Məhkəmə qərarları › İş №e-2-2(115)-322/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-322/2020

14.04.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-322/2020 14.04.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(83)-150/2019 saylı qərardadından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi "xxxx" MMC ərizə ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin müflis elan edilməsi məqsədilə iflas prosesinə başlanması, əmlak inzibatçısının təyin edilməsi və əmlak inzibatçısına 2000 manat aylıq əmək haqqının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19iyun 2019-cu il tarixli 2-2(83)-150/2019 saylı qətnaməsi ərizə təmin edilmişdir. Həmin qətnamədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19iyun 2019-cu il tarixli 2-2(83)- 150/2019 saylı qətnaməsindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(83)-150/2019 saylı qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19iyun 2019-cu il tarixli 2-2(83)- 150/2019 saylı qətnaməsindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardaddan verilmiş şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə səhvən iddia ərizəsi kimi qeyd etdirməklə yenidən məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş X1 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(83)-150/2019 saylı qərardadından şikayət vermək əvəzinə, həmin qərardadın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda ərizəyə məhkəmə qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(83)-150/2019 saylı qərardadından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmişiddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(83)-150/2019 saylı qərardadından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmişiddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar