Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-286/2021 12.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı Nümayəndə cavabdeh X1 qarşı borc tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Nümayəndə cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavandehin üzərinə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 121E ünvanda yerləşən “Askar” oteli aralarında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi şərtləri ilə iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı öhdəliyinin qoyulması, müqavilə müddətinin icarə predmetinin iddiaçının faktiki sahibliyinə və istifadəsinə verildiyi andan hesablanması, müqavilə şərtlərini pozduğu üçün cavabdehdən əldən çxımış fayda kimi 20 000 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin surətinin cavabdeh X2 tərəfindən alınmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.0.4-cü maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, iddia ərizəsinə əlavə edilməlidir. 152.1.4-ci maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü,152.1.2-ci və 152.1.4-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı Nümayəndə cavabdeh X1 qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməyə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-286/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-286/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver