Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-281/2024 26.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh: - DC00285770-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37435,40 (otuz yeddi min dörd yüz otuz beş manat qırx qəpik) manat əsas borc, 5904,40 (beş min doqquz yüz dörd manat qırx qəpik) manat faiz borcu, 1802,14 (bir min səkkiz yüz iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 45141,94 (qırx beş min yüz qırx bir manat doxsan dörd qəpik) manat, - DC00285770-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 166217,49 (bir yüz altmış altı min iki yüz on yeddi manat qırx doqquz qəpik) manat əsas borc, 25638,47 (iyirmi beş min altı yüz otuz səkkiz manat qırx yeddi qəpik) manat faiz borcu, 5741,03 (beş min yeddi yüz qırx bir manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 197596,99 (bir yüz doxsan yeddi min beş yüz doxsan altı manat doxsan doqquz qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-SE/6308 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - DC00285770-03 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 60000 (altmış min) manat məbləğində mal alışı məqsədilə birdəfəlik krediti verilmişdir. DC00285770-04 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 198671 (bir yüz doxsan səkkiz min altı yüz yetmiş bir) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 308 və 330 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə “DC00285770-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,435.40 (otuz yeddi min dörd yüz otuz beş manat qırx qəpik) manat əsas borc, 5,904.40 (beş min doqquz yüz dörd manat qırx qəpik) manat faiz borcu, 1,802.14 (bir min səkkiz yüz iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 45,141.94 (qırx beş min yüz qırx bir manat doxsan dörd qəpik) manat təşkil edir. DC00285770-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 166,217.49 (bir yüz altmış altı min iki yüz on yeddi manat qırx doqquz qəpik) manat əsas borc, 25,638.47 (iyirmi beş min altı yüz otuz səkkiz manat qırx yeddi qəpik) manat faiz borcu, 5,741.03 (beş min yeddi yüz qırx bir manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 197,596.99 (bir yüz doxsan yeddi min beş yüz doxsan altı manat doxsan doqquz qəpik) manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini müdafiə edirlər və məhkəmədən iddianın təmin edilməsini xahiş edirlər. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, pandemiya dövrü ilə əlaqədar olaraq cavabdeh borcunu ödəyə bilməmişdir. Cərimə məbləğlərini qəbul etmirlər və hesab edirlər ki, cərimə məbləği yüksək hesablanmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: maliyyələşdirmə üçün ərizə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-SE/6308 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində imzalanmış DC00285770-03 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%. Kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 60,000 (altmış min) manat məbləğində mal alışı məqsədilə birdəfəlik krediti verilmişdir. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində imzalanmış DC00285770-04 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 198,671 (bir yüz doxsan səkkiz min altı yüz yetmiş bir) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh DC00285770-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37435,40 manat əsas borc, 5904,40 manat faiz borcu, 1802,14 manat cərimə borcu olmaqla, cəmi 45141,94 manat, DC00285770-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 166217,49 manat əsas borc, 25638,47 manat faiz borcu, 5741,03 manat cərimə borcu olmaqla, cəmi 197596,99 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, lakin cavabdeh müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 24 iyun 2024-cü il tarixli 9/3025 saylı rəyində göstərilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixə əsas borcu 37905,03 manat, faiz borcu 5495,18 manat, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixə əsas kredit borcu 167324,28 manat, faiz borcu 24415,40 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcu və cərimə borcu hissəsində tam təmin edilməlidir. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 24 iyun 2024-cü il tarixli 9/3025 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən faiz borcu 5495,18 manat, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən faiz borcu 24415,40 manat məbləğində müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. 24 noyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sesissiyasında iştirak etmiş, və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda 400 manat mediasiya xərci, 133 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edildiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə ödənilmiş 133 manat məbləğində dövlət rüsumu nəzərə alınaraq iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 398,11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh DC00285770-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37435,40 manat əsas borc, 5495,18 manat faiz borcu, 1802,14 manat cərimə borcu olmaqla, cəmi 44732,72 manat; - DC00285770-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 166217,49 manat əsas borc, 24415,40 manat faiz borcu, 5741,03 manat cərimə borcu olmaqla, cəmi 196373,92 manat məbləğində borc, olmaqla ümumilikdə 241106,64 manat məbləğində borc, həmçinin mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 133 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh 398,11 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh DC00285770-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37435,40 manat əsas borc, 5495,18 manat faiz borcu, 1802,14 manat cərimə borcu olmaqla, cəmi 44732,72 manat, DC00285770-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 166217,49 manat əsas borc, 24415,40 manat faiz borcu, 5741,03 manat cərimə borcu olmaqla, cəmi 196373,92 manat məbləğində borc, olmaqla ümumilikdə 241106,64 manat məbləğində borc, həmçinin mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 133 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 398,11 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-281/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-281/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver