Məhkəmə qərarları › İş №e-2-2(115)-313/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-313/2025

12.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-313/2025 12.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “X2 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: mülkiyyətçi hüquqları, əmlakdan maneəsiz istifadə) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “X2 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra mətndə Cavabdeh ASC-nin “X2 Şəbəkəsi” MMC-nə) qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh ASC-nin “X2 Şəbəkəsi” MMC-nə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən obyektin üzərindən 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6kV-luq “2-ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVA TM-dən çıxan 0,4kV-luq SİP xətləri keçən elektrik dirəklərinin götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 1574 saylı və xx.xx.2014-cü il tarixli 1478 saylı sərəncamları ilə Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən 94,5 kvm və 19.0 kvm boş torpaq sahəsində iddiaçı tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə icazə verilmişdir. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 08 aprel 2016-cı il tarixli 322 saylı sərəncamı ilə Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 27 avqust 2014-cü il tarixli 1478 saylı sərəncamına əsasən, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində inşa edilmiş tikinti altı sahəsi 17,4 kvm, faydalı sahəsi 13,1 kvm olan mağazanın istismara qəbul edilməsi, iddiaçının adına qeydiyyata alınması, onun mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməyinin AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. Bundan sonra, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən mağazada yerinə yetirilmiş işlərin keyfiyyətinin kafi hesab edilməsi və onun istismara verilməsinə icazə verilməsinə dair “tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” qəbul komissiyasının aktı qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli sərəncamı ilə əlaqədar həmin obyektlə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq niyyəti ilə FHN-nə mürcaiət etmişdir. Sənədləri portala yerləşdirildikdən sonra müvafiq adiyyatı qurumlar obyektə baxış keçirdilər, obyekt 0.4 kV-luq ÖİN xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı FHN-nin Tikintidə X1 Agentliyinin rəyi oldu. X3 Təchizatı və Satışı İdarəsinin məsul şəxs Pərviz müəllimə müraciət etdikdə, həmin yerə baxış üçün Aqil adlı bir nəfəri göndərdilər. Aqil həmin yerə baxış keçirdikdən sonra elektrik dirəklərinin götürülməsi üçün ondan 5000 manat pul tələb etdi və bildirdi ki, əgər “ASAN xidmət”ə mürcaiət etsə, ondan daha artıq pul tələb olunacaqdır. “ASAN xidmət”lə əlaqə saxladıqda yalnız öz vəsaiti hesabına elektrik dirəklərinin götürülə bilməsi üçün müraciət edə biləcəyini, əks halda ərizəni qəbul etməyəcəklərini bildirdilər. İddiaçı bildirmişdir ki, o, obyekti tikdirən zaman qeyd edilən elektrik dirəkləri orada mövcud olmamışdır. Həmin dirəklər qoyulan zaman hətta onlara etiraz etmiş və aralarında mübahisə olmuşdur. Həmin zaman cavabdehin işçiləri dirəklərin onlar üçün heç bir problem yaratmayacağını bildirmişdilər. Dirəklər onların tikintini sona çatdırdıqları müddətdən, hətta obyektdən istifadə etdikdən sonra qoyulmuşdur. Bütün sahibkarlara qayğı göstərilməli olmasına dair Prezidentin göstərişlərinə əhəmiyyət verilməyərək, dəfələrlə cavabdeh orqanın süründürməçiliyinə məruz qalmışdır. İdarənin rəisinin qəbul günləri qəbuluna getməyinə baxmayaraq, onu qəbul etməmişdir. Yazdığı müraciətlər, şikayətlər cavabsız qalmışdır. Yuxarıda da qeyd etdiyi ki, obyekt istismar edilən zaman dirəklər qoyulmuşdur. Dirəklər əgər həqiqətən də yüksək təhlükə mənbəyidirsə, o zaman cavabdehin təhlükəli şərait yaratmaqla bağlı hərəkətləri nə ilə izah olunmalıdır. Üstəlik, əgər elektrik dirəkləri orada mövcud olsaydı, o zaman ilk əvvəldən obyektin tikilməsi ilə əlaqədar işıq idarəsi razılaşdırmalara imza atmazdı (qeyd edilən razılaşma planı iddia ərizəsinə əlavə edilmişdir). Həmçinin, qəbul aktındaa da işıq idarəsinin məsul şəxsinin obyektin qəbulu ilə əlaqədar imzası mövcuddur.

3. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə “iddia həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə qaldırdığı iddianın təmin edilməsi ilə yanaşı, həmçinin ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeyi

4. Cavabdeh ASC-nin “X2 Şəbəkəsi” MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Sərəncamları ilə Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən 94,5 kvm və 19.0 kvm boş torpaq sahəsində atası tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə icazə verilmiş və həmin mağazada yerinə yetirilmiş işlərin keyfiyyətinin kafi hesab edilməsi və onun istismara verilməsinə icazə verilməsinə dair “tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” qəbul komissiyasının aktı qəbul edilmişdir. O, bildirdi ki, atası obyekti tikdirən zaman qeyd edilən elektrik dirəkləri orada mövcud olmamışdır. Həmin dirəklər qoyulan zaman hətta onlara etiraz etmişlər və aralarında mübahisə olmuşdur. Həmin zaman cavabdehin işçiləri dirəklərin onlar üçün heç bir problem yaratmayacağını bildirmişdilər. Dirəklər onların tikintini sona çatdırdıqları müddətdən, hətta obyektdən istifadə etdikdən sonra qoyulmuşdur. Hazırda həmin dirəklərin orada yerləşməsi səbəbindən atasına çıxarış verilmir. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, heç bir cavab verilməmişdir. Buna görə də qeyd olunanlarını nəzərə alaraq iddanın təmin edilməsini məhkəmədən xahiş etdi.

II. Sübutların tədqiqi

6. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 1574 saylı və xx.xx.2014-cü il tarixli 1478 saylı sərəncamları ilə Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən 94,5 kvm və 19.0 kvm boş torpaq sahəsində İddiaçı tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə icazə verilmişdir.

7. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 08 aprel 2016-cı il tarixli 322 saylı sərəncamı ilə Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 27 avqust 2014-cü il tarixli 1478 saylı sərəncamına əsasən, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində inşa edilmiş tikinti altı sahəsi 17,4 kvm, faydalı sahəsi 13,1 kvm olan mağazanın istismara qəbul edilməsi, İddiaçı adına qeydiyyata alınması, onun mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməyinin AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır.

8. “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” qəbul komissiyasının xx.xx.2014-cü il tarixli aktına əsasən Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən mağazada yerinə yetirilmiş işlərin keyfiyyətinin kafi hesab edilməsi və onun istismara verilməsinə icazə verilməsinə dair qəbul edilmişdir.

9. Cavabdeh ASC-nin “X2 Şəbəkəsi” MMC tərəfindən xx.xx.2014-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə verilmiş texniki şərtdən görünür ki, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən İddiaçı məxsus mağazanın 0,4 kV-luq gərginliklə təmin olunmasına texniki şərtlərin yerinə yetirilməsi şərtilə etiraz olunmamışdır.

10. “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” qəbul komissiyasının xx.xx.2015-ci il tarixli aktına əsasən Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən mağazada yerinə yetirilmiş işlərin keyfiyyətinin kafi hesab edilməsi və onun istismara verilməsinə icazə verilməsinə dair qəbul edilmişdir.

11. Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Enerji Nəzarəti İdarəsinin xx.xx.2016-cı il tarixli 139828 №-li aktına əsasən Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən və İddiaçı məxsus mağazanın elektrik qurğuları istismara yararlı sayılmışdır.

12. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli rəydən görünür ki, aparılmış araşdırma nəticəsində Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən obyektin elektrik enerjisi təchizatında qüsur aşkar edilmişdir. Onyekt 0,4 kV-luq ÖİN xəttinin mühafizə zonasında yerləşir.

13. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 Təchizatı və Satışı idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən obyektin üzərindən 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6kV-luq “2-ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVA TM-dən çıxan 0,4kV-luq SİP xətləri keçir. Sözügedən 0.4kV-luq SİP markalı hava xətlərinin kənara çıxarılması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “ASAN xidmət” mərkəzində yerləşən “13-cü Xidmət” bölməsinə müraciət etməyi tövsiyə olunmuşdur.

14. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsində 0.4kV-luq elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi üçün “ASAN xidmət” mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur.

15. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, elektrik xətləri obyektin damına toxunmaqla, həmin obyektin üzərindən keçir.

16. Nümayəndə tərəfindən Cavabdeh ASC-nin “X2 Şəbəkəsi” MMC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən obyektin üzərindən 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6kV-luq “2-ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVA TM-dən çıxan 0,4kV-luq SİP xətləri keçən elektrik dirəklərinin götürülməsi xahiş olunmuşdur.

III. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

IV. Məhkəmənin mövqeyi

a) elektrik dirəklərinin götürülməsi tələbi ilə bağlı

20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

22. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 1574 saylı və xx.xx.2014cü il tarixli 1478 saylı sərəncamları ilə Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən 94,5 kvm və 19.0 kvm boş torpaq sahəsində İddiaçı tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə icazə verilmiş, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 08 aprel 2016-cı il tarixli 322 saylı sərəncamı ilə Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 27 avqust 2014-cü il tarixli 1478 saylı sərəncamına əsasən, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində inşa edilmiş tikinti altı sahəsi 17,4 kvm, faydalı sahəsi 13,1 kvm olan mağazanın istismara qəbul edilməsi qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 Təchizatı və Satışı idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən obyektin üzərindən 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6kV-luq “2-ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVA TM-dən çıxan 0,4kV-luq SİP xətləri keçir. Nümayəndə tərəfindən Cavabdeh ASC-nin “X2 Şəbəkəsi” MMC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən obyektin üzərindən 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6kVluq “2-ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVA TM-dən çıxan 0,4kV-luq SİP xətləri keçən elektrik dirəklərinin götürülməsi xahiş olunmuş, lakin iddiaçıya hər hansı cavab verilməmişdir.

23. Qanunvericiliyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırki işdən görünür ki, elektrik dirəklərinin götürülməsi xahiş olunan obyekt iddiaçının mülkiyyətində olmasa da, həmin obyektə İddiaçı sahiblik edir və iddiaçı mülkiyyətçi hüquqlarından istifadə edərək sahiblik etdiyi obyektə edilən qəsdlərə son qoymağı cavabdehdən tələb etməkdə haqlıdır.

24. Məhkəmə hesab edir ki, Gəncə şəhəri A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən İddiaçı sahibliyində olan obyektin üzərindən 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6kV-luq “2-ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVA TM-dən çıxan 0,4kV-luq SİP xətləri keçən elektrik dirəkləri onun sahibliyində olan əmlakdan maneəsiz istifadə etməsinin qarşısını alır. Bu hal isə iddiaçının mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnir.

25. Bu səbəbdən iddiaçı haqlı olaraq sahibliyində olan əmlakdan sərbəst şəkildə istifadə edə bilmədiyi üçün məhkəməyə müraciət etmiş və iddiaçının pozulmuş hüquqları bərpa edilərək, iddia təmin edilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

26. İddiaçı eləcə də 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

27. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul cavabdеh Cavabdeh ASC-nin “X2 Şəbəkəsi” MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən İddiaçı sahibliyində olan obyektin üzərindən 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6kV-luq “2ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVA TM-dən çıxan 0,4kV-luq SİP xətləri keçən elektrik dirəkləri Cavabdeh ASC-nin “X2 Şəbəkəsi” MMC-nin hesabına çıxarılmalıdır (götürülməlidir).

32. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia təmin edilsin. Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən İddiaçı sahibliyində olan obyektin üzərindən 35/6 kV-luq “Vağzalyanı- 1” yarımstansiyasından çıxan 6kV-luq “2-ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kVA TM-dən çıxan 0,4kV-luq SİP xətləri keçən elektrik dirəkləri Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “X2 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına çıxarılsın (götürülsün). Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pul cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “X2 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar