Məhkəmə qərarları › İş №e-2-2(115)-30/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-30/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-30/2023 08.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11724.33 manat əsas, 2604.73 manat müqavilə müddətinin sonuna hesablanan faiz və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1869.61 manat faiz borcu olmaqla, cəmi 16198.67 manat məbləğində kredit borcunun və iş üzrə ilkin mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 210 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti Bərdə rayon Güloğlular kəndində yerləşən ümumi sahəsi 277.1 kv/m, yaşayış sahəsi 55.9 kv/m, yardımçı sahəsi 221.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evinə tam mülkiyyət üzrə 0,054 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11724.33 manat əsas, 2604.73 manat müqavilə müddətinin sonuna hesablanan faiz və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1869.61 manat faiz borcu olmaqla, cəmi 16198.67 manat məbləğində kredit borcunun və iş üzrə ilkin mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 210 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka predmeti Bərdə rayon Güloğlular kəndində yerləşən ümumi sahəsi 277.1 kv/m, yaşayış sahəsi 55.9 kv/m, yardımçı sahəsi 221.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evinə tam mülkiyyət üzrə 0,054 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Bərdə” filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh1 arasında bağlanmış 28 iyul 2015-ci il tarixli 153/06 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik (altı) faiz dərəcəsi ilə xırda ticarət məqsədilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bərdə rayon Güloğlular kəndində yerləşən ümumi sahəsi 277.1 kv/m, yaşayış sahəsi 55.9 kv/m, yardımçı sahəsi 221.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə 0,054 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulması məqsədilə 17 may 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi Bərdə rayon Güloğlular kəndində yerləşən ümumi sahəsi 277.1 kv/m, yaşayış sahəsi 55.9 kv/m, yardımçı sahəsi 221.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət üzrə 0,054 ha torpaq sahəsi ilə birlikdə çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********296 saylı 28 sentyabr 2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 16198.67 manat təşkil edir. Bundan 11724.33 manat əsas, 2604.73 manat müqavilə müddətinin sonuna hesablanan faiz və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1869.61 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 28 iyul 2015-ci il tarixli 153/06 saylı kredit müqaviləsindən görünür ki, borcverən– "xxxx" ASC borcalan – Cavabdeh1 aylıq faiz dərəcəsi 6 % оlmaqla 15 000 manat məbləğində krеdit verməyi, borcalan- Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürür. 17 may 2016-cı il tarixli 153/06 saylı ipoteka müqaviləsindən görünür ki, 28 iyul 2015-ci il tarixli 153/06 saylı kredit müqaviləsinin təminatı kimi Bərdə rayon Güloğlular kəndində 0.054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 277.1 kv/m, yaşayış sahəsi 55.9 kv/m, yardımçı sahəsi 221.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 22500 manat müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Bərdə rayon Güloğlular kəndində 0.054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 277.1 kv/m, yaşayış sahəsi 55.9 kv/m, yardımçı sahəsi 221.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli bildiriş məktubu ndan görünür ki, cavabdehlərə borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28 iyul 2015-ci il tarixli 153/06 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu 11724.33 manat əsas, 2604.73 manat faiz borcu və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1869.61 manat faiz borcu olmaqla, cəmi borc 16198.67 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, MŞG/1-00869 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 210 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 21 noyabr 2022-ci il tarixli 02- 113/22 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş Bərdə rayon Güloğlular kəndində 0.054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 277.1 kv/m, yaşayış sahəsi 55.9 kv/m, yardımçı sahəsi 221.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 36 000 manat, likvid dəyəri isə 28 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 28 iyul 2015-ci il tarixli 153/06 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 15 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 11724,33 (on bir min yeddi yüz iyirmi dörd manat otuz üç qəpik) manat əsas borc, 2604,73 (iki min altı yüz dörd manat yetmiş üç qəpik) manat faiz borcu və Azərbaycan Respubikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1869,61(min səkkiz yüz altmış doqquz manat altmış bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə cəmi 16198,67(on altı min yüz doxsan səkkiz manat altmış yeddi qəpik) manat məbləğində borc və 210 (iki yüz on) manat mediasiya xərci tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 28 000 manat olan Cavabdeh2 məxsus Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 277.1 kv.m, yaşayış sahəsi 55.9 kv.m, yardımçı sahəsi 221.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə və 0.054 ha torpaq sahəsinə yönəldilməlidir, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 11724,33 (on bir min yeddi yüz iyirmi dörd manat otuz üç qəpik) manat əsas borc, 2604,73 (iki min altı yüz dörd manat yetmiş üç qəpik) manat faiz borcu və Azərbaycan Respubikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1869,61(min səkkiz yüz altmış doqquz manat altmış bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə cəmi 16198,67(on altı min yüz doxsan səkkiz manat altmış yeddi qəpik) manat məbləğində borc və 210 (iki yüz on) manat mediasiya xərci tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 28 000 manat olan Cavabdeh2 məxsus Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 277.1 kv.m, yaşayış sahəsi 55.9 kv.m, yardımçı sahəsi 221.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə və 0.054 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********,AZ90AİİB******************** saylı hesaba ödənilsin. Cavabdeh1 138.59 (bir yüz otuz səkkiz manat əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar