Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-31/2022 08.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 X9 Cəmiyyətinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, 16.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında çıxarış əsasında İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsinə əsasən Cavabdeh2 ASC əlavə cavabdeh olaraq icraata cəlb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdehlərə qarşı 16.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında çıxarış əsasında İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.metr hissəsindən keçən yüksək gərginlikli yeraltı elektrik xətti kabelinin cavabdeh "xxxx" ASC tərəfindən çıxarılıb mülkiyyətində olan torpaq sahəsindən kənarlaşdırılaraq torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində 0,30 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı MMC-yə, yəni təsisçi kimi X4 verilmişdir, AR ƏMDK yanında DƏDRX-nin 3 saylı gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 16.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında çıxarış, 11.02.2020-ci il traixli AA**********75 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında qeyd edilən torpaq sahəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir, İddiaçı MMC-yə məxsus olan eni 50 metr, uzunluğu isə 60 metr olan 0,30 ha torpaq sahəsində ona məlumat verilmədən və onun razılığı alınmadan "xxxx" Gəncə regional idarəsinin işçiləri tərəfindən 0,50 m torpaq sahəsi qazılaraq Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 1600 məcburi köçkün ailəsi üçün tikilmiş yaşayış məhəlləsinin elektrik təchizatını təmin etmək məqsədi ilə yeraltı yüksək gərginlikli kabel xətti çəkilmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uğun izahat verərək tələbin təmin edilməsini xahiş emişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin xətt Gəncə şəhər Memarlıq və Tikinti şöbəsinin sifarişi əsasında Cavabdeh2 tərəfindən çəkilmişdir, qeyd edilən xəttin çəkilməsinin "xxxx" ASC məsuliyyət daşımır, odur ki iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan; 01 fevral 202-1ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış tələblə bağlı xəbərdar edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən sənaye təyinatlı 0,3 ha torpaq sahəsi İddiaçı MMC-yə məxsusdur. "xxxx" ASC-nin Texniki departamentinin direktoruna ünvanlanmış məktubda qeyd olunmuşdur ki, sözügedən 35 kv-luq qəsəbə xəttinin keçdiyi trasda yaranmış problemin ətraflı araşdırılması üçün sifarişçi təşkilatlar Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna, gəncə şəhər Memarlıq və tikinti şöbəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 mart 2014-cü il tarixli məktubunda görünür ki, İddiaçı MMC “Nar” kiçik müəssisəsinin hüquqi varisidir. İş üzrə təyin edilmiş tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı MMC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin hüdudları daxilindən sərhəd hasarlarından 3 m ara məsafəsində 35 kv-luq yeraltı elektrik xəttinin keçdiyi müəyyən olunmuş, İddiaçı MMC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin hüdudları daxilində faktiki olaraq hər hansı bir tikili inşa olunmadığından 35 kv-luq yeraltı elektrik xəttinin torpaq sahəsindən istifadə edilməsinə maneə törətmədiyi müəyyən edilmiş, lakin gələcəkdə torpaq sahəsinin hüdudları daxilində tikinti işləri aparılan zaman elektrik xəttinin maneə törətməsi istisna edilməmişdir, həmin torpaq sahəsinin hüdudları daxilindən yüksək gərginlikli yeraltı elektrik xətlərinin keçməsini, xətlərin istiqamətlərini, torpaq sahəsinin hər tərəfə 2 m hissəsinin üzərindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi və həmin xətlərin mühafizə zolağının müvafiq qaydaların tələblərində 2 m məsafədə müəyyən olunduğu nəzərə alınaraq tədqiq olunan ünvanda yerləşən torpaq sahəsinin 4 m hissəsinin yüksək gərginlikli elektrik yeraltı xəttinin mühafizə zonasına güşdüyünü nəzərə alaraq 240 kv torpaq sahəsinin mühafizə zonasına dü.düyü müəyyən edilmiş, həmin torpaq sahəsinin kənarda boş torpaq sahəsinin olduğu nəzərə alınaraq yüksək gərginlikli elektrik xəttinin həmin torpaq sahəsindən kənara çıxarılması mümkündür. İşin hallarından göründüyü kimi cavabdeh təşkilatlar öz səlahiyyətləri daxilində elektrik enerjisinin ötürülməsini, onun təminin həyata keçirirlər. 30 may 2012-ci il tarixdə Cavabdeh2 ASC məcburi köçkünlərinin mənzil təminatının ödənilməsi üçün 1500 ailəlik qəsəbəyə veriləcək elektrik enerjisini texniki şərtini təsdiq etmişdir. Texniki şərt elektrik enerjisinin ötürülməsinin parametrlərini müəyyən edən texniki sənəddir. Həmin Texniki şərtin 3.3-cü bəndində göstərilir ki, istifadə olunan avadanlıqlar İEC və ya AZS standartlarına uyğun olmalı, elektrik avadanlıqlarının quraşdırma işləri fəaliyyətdə olan şəbəkələrdə təcrübəsi və lisenziyası olan təşkilat tərəfindən yerinə yetirilməlidir. Hazırkı mübahisənin kökündə yeraltı elektrik kabelinin çəkilməsi ilə bağlı məsələlər dayanır. Hazırkı iş üzrə cavabdehlər tərəfindən yeraltı elektrik kabelinin çəkilməsi ilə bağlı mühəndis-layihə və tikinti-quraşdırma işlərinin aparılması sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlətqeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelədaşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-cü maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 X9 Cəmiyyətinə qarşı 16.12.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında Çıxarış əsasında "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən keçən yüksək gərginlikli yeraltı elektrik xətti kabelinin cavabdeh "xxxx" ASC tərəfindən çıxarılıb mülkiyyətdə olan torpaq sahəsindən kənarlaşdırılaraq torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-31/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-31/2022
08.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver