Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-322/2021 23.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Tovuz rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Maraqlı şəxs ASC-yə qarşı «hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC cavabdehlər Tovuz rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Maraqlı şəxs ASC-yə qarşı «hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-yə məxsus olan AZ10V-516 qeydiyyat nişanlı, CAT-336D markalı, 2012-ci il buraxılışlı ekskavatora 100 000 (bir yüz min) manat, AZ10V-517 qeydiyyat nişanlı, CAT CS64 markalı, 2012-ci il buraxılışlı yolbasana 52 000 (əlli iki min) manat qiyməti ilə hərracda satılması barədə Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən“xxxx” MMC-yəverilmiş X.V.-175 saylı, xx.xx.2021-ci il tarixli sifarişin qanunsuz hesab edilməsi; Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli LP-005/21 və LP-006/21 saylı qiymətləndirmə rəylərinin ləğv edilməsi; AZ10V-516 qeydiyyat nişanlı, CAT-336D markalı, 2012-ci il buraxılışlı ekskavatorun və AZ10V-517 qeydiyyat nişanlı, CAT CS64 markalı, 2012-ci il buraxılışlı yolbasanın yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınması barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı “xxxx” MMC-nin cavabdehlər Tovuz rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Maraqlı şəxs ASC-yə qarşı «hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “xxxx” MMC-nin cavabdeh Tovuz rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh2 MMC-yə və üçüncü şəxs Maraqlı şəxs ASC-yə qarşı «hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-322/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-322/2021
23.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver