Məhkəmə qərarları › İş №e-2-2(115)-31/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-31/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-31/2023 16.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 fevral 2019-cu il tarixli 05/19-ky saylı kredit müqaviləsi üzrə Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə əsas borc 1000 manat, faiz borcu 289,02 manat olmaqla, cəmi 1289,02 manat borcun, X1 Layihəsi üzrə əsas borc 4375,01 manat, faiz borcu 444,30 manat olmaqla 4819,31 manat borcun, ümumilikdə 6108,33 manat borc məbləği İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borcun tutulması üçün cavabdehin yetərli pul vəsaiti və əmlakı olmadığı təqdirdə tələbinin Cavabdeh məxsus Bərdə rayonu, Qazaxlar kəndində yerləşən yaşayış evi 0,31 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 6108,33 manat borcun, habelə 60 manat ödənilmiş mediasiya xərcinin və 21,08 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə göstərilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddiadan imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar