Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-29/2022 25.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmentlərinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı ASC“ cavabdehlər RVR LTD” MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,036.89 manat əsas borc, 23,204.29 manat faiz borcu, 106,552.60 manat cərimə borcu olmaqla, cəmi 329,793.79 manat borcun; PBG15-K0016/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,640,432.72 manat əsas borc, 1,269,588.76 manat faiz borcu, 808,241.48 manat cərimə borcu olmaqla, cəmi 5,718,262.96 manat borcun; PBG15-K0016/08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,580,833.50 manat əsas borc, 17,805.51 manat faiz borcu, 578,196.70 manat cərimə borcu olmaqla, cəmi 2,176,835.71 manat borcun PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 570,855.03 manat əsas borc, 25,688.48 manat faiz borcu, 352,004.60 manat cərimə borcu olmaqla, cəmi 948,548.11 manat borcun;PBG15- K0016/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,400,000 manat əsas borc, 86,100 manat faiz borcu, 838,272.20 manat cərimə borcu olmaqla, cəmi 2,324,372.20 manat borcun;PBG15- K0016/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,047,132.25 manat əsas borc, 280,809.30 manat faiz borcu, 407,652.40 manat cərimə borcu olmaqla, cəmi 1,735,593.95 manat borcun;PBG15-K0016/12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,693,980.42 PBG15- K0016/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə 654,999.58 manat əsas borc, 61,930.70 manat faiz borcu, 269,717.40 manat cərimə borcu olmaqla, cəmi 986,647.68 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması; PBG14-K0018, PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/1 saylı, PBG15- K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh2 MMC-yə məxsus 2 271 baş inəyə və 1729 baş buzov inəyə yönəldilməsi; PBG15- K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15 K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payına, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlaklara (PBG15-G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilməsi; Cavabdeh3 oğlunun mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan “RVR LTD" MMC-nin 2 təsis payınıq Cavabdeh2 MMC.nin mülkiyyətində olan çoxsaylı avadanlıqlardaşınar əmlakların (PBG15-G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda), Cavabdeh2 MMC-yə məxsus 2,271 baş inəyin və 1729 baş buzov inəyin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə оlаn PВG15-К0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15-K0016/12 saylı PBG15- K0016/13 saylı və PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi;ipoteka predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC- dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi;ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,036.89 (iki yüz min otuz altı manat səksən doqquz qəpik) manat əsas borc, 23.204.29 (iyirmi üç min iki yüz dörd manat iyirmi-doqquz qəpik) manat faiz borcu, 106 552,60 (yüz altı min beş yüz əlli iki manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 329 793,79 (üç yüz iyirmi doqquz min yeddi yüz doxsan üç manat yetmiş doqquz qəpik) manat borc, PBG15-K0016/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,640,432.72 (üç milyon altı yüz qırx min dörd yüz otuz iki manat yetmiş iki qəpik) manat əsas borc, 1,269,588.76 (bir milyon iki yüz altmış doqquz min beş yüz səksən səkkiz manat yetmiş altı qəpik) manat faiz borcu, 808 241,48 (səkkiz yüz səkkiz min iki yüz qırx bir manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5 718 262,96 (beş milyon yeddi yüz on səkkiz min iki yüz altmış iki manat doxsan altı qəpik) manat borc, PBG15-KQ016/08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 890,275.49 (sakkiz yüz doxsan min iki yüz yetmiş beş manat qırx doqquz qəpik) manat əsas borc, 17,805.51 (on yeddi min səkkiz yüz beş manat əlli bir qəpik) manat faiz borcu, 578 196,73 (beş yüz yetmiş səkkiz min yüz doxsan altı manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 1 486 277,73 (bir milyon dörd yüz səksən altı min iki yüz yetmiş yeddi manat yetmiş üç qəpik) manat borc, PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 570,855.03 (beş yüz yetmiş min səkkiz yüz əlli beş manat üç qəpik) manat əsas borc, 25,688.48 (iyirmi beş min altı yüz səksən səkkiz manat qırx səkkiz qəpik) manat faiz borcu, 352 004,60 (üç yüz əlli iki min dörd manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 948 548,11 (doqquz yüz qırx səkkiz min beş yüz qırx səkkiz manat on bir qəpik) manat borc,PBG15-K0016/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,400,000 (bir milyon dörd yüz min) manat əsas borc, 86,100 (səksən altı min bir yüz) manat faiz borcu, 838 272,22 (səkkiz yüz otuz səkkiz min iki yüz yetmiş iki manat iyirmi iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 2 324 372,22 (iki milyon üç yüz iyirmi dörd min üç yüz yetmiş iki manat iyirmi iki qəpik) manat borc, PBGİ5-K0016/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.047.132,25 (bir milyon qırx yeddi min yüz otuz iki manat iyirmi beş qəpik) manat əsas borc, 280.809,34 (iki yüz səksən min səkkiz yüz doqquz manat otuz dörd qəpik) manat faiz borcu, 407 652,42 (dörd yüz yeddi min altı yüz əlli iki manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 1 735 594,01 (bir milyon yeddi yüz otuz beş min beş yüz doxsan dörd manat bir qəpik) manat borc, PBG15-K0O16/12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,693,980.42 (bir milyon altı yüz doxsan üç min doqquz yüz səksən manat qırx iki qəpik) manat əsas borc, 286,282.69 (iki yüz səksən altı min iki yüz səksən iki manat altmış doqquz qəpik) manat faiz borcu, 823 731,41 (səkkiz yüz iyirmi üç min yeddi yüz otuz bir manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 2 803 994,52 (iki milyon səkkiz yüz üç min doqquz yüz doxsan dörd manat əlli iki qəpik) manat borc, PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə 654,999.58 (altı yüz əili dörd min doqquz yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat əsas borc, 61,930.70 (altmış bir min doqquz yüz otuz manat yetmiş qəpik) manat faiz borcu, 38.000 (otuz səkkiz min) manat cərimə borcu olmaqla, cəmi 754.930.28 (yeddi yüz əlli dörd min doqquz yüz otuz manat iyirmi səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə əsas borc üzrə 10.097.712,38 manat əsas borc, 2.051.409,77 manat faiz borcu, 269 717,44(iki yüz altmış doqquz min yeddi yüz on yeddi manat qırx dörd qəpik) manat cərimə olmaqla, cəmi 986 647,72 (doqquz yüz səksən altı min altı yüz qırx yeddi manat yetmiş iki qəpik) manat borc İddiaçı ASC-nin xeyrinə tutulması,PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15- K0016/09 saylı, PBG15- K0Ö16/10 saylı, PBG1S-K0016/11 saylı, PBG15-K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payına, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlaklara (PBG15- G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilməsi, Cavabdeh3 oğlunun mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, hərracdan likvid dəyəri 4.500,000 (dörd milyon beş yüz min) manat, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşmar əmlakların (PBG15-G00Q2 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) likvid dəyəri 1,900,000 (bir milyon doqquz yüz min) manat, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payının 20 manat məbləğində müəyyən edilərək açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15- KGG16/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15-K0016/12 saylı PBG15-K0016/13 saylı və PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeiti olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, girov predmeti olan avadanlıqlar hərracdan əldə edildikdən sonra mülkiyyətçiyə təhvil verilməsi, ipoteka, predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan, kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra Bank) ilə Cavabdeh2 MMC arasında (bundan sonra borcalan) bağlanmış PBG2014/Gİ7H nömrəli 16.12.2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusu (bundan sonra “Müqavilə”) çərçivəsində tərəflər arasında 26.12.2014-cü il tarixli PBG14-KOO18 saylı maliyyələşdirmə içiln ərizə (maksimal borclanma limiti) və ona edilmiş 19.03.2015-ci il tarixli 1 saylı əlavə, 25.06.2015-ci il tarixli 2 saylı əlavə, 25.10.2016-cı il tarixli 3 saylı əlavə, 09.10.2015-ci il tarixli 4 saylı əlavə imzalanmış və Bank tərəfindən Borcalana 26.06.2018-ci il tarixədək, illik faiz dərəcəsi 18%, illik cərimə faizi 23% olmaqla, mal qaranın alınması məqsədi ilə 750,000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan başqa tərəflər arasında imzalanmış PBG2014/017H saylı 16.12.2014- cü il tarixli müqavilənin tərkib hissəsi olan 29.06.2015-ci il tarixli PBG15-K0016 saylı maliyyələşdirmə üçün ərizə (maksimal borclanma limiti) və ona edilmiş 25.07.2016- cı it tarixli 1 saylı əlavə çərçivəsində Bank tərəfindən müxtəlif vaxtlarda borcalana kreditlər verilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında izahat verərək ekspert rəyi ilə razı olmadığını, ödənişlərin nəzərə alınmadığını bildirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 16 dekabr 2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin predmeti olaraq müştərinin müraciəti əsasında bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti, limitin ayrılması), ticarətin maliyyələşdirilməsi, plastik kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və s xidmətlərin göstərilməsidir. 6 avqust 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən 3,5 ha torpaq sahəsi 17505.2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi ilə birgə ipoteka qoyulmuşdur. 26 dekabr 2014-cü il tarixli PBG14-Z0023 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh1 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisə 3,5 ha torpaq sahəsi ilə birgə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 29 iyun 2015-ci il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh2 MMC-də olan Cavabdeh1 məxsus 2 pay təsis payı girov qoyulmuşdur. 31 iyul 2015-ci il tarixli PBG15-G0002 nömrəli girov müqaviləsinin surətindən görünür ki, müxtəlif növ daşınar əmlaklar: mal ferması avadanlıqları, silos yem anbarı, soyutma otağı avadanlıqları, kəsim sexi avadanlıqları, izopanel soyutma sistemləri və s "xxxx" ASC-nin xeyrinə girov qoyulmuşdur. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində Cavabdeh3 məxsus Bərdə rayonu, Mehdili kəndində 3.5 ha torpaq shaəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksi kimi müəssisənin tərkibində olan mal ferması avadanlıqlarının likvid dəyəri 1 900 000 manat, Bərdə rayonu, Mehdili kəndində 3.5 ha torpaq shaəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksinin likvid dəyəri isə 4 500 000 manat qeyd olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində, PBG14-K0018 nömrəli maliyyələşmə üzrə 200 036,89 manat əsas borc, 23 204,29 manat faiz borcu, 106 552,60 manat cərimə borcu, PBG15-K0016/02 nömrəli maliyyələşmə üçün ərizə üzrə 3640432,72 manat əsas borc, 1269588,76 manat faiz borcu, 808241,48 manat cərimə borcu, PBG15-K0016/08 nömrəli maliyyələşmə üçün ərizə üzrə 890275,49 manat əsas borc, 17805,51 manat faiz borcu, 578196,73 manat cərimə borcu, PBG15-K0016/09 nömrəli maliyyələşmə üçün ərizə üzrə əsas borc üzrə 570855,03 manat, faiz borcu üzrə 25688,48 manat, cərimə borcu üzrə 838272,22 manat, PBG15-K0016/10 nömrəli maliyyələşmə üçün ərizə üzrə ******* manat əsas borc, 86100 manat faiz borcu, 838272,22 manat cərimə borcu, PBG15-K0016/11 nömrəli maliyyələşmə üçün ərizə üzrə 1047132,25 manat əsas borc, 280809,34 manat faiz borcu, 407652,42 manat cərimə borcu, PBG15-K0016/12 nömrəli maliyyələşmə üçün ərizə üzrə 1693980,42 manat əsas borc, 286282,69 manat faiz borcu, 823731,41 manat cərimə borcu, PBG15-K0016/13 nömrəli maliyyələşmə üçün ərizə üzrə 654999,58 manat əsas borc, 61930,70 manat faiz borcu, 269717,44 manat cərimə borcu olduğu qeyd olunmuşdur. Məhkəmə ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında Bank xidmətlərinin göstərilməsinə dair razılaşma olmuş və bu razılaşmaya əsasən Bank tərəfindən kredit vəsaitləri ayrılmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kredit müqaviləsinin təminatı kimi cavabdehlərə məxsus daşınar və daşınmaz əmlaklar "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bundan başqa iddiaçı, cavabdehdən hər maliyyəşdirmə üzrə ərizəyə əsasən cərimənin tutulub onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,036.89 (iki yüz min otuz altı manat səksən doqquz qəpik) manat əsas borc, 23.204.29 (iyirmi üç min iki yüz dörd manat iyirmi-doqquz qəpik) manat faiz borcu, 12 000 (on iki min) manat cərimə borcu olmaqla, cəmi 235.253,18 (iki yüz otuz beş min iki yüz əlli üç manat on səkkiz qəpik) manat borc, PBG15-K0016/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,640,432.72 (üç milyon altı yüz qırx min dörd yüz otuz iki manat yetmiş iki qəpik) manat əsas borc, 1,269,588.76 (bir milyon iki yüz altmış doqquz min beş yüz səksən səkkiz manat yetmiş altı qəpik) manat faiz borcu, 220.000 (iki yüz iyirmi min) manat cərimə borcu olmaqla, cəmi 5,130,021.48 (beş milyon yüz otuz min iyirmi bir manat qırx qırx səkkiz qəpik) manat borc, PBG15-KQ016/08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 890,275.49 (sakkiz yüz doxsan min iki yüz yetmiş beş manat qırx doqquz qəpik) manat əsas borc, 17,805.51 (on yeddi min səkkiz yüz beş manat əlli bir qəpik) manat faiz borcu, 48,000 (qırx səkkiz min) manat cərimə borcu olmaqla, cəmi 956,081 (doqquz yüz əlli altı min səksən bir) manat borc, PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 570,855.03 (beş yüz yetmiş min səkkiz yüz əlli beş manat üç qəpik) manat əsas borc, 25,688.48 (iyirmi beş min altı yüz səksən səkkiz manat qırx səkkiz qəpik) manat faiz borcu, 34,000 (otuz dord min) manat cərimə borcu olmaqla, cəmi 630,543.51 (altı yüz otuz min beş yüz qırx üç manat əlli bir qəpik) manat borc, PBG15-K0016/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,400,000 (bir milyon dörd yüz min) manat əsas borc, 86,100 (səksən altı min bir yüz) manat faiz borcu, 85.000 (səkkiz beş min) manat cərimə borcu olmaqla, cəmi 1.571.100 (bir milyon beş yüz yetmiş bir min yüz) manat borc, PBGİ5-K0016/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.047.132,25 (bir milyon qırx yeddi min yüz otuz iki manat iyirmi beş qəpik) manat əsas borc, 280.809,34 (iki yüz səksən min səkkiz yüz doqquz manat otuz dörd qəpik) manat faiz borcu, 62.000 (altmış iki min manat) manat cərimə borcu olmaqla, cəmi 1.389.941,59 (bir milyon üç yüz səksən doqquz min doqquz yüz qırx mir manat əlli doqquz qəpik) manat borc, PBG15-K0016/12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,693,980.42 (bir milyon altı yüz doxsan üç min doqquz yüz səksən manat qırx iki qəpik) manat əsas borc, 286,282.69 (iki yüz səksən altı min iki yüz səksən iki manat altmış doqquz qəpik) manat faiz borcu, 101.000 (bir yüz bir min) manat cərimə borcu olmaqla, cəmi 2.081.263,11 (iki milyon səksən bir min iki yüz altmış üç manat on bir qəpik) manat borc, PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə 654,999.58 (altı yüz əili dörd min doqquz yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat əsas borc, 61,930.70 (altmış bir min doqquz yüz otuz manat yetmiş qəpik) manat faiz borcu, 38.000 (otuz səkkiz min) manat cərimə borcu olmaqla, cəmi 754.930.28 (yeddi yüz əlli dörd min doqquz yüz otuz manat iyirmi səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə əsas borc üzrə 10.097.712,38 manat əsas borc, 2.051.409,77 manat faiz borcu, 600.000(altı yüz min) manat cərimə olmaqla, cəmi 12.479.122,15 (on iki milyon dörd yüz yetmiş doqquz min yüz iyirmi iki manat on beş qəpik) manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalı,PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15- K0Ö16/10 saylı, PBG1S-K0016/11 saylı, PBG15- K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payına, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlardaşınar əmlaklara (PBG15-G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilməli, Cavabdeh3 oğlunun mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, hərracdan likvid dəyəri 4.500,000 (dörd milyon beş yüz min) manat, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşmar əmlakların (PBG15-G00Q2 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) likvid dəyəri 1,900,000 (bir milyon doqquz yüz min) manat, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payının 20 manat məbləğində müəyyən edilərək açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASCyə olan PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15- KGG16/09 saylı, PBG15- K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15-K0016/12 saylı PBG15-K0016/13 saylı və PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeii olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməli, girov predmeti olan avadanlıqlar hərracdan əldə edildikdən sonra mülkiyyətçiyə təhvil verilməli,ipoteka, predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan, kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməli, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, cavabdehdən dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,036.89 (iki yüz min otuz altı manat səksən doqquz qəpik) manat əsas borc, 23.204.29 (iyirmi üç min iki yüz dörd manat iyirmi-doqquz qəpik) manat faiz borcu, 12 000 (on iki min) manat cərimə borcu olmaqla, cəmi 235.253,18 (iki yüz otuz beş min iki yüz əlli üç manat on səkkiz qəpik) manat borc; PBG15-K0016/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,640,432.72 (üç milyon altı yüz qırx min dörd yüz otuz iki manat yetmiş iki qəpik) manat əsas borc, 1,269,588.76 (bir milyon iki yüz altmış doqquz min beş yüz səksən səkkiz manat yetmiş altı qəpik) manat faiz borcu, 220.000 (iki yüz iyirmi min) manat cərimə borcu olmaqla, cəmi 5,130,021.48 (beş milyon yüz otuz min iyirmi bir manat qırx qırx səkkiz qəpik) manat borc; PBG15-KQ016/08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 890,275.49 (sakkiz yüz doxsan min iki yüz yetmiş beş manat qırx doqquz qəpik) manat əsas borc, 17,805.51 (on yeddi min səkkiz yüz beş manat əlli bir qəpik) manat faiz borcu, 48,000 (qırx səkkiz min) manat cərimə borcu olmaqla, cəmi 956,081 (doqquz yüz əlli altı min səksən bir) manat borc; PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 570,855.03 (beş yüz yetmiş min səkkiz yüz əlli beş manat üç qəpik) manat əsas borc, 25,688.48 (iyirmi beş min altı yüz səksən səkkiz manat qırx səkkiz qəpik) manat faiz borcu, 34,000 (otuz dord min) manat cərimə borcu olmaqla, cəmi 630,543.51 (altı yüz otuz min beş yüz qırx üç manat əlli bir qəpik) manat borc; PBG15-K0016/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,400,000 (bir milyon dörd yüz min) manat əsas borc, 86,100 (səksən altı min bir yüz) manat faiz borcu, 85.000 (səkkiz beş min) manat cərimə borcu olmaqla, cəmi 1.571.100 (bir milyon beş yüz yetmiş bir min yüz) manat borc; PBGİ5-K0016/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.047.132,25 (bir milyon qırx yeddi min yüz otuz iki manat iyirmi beş qəpik) manat əsas borc, 280.809,34 (iki yüz səksən min səkkiz yüz doqquz manat otuz dörd qəpik) manat faiz borcu, 62.000 (altmış iki min manat) manat cərimə borcu olmaqla, cəmi 1.389.941,59 (bir milyon üç yüz səksən doqquz min doqquz yüz qırx mir manat əlli doqquz qəpik) manat borc; PBG15-K0016/12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,693,980.42 (bir milyon altı yüz doxsan üç min doqquz yüz səksən manat qırx iki qəpik) manat əsas borc, 286,282.69 (iki yüz səksən altı min iki yüz səksən iki manat altmış doqquz qəpik) manat faiz borcu, 101.000 (bir yüz bir min) manat cərimə borcu olmaqla, cəmi 2.081.263,11 (iki milyon səksən bir min iki yüz altmış üç manat on bir qəpik) manat borc; PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə 654,999.58 (altı yüz əili dörd min doqquz yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat əsas borc, 61,930.70 (altmış bir min doqquz yüz otuz manat yetmiş qəpik) manat faiz borcu, 38.000 (otuz səkkiz min) manat cərimə borcu olmaqla, cəmi 754.930.28 (yeddi yüz əlli dörd min doqquz yüz otuz manat iyirmi səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə əsas borc üzrə 10.097.712,38 manat əsas borc, 2.051.409,77 manat faiz borcu, 600.000(altı yüz min) manat cərimə olmaqla, cəmi 12.479.122,15 (on iki milyon dörd yüz yetmiş doqquz min yüz iyirmi iki manat on beş qəpik) manat borc İddiaçı ASC-nin xeyrinə tutulsun. PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15- K0Ö16/10 saylı, PBG1S-K0016/11 saylı, PBG15-K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payına, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlaklara (PBG15-G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilsin. Cavabdeh3 oğlunun mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, hərracdan likvid dəyəri 4.500,000 (dörd milyon beş yüz min) manat, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşmar əmlakların (PBG15-G00Q2 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) likvid dəyəri 1,900,000 (bir milyon doqquz yüz min) manat, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payının 20 manat məbləğində müəyyən edilərək açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15- KGG16/09 saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15-K0016/12 saylı PBG15-K0016/13 saylı və PBG14- K0018 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeii olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilsin, girov predmeti olan avadanlıqlar hərracdan əldə edildikdən sonra mülkiyyətçiyə təhvil verilsin. İpoteka, predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan, kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-29/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-29/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver