Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-27/2024 19.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 07 oktyabr 2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 195181,51 manat, faiz borcuna görə 5917,59 manat, cərimə borcuna görə 3563,29 manat, borcun cəmi məbləği 204 662,39 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 94,66 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1i ünvanında yerləşən 23,55 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 114,7 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə cəmi 204 662,39 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 584,66 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetləri olan Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1i ünvanında yerləşən 23,55 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 114,7 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 və Cavabdeh2 ünvan 1i ünvanında yerləşən 23,55 ha torpaq sahəsindən və ünvan 2 ünvanında yerləşən 114,7 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzildən çıxarılması və əmlakların boşaldılması, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Baş ofis”i ilə Cavabdeh2 arasında bağlanmış 07 Oktyabr 2020-ci il tarixli, RB/KM1316 saylı kredit müqaviləsinə əsasən illik 5% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 200000 manat məbləğində cavabdehə kredit verilmişdir. 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 195 181,51 manat, faiz borcuna görə 5 917,59 manat, cərimə borcuna görə 3 563,29 manat, borcun cəmi məbləği 204 662,39 manat təşkil edir. 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1i ünvanında yerləşən 23,55 ha torpaq sahəsi və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 114,7 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzil İddiaçı ASC qarşısında 07 Oktyabr 2020-ci il tarixli İpoteka müqavilələrinə əsasən yüklü edilmişdir. İpotekalar notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316saylı kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqaviləyə əsasən (borcluya aid hissədə),“müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh2 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 195181,51 manat, faiz borcuna görə 5917,59 manat, cərimə borcuna görə 3 563,29 manat, borcun cəmi məbləği 204662,39 manat məbləğində pul tutulmalı, tələb ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetləri satıldıqdan sonra cavadehlər ipoteka predmetlərindən çıxarılmalı, həmin ipoteka predmetləri boşaldılmış vəziyyətdə təhvil verilməlidir. İddiaçı sonuncu dəfə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək, Cavabdeh2 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 181573 manat 08 qəpik, faiz borcuna görə 9778 manat 26 qəpik, cərimə borcuna görə 10531 manat 96 qəpik olmaqla, cəmi 201883 manat 30 qəpik və Əmlak Məsələləri Dövlət Xidmətinin tebeliyində DƏDKR Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 94 manat 66 qəpik məbləğində ödənilmiş dövlət rüsumu pulun və "xxxx" MMC-nin hesabına ödənilmiş 1100 manat qiymətləndirmə xərcinin iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1i ünvanında yerləşən 23,55 ha torpaq sahəsi və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 114,7 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə cəmi 201883 manat 30 qəpik və dövlət rüsumu kimi ödənilmiş cəmi 584 manat 66 qəpik məbləğində pulun və "xxxx" MMC-nin hesabına ödənilmiş 1100 manat qiymətləndirmə xərcinin İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqlı əldə edilmiş vəsait qeyd olunan 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ilkin iddiayla bağlı əsas borc və faiz məbləği hissəsində iddiayaya dəyişiklik edilmişdir. Belə ki, cavabdeh cari ilin iyun ayında ödəniş etmişdir. Hazırda iş məhkəmə icraatında olduğu üçün cavabdehin etdiyi ödəniş əsas borc məbləğindən silinmişdir, faiz və cərimə borcu isə artmışdır. Həmçinin qiymətləndirmə həcminə 100 manat əlavə edilmişdir. Cavabdehin ödədiyi ödənişlər əsas borcdan çıxılıbdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini, mülki iş üzrə iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin “Baş ofis”i ilə Cavabdeh2 arasında bağlanmış 07 Oktyabr 2020-ci il tarixli, RB/KM1316 saylı kredit müqaviləsinə əsasən illik 5% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 200000 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan RB-02/PK-2240 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə 21 iyun 2023-cü il tarixinə 195181 manat 51 qəpik əsas borc, 5917 manat 59 qəpik faiz borcu, 3563 manat 29 qəpik cərimə borcu, ümumilikdə 204662 manat 39 qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildiriş məktubunun surətindən görünür ki, borclu Cavabdeh2 yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, Cavabdeh2 07 Oktyabr 2020-ci il tarixli, RB/KM- 1316saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi 07 Oktyabr 2020-ci il tarixli ipoteka müqavilələri bağlayaraq ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 1i ünvanında yerləşən 23,55 ha torpaq sahəsi və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 114,7 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzili İddiaçı ASC qarşısında yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən 23,55 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən 114,7 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin G-10\23-108 nömrəli 03 oktyabr 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilənlərə əsasən Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən 23,55 ha torpaq sahəsinin bazar qiyməti 105000 manat, likvid qiyməti 80000 manatdır, həmçinin Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 114,7 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilin hazırki bazar qiyməti 285000 manat, likvid qiyməti 250000 manat təşkil edir. Tədqiqatın dəyəri 1100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka İddiaçı ASC ipoteka ilə yüklü edilmiş əmlakları açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı 24 iyun 2023-cü il tarixli iddia tələbində cavabdehlərdən əsas borcuna görə 195181,51 manat, faiz borcuna görə 5917,59 manat, cərimə borcuna görə 3563,29 manat, cəmi məbləği 204662,39 manat borcunun tutulmasını, həmçinin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 94,66 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun tutulmasını tələb etmişdir. Daha sonra iddiaçı 27 noyabr 2023-cü il tarixində iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən əsas kreditə görə 181573 manat 08 qəpik, faiz borcuna görə 9778 manat 26 qəpik, cərimə borcuna görə 10531 manat 96 qəpik olmaqla, cəmi 201883 manat 30 qəpik və Əmlak Məsələləri Dövlət Xidmətinin tebeliyində DƏDKR Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 94 manat 66 qəpik məbləğində ödənilmiş dövlət rüsumu pulun və "xxxx" MMC-nin hesabına ödənilmiş 1100 manat qiymətləndirmə xərcinin iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini iddia ərizəsini cavabdehlərə göndərdiyi vaxtda, yəni 23 iyun 2023-cü il tarixdə bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Beyləqan və Bakı Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün cəmi 90 manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 94 manat 66 qəpik məbləğində dövlət rüsumu, həmçinin 1100 manat qiymətləndirmə xərci iddiaçı tərəfindən ödənilmişdir. 23 may 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC-nin nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun qalan hissəsinin ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 385 manat 83 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 181573 manat 08 qəpik əsas borc, 5917 manat 59 qəpik faiz borcu, 3000 manat cərimə borcu olmaqla, cəmi 190490 manat 67 qəpik məbləğində borc, ödənilmiş 1100 manat qiymətləndirmə xərci, 400 manat mediasiya xərci, 94 manat 66 qəpik dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 23,55 hektar torpaq sahəsinə və ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilinə yönəldilməli, həmin torpaq sahəsi və mənzil açıq hərracdan satılmalı, torpaq sahəsinin ilkin satış qiyməti 80000 manat, mənzilin ilkin satış qiyməti 250000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, torpaq sahəsinin və mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ödənilməli olan 385 manat 83 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini iddia ərizəsini cavabdehlərə 23 iyun 2023-cü il tarixdə göndərdiyindən, iddia ərizəsində qeyd edilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Buna görə də iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, 07 Oktyabr 2020-ci il tarixli, RB/KM-1316 saylı kredit müqaviləsi üzrə 3000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 181573 manat 08 qəpik əsas borc, 5917 manat 59 qəpik faiz borcu, 3000 manat cərimə borcu olmaqla, cəmi 190490 manat 67 qəpik məbləğində borc, ödənilmiş 1100 manat qiymətləndirmə xərci, 400 manat mediasiya xərci, 94 manat 66 qəpik dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 23,55 hektar torpaq sahəsinə və ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilinə yönəldilsin. Həmin torpaq sahəsi və mənzil açıq hərracdan satılsın. Torpaq sahəsinin ilkin satış qiyməti 80000 manat, mənzilin ilkin satış qiyməti 250000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Torpaq sahəsinin və mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməli olan 385 manat 83 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə keçirilsin. İddianın qalan hissəsi təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-27/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-27/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver