Məhkəmə qərarları › İş №e-2-2(115)-26/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-26/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-26/2022 10.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, İsgəndərova Fidan Mübariz qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.05.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsi üzrə 19121 manat 66 qəpik əsas borc, 3588 manat 54 qəpik faiz borcu, 1729 manat 49 qəpik ikiqat faiz borcu, 77 manat 51 qəpik gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə borcu olmaqla, cəmi 24517 manat 20 qəpik borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının birgə (müştərək) qaydada tutulmasına; tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılmasına, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulmasına Tutma Cavabdeh məxsus olan Goranboy rayonu, Borsunlukəndi ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15.05.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsi üzrə cavabdehə illik 16% dərəcəsi ilə, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh ilə 16.05.2019-cu il tarixli, 004REAL19000006 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqavilədə göstərilən daşınmaz əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqaviləsi üzrə aşağıda göstərilən daşınmaz əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir: ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsi. Cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 1.1ci bəndinə əsasən kreditor borcalana məqsədli istifadə, qaytarmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsinə, borcalan isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin müqavilənin 5.4.3-cü bəndinə görə borcalan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalan adından göndərilməsi üçün xərcləri kreditora vaxtında və tam olaraq ödəməlidir. Həmin müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 0,1 % miqdarında cərimə hesablanır. 12.01.2021-ci il tarixinə cavabdehin 15.05.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsi üzrə banka 19121 manat 66 qəpik əsas borc, 3588 manat 54 qəpik faiz borcu, 1729 manat 49 qəpik ikiqat faiz borcu, 77 manat 51 qəpik gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə borcu olmaqla, cəmi 24517 manat 20 qəpik borcu vardır. Kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra edilmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, Cavabdeh 15.05.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsi üzrə 19121 manat 56 qəpik əsas borc, 4601 manat 19 qəpik faiz borcu, 4951 manat 12 qəpik ikiqat faiz borcu, 3701 manat 84 qəpik cərimə borcu olmaqla, cəmi 32375 manat 17 qəpik borcun, ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının birgə (müştərək) qaydada tutulmasına; tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılmasına, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulmasına Tutma Cavabdeh məxsus olan Goranboy rayonu, Borsunlukəndi ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 15.05.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh təmir tikinti xərclərinin maliyyəşdirilməsi məqsədilə illik 16 faiz dərəcəsi ilə, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 0,1 faiz miqdarında cərimə hesablanır. İş materiallarına əlavə edilmiş 18 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.11.2021-ci il tarixə 19121 manat 56 qəpik əsas, 4601 manat 19 qəpik faiz, 4951 manat 12 qəpik ikiqat faiz, 3701 manat 84 qəpik cərimə olmaqla, cəmi 32375 manat 17 qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 16.05.2019-cu il tarixli, 004REAL19000006 ipoteka müqaviləsindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2013-cü il tarixli ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsi ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 14.02.2022-ci il tarixli G-02/22-020 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinin bazar dəyəri 14000 manat, likvid dəyəri 11000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona- ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19121 manat 56 qəpik əsas borc, 4601 manat 19 qəpik faiz borcu, 4951 manat 12 qəpik ikiqat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 28973 manat 87 qəpik məbləğində borc və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma Cavabdeh məxsus ünvan 1ində yerləşən 0.03 hektar torpaq sahəsinə yönəldilməlidir. Həmin torpaq sahəsi açıq hərracdan satılmalıdır. Torpaq sahəsinin ilkin satış qiyməti 11000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Torpaq sahəsinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra torpaq sahəsi boşaldılmalıdır. Cavabdeh 250 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun, faizin və ikiqat faizin tutulması ilə yanaşı, 300 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19121 manat 56 qəpik əsas borc, 4601 manat 19 qəpik faiz borcu, 4951 manat 12 qəpik ikiqat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 28973 manat 87 qəpik məbləğində borc və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus ünvan 1ində yerləşən 0.03 hektar torpaq sahəsinə yönəldilsin. Həmin torpaq sahəsi açıq hərracdan satılsın. Torpaq sahəsinin ilkin satış qiyməti 11000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Torpaq sahəsinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra torpaq sahəsi boşaldılsın. Cavabdeh 250 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar