Məhkəmə qərarları › İş №e-2-2(115)-33/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-33/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-33/2022 22.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 MMC, X4 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 MMC-dən 30 oktyabr 2018-ci il tarixli, 800840-58111/1 saylı kredit müqaviləsi üzrə 21.842.85 manat məbləğində əsas bоrcu və 5,137.94 manat faiz borcu ümumilikdə 26,980.79 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10.65 manat dövlət rüsumu və 30.77 manat xidmət haqqı olmaqla, cəmi 41.42 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi,tutmanın ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh6 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi,ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinə ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi,ipoteka predmeti hərracda satıldıqdan 10 gün sonra Cavabdeh6 və Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 MMC-dən 30 oktyabr 2018-ci il tarixli, 800840-58111/1 saylı kredit müqaviləsi üzrə 19 121,78 manat məbləğində əsas bоrcu və 3961,71 manat faiz borcu ümumilikdə 23 083,49 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10.65 manat dövlət rüsumu və 30.77 manat xidmət haqqı olmaqla, cəmi 41.42 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi,tutmanın ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh6 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi,ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinə ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi,ipoteka predmeti hərracda satıldıqdan 10 gün sonra Cavabdeh6 və Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 30 oktyabr 2018-ci il tariхli, 800840-58111/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 26% dərəcəsi ilə 40 000 manat məbləğində kredit ayrılmışdır. Bank və digər cavabdeh – Cavabdeh5 qızı arasında 31 oktyabr 2018-ci il tarixli 800840-58111/1 nömrəli zaminlik 21 iyun 2019-cu il tariхli, 800842-721743/1 nömrəli krеdit müqaviləsinin təminatı olaraq 21 iyun 2019-cu il tariхli, 800842-721743/1 nömrəli, Cavabdeh1 arasında 31 oktyabr 2018-ci il tarixli 800840-58111/1 nömrəli zaminlik və Cavabdeh2 MMC-nin direktoru X2 arasında 31 oktyabr 2018-ci il tarixli 800840-58111/1 nğmrəli zaminlik müqavilələri bağlanmışdır. Müqavilənin təminatı kimi Bank ilə Cavabdeh3 arasında ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi ipoteka ilə yülkü edilmişdir. Borcalan öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə Xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamışdır. İddiaçının nümayəndəsi X6 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 30 oktyabr 2018-ci il tarixli 800840-58111/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış və Bank 40 000 manat dəyərində kredit məbləğini 30 ay müddətinə, 26 faiz dərəcəsi ilə borcluya verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. 30 oktyabr 2018-ci il tarixli 800840-58111/1 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 ilə İddiaçı ASC arasında Cavabdeh3 oğlu ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. 30 oktyabr 2018-ci il tarixli 800840-58111/1/2 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında Cavabdeh3 oğlu ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. 30 oktyabr 2018-ci il tarixli 800840-58111/1/3 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 MMC-nin direktoru X2 ilə İddiaçı ASC arasında Cavabdeh3 oğlu ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. 30 oktyabr 2018-ci il tarixli 800840-58111/1 ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi ipoteka ilə Bankın xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh6 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi İddiaçı ASC -nin xeyrinə yüklü edilmişdir. 23 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehə 19 121,78 manat əsas borc və 3961,71 manat faiz borcu olmaqla, cəmi 23 083,49 manat məbləğində borc hesablanmışdır. 17 dekabr 2020-ci il tarixli 800/800/0723/2020 nömrəli və 11 yanvar 2021-ci il tarixli 800/800/0027/2021 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdehlər yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. İş üzrə təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində Cavabdeh6 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 210 000 manat, likvid dəyəri 189 000 manat kimi qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, Expressbank” ASC tərəfindən Cavabdeh3 30 oktyabr 2018-ci il tarixli 800840-58111/1 nömrəli kredit müqaviləsinə əsasən 30 ay müddətinə 40 000 manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, X5 ilə iddiaçı arasında bağlanmış 30 oktyabr 2018-ci il tarixli zaminlik müqavilələri bağlanmış, müqavilələrə əsasən onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Habelə, öhdəliyin təminatı kimi Cavabdeh6 mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması ilə bağlı hissəsi üzrə onu qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 30 oktyabr 2018-ci il tariхli, 800840-58111/1 saylı kredit müqaviləsi üzrə 21842,85 manat əsas borc və 5137,94 manat faiz borcu olmaqla, cəmi 26980,79 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı olmaqla, cəmi 41,42 manat xərci və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, borcun tutulması ipoteka ilə yüklü edilmiş, likvid dəyəri 189000 manat olan, Cavabdeh6n tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, ev hərracda satıldıqdan sonra Cavabdeh6 və Cavabdeh4 tərəfindən həmin ev boşaldılmalıdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 30 oktyabr 2018-ci il tariхli, 800840-58111/1 saylı kredit müqaviləsi üzrə 21842,85 manat əsas borc və 5137,94 manat faiz borcu olmaqla, cəmi 26980,79 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı olmaqla, cəmi 41,42 manat xərci və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Borcun tutulması ipoteka ilə yüklü edilmiş, likvid dəyəri 189000 manat olan, Cavabdeh6 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin, ev hərracda satıldıqdan sonra Cavabdeh6 və Cavabdeh4 tərəfindən həmin ev boşaldılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi AZN: AZ15GUNA********************, Bank: Günaybank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT:GUNAAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar