Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-317/2021 27.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16.05.2019-cu il tarixli, GNC-2251 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 18 908,42 manat, faiz borcuna görə 5671,62 manat, cərimə borcun agörə 5200 manat olmaqla ümumilikdə 29 780,04 manat pulun, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində rüsumun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən məntəqələrin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 16.05.2019-cu il tarixli, GNC-2251 nömrəli kredit müqaviləsi üzrə cəmi 29 780,04 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetləri olan Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən məntəqələrin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən məntəqələrin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, istifadə hüququnun itirilmiş hesab olunması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 16.05.2019-cu il tarixli GNC-2251 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yeterli olmazsa qalan borcun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16.05.2019-cu il tarixli, GNC-2251 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 14 909,42 manat, faiz borcuna görə 9486,65 manat, cərimə borcun agörə 5200 manat olmaqla ümumilikdə 29 596,07 manat pulun, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində rüsumun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən məntəqələrin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 16.05.2019-cu il tarixli, GNC-2251 nömrəli kredit müqaviləsi üzrə cəmi 29 780,04 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetləri olan Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən məntəqələrin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən məntəqələrin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, istifadə hüququnun itirilmiş hesab olunması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 16.05.2019-cu il tarixli GNC-2251 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yeterli olmazsa qalan borcun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 16 may 2019-cu il tarixli, GNC-2251 nömrəli kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 26 000 manat məbləğində cavabdehə kredit verilmişdir. 16 may 2019-cu il tarixli, GNC-2251 nömrəli kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin, yəni ödəniş qrafikinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən yayınmışdır. Öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən məntəqələrin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan fərdi yaşayış evi İddiaçı ASC qarşısında yüklü edilmişdir. İddiaçının nümayəndəsi Məmmədova Aygül məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, həmçinin Cavabdeh3 05.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirakını nəzərə alaraq Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan: 16 may 2019-cu il tarixli, GNC-2251 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalana 26 000 manat məbləğində illik 22 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 17 may 2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 16 may 2019-cu il tarixli, GNC-2251 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən məntəqələrin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. 22 yanvar 2020-ci il tarixli, RB 11/2-0093 nömrəli bildirişin surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən **********95- 10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında yerləşən 97,7 kv.metr sahədən 0,05 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində isə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən məntəqələrin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan fərdi yaşayış evinin bazar dəyəri 60 000 manat, likvid dəyəri isə 54 000 manat kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq Bank müəyyən olunmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini yerinə yetirməmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 700 manat məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir.Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Məhkəmə iddia tələbinin cavabdehlərin fərdi yaşayış evindən çıxarəılması, əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi, cavabdehlərin yaşayış evi üzərində istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsi üzrə onu qeyd edir ki, istifadə hüquqnun itirilmiş hesab edilməsi üçün əsaslar mövcud deyildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunvericilyin tələbindən göründüyü kimi yaşayış evinin boşaldılması bu barədə öhdəlik götürüldüyü halda, həmçinin ipoteka qoyulmuş yaşayış evinin və ya mənzilin satılmasından sonra olmalıdır. Məhkəmədə mübahisəli məsələyə baxılır. Yaşayış evindən çıxarılma ilə bağlı tərəflər arasında mübahisə o halda yarana bilərdi ki, bu öhdəlik onu üzərinə götürənlər tərəfindən razılaşmada müəyyən olunmuş müddət ərzində və ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satılmasından sonra icra edilməmiş olsun. Göründüyü kimi iddiaçı yaranmamış və mövcud olmayan mübahisənin həllini tələb edir. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 16.05.2019-cu il tarixli GNC-2251 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 14909,42 (on dörd min doqquz yüz doqquz manat qırx iki qəpik) manat, faiz borcu üzrə 9486,65 (doqquz min dörd yüz səksən altı manat altmış beş qəpik) manat, cərimə borcu üzrə 700 (yeddi yüz) manat olmaqla ümumilikdə, 25096,07 (iyirmi beş min doxsan altı manat yeddi qəpik) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, bildirişin qedə alınması üçün ödənilmiş 31 (altmış) manat rüsumun tutularaq iddiaçının xeyrinə ödənilməli, tələb tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus, likvid dəyəri 54 (əlli dörd min) manat olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m olan fərdi yaşayış evinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 16.05.2019-cu il tarixli GNC-2251 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 14909,42 (on dörd min doqquz yüz doqquz manat qırx iki qəpik) manat, faiz borcu üzrə 9486,65 (doqquz min dörd yüz səksən altı manat altmış beş qəpik) manat, cərimə borcu üzrə 700 (yeddi yüz) manat olmaqla ümumilikdə, 25096,07 (iyirmi beş min doxsan altı manat yeddi qəpik) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, bildirişin qedə alınması üçün ödənilmiş 31 (altmış) manat rüsumun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus, likvid dəyəri 54 (əlli dörd min) manat olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan ümumi sahəsi 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın. İş üzrə 200 (dörd yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq „Uniprice“ MMC, VÖEN **********, AZ15GUNA********************,“GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev