Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-29/2020 19.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan “xxxxxxxx” X13 Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxxxxxx” X13 Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 Cavabdehnə qarşı borcun ödənilməsi, ipoteka predmetinə tutumanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması tələbinə dair iqtisadi mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan “xxxxxxxx” X13 Səhmdar Cəmiyyətinin ləğvedicisi X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit müqaviləsi üzrə 274 292,56 manat əsas borc, 1123,80 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 48 952,61 manat cərimə borcu, 47 811,93 manat kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsi üzrə 54 529,32 manat əsas borc, 212,76 manat müqavilə müddətində hesablanmış faiz borcu, 6542,23 manatcərimə borcu, 9504,76 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsi üzrə 205 889,16 manat əsas borc, 774,79 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 36 719,64 manatcərimə borcu, 35 888,76 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz olmaqla, cəmi 722 242,32 manat borcun, 30 manat dövlət rüsumun,ipotekapredmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat məbləğində xidmət haqqının və 10 manat dövlət rüsumun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, borcun mülkiyyət hüququ üzrə Cavabdeh MMC-nin mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində 2 ha torpaq sahəsində yerləşən 5276 kv metr ümumi sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuşpul vəsaitinin Cavabdeh MMC-nin ləğv prosesində olan “xxxxxxxx” KB ASC-yə olan kredit borcunun ödöənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “xxxxxxxx” KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit müqaviləsinə əsasən MMC-yə xx.xx.2016-cı il tarixinə qədər illik 6% dərəcəsi ilə 1 500 000 manat məbləğində, xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsinə əsasən MMC-yə xx.xx.2016-cı il tarixədək ödəmək şərti ilə illik 6% dərəcəsi ilə 692 000 manat məbləğində, xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsəinə əsasən illik 6% olmaqla 1408 000 manat məbləğində kredit verilmişdir, kredit müqavilələrinin təminatı kimi cavabdehə məxsus Bərdə rayonu, Mehdili kəndində 2 ha torpaq sahəsində yerləşən 5276 kv.metr sahəsi olan bir mərtəbəli qeyri-yaşayış sahəsi “xxxxxxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilə üzrə yaranmış öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X11 əvvəlki məhkəmə iclasında izahat verərək iddia tələbini qismən qəbul etdiklərini, Cavabdeh MMC-nin 3 müqavilə üzrə kredit götürdüyünü və hər müqavilə üzrə borcun çox hissəsini ödədiyini, cərimənin hesablanmasının və Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faizin əsassız hesab etdiyini, habelə iddiaçı tərəfindən iddia qaldırılması ilə bağlı müddətin ötürüldüyünü bildirmişdir.. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(083)-636/2019 saylı, xx.xx.2019-cu il tarixli qəradadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə 29515 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyi təqdim edilmiş, məhkəmənin 2-2(115)-29/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ekspert rəyinin kifayət qədər aydın və tam olmadığına əsaslanaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçilməsi qərara alınmışdır. İş üzrə təqdim olunmuş 9/1619 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, işmateriallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli, 040 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı “xxxxxxxx” ASC-yə xx xxxx 2019-cu il tarixə 273 366,01 manat əsas, 56 669,01 manat faiz borcu olmaqla 330 035,02 manat cəmi borcu, xx xxxx 2011-ci il tarixli,074 saylı kredit müqaviləsi üzrə 48 811,47 manat əsas borc, 6943,15 manat faiz borcu, ümumi 55 754,62 manat olmaqla, xx xxxx 2011-ci il tarixli, 079 saylı kredit müqaviləsi üzrə 187 132,04 manat əsas borc, 38 823,46 manat faiz borcu, ümumi 225 955,5 manat olmaqla müəyyən olunmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatına və təqdim olunmuş digər sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, surəti işə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit (borc) müqaviləsindən görünür ki, “xxxxxxxx” ASC tərəfindən Cavabdeh MMC-yə illik 6 faizlə 1 500 000 manat məbləğində kredit verilmişdir. -Surəti işə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxxxxxx” ASC tərəfindən Cavabdeh MMC-yə illik 6 faizlə 692 000 manat məbləğində kredit verilmişdir. -Surəti işə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxxxxxx” ASC tərəfindən Cavabdeh MMC-yə illik 6 faizlə 1 408 000 manat məbləğində kredit verilmişdir. -Surəti işə əlavə edilmiş “tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, “xxxxxxxx” ASC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilələrin təminatı kimi MA ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən yüklü edilən Bərdə rayonu, Mehdili kəndində xüsusi mülkiyyətdə olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. -AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Mehdili kəndində yerləşən qeyri- yaşayış evi 2 ha torpaq sahəsi ilə birlikdə “xxxxxxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. -“xxxxxxxx” ASC tərəfindən X10 göndərilmiş xx.xx.2016-cı il tarixli bildirişin məzmunundan görünür ki, X8 “xxxxxxxx” ASC-yə olan borcunun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks halda tələbin ipotekaya qoyulmuş əmlakın satışından əldə olunan pul vəsaitinə yönəldilməsinə dair məhkəmə qətnaməsinin çıxarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -“xxxxxxxx” ASC tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, sonuncudan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. -xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borclu ödəniş etməyi ilə bağlı xəbərdarlıq edilmişdir. -xx xxxxxx 2019-cu il tarixli, **********606 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsi üzrə 54 529,32 manat əsas, 212,76 manat faiz, 6542,23 manat cərimə,9504,76 manat isə MM-nin 445.7-ci maddəsinə əsasən hesablanan faiz borcu kimi hesablanmışdır. -xx xxxxxx 2019-cu il tarixli, **********608 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsi üzrə 205 889,16 manat əsas, 774,79 manat faiz, 36 719,64 manat cərimə,35 888,76 manat isə MM-nin 445.7-ci maddəsinə əsasən hesablanan faiz borcu kimi hesablanmışdır. -xx xxxxxx 2019-cu il tarixli, **********607 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit müqaviləsi üzrə 274 292,56 manat əsas, 1123,80 manat faiz, 48 952,61 manat cərimə, 47 811,93 manat isə MM-nin 445.7-ci maddəsinə əsasən hesablanan faiz borcu kimi hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-yə “xxxxxxxx” KB ASC-dən xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit müqaviləsinə əsasən MMC-yə xx.xx.2016-cı il tarixinə qədər illik 6% dərəcəsi ilə 1 500 000 manat məbləğində, xx.xx.2011-ci il tarixli, 074 nömrəli kredit müqaviləsinə əsasən MMC-yə illik 6% dərəcəsi ilə 692 000 manat məbləğində, xx.xx.2011-ci il tarixli, 079 nömrəli kredit müqaviləsəinə əsasən illik 6% olmaqla 1408 000 manat məbləğində məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh MMC-nin oğlunun tam mülkiyyətindəki Bərdə rayonu, Mehdili kəndində yerləşən qeyri- yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445.1. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hazırki iş üzrə ekspertin gəldiyi qənaətlə razılaşır. Odur ki, cavabdehdən xx.xx.2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi üzrə 273.366,01 manat əsas borc, 1123,80 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, xx.xx.2011-ci il tarixli 074 nömrəli kredit müqaviləsi üzrə 48 811,32 manat əsas borc, 212,76 manat müqavilə müddət üçün hesablanmış faiz borcu, xx.xx.2011-ci il tarixli 079 nömrəli kredit müqaviləsi üzrə 187 132,04 manat əsas borc, 774,79 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə tələbin kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu xx.xx.2019-cu il tarixədək (xəbərdarlıq həmin tarixdə göndərilmişdir) tələb etməmişdir, bu səbəbdən tələb həmin hissədə təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə tələbin xx.xx.2011-ci il tarixli, 040 nömrəli müqavilə üzrə 48 952,61 manat, xx.xx.2011-ci il tarixli, 074 nömrəli müqavilə üzrə 6542,23 manat, xx.xx.2011-ci il tarixli, 079 nömrəli müqavilə üzrə 36 719,64 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, tələb olunan dəbbə pulunun məbləği əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu məbləğinin azaldılması və iddia tələbinin bu hissədə müvafiq olaraqxx.xx.2011-ci il tarixli, 040 nömrəli müqavilə üzrə 34 952,61 manat, xx.xx.2011-ci il tarixli, 074 nömrəli müqavilə üzrə 2401,03 manat,xx.xx.2011-ci il tarixli, 079 nömrəli müqavilə üzrə 24 262,51 manat həcmində təmin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə görə pul vəsaitlərinin tutulması haqqında iddia təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə şərh olunanlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tələb qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 040 nömrəli kredit müqaviləsi üzrə 273.366,01 (iki yüz yetmiş üç min üç yüz almış altı manat bir qəpik) manat əsas borc, 1123,80 (bir min bir yüz iyirmi üç manat, səksən qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 34 952,61 (otuz dörd min doqquz yüz əlli iki manat altmış bir qəpik) cərimə borcu, xx.xx.2011-ci il tarixli 074 nömrəli kredit müqaviləsi üzrə 48 811,32 (qırx səkkiz min səkkiz yüz on bir) manat əsas borc, 212,76 (iki yüz on iki manat, yetmiş altı qəpik) manat müqavilə müddət üçün hesablanmış faiz borcu, 2401,03 (iki min dörd yüz bir manat, üç qəpik) manat cərimə borcu, xx.xx.2011-ci il tarixli 079 nömrəli kredit müqaviləsi üzrə 187 132,04 (bir yüz səksən yeddi min yüz otuz iki manat dörd qəpik) manat əsas borc, 774,79 (yeddi yüz yetmiş dörd manat, yetmiş doqquz qəpik) manat müqavilə müddə üçün hesablanmış faiz borcu, 24 262,51 (iyirmi dörd min iki yüz altmış iki manat əlli bir qəpik) manat cərimə borcu, cəmi 573 036,87 (beş yüz yetmiş üç min otuz altı manat səksən yeddi qəpik) manat məbləğində pul tutulub “xxxxxxxx” KB ASC-nin xeyrinə ödənilməli, həmin məbləğ Cavabdeh MMC-yə məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən qeyri- yaşayış evinə yönəldilməli, ipoteka predmeti açıq hərracda satılmalı və əldə olunmuş vəsait hesabına ipoteka saxlayanın tələbləri ödənildikdən sonra qalan məbləğ ipoteka qoyana qaytarılmalı, habelə ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılmalı, tələb qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, ekspert rəyinin verilməsi ilə bağlı 495 (dörd yüz doxsan beş) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixli, 040 nömrəli kredit müqaviləsi üzrə 273.366,01 (iki yüz yetmiş üç min üç yüz almış altı manat bir qəpik) manat əsas borc, 1123,80 (bir min bir yüz iyirmi üç manat, səksən qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 34 952,61 (otuz dörd min doqquz yüz əlli iki manat altmış bir qəpik) cərimə borcu, xx.xx.2011ci il tarixli, 074 nömrəli kredit müqaviləsi üzrə 48 811,32 (qırx səkkiz min səkkiz yüz on bir) manat əsas borc, 212,76 (iki yüz on iki manat, yetmiş altı qəpik) manat müqavilə müddət üçün hesablanmış faiz borcu, 2401,03 (iki min dörd yüz bir manat, üç qəpik) manat cərimə borcu, xx.xx.2011-ci il, tarixli 079 nömrəli kredit müqaviləsi üzrə 187 132,04 (bir yüz səksən yeddi min yüz otuz iki manat dörd qəpik) manat əsas borc, 774,79 (yeddi yüz yetmiş dörd manat, yetmiş doqquz qəpik) manat müqavilə müddə üçün hesablanmış faiz borcu, 24 262,51 (iyirmi dörd min iki yüz altmış iki manat əlli bir qəpik) manat cərimə borcu, cəmi 573 036,87 (beş yüz yetmiş üç min otuz altı manat səksən yeddi qəpik) manat borc, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində xiddət haqqı və 10 (on) manat rüsumun cavabdeh "Cavabdeh” X5 tutularaq ləğv prosesində olan “xxxxxxxx” X13 Səhmdar Cəmiyyətinə ödənilsin. Borc mülkiyyət hüququ üzrə Cavabdeh MMC-nin mülkiyyətində olan Bərdə rayonu,Mehdili kəndində 2.0 ha torpaq sahəsində yerləşən 5276 kv.m ümumi sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin əmlakın açıq hərracdan satılsın, satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh ləğv prosesində olan “xxxxxxxx” Kommersiya Bankı X1 borcunun ödənilməsinə yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 495 (dörd yüz doxsan beş) manat ekspertiza xərci Cavabdehndən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-29/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-29/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver