Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2758/2025 07.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "A+CO" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə (açar sözlər: pul tələbi, aidiyyət) Hakim Məmmədli Əbülfəz Namiq oğlu iddiaçı "A+CO" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin (kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında) məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq müəyyən etdi. I. İddia tələbi
1. İddiaçı "A+CO" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, Cavabdeh 1526,73 manat əsas borc, 300 manat dəbbə pulu və 38,27 manat dövlət rüsumu olmaqla, cəmi 1865 manat pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.
II. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40. Müqavilə aidiyyəti 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
III. Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçının tələbi xx.xx.2024cü il tarixli müqavilə üzrə yaranmış borcun tutulmasından ibarətdir.
5. İddiaçı "A+CO" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 2.5-ci bəndindən görünür ki, hazırki müqavilədən irəli gələn mübahisələr Abşeron Rayon Məhkəməsində həll ediləcəkdir.
6. Göründüyü kimi tərəflər hazırki müqavilə ilə işə baxmalı olan məhkəmənin aidiyyətini müəyyən ediblər. Odur ki, hazırki tələbə Abşeron Rayon Məhkəməsində baxılmalıdır.
7. Bundan əlavə, iddiaçı iddia ərizəsində mübahisənin sahibkarlıq xarakteri daşıdığından kommersiya məhkəməsində baxılmalı olması qənaətinə gəlsə də, iş materiallarına bu barədə hər hansı sübut əlavə edilməmişdir.
IV. Məhkəmənin gəldiyi nəticə
8. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "A+CO" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi (kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında) iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməyə mane olmur.
9. Bundan əlavə, iş materiallarından görünür ki, ********** №-li qəbzə əsasən 38,27 manat rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır.
10. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40, 284-3.5, 152.1.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı "A+CO" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş 38,27 (otuz səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "A+CO" Açıq Səhmdar Cəmiyyətinə tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli