Məhkəmə qərarları › İş №e-2-2(115)-265/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-265/2024

19.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-265/2024 19.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı “X18 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X18 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X18 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyul 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsi üzrə əsas borc 178988 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 35200.97 ABŞ dollarının və 35388.89 ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 6959.82 manatın, ödənilmiş 200 manat mediasiya xərcinin və 90.40 manat dövlət rüsumunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinin (kredit xəttinin açlması barədə müqavilə) şərtlərinə görə "xxxx" MMC-yə 24 ay müddətinə 180000 manat məbləğində kredit xətti ayrılmışdır. 04 avqust 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 1 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 04 avqust 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 229500 ABŞ dolları məbləğində, 08 sentyabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 2 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 08 sentyabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 17680 ABŞ dolları məbləğində, 08 oktyabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 3 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 07 oktyabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 19090 ABŞ dolları məbləğində, 07 noyabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 4 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 05 noyabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 21180 ABŞ dolları məbləğində, 08 dekabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 5 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 09 dekabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 22.970 ABŞ dolları məbləğində, 12 yanvar 2015-ci il tarixli 22608/05 kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 6 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 12 yanvar 2016-cı il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 19600 manat məbləğində, 05 fevral 2015-ci il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 2 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 05 fevral 2016-cı il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 21450 manat məbləğində kredit verilmişdir. 22608/05 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin еdilməsi məqsədilə 25 iyul 2014-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.07 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 43.0 kv.m, köməkçi sahəsi 46.0 kv.m, otaqların sayı 2 olan, 1 mərtəbəli olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bankın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. (xx.xx.2014-cü il tariхili, RX sеriyalı ******* №-li Çıхarış) 22608/05 №-li kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 25 iyul 2014-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan X6 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X3 məxsus olan 0.07 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.2 kv.m, yaşayış sahəsi 110.0 kv.m, yardımçı sahəsi 155.2 kv.m, otaqların sayı 4 olan, 2 mərtəbəli olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bankın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. (xx.xx.2014-cü il tariхili, RX sеriyalı ******* №-li Çıхarış) 22608/05 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin еdilməsi məqsədilə 25 iyul 2014-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan X12 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X10 məxsus olan 0.07 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 113.7 kv.m, yaşayış sahəsi 49.0 kv.m, yardımçı sahəsi 64.7 kv.m, otaqların sayı 3 olan, 1 mərtəbəli olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi bankın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. (xx.xx.2014-cü il tariхili, RX sеriyalı ******* №-li Çıхarış) 22608/05 №-li kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə Cavabdeh2, X11, X7 və X6 ilə bank arasında 25 iyul 2014-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Lakin öhdəliklər cavabdehlər tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə bank məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(076)-147/2020 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(104)-114/2022 saylı qətnaməsi ilə əsas məbləğ hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(102)-2933/2023 saylı qərarı ilə əsas məbləğ hissəsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Göründüyü kimi cavabdehlərin kredit müqaviləsi üzrə əsas borcu 178988 ABŞ dolları və 35388.89 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh kredit müqavilələri və məhkəmə yekun aktı üzrə üzrə irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlər kredit müqaviləsi üzrə əsas borc 178988 ABŞ dolları və 35388.89 manat hissəsi ödənilməmişdir. xx.xx.2019-ci ildən 29 noyabr 2023-cü ilə qədər bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 35200.97 ABŞ dolları və 6959.82 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X18 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, digər Cavabdeh2 isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlər "xxxx" MMC-nin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqavilədən görünür ki, borcalan "xxxx" MMC 180000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 04 avqust 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 1 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 04 avqust 2015-ci il tarixədək 229500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 08 sentyabr 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 2 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 08 sentyabr 2015-ci il tarixədək 17680 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 3 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 07 oktyabr 2015-ci il tarixədək 19090 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 4 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 05 noyabr 2015-ci il tarixədək 21180 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 5 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 09 dekabr 2015-ci il tarixədək 22970 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 6 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 12 yanvar 2016-ci il tarixədək 19600 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 05 fevral 2015-ci il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 7 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 05 fevral 2016-ci il tarixədək 21450 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 25 iyul 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqavilənin təminatı olaraq “X18 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(076)- 147/2020 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddiaçı “X18 Azərbaycan” QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 04 avqust 2014-cü il tarixli 1 nömrəli, 08 sentyabr 2014-cü il tarixli 2 nömrəli, 08 oktyabr 2014-cü il tarixli 3 nömrəli, 07 noyabr 2014-cü il tarixli 4 nömrəli və 09 dekabr 2014-cü il tarixli 5 nömrəli kredit sazişləri üzrə cavabdeh "xxxx" MMC-dən 178988 ABŞ dolları əsas kredit borcu, 18134,76 ABŞ dolları faiz borcu və 1200 ABŞ dolları cərimə, cəmi 198322,76 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi üzrə, 12 yanvar 2015-ci tarixli 6 nömrəli və 05 fevral 2015-ci il tarixli 7 nömrəli kredit sazişləri üzrə 35388,89 manat əsas kredit borcu, 5135,49 manat faiz borcu və 850 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 41374,38 manat, həmçinin 8,25 manat poçt xərci, 90 manat bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin əvəzi olan pul alınıb ilkin iddiaçıya verilməsi, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə yaşayış sahəsi 43 kv.m köməkçi sahəsi 46 kv.m 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 21000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 198322,76 ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə və 41374,38 manatın, həmçinin 8,25 manat poçt xərci, 90 manat bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin əvəzi olan, cəmi 41472,63 manatın alınıb ilkin iddiaçıya verilməsi, tələbin Azərbaycan manatı ilə ifadə olunan 12 yanvar 2015-ci tarixli 6 nömrəli və 05 fevral 2015-ci il tarixli 7 nömrəli kredit sazişləri üzrə 35388,89 manat hissəsi mülkiyyət hüququ ilə X3 məxsus olan ünvan 5 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 265,2 kv.m yaşayış sahəsi 110 kv.m köməkçi sahəsi 155,2 kv.m 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 132000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 41374,38 manat pulun alınıb ilkin iddiaçıya verilməsi, tələbin Azərbaycan manatı ilə ifadə olunan 12 yanvar 2015–ci tarixli 6 nömrəli və 05 fevral 2015-ci il tarixli 7 nömrəli kredit sazişləri üzrə 35388,89 manat hissəsinin mülkiyyət hüququ ilə X10 məxsus olan ünvan 6 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 113,7 kv.m yaşayış sahəsi 49 kv.m yardımçı sahəsi 64,7 kv.m 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 41374,38 manat pulun alınıb ilkin iddiaçıya verilməsi, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pul müştərək qaydada alınıb iddiaçıya verilməsi, iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh2, X8 və X4 cavabdeh (ilkin iddiaçı) “X18 Azərbaycan” QSC-yə və cavabdeh Şəmkir rayon notariat ofisinə qarşı zaminliyə xitam verilməsi və ipoteka müqavilələrinin bağlanmamış hesab olunması tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" MMC ilə “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında 180000 manat məbləğində kreditin verilməsinə dair 25 iyul 2014-cü il tarixdə bağlanmış 22608/05 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq X12 ilə “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında mülkiyyətində olan Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 24A nömrəli fərdi yaşayış evinə dair bağlanmış və Şəmkir rayon notariat kontorunda 25 iyul 2014–cü il tarixdə təsdiq edilmiş 22608/05/02 nömrəli ipoteka müqaviləsi, ondan sonra 229500 ABŞ dollarının verilməsinə dair 04 avqust 2014-cü il tarixdə bağlanmış 1 nömrəli, 17680 ABŞ dollarının verilməsinə dair 08 sentyabr 2014-cü il tarixdə bağlanmış 2 nömrəli, 19090 ABŞ dollarının verilməsinə dair 08 oktyabr 2014-cü il tarixdə bağlanmış 3 nömrəli, 21180 ABŞ dollarının verilməsinə dair 07 noyabr 2014-cü il tarixdə bağlanmış 4 nömrəli, 22970 ABŞ dollarının verilməsinə dair 09 dekabr 2014-cü il tarixdə bağlanmış 5 nömrəli kredit sazişlərinə (kredit müqavilələrinə) münasibətdə bağlanmamış hesab edilməsi, iddiaçı X12 cavabdeh “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinə və həmin zaminlik müqaviləsindən irəli gələn öhdəliklərə bütövlükdə xitam verilməsi, iddiaçı X11 ilə cavabdeh “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinə və həmin zaminlik müqaviləsindən irəli gələn öhdəliklərə bütövlükdə xitam verilməsi, iddiaçı Cavabdeh2 cavabdeh (ilkin iddiaçı) “X18 Azərbaycan” QSC-yə və cavabdeh Şəmkir rayon notariat ofisinə qarşı zaminliyə xitam verilməsi və ipoteka müqavilələrinin bağlanmamış hesab olunması tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) X2 qarşılıqlı iddiasının qismən təmin edilməsi, X6 ilə “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinə və həmin zaminlik müqaviləsindən irəli gələn öhdəliklərə bütövlükdə xitam verilməsi, "xxxx" MMC ilə “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında 180000 manat məbləğində kreditin verilməsinə dair 25 iyul 2014-cü il tarixdə bağlanmış 22608/05 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq X6 ilkin iddiaçı “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında mülkiyyətində olan Şəmkir şəhəri M.Müşfiq küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinə dair bağlanmış və Şəmkir rayon notariat kontorunda 25 iyul 2014–cü il tarixdə təsdiq edilmiş, 22608/05/02 nömrəli ipoteka müqaviləsi, ondan sonra 229500 ABŞ dollarının verilməsinə dair 04 avqust 2014-cü il tarixdə bağlanmış 1 nömrəli, 17680 ABŞ dollarının verilməsinə dair 08 sentyabr 2014-cü il tarixdə bağlanmış 2 nömrəli, 19090 ABŞ dollarının verilməsinə dair 08 oktyabr 2014-cü il tarixdə bağlanmış 3 nömrəli, 21180 ABŞ dollarının verilməsinə dair 07 noyabr 2014-cü il tarixdə bağlanmış 4 nömrəli, 22970 ABŞ dollarının verilməsinə dair 09 dekabr 2014-cü il tarixdə bağlanmış 5 nömrəli kredit sazişlərinə (kredit müqavilələrinə) münasibətdə bağlanmamış hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" MMC ilkin iddiaçı “X18 Azərbaycan” QSC-yə qarşı "xxxx" MMC ilə “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında 24 ay müddətə kredit xəttinin açılması barədə 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit müqaviləsinə dair imzalanmış 1 nömrəli 04 avqust 2014-cü il tarixli kredit sazişinin, həmçinin bu kredit sazişinin ayrılmaz tərkib hissəsi olan müvafiq kreditin qaytarılması qrafikinin etibarsız hesab olunması, əsas kredit məbləği üzrə qalıq borcun müqavilə üzrə müəyyənləşdirilmiş illik 17% dərəcəsinə uyğun olaraq müqavilə üzrə kreditin qaytarılma müddəti əsas götürülməklə qarşılıqlı iddia üzrə cavabdehlə Azərbaycan manatı ilə ifadə edilmiş yeni kredit sazişlərinin bağlanması və öhdəliklərin icrasının sonuna qalan dövr üçün Azərbaycan manatı ilə ifadə edilmiş kreditin qaytarılmasına dair yeni müvafiq qrafikin təqdim edilməsi barədə öhdəliyin “X18 Azərbaycan” QSC-nin üzərinə qoyulması və kredit müqaviləsi üzrə "xxxx" MMC-nin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı (kredit ödənişlərində gecikmələrə görə) "xxxx" MMCyə hesablanmış faizlərin və dəbbə pullarının silməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən aparılmış məhkəməxətşünaslıq, sənədlərin məhkəmə-texniki və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 680 manat məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)- 114/2022 nömrəli qətnaməsindən görünür ki, birinci işin ilkin iddiası üzrə iddiaçı “X18 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(076)-147/2020 nömrəli qətnaməsi “ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 21000 manat, ünvan 5 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 132000 manat və ünvan 6 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 58000 manat müəyyən olunması hissədə dəyişdirilmiş, həmin hissədə ünvan 4 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin likvid dəyəri 40000 manat, ünvan 5 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin likvid dəyəri 85000 manat ünvan 6 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin likvid dəyəri 50000 manat müəyyən edilmiş, apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, birinci işin ilkin iddiası və birinci qarşılıqlı iddiası üzrə cavabdeh, ikinci qarşılıqılı iddiası üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və birinci işin ilkin iddiası üzrə cavabdehlər, birinci qarşılıqlı iddiası üzrə iddiaçı X6, eləcə də ikinci iş üzrə iddiaçılar Cavabdeh2, X12 və X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, "xxxx" MMCdən 900 manat alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 2933/2023 saylı qərarı ilə iddiaçı “X18 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(104)- 114/2022 nömrəli qətnaməsi qismən, iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) X8 cavabdeh (ilkin iddiaçı) “X18 Azərbaycan” QSC-yə və cavabdeh Şəmkir rayon notariat ofisinə qarşı ipoteka müqavilələrinin bağlanmamış hesab olunması tələbinə dair iddiasının təmin edilməsi; "xxxx" MMC ilə “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında 180000 manat məbləğində kreditin verilməsinə dair 25 iyul 2014-cü il tarixdə bağlanmış 22608/05 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq X12 ilə “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında mülkiyyətində olan Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 24A nömrəli fərdi yaşayış evinə dair bağlanmış və Şəmkir rayon notariat kontorunda 25 iyul 2014-cü il tarixdə təsdiq edilmiş 22608/05/02 nömrəli ipoteka müqaviləsi, ondan sonra 229500 ABŞ dollarının verilməsinə dair 04 avqust 2014-cü il tarixdə bağlanmış 1 nömrəli, 17680 ABŞ dollarının verilməsinə dair 08 sentyabr 2014-cü il tarixdə bağlanmış 2 nömrəli, 19090 ABŞ dollarının verilməsinə dair 08 oktyabr 2014-cü il tarixdə bağlanmış 3 nömrəli, 21180 ABŞ dollarının verilməsinə dair 07 noyabr 2014-cü il tarixdə bağlanmış 4 nömrəli, 22970 ABŞ dollarının verilməsinə dair 09 dekabr 2014-cü il tarixdə bağlanmış 5 nömrəli kredit sazişlərinə (kredit müqavilələrinə) münasibətdə bağlanmamış hesab edilməsi; Qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) X2 qarşılıqlı iddiasının "xxxx" MMC ilə “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında 180000 manat məbləğində kreditin verilməsinə dair 25 iyul 2014-cü il tarixdə bağlanmış 22608/05 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq X6 ilə ilkin iddiaçı “X18 Azərbaycan” QSC-nin Gəncə filialı arasında mülkiyyətində olan Şəmkir şəhəri M.Müşfiq küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinə dair bağlanmış və Şəmkir rayon notariat kontorunda 25 iyul 2014-cü il tarixdə təsdiq edilmiş, 22608/05/02 nömrəli ipoteka müqaviləsinin ondan sonra 229500 ABŞ dollarının verilməsinə dair 04 avqust 2014-cü il tarixdə bağlanmış 1 nömrəli, 17680 ABŞ dollarının verilməsinə dair 08 sentyabr 2014-cü il tarixdə bağlanmış 2 nömrəli, 19090 ABŞ dollarının verilməsinə dair 08 oktyabr 2014-cü il tarixdə bağlanmış 3 nömrəli, 21180 ABŞ dollarının verilməsinə dair 07 noyabr 2014-cü il tarixdə bağlanmış 4 nömrəli, 22970 ABŞ dollarının verilməsinə dair 09 dekabr 2014-cü il tarixdə bağlanmış 5 nömrəli kredit sazişlərinə (kredit müqavilələrinə) münasibətdə bağlanmamış hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xaitam verilməsi, iddiaçı “X18 Azərbaycan” QSC-nin kassasiya şikayətinə əsasən qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)- 114/2022 saylı icra vərəqəsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022ci il tarixli 2(104)-114/2022 saylı qətnaməsi 04 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi isə 25 oktyabr 2023-cü il tarixdə verilmişdir. İş materiallarında olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü tarixli qərarla icraata başlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi, bu müddət ərzində tələbi üzürsüz səbəbdən icra etmədiklərində, icranın məcburi qaydada icra ediləcəyi barədə borclulara bildiriş verilmişdir. İş materiallarında olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 saylı icra vərəqəsi üzrə ipoteka predmeti olan Cavabdeh2, X2 və X8 əmlakları barədə hərracın keçirilməsini "xxxx" MMC-dən xahiş etmişlər. İş materiallarında olan "xxxx" MMC-nin 15 dekabr 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 308 nömrəli bildirişindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 saylı icra vərəqəsinə və Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 265728/2023-193537/23 nömrəli sifariş məktubuna əsasən Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 43, Şəmkir şəhəri, Mikayıl Müşfiq küçəsi, ev 2, Şəmkir şəhəri, Çinarlı qəsəbəsi, Nizami küçəsi, ev 24A olan əmlaklar 08 yanvar 2024-cü il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 103. Bina 11A ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin 01 fevral 2024-cü il tarixli 13, 14, 15 saylı protokollarından görünür ki, Cavabdeh2 məxsus Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən 43 saylı ev 34000 manata hərracın qalibi X9, X3 məxsus Şəmkir şəhəri M.Müşfiq küçəsində yerləşən 2 saylı ev 72250 manata hərracın qalibi X3, X10 məxsus Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami küçəsində yerləşən 24A saylı ev 42500 manata hərracın qalibi X1. İş materiallarında olan “X18 Azərbaycan” QSC-nin Şəmkir rayon İcra və probasiya şöbəsinə ünvanladığı məktubdan görünür ki, tələbkar Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən 43 saylı evin satışından əldə edilmiş 34000 manat, Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami küçəsində yerləşən 24A saylı evin satışından əldə edilmiş vəsaitdən 41502,63 manat vəsaitin “X18 Azərbaycan” QSC-nin göstərilmiş bank rekvizit hesabına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzlərindən görünür ki, X2 adına olan 20362 nömrəli qəbzə əsasən 14000 manat, 23226 nömrəli qəbzə əsasən 14000 manat, 5144 nömrəli qəbzə əsasən 14000 manat, 26631 nömrəli qəbzə əsasən 14000 manat, 22055 nömrəli qəbzə əsasən 14000 manat, 15913 nömrəli qəbzə əsasən 2253 manat, X8 adına olan 11257 nömrəli qəbzə əsasən 15000 manat, 22561 nömrəli qəbzə əsasən 15000 manat, 1931 nömrəli qəbzə əsasən 12500 manat, X5 adına olan 19327 nömrəli qəbzə əsasən 15000 manat, 19348 nömrəli qəbzə əsasən 15000 manat, 16147 nömrəli qəbzə əsasən 4000 manat məbləğində pul vəsaitinin Şəmkir rayon İcra və probasiya şöbəsinin hesabına köçürüldüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin “MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 2009-cu il 9 iyul tarixli Qərarında göstərilmişdir ki: “...Borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır. Bunlar qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamadır...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki: "... Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir". Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verǝn) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. ...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar). Məhkəmə qeyd edir ki, “X18 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə və həmin müqaviləyə 1-7 nömrəli kredit sazişlərinə əsasən borcalana illik faiz dərəcəsi 17% olmaqla 04 avqust 2014-cü il tarixdə 04 avqust 2015-ci il tarixədək 229500 ABŞ dolları, 08 sentyabr 2014cü il tarixdə 08 sentyabr 2015-ci il tarixədək 17680 ABŞ dolları, 08 oktyabr 2014-cü il tarixdə 07 oktyabr 2015-ci il tarixədək 19090 ABŞ dolları, 07 noyabr 2014-cü il tarixdə 05 noyabr 2015-ci il tarixədək 21180 ABŞ dolları, 09 dekabr 2014-cü il tarixdə 09 dekabr 2015-ci il tarixədək 22970 ABŞ dolları,12 yanvar 2015-ci il tarixdə 12 yanvar 2016-ci il tarixədək 19600 ABŞ dolları, 05 fevral 2015-ci il tarixdə 05 fevral 2016-ci il tarixədək 21450 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi, sazişlər, zaminlik və ipoteka müqavilələri üzrə mübahisəyə Şəmkir Rayon Məhkəməsində 13 yanvar 2020-ci il tarixdə baxılmış, məhkəmə qətnaməsi ilə həmçinin cavabdeh "xxxx" MMC-dən 178988 ABŞ dolları əsas kredit borcu, 18134,76 ABŞ dolları faiz borcu və 1200 ABŞ dolları cərimə, cəmi 198322,76 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi üzrə və 35388,89 manat əsas kredit borcu, 5135,49 manat faiz borcu və 850 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 41374,38 manatın, 8,25 manat poçt xərci, 90 manat bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin əvəzi olan pulun alınıb “X18 Azərbaycan” QSC-yə verilməsi, tələbin 198322,76 ABŞ dollar, 41374,38 manat, həmçinin 8,25 manat və 90 manat borca münasibətdə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, tələbin 41374,38 manat borca münasibətdə X3 məxsus olan ünvan 5 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə və X10 məxsus olan ünvan 6 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən hissələrdə, yəni borcun məbləği, tutulması və ipoteka predmetlərinə tutma yönəldilməsi hissələrdə apellyasiya instansiya məhkəməsi və kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsi 04 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, 25 oktyabr 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsi 02 noyabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, 02 noyabr 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərmişdir. İpoteka predmetləri barədə hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatına müraciət edilmiş, "xxxx" MMC 01 fevral 2024-cü il tarixdə hər üç ipoteka predmetini satmış, satışdan əldə olunan vəsait Şəmkir rayon İcra və Probasiya şöbəsinin hesabına köçürülmüş və “X18 Azərbaycan” QSC-nin ərizəsi üzrə satışdan əldə eilən vəsaitlərin icra vərəqəsinə uyğun olaraq borcun silinməsinə yönəldilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Şəmkir Rayon Məhkəməsinin qətnaməsi çıxarıldığı tarixdən, yəni 13 yanvar 2020-ci il tarixdən 29 noyabr 2023-cü il tarixdək, yəni icra sənədi üzrə icraata yeni başlandığı vaxtadək olan dövr ərzində məhkəmə qətnaməsi ilə müəyyən edilən 178988 ABŞ dolları əsas kredit borcunun ödənilməsinin gecikdirilməsi üçün dəymiş zərərin əvəzi kimi 35200.97 ABŞ dollarının və 35388,89 manat əsas kredit borcunun ödənilməsinin gecikdirilməsi üçün dəymiş zərərin əvəzi kimi 6959.82 manatın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçının dəymiş ziyanın hesablanmasına əsas olmuş müddətə nəzərə saldqda görünür ki, birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra həmin qətnamədən həmçinin “X18 Azərbaycan” QSC apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsində də məhz “X18 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra keçən müddət ərzində əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdehlər tərəfindən hər hansı süni əngəl, maneə törədilməmiş, o cümlədən icra sənədi üzrə icraata başlanmış, ipoteka predmetləri aidiyyəti icra qurumuna təhvil verilmiş, qısa müddət ərzində ipoteka predmetləri satılmışdır. Yəni icra sənədi üzrə icraata başlama qərarı 02 noyabr 2023-cü il tarixdə qəbul edilmiş, əmlaklar isə həmin tarixdən 3 ay sonra 01 fevral 2024-cü il tarixdə satılmış və pul vəsaitləri icra və probasiya şöbəsinin hesabına köçürülmüşdür. Cavabdehlərin icranın ləngiməsində, zərərin yaranmasında (13 yanvar 2020-ci il tarixdən 29 noyabr 2023-cü il tarixədək) və ya artmasında cavabdehlərin hər hansı təqsiri olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 2 saylı mediasiya təşkilatı tərəfindən cavabdehlərin mediasiya sessiyasında iştirak etmədiyi və iddiaçı tərəfindən 210 manat mediasiya xərcinin ödənildiyi barədə arayış verilmişdir. Həmiçinin iş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 90,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı “X18 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar