Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-28/2020 17.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh firmasına qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh firması qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh firmasından İddiaçı ASC-nin xeyrinə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ 94 439,52 manat, hesablanmış faiz 1386,16 manat, cərimə borcu 2502,55 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faiz borcu 14 066,24 manat, cəmi 112 394,47 manat məbləğində vəsaitin, həmçinin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə baxışı iclasında izahat verərək bildirmişdir ki, xx xxx 2012-ci il tarixdə İddiaçı ASC və Cavabdeh firmasının rəhbəri X3 arasında müvafiq olaraq 019 saylı kredit müqaviləsi bağlanmışdır.Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh firmasına bank tərəfindən 019 saylı kredit müqaviləsi üzrə illik 7 faiz olmaqla, 60 ay müddətinə, 24 ay güzəştlə 200 000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə borclu müqavilənin şərtlərini pozaraq ödəniş etməmişdir. Cavabdeh firmasına məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx xxx 2012-ci il tarixli, 019 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalana 200 000 manat məbləğində 60 ay müddətinə, 24 ay güzəştlə illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh firması isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxx 2019-cu il tarixli, **********803 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx xxx 2012-ci il tarixli, 19 nömrəli kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə olan əsas borc 94 439,52 manat, faiz borcu 1386,16 manat, Konstitusiya Məhkəməsinin Plenumuna əsasən hesablanan faiz borcu 14 066,24 manat, cərimə borcu 2502,55 təşkil edir. xx.xx.2018-ci il tarixli, **********541, **********045 nömrəli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb rədd edilməlidir. Belə ki məhkəmə xətşünaslıq ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində tədqiqatın nəticəsi kimi qeyd edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh firması arasında bağlanan xx xxx 2012-ci il tarixli, 019 saylı kredit müqaviləsinin “borcalan” qrafasındakı imza, poçt göndərişində (xəbərnamədə) “digər qaydada verildi” qrafasındakı imza və həmin imza önündəki yazılar X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə ekspert rəyini iş üzrə əhəmiyyət kəsb edən mötəbər hal kimi nəzərə alaraq, hesab edir ki, öhdəlik yaradan müqavilənin cavabdeh hüquqi şəxsin rəhbəri tərəfindən imza olunması təsdiqini tapmır. Belə olan halda, iddiaçının dəlillərinə əsasən tələb əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddia tələbi üzrə irəli sürülmüş dəlillər iddianın əsaslılığını sübut etməmiş və cavabdehın haqlı mövqeyi ekspert rəyi ilə sübut edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki,iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh firması qarşı Cavabdeh firmasından İddiaçı ASC-nin xeyrinə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ 94 439,52 manat, hesablanmış faiz 1386,16 manat, cərimə borcu 2502,55 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faiz borcu 14 066,24 manat, cəmi 112 394,47 manat məbləğində vəsaitin, həmçinin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh firması qarşı Cavabdeh firmasından İddiaçı ASC-nin xeyrinə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ 94 439,52 manat, hesablanmış faiz 1386,16 manat, cərimə borcu 2502,55 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faiz borcu 14 066,24 manat, cəmi 112 394,47 manat məbləğində vəsaitin, həmçinin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 140 (yüz qırx) manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-28/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-28/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver