Məhkəmə qərarları › İş №e-2-2(115)-27/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-27/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-27/2025 12.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə 12787 manat 42 qəpik əsas, 1079 manat 4 qəpik faiz və 42 manat 62 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 13909 manat 44 qəpik məbləğində borcun və 131 manat 73 qəpik ödənilmiş dövlət rüsumunun İddiaçı ASCin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus xx.xx.2022-ci il tarixli, BB284964 saylı qeydiyyat şəhadətnaməli Langendorf, yarımqoşqu gümüşü rəngli, şassi WLASKA3358WF61561, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və borcun Langendorf, yarımqoşqu gümüşü rəngli, şassi WLASKA3358WF61561, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-nin “Elmlər” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-nin “Elmlər” filialından illik 21%-lə 36 ay müddətinə 18000 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki xx.xx.2022-ci il tarixli, BB284964 saylı qeydiyyat şəhadətnaməli Langendorf, yarımqoşqu gümüşü rəngli, şassi WLASKA3358WF61561, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il fevralın 12-dək Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 12787.42 manat əsas, 1079.4 manat faiz və 170.46 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14037.28 manat borcu vardır. Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 170.46 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 42.62 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə 12787 manat 42 qəpik əsas, 1079 manat 4 qəpik faiz və 42 manat 62 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 13909 manat 44 qəpik məbləğində borcun və 131 manat 73 qəpik ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-in xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus xx.xx.2022-ci il tarixli, BB284964 saylı qeydiyyat şəhadətnaməli Langendorf, yarımqoşqu gümüşü rəngli, ŞASSİ WLASKA3358WF61561, **-ZX-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yarımqoşquya yönəldilməsi, həmin özüboşaldan yarımqoşqunun açıq hərracdan satılması və borcun Langendorf, yarımqoşqu gümüşü rəngli, ŞASSİ WLASKA3358WF61561, **-ZX- *** dövlət qeydiyyat nişanlı özüboşaldan yarımqoşqunun hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertiza rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Gəncə Kommersiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsini, borcun ipoteka predmetinə yönəldilməsi hissəsinin iddia tələbindən çıxarılmasını, Cavabdeh xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə 12787 manat 42 qəpik əsas, 1079 manat 4 qəpik faiz və 42 manat 62 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 13909 manat 44 qəpik məbləğində borcun və 131 manat 73 qəpik ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, əvvəlki iddia ərizəsi kredit borcunun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı idisə, indi yalnız kredit borcunun ödənilməsini tələb edirlər. İddiaçının digər nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbin həcminin azaldılması ilə bağlı ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18000 manat məbləğində kredit verilmişdir. Kredit sahibkarlıq məqsədi ilə verilmişdir. Məhkəməyə müraciət olunandan sonra Cavabdeh tərəfindən hər hansı ödəniş olunmamışdır. Sonuncu ödəniş 29 noyabr 2023-cü il tarixdə olunub. Maliyyə arayışı isə 12 fevral 2024-cü il tarixdə tərtib olunub. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 23-MCR-1-1109-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 120 ay müddətinə aylıq 2.50 %-lə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 23-MCR-1-1109-22/1 nömrəli kredit verilməsinə dair razılaşmadan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə aylıq 1.75 %-lə 18000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh İddiaçı ASC-yə 12787 manat 42 qəpik əsas, 1079 manat 40 qəpik faiz və 42 manat 62 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 13909 manat 44 qəpik məbləğində borcunun olması göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iş üzrə təyin edilmiş ekspertiza üzrə qiymətləndirmə haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, X3 xx.xx.2022-ci il tarixli 23-MCR-1-1109- 22/1 nömrəli kredit verilməsinə dair razılaşmasına əsasən İddiaçı ASC-dən 18000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 131 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12787 manat 42 qəpik əsas borc, 1079 manat 40 qəpik faiz borcu, 42 manat 62 qəpik cərimə borcu olmaqla, cəmi 13909 manat 44 qəpik məbləğində borc və ödənilmiş 131 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12787 manat 42 qəpik əsas borc, 1079 manat 40 qəpik faiz borcu, 42 manat 62 qəpik cərimə borcu olmaqla, cəmi 13909 manat 44 qəpik məbləğində borc və ödənilmiş 131 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar