Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-265/2021 16.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iqtisadi mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 18 dekabr 2019 il tariхli, 800842- 825107/1saylı kredit müqaviləsi üzrə 13 527,79 manat əsas borc və 2643, 78 manat faiz borcu olmaqla, cəmi 16171,57 manat məbləğində kredit bоrcu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh1 məxsus 583 əyyarlı, 86 qram çəkidə 20 ədəd qızıl-zinət əşyaları (boyunbağı 4 ədəd, qolbağı 5 ədəd qolbağ saat 1 ədəd., üzük 2 ədəd, kulon ədəd, sırğa 3 cüt), 750 əyyarlı, 40.7 qram çəkidə 5 ədəd qızıl-zinət əşyaları (sırğa 1 cüt, kulon 1 ədəd., üzük 2 ədəd, dəst 1 ədəd) yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019–cu il tarixli, 800842-825107/1 nömrəli kredit müqaviləsinə borcluya 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 14,500.00 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Eyni zamanda, bank ilə - Cavabdeh1 arasında 18 dekabr 2019 il tarixli, 800842-825107/1 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi 18 dekabr 2019 il tarixli, 800842-825107/1 nömrəli girov müqaviləsi bağlanmışdır. 18 dekabr 2019 il tarixli 800842-825107/1 nömrəli girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində Cavabdeh1 məxsus 583 əyyarlı, 86 qram çəkidə 20 ədəd qızıl-zinət əşyaları (boyunbağı 4 ədəd, qolbağı 5 ədəd qolbağ saat 1 ədəd., üzük 2 ədəd, kulon ədəd, sırğa 3 cüt), 750 əyyarlı, 40.7 qram çəkidə 5 ədəd qızıl-zinət əşyaları (sırğa 1 cüt, kulon 1 ədəd, üzük 2 ədəd, dəst 1 ədəd.) bankın pul anbarına saxlanca verilmişdir.Eyni zamanda, kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh3 arasında 18 dekabr 2019-cu il tarixli, 800842-825107/1 müqaviləsi, Cavabdeh2 arasında isə 18 dekabr 2019 il tarixli, 800842-825107/1/2 nömrəli zaminlik müqaviləsi imzalanmışdır.22 dekabr 2020 il tarixinə borclunun 18 dekabr 2019 il tarixli, 800842-825107/1 saylı kredit müqaviləsi üzrə 13,527.79 manat əsas borc və 2,643.78 faiz borcu olmaqla, cəmi 16,171.57 (On altı min bir yüz yetmiş bir (.57)) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 24.12.2020-ci il tarixli, 001/007/11207/2020 nömrəli maliyyə arayışından görünür ki, cavabdehə 13 527,79 manat əsas borc və 2643, 78 manat faiz borcu olmaqla, cəmi 16171,57 manat məbləğində borc hesablanmışdır. 18 dekabr 2019–cu il tarixli, 800842-825107/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bank 14 500 manat dəyərində kredit məbləğini 24 ay müddətinə, 23 faiz dərəcəsi ilə borcluya verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. 18 dekabr 2019-cu il tarixli, 800842-825107/1 və 800842-825107/1/2 nömrəli müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı ASC arasında Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqavilələri bağlanmışdır. 18 dekabr 2019-cu il tarixli, 800842-825107/1 girov müqaviləsinin surətindən görünür ki, borc öhdəliyinin təminatı qismində Cavabdeh1 məxsus 583 əyyarlı, 86 qram çəkidə 20 ədəd qızıl-zinət əşyaları (boyunbağı 4 ədəd, qolbağı 5 ədəd, qolbağ saat 1 ədəd, üzük 2 ədəd, kulon ədəd, sırğa 3 cüt), 750 əyyarlı, 40.7 qram çəkidə 5 ədəd qızıl-zinət əşyaları (sırğa 1 cüt, kulon 1 ədəd, üzük 2 ədəd, dəst 1 ədəd) bankın pul anbarına saxlanca verilmişdir. 18 dekabr 2019-cu il tarixli, ******* nömrəli girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktından göründüyü kimi girov əmlakın qiyməti 5809 manat olaraq dəyərləndirilmişdir. 14 aprel 2020-ci il tarixli 800/800/0242/2020 nömrəli bildirişdən görünür ki, cavabdehlər yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi kimi təqdim edilən 06 avqust 2021-ci il tarixli, 9/3843 nömrəli ekspert rəyində 18 dekabr 2019–cu il tarixli, 800842-825107/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə 21 aprel 2021-ci il tarixə borcu əsas borc üzrə 12732,02 manat, faiz üzrə 3188,66 manat olmaqla, ümumilikdə 15920,68 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Expressbank” ASC tərəfindən Cavabdeh1 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 14 500 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Həmçinin digər Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məhkəmə hazırki iş üzrə ekspertin gəldiyi qənaətlə razılaşır. Odur ki, cavabdehdən 18 dekabr 2019–cu il tarixli, 800842-825107/1 nömrəli kredit müqaviləsi üzrə 21 aprel 2021-ci il tarixə əsas borc üzrə 12732,02 manat, faiz üzrə 3188,66 manat olmaqla, ümumilikdə 15920,68 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18 dekabr 2019–cu il tarixli, 800842-825107/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 12732,02 manat, faiz üzrə 3188,66 manat olmaqla, ümumilikdə 15920,68 və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu və ekspertiza xərci olan 200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18 dekabr 2019-cu il tarixli, 800842-825107/1 nömrəli kredit müqaviləsi üzrə 12732,02 (on iki min yeddi yüz otuz iki manat iki qəpik) manat əsas borc və 3188,66 ( üç min yüz səksən səkkiz manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 15920,68 (on beş min doqquz yüz iyirmi manat altmış səkkiz qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh1 məxsus 583 əyyarlı, 86 qram çəkidə 20 ədəd qızıl-zinət əşyaları (boyunbağı 4 ədəd, qolbağı 5 ədəd qolbağ saat 1 ədəd, üzük 2 ədəd, kulon ədəd, sırğa 3 cüt), 750 əyyarlı, 40.7 qram çəkidə 5 ədəd qızıl-zinət əşyaları (sırğa 1 cüt, kulon 1 ədəd., üzük 2 ədəd, dəst 1 ədəd), yönəldilsin, qızıl-zinət əşyası hərracda satılsın və satışdan əldə olunacaq borc ödənilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-265/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-265/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver