Məhkəmə qərarları › İş №e-2-2(115)-33/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-33/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-33/2021 10.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh, həmçinin digər cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, X8, X32, X9, X2, X19, X25, X10, X20, X14, X15, X16, Cavabdeh1 və “xxxx” MMC-yə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, X8, X32, X9, X2, X19, X25, X10, X20, X14, X15, X16, Cavabdeh1 və “xxxx” MMC-yə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 17 sentyabr 2018-ci il tarixli, GNC- 2224ip saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 32709 manat 80 qəpik, faiz borcuna görə 2968 manat 75 qəpik, cərimə borcuna görə 5918 manat 97 qəpik, cəmi 41597 manat 52 qəpik Əmlak Məsələləri Dövlət Komitəsi yanmda DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 90 manat pul tutulmasını, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Dədə Yediyar küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144 kv.m. olan 32 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0434 ha torpaq sahəsinə və mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “VAZ” texniki xidmət stansiyasının yanında istifadədə olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 601,9 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsini, bu əmlakın hərracda satılmasını və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 17 sentyabr 2018-ci il tarixli,GNC-2224ip saylı kredit müqaviləsi üzrə cəmi 4159 manat 52 qəpik və dövlət rüsumu kimi ödənilmiş cəmi 90 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsini, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Dədə Yediyar küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144 kv.m. olan 32 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0434 ha torpaq sahəsinə və mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “VAZ” texniki xidmət stansiyasının yanında istifadədə olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 601,9 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və digər cavabdehlər qeydiyyatda olduqları Gəncə şəhəri, Nizami rayonu, Dədə Yediyar küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144 kv.m. olan 32 saylı fərdi yaşayış evindən və evin yerləşdiyi 0,0434 ha torpaq sahəsindən, Cavabdeh1 isə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “VAZ” texniki xidmət stansiyasının yanında istifadədə olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 601,9 kv.m. olan əmlak kompleksi kimi müəssisədən çıxarılmasını və əmlakların boşaldılmasını, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Dədə Yediyar küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144 kv.m. olan 32 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0434 ha torpaq sahəsinin və mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “VAZ” texniki xidmət stansiyasının yanında istifadədə olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 601,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin müəyyənləşdirilməsini, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 17 sentyabr 2018ci il tarixli, GNC-2224ip saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Muxtar oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli, GNC-2224ip saylı kredit müqaviləsinə əsasən illik 20% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 51 000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2., 2.3. və 2.4. maddələri). 17 sentyabr 2018-ci il tarixli, GNC-2224ip saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 21.05.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 17 sentyabr 2018-ci il tarixli, GNC-2224ip saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 32709 manat 80 qəpik, faiz borcuna görə 2968 manat 75 qəpik, cərimə borcuna görə 5918 manat 97 qəpik, borcun cəmi məbləği 41597 manat 52 qəpik təşkil edir. 17 sentyabr 2018-ci il tarixli, GNC-2224ip saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə İddiaçı ASC arasında 17.09.2018-ci iİ tarixli zaminlik müqaviləsi bağlanmışdır. 17 sentyabr 2018-ci il tarixli, GNC- 2224ip saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Dədə Yediyar küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144 kv.m. olan 32 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0434 ha torpaq sahəsi İddiaçı ASC qarşısında 17 sentyabr 2018-ci il tarixli, GNC-2224ip nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Eyni zamanda 17 sentyabr 2018-ci il tarixli, GNC-2224ip saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “VAZ” texniki xidmət stansiyasının yanında istifadədə olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 601,9 kv.m. olan əmlak kompleksi kimi müəssisə İddiaçı ASC qarşısında 17 sentyabr 2018-ci il tarixli, GNC-2224ip nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh2 17 sentyabr 2018-ci il tarixli, GNC-2224ip saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 32709 manat 80 qəpik, faiz borcuna görə 2968 manat 75 qəpik, cərimə borcuna görə 5918 manat 97 qəpik, cəmi 41597 manat 52 qəpik məbləğində pul tutulmalıdır, tələblər ipoteka predmetlərinə yönəldilməlidir, ipoteka predmetləri satıldıqdan sonra cavadehlər ipoteka predmetlərindən çıxarılmalıdır, cavabdehlərin ipoteka predmetlərində qeydiyyatı itirilmiş hesab edilməlidir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi Mansur Osmanov məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, 17 sentyabr 2018-ci il tarixli, GNC-2224ip saylı kredit müqaviləsi üzrə kreditin əsas borcu 32709 manat 76 qəpik, faiz borcu 8778 manat 35 qəpik, dəbbə borcu 10200 manat, borcun cəmi məbləği 51688 manat 11 qəpik təşkil edir. İddia tələbinin artırılmasına dair ərizəni qəbul edərək iddia tələbinin artırılan və digər hissələrdə tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X26 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, həmçinin digər cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən iddiaçı ilə kredit müqaviləsi bağlayaraq, 51000 manat məbləğində kredit almışdır. Cavabdeh1 ona zamin olmuşdur. Müqavilənin təminatı kimi özünə məxsus Gəncə şəhəri, Nizami rayonu, Dədə Yediyar küçəsində yerləşən fərdi yaşayış evi və “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “VAZ” texniki xidmət stansiyasının yanında istifadədə olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Əvvəllər mütəmadi olaraq kredir borcunu vaxtında ödəsə də, pandemiya ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Ona görə də, iddia tələbini faiz və cərimə borcu hissəsində qəbul etmir. Bundan başqa, ipoteka müqavilələri bağlanarkən fərdi yaşayış evinin və əmlak kompleksinin dəyəri həddindən artıq aşağı qiymətə yazılmışdır. Əvvəllər “xxxx” MMC-nin qanuni təmsilçisi qohumu Cavabdeh1 olsa da, hazırda özü həmin hüquqi şəxsin qanuni təmsilçisi kimi dövlət qeydiyyatından keçmişdir. Borcu ödəməkdən yayınmır. Banka müraciət etmiş, lakin ona kömək etmirlər. Başqa əmlakını sata bilmədiyi üçün bankla razılığa gələ bilmədilər. Faiz borcunu və dəbbə pulunun azaldılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər X8, X32, X9, X2, X19, X25, X10, X20, X14, X15, X16, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər X21, X38, X22, X3, X34, X37, X23, X35, X27, X28, X29, Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X4, X30, X5, X1, X17, X24, X6, X18, X11, X12, X13, Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh, həmçinin digər cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Cavabdeh2 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 17.09.2018-ci il tarixli GNC-2224ip nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 20 faiz olmaqla 51000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 22.05.2020-ci il tarixə 32709 manat 80 qəpik əsas, 2968 manat 75 qəpik faiz, 5918 manat 97 qəpik cərimə, cəmi 41597 manat 52 qəpik məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. 17.09.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 17.09.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Dədə Yediyar küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144 kv.m. olan 32 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0434 ha torpaq sahəsini ipotekaya qoymuşdur. 17.09.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə “xxxx” MMC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “VAZ” texniki xidmət stansiyasının yanında istifadədə olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 601,9 kv.m. olan əmlak kompleksi kimi müəssisəni ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “VAZ” texniki xidmət stansiyasının yanında yerləşən əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.03.2021-ci il tarixli 088/RB/21 nömrəli rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0434 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 70000 manat, likvid dəyəri 60000 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.03.2021-ci il tarixli 087/RB/21 nömrəli rəyindən görünür ki, “xxxx” MMC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “VAZ” texniki xidmət stansiyasının yanı ünvanında yerləşən əmlak kompleksinin bazar dəyəri 150000 manat, likvid dəyəri 110000 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka İddiaçı ASC ipoteka ilə yüklü edilmiş əmlakları açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 32709 manat 80 qəpik əsas borc, 8778 manat 35 qəpik faiz borcu, 200 manat cərimə borcu, cəmi 41688 manat 15 qəpik məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tələb üzrə tutma Cavabdeh2 məxsus Gəncə şəhəri, Dədə Yediyar küçəsində yerləşən 32 saylı fərdi yaşayış evinə və cavabdeh “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Vaz” texniki xidmət stansiyasının yanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməlidir. Həmin fərdi yaşayış evi və əmlak kompleksi kimi müəssisə açıq hərracdan satılmalıdır. Fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 110.000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə qaytarılmalıdır. Fərdi yaşayış evinin və əmlak kompleksi kimi müəssisənin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Açıq hərrac keçirildikdən bir ay sonra fərdi yaşayış evi və əmlak kompleksi kimi müəssisə boşaldılmalıdır. 600 manat məbləğində qiymətləndirmə haqqı Cavabdeh2 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 200 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 32709 manat 80 qəpik əsas borc, 8778 manat 35 qəpik faiz borcu, 200 manat cərimə borcu, cəmi 41688 manat 15 qəpik məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus Gəncə şəhəri, Dədə Yediyar küçəsində yerləşən 32 saylı fərdi yaşayış evinə və cavabdeh “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Vaz” texniki xidmət stansiyasının yanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilsin. Həmin fərdi yaşayış evi və əmlak kompleksi kimi müəssisə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 110.000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə qaytarılsın. Fərdi yaşayış evinin və əmlak kompleksi kimi müəssisənin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən bir ay sonra fərdi yaşayış evi və əmlak kompleksi kimi müəssisə boşaldılsın. 600 manat məbləğində qiymətləndirmə haqqı Cavabdeh2 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar