m olan mənzilə Cavabdeh5 mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.5 kv.m olan mənzil xx.xx.2023-cü il tarixindən xx.xx.2028-ci il tarixinədək (60 ay müddətinə) xx.xx.2022-ci il tarixli **********21022022 saylı bank xidmətlərinin göstərilməsi X3 xx.xx.2023-cü il tarixli 206MKBL95993670A saylı maksimal borclanma limitinə dair əlavə üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, iddiaçı Cavabdeh5 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan 70.5 ha torpaq sahəsi ilə birlikdə mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi X3 xx.xx.2023-cü il tarixli 206MKBL95993670A saylı maksimal borclanma limitinə dair əlavə bağlanmış, əlavəyə əsasən ona illik faiz dərəcəsi 26% olmaqla 60 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh6 MMC arasında 10 fevral 2023-cü il tarixli kredit razılaşması bağlanmış, razılaşmaya əsasən ona mikro kredit məqsədilə illik faiz dərəcəsi 17.5% olmaqla 24 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023cü il tarixli İP-79272323 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.5 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyan Cavabdeh5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı xəbərdarlıq məktublarını, həmçinin ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldiləcəyi ilə bağlı bildirişi ancaq borclu Cavabdeh5 adına və onu ünvanına göndərmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasından bəhs edən 36 və 36.1-ci maddələrinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Göründüyü kimi ipoteka qoyan Cavabdeh5 xx.xx.2023-cü il tarixdə öldüyünə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişin ipoteka qoyana təqdim edilməməsi mübahisəsizdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia qaldırılmamışdan əvvəl ipoteka qoyan Cavabdeh5 vəfat etdiyindən, iddiaçı ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək vərəsələrlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl etməli və sonra iddia ilə məhkəməyə müraciət etməli idi. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş ipoteka qoyanın vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilmədiyini və bu qaydanı tətbiq etmək imkanının itirilmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-249/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-249/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver