Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-251/2025 11.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçının qanuni təmsilçisi X4, İddiaçının nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X1rşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X1rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göygöl X14 Mərkəzindən iddiaçı "xxxx" MMC-nin xeyrinə 1044 manat borc pul və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC digər tərəfdən cavabdeh olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X14 Mərkəzi ilə xx.xx.2023-cü il tarixində N 253 saylı müqavilə imzalanmışdır. Alıcı tərəfindən 2023-2024-cü illər üzrə mütəmadi olaraq alınan yanacağın dəyərinin bir qismi ödənilməmiş olaraq qalmışdır. Alıcı tərəfindən alınmış Aİ-92 avtomobil yanacağının ümumi dəyəri cəmi ƏDV daxil olmaqla 1044 manat təşkil edir. Borcun ödənilməsi üçün xx.xx.2024-cü il tarixində elektron qaimə-faktura (Seriya MT2407, nömrə ********) təqdim olunmuşdur. Alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən Satıcı bundan sonra «mal» adlanan və adı, markasi, miqdarı, keyfiyyəti və qiyməti bu müqavilənin müvafiq bəndlərində gostərilən neft məhsullarının satışını, alıcı isə həmin neft məhsullarının qəbul edilməsini və müqavilə üzrə malın dəyərinin ödənilməsini öz öhdələrinə götürürlər. Malın keyfiyyəti istehsalçı tərəfindən verilən keyfiyyət pasportunda əks olunan keyfiyyət göstəricilərinə uyğun gəlməlidir. Malın buraxılması zamanı nümunələrin götürülməsi DÜST 2517-85 uyğun olmalıdır. Alıcı malı Satıcıdan qəbul etdiyi andan etibarən malın keyfiyyətinə tam cavabdehlik daşıyır. Neft məhsullarının qiyməti Azərbaycan Respublikasi Tarif (qiymət) Şurasinin müvafiq qərarları ilə təsdiq edilən qiymətlərlə tənzimlənir. Neft məhsullarının qiyməti Dövlət tərəfindən tənzimləndiyindən, qiymətlərə dövlət tərəfindən edilmiş dəyişiklərin nəzərə alınması tərəflər üçün məcburidir. Qiymətlərə dövlət tərəfindən dəyişiklik edildiyi andan müqavilə üzrə alınacaq neft məhsulunun qiyməti dəyişdiriləcəkdir. Müqavilə qüvvədə olduğu müddətdə malın qiyməti dəyişərsə Satıcı yeni qiymətlərin qüvvəyə mindiyi tarixdən malı yenidən qiymətləndirmək hüququna malikdir. Alıcı bu günədək müqavilədə nəzərdə tutulmuş borcundan ödəniş etməmiş, hal-hazırda satıcıya olan ümumi borcu 1044 manat təşkil edir. İddiaçının qanuni təmsilçisi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, qarşı tərəflə müqavilə bağlamışlar. Cavabdeh tərəfindən əvvəl ödənişlər olurdu və daha sonra onlardan yanacaq götürürdülər. Bir müddət sonra ayrılmış vəsait bitdiyindən qabaqcadan ödəniş edə bilmədiklərindən talonsuz yanacaq verməyi xahiş etdilər. Onlarda razılaşmışlar. Hal-hazırda cavabdehin 1044 manat məbləğində borcu var. Ayda 40-60 litr miqdarında Aİ-92 markalı benzin götürürmüşlər. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, iddiada düzəlişlər olunmalıdır. Belə ki iddia ərizəsində 2023-2024-cü illərdə yanacağın alınması ilə bağlı qeyd olunsa da, əslində 2022-2023-cü illər ərzində qeyd olunmalı idi. Tərəflər arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlanılmış və xx.xx.2023cü il tarixədək davam etmişdir. İddiaçı şirkət tərəfindən müqaviləyə əsasən satılmış yanacağın dəyərinin ödənilməsi ilə bağlı elektron qaimə xx.xx.2024-cü il tarixdə Göygöl X14 Mərkəzinə təqdim olunub. Halbuki həmin elektron qaimə 2023-cü ilin sonunadək təqdim olunmalı idi. Göygöl X14 Mərkəzi dövlət büdcəsindən maliyyələşdirildiyindən və iddiaçı şirkət tərəfindən satılmış yanacağın dəyərinin ödənilməsi ilə bağlı elektron qaimə vaxtında təqdim edilmədiyindən 2023-cü il üzrə təqdim edilmiş illik hesabatda borc kimi nəzərə alınmamışdır. Ona görə həmin borcun növbəti illərin büdcə vəsaiti hesabına ödənilməsi qeyri-mümkündür. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, 2023-cü ilin 31 dekabr ayına qədər elektron qaimə onlara təqdim olunmalı idi. Lakin 2024-cü ilin iyul ayında təqdim olundu. 2023-cü ilə aid olan xərcləri növbəti ilə keçirə bilmirik deyə ödəniş edə bilmədik. Borc var, lakin vaxtında elektron qaimə təqdim olunmadığı üçün ödəniş etmək mümkün deyil. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X14 Mərkəzi arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli, 253 nömrəli müqaviləyə əsasən satıcı adı, markası, miqdarı keyfiyyəti və qiyməti müqavilənin müvafiq bəndlərində göstərilən neft məhsullarının satışını, alıcı isə həmin neft məhsullarının qəbul edilməsini və müqavilə üzrə malın dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı tərəfindən satılmış yanacağın elektron qaiməsi cari ayın sonunda alıcıya təqdim edilir. Elektron qaimə təqdim olunduğu tarixdən etibarən 15 gün ərzində ödəniş həyata keçirilir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən müqavilədə göstərilən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 1044 manat borcu yaranmışdır. Eyni zamanda cavabdehin nümayəndələri əvvəlki məhkəmə iclaslarında vermiş olduğu izahatlarında xx.xx.2024-cü il tarixli elektron qaimədə göstərilən Aİ-92 markalı benzinin iddiaçı tərəfindən cavabdehə təhvil verildiyini təsdiq etmişlər. İddiaçı tərəfindən təhvil verilmiş yanacaqla bağlı elektron qaimə 2023-cü il dekabrın 31-dək cavabdehə təqdim edilmədiyindən ödəniş etmək mümkün olmamışdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 1044 manat dəyərində Aİ-92 markalı benzin təhvil verilməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən həmin yanacağın cavabdehə verilməsi ilə bağlı elektron qaimənin vaxtında təqdim edilməməsi verilmiş yanacağın dəyəri olan 1044 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməməsi üçün əsas ola bilməz. Faktiki olaraq iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək 1044 manat dəyərində yancağı iddiaçıya vermişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək 1044 manat məbləğində borc məbləğini iddiaçıya ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, cavabdehin nümayəndələrinin izahatları, elektron qaimə-faktura ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 1044 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, alğı-satqı müqaviləsi və cavabdehin nümayəndələrinin izahatları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X14 Mərkəzindən 1044 manat borc pul və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X14 Mərkəzindən 1044 manat borc pul və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-251/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-251/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver