Məhkəmə qərarları › İş №e-2-2(115)-3142/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-3142/2025

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-3142/2025 10.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat (iki min) ödənilməmiş borc məbləğinin və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış subicarə müqaviləsinə əsasən icarəyəverən istifadəsində olan Bakı şəhəri, Z. Tağıyev 19-da ümumi sahəsi 100,6 kv.m. olan daşınmaz əmlakın 1 kv.m. sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə öz növbəsində bu müqavilədə nəzərdə tutulmuş qaydada təqdim olunan sahədən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən subicarə müqaviləsinin şərtləri pozulmuş, 2017-ci il və 2018-ci il tarixdə verilmiş qaimələr üzrə istifadəyə verilmiş sahəyə görə icarə haqqı ödənilməmişdir. Hazırda cavabdehin iddiaçıya 2000 (iki min) manat ödənilməmiş borcu qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixli, EAAB 962804 saylı qaimə əsasında 200 manat, xx.xx.2017-ci il tarixli, EAAC 590636 saylı qaimə əsasında 100 manat, xx.xx.2017ci il tarixli EAAD 073805 saylı qaimə əsasında 100 manat, xx.xx.2017-ci il tarixli EAAD 708909 saylı qaimə əsasında 100 manat, EAAE 301599 saylı qaimə əsasında 100 manat, xx.xx.2017-ci il tarixli EAAE 519518 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli EAAG 612100 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli EAAH 136190 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli EAAH 931292 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli EAAİ 289787 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli EAAJ 213200 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli EAAJ 782075 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli EAAK 652191 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli EAAM 109566 saylı qaimə əsasında 200 manat, xx.xx.2018-ci il tarixli EAAN 031429 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli EAAO 749127 saylı qaimə əsasında 300 manat, cəmi 2000 (iki min) manat pul məbləğinin ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh həmin qaimələr üzrə heç bir ödəniş etməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: subicarə müqaviləsi, elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 01 may 2017-ci il tarixli subicarə müqaviləsinə əsasən icarəyəverən istifadəsində olan Bakı şəhəri, Z. Tağıyev 19-da ümumi sahəsi 100,6 kv.m. olan daşınmaz əmlakın 1 kv.m. sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə öz növbəsində bu müqavilədə nəzərdə tutulmuş qaydada təqdim olunan sahədən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən subicarəçi subicarəyə verənə vergilər daxil olmaqla hər ay 100 manat subicarə haqqı ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən subicarə haqqının hesablanması subicarəyə verilən sahə təqdim edilən müddətdən başlanır və hər ödəniş ayından sonra 5 iş günü ərzində subicarəyə verənin bank hesabına köçürülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Z. Tağıyev 19-da ümumi sahəsi 100,6 kv.m. olan daşınmaz əmlakın 1 kv.m. sahəsini Cavabdeh istifadəsinə verməyi, icarəçi isə icarə haqqını vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən subicarə müqaviləsinə şərtlərinə əməl edilərək 100,6 kv.m. olan daşınmaz əmlakın 1 kv.m. sahəsi cavabdehin icarəsinə verilmişdir. Cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək icarə haqqını ödəməmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, EAAB 962804 saylı qaimə əsasında 200 manat, xx.xx.2017-ci il tarixli, EAAC 590636 saylı qaimə əsasında 100 manat, xx.xx.2017-ci il tarixli, EAAD 073805 saylı qaimə əsasında 100 manat, xx.xx.2017-ci il tarixli, EAAD 708909 saylı qaimə əsasında 100 manat, xx.xx.2017-ci il tarixli, EAAE 301599 saylı qaimə əsasında 100 manat, xx.xx.2017-ci il tarixli, EAAE 519518 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli, EAAG 612100 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli, EAAH 136190 saylı qaimə əsasında 100 manat, xx.xx.2018ci il tarixli, EAAH 931292 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli, EAAİ 289787 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli, EAAJ 213200 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli, EAAJ 782075 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli, EAAK 652191 saylı qaimə əsasında 100 manat, xx.xx.2018ci il tarixli, EAAM 109566 saylı qaimə əsasında 200 manat, xx.xx.2018-ci il tarixli, EAAN 031429 saylı qaimə əsasında 100 manat, xx.xx.2018-ci il tarixli, EAAO 749127 saylı qaimə əsasında 300 manat, cəmi 2000 (iki min) manat pul məbləğinin ödənilməsi tələb edilmişdir Göründüyü kimi Cavabdeh 01 may 2017-ci il tarixli subicarə müqaviləsi üzrə 2000 manat icarə haqqı borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01 may 2017-ci il tarixli subicarə müqaviləsi üzrə yaranmış 2000 manat icarə haqqı borcu və 40 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar