Məhkəmə qərarları › İş №e-2-2(115)-33/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-33/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-33/2023 08.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 X4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 X4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər “Dostluq“ İKF-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 99998.49 manat əsas, 9816.6 manat faiz və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 1583.85 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 111398.94 manat kredit borcu; 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 146221.26 manat əsas, 11446.76 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 157668.02 manat kredit borcu; 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 111564.99 manat əsas, 10818.03 manat faiz və 358.44 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 122741.46 manat kredit borcu; 14 dekabr 2020-ci il tarixli, 10- BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 122209.52 manat əsas, 11849.85 manat faiz, 392.58 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 134451.95 manat kredit borcu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 180 manat xidmət haqqının ödənilməsi, cavabdehlər “Dostluq“ İKFdən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 110000 manat əsas, 9951.97 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 119951.97 manat kredit borcu; 20 fevral 2020-ci il tarixli, 10- BİZGZ- 1-0-05-20 (K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 135125.5 manat əsas, 10579.72 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 145705.22 manat kredit borcu, dövlət rüsumu olaraq ödənilmiş 1081.92 (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-1-0-21- 19/3 saylı, 21 fevral 2020-ci il tarixli, 10- BİZGZ-1-0-06-20(K) saylı, 14 dekabr 2020-ci il tarixli, 10- BİZGZ-1-0-07-18(K2) saylı və 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 İstehsal- Kommersiya Firmasının mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına, Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsi, fərdi yaşayış evi, qeyri-yaşayış binası və mənzillərin açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0- 08-18/2 saylı və 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-05-20 (K) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə tutmanın Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin torpaq sahəsi və qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun həmin torpaq sahəsi və qeyri-yaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və digər şəxslərin Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin orpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və qeyriyaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 İKF ilə "xxxx" İKB ASC xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1- 0-07-18 saylı və xx.xx.2018-ci il tarixli 10- BİZGZ1-0-08-18 saylı Baş kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Dostluq“ İKF-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 26 aprel 2018-ci il tarixli, 10- BİZGZ-l-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-l- 0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 75498.49 manat əsas, 28009.04 manat faiz, 13349.75 manat cərimə və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 6371.8 manat olmaqla, ümumilikdə cəmi 123229.08 manat kredit borcu; 21 fevral 2020- ci il tarixli, 10- BİZGZ-l-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 146221.26 manat əsas, 35796.1 manat faiz və 10728.86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 192746.22 manat kredit borcu; 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-l-0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 111564.99 manat əsas. 33 124.21 manat faiz və 7246.24 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 151935.44 manat kredit borcu; 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ- 1 -0-07-18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 122209.52 manat əsas, 36284.29 manat faiz, 7937.27 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 166431.08 manat kredit borcu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçlin ödənilmiş 30 manat dövlət rüsumunun və 180 manat xidmət haqqının ödənilməsi, Cavabdehlər “Dostluq“ İKF-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 27 noyabr 2018-ci il tarixli, 10- BİZGZ-1 -0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ- 1-0- 08-18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 110000 manat əsas, 31943.41 manat faiz və 6639.26 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 148582.67 manat kredit borcu, 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-05-20 (K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 135125.5 manat əsas. 33081.34 manat faiz borcu və 9914.87 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 178121.71 manat kredit borcu, dövlət rüsumu olaraq ödənilmiş 1081.92 (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10- BİZGZ-!-0-21-19/3 saylı, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0- 06-20(K) saylı, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-l-0-07-18(K2) saylı və 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-l-0-07- 18(K1) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 İstehsal- Kommersiya Firmasının mülkiyyətindəki Gəncə şəhəri. Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, Cavabdeh4 mülkiyyətindəki ünvan 4 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsi, fərdi yaşayış evi, qeyri-yaşayış binası və mənzillərin açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18/2 saylı və 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ- 1-0-05-20 (K) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə tutmanın Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, qeyri-yaşayış binasına yönəldilməsi, həmin torpaq sahəsi və qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun həmin torpaq sahəsi və qeyri-vaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu. Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 34 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və digər şəxslərin Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 oğiu və Cavabdeh7 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha toıpaq sahəsi və həmin torpa sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 İKF ilə "xxxx" İKB ASC xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı və 27.1 1.2018-ci il tarixli 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 X9 ilə "xxxx" İKB ASC arasında xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-07-18 saylı Baş Kredit müqaviləsi bağlanmış və borcluya 120 ay müddətinə illik 36 faiz olmaqla 600000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2018-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda borcun təminatı olaraq xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmış və Cavabdeh1 məxsus olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, Cavabdeh2 X6 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən qeyriyaşayış binası və Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 X9 04 iyul 2019-cu il tarixli 10-BİZGZ- 1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 24 ay müddətinə, 19 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X5 banka 04 iyul 2019-cu il tarixli 10- BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 99998.49 manat əsas borc, 9816.6 manat faiz borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 1583.85 manat olmaqla ümumilikdə cəmi 111398.94 manat borcu vardır. Cavabdeh2 X9 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC-dən 36 ay müddətinə, 15 faiz dərəcəsi ilə 150000 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X5 banka 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə 146221.26 manat əsas borc, 11446.76 manat faiz borcu olmaqla ümumilikdə cəmi 157668.02 manat borcu vardır. Cavabdeh2 X9 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqaviləyə əsasən İddiaçı ASC-dən 36 ay müddətinə, 18 faiz dərəcəsi ilə 111564.99 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X5 banka 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə 111564.99 manat əsas borc, 10818.03 manat faiz borcu, 358.44 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 122741.46 manat borcu vardır. Cavabdeh2 X9 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqaviləyə əsasən İddiaçı ASC-dən 36 ay müddətinə, 18 faiz dərəcəsi ilə 122209.52 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X5 banka 14 dekabr 2020-ci il tarixli 10- BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə 122209.52 manat əsas borc, 11849.58 manat faiz borcu, 392.58 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 134451.95 manat borcu vardır. Cavabdeh2 X9 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-08-18 saylı Baş Kredit müqaviləsi bağlanmış və borcluya 120 ay müddətinə illik 36 faiz olmaqla 250000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2018-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda borcun təminatı olaraq xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmış və Cavabdeh1 məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 03445 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 X9 28 noyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-08- 18/2 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 24 ay müddətinə, 18 faiz dərəcəsi ilə 110000 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X5 banka 28 noyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-08- 18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 110000 manat əsas borc, 9951.97 manat faiz borcu olmaqla ümumilikdə cəmi 119951.97 manat borcu vardır. Cavabdeh2 X9 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-05-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC-dən 36 ay müddətinə, 15 faiz dərəcəsi ilə 150000 manat məbləğində kredit götürmüşdür. 2021-ci il oktyabrın 29-dək Cavabdeh2 X5 banka 21 fevral 2020-ci il tarixli 10- BİZGZ-1-0-05-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə 135125.5 manat əsas borc, 10579.72 manat faiz borcu olmaqla ümumilikdə cəmi 145705.22 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh2 X4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 X2 nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 26 aprel 2018-ci il tarixli 10-BİZGZ-1-0-07-18 saylı Baş Kredit müqaviləsindən görünür ki, borcverən-"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan-Cavabdeh2 X4 120 ay müddətinə illik 36 faiz olmaqla 600000 manat məbləğində kredit limiti ayrılmışdır. 27 noyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-08-18 saylı Baş Kredit müqaviləsindən görünür ki, borcverən-"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan-Cavabdeh2 X4 120 ay müddətinə illik 36 faiz olmaqla 250000 manat məbləğində kredit limiti ayrılmışdır. 28 noyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-08-18/2 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən borverən-"xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) borcalan-Cavabdeh2 X4 110000 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan-Cavabdeh2 X7 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 04 iyul 2019-cu il tarixli 10-BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən borcverən-"xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) borcalan-Cavabdeh2 X4 100000 manat məbləğində illik 19 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan –Cavabdeh2 X7 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 20 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-05-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən borcverən-İddiaçı ASC borcalan-Cavabdeh2 X4 150000 manat məbləğində illik 15 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan –Cavabdeh2 X7 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən borcverən-İddiaçı ASC borcalan-Cavabdeh2 X4 150000 manat məbləğində illik 15 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan –Cavabdeh2 X7 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqaviləyə əsasən borcverən-İddiaçı ASC borcalan-Cavabdeh2 X4 122209.52 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan-Cavabdeh2 X7 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqaviləyə əsasən borcverən-İddiaçı ASC borcalan-Cavabdeh2 X4 111564.99 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan-Cavabdeh2 X7 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18(1) və 10-BİZGZ-1-0-08-18(2) zaminlik müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq razılaşmaların təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(1) və 10-BİZGZ-1-0-07-18(2) saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-07-18 saylı baş kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq razılaşmaların təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 27 noyabr 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 03445 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətlərindən görünür ki, Cavabdeh1 məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 03445 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası "xxxx" İKB ASC-nin(hazırkı İddiaçı ASC) xeyrinə yüklü edilmişdir. 26 aprel 2018-ci il tarixli sonrakı ipoteka müqavilələrindən görünür ki, xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-07-18 saylı baş kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq razılaşmaların təminatı olaraq Cavabdeh1 məxsus olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, Cavabdeh2 X6 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən qeyri-yaşayış binası və Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli çıxarışların surətlərindən görünür ki, Cavabdeh1 məxsus olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, Cavabdeh2 X6 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən qeyri-yaşayış binası, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil "xxxx" İKB ASC-nin(hazırkı İddiaçı ASC) xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı fərdi yaşayış evində Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qeydiyyatdadırlar. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarıından görünür ki, Cavabdeh2 X5 banka olan borcu 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit müqaviləsi üzrə əsas borcu 1 11564,99 manat, faiz borcu 33124,21 manat, cərimə borcu 7246,24 manat olmaqla, cəmi 151935.44 manat, 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit müqaviləsi üzrə əsas borcu 122209,52 manat, faiz borcu 36284,29 manat, cərimə borcu 7937,27 manat olmaqla, cəmi borc 166431,08 manat, xx.xx.2020-ei il tarixli, 10-BİZGZ-l -0-06- 20(K) nömrəli kredit müqaviləsi üzrə 146221.26 manat əsas borc, 35796.1 manat faiz borcu, 10728.86 manat cərimə olmaqla, cəmi 192746.22 manat, 21 fevral 2020-ci il tarixli 10-BİZGZ- 1-0-05-20(K) saylı kredit müqaviləsi üzrə əsas borcu 146221,26 manat, faiz borcu 35 796,1 manat, cərimə borcu 10728,86 olmaqla, cəmi 192746,22 manat, xx.xx.2020-ci il tarixli, 10- BİZGZ-1-0-05-20CK) nömrəli kredit müqaviləsi üzrə əsas borcu 135125,5 manat, faiz borcu 33081,34 manat, cərimə borcu 9914,87 manat olmaqla, cəmi 178121,71 manat, xx.xx.2019-cu il tarixli, 10-BİZGZ-1-0-21 -19/3 nömrəli kredit müqaviləsi əsas borcu 75498,49 manat, faiz borcu 28009,04 manat, cərimə borcu 13349.75 manat, 5% hesablanmış məbləğ 6371,8 manat olmaqla, cəmi 123229,08 manat, xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 110000 manat, faiz borcu 31943,41 manat, cərimə borcu 6639,26 manat olmaqla, cəmi 148582,67 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 01 dekabr 2022-ci il tarixli, 02- 119/22 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus olan Xanlar rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 287 000 manat, likvid dəyəri isə 258 000 manat, Cavabdeh2 X6 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 580 000 manat, likvid dəyəri isə 522 000 manat, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin bazar dəyəri 65 000 manat, likvid dəyəri isə 60 000 manat, Cavabdeh1 məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 03445 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 532 000 manat, likvid dəyəri isə 477 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 28 noyabr 2018ci il tarixli 10-BİZGZ-1-0-08-18/2 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən 110000 manat, 04 iyul 2019-cu il tarixli 10-BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşmaya əsasən 100000 manat, 21 fevral 2020-ci il tarixli 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən 150000 manat, 20 fevral 2020-ci il tarixli 10- BİZGZ-1-0-05-20(K) saylı kredit verilməsinə dair razılaşmaya əsasən 150000 manat, 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqaviləyə əsasən 122209.52 manat, 14 dekabr 2020-ci il tarixli 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqaviləyə əsasən 111564.99 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq 27 noyabr 2018-ci il tarixli və 26 aprel 2018-ci il tarixli sonrakı ipoteka müqavilələri və 28 noyabr 2018-ci il tarixli və 26 aprel 2018-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 04 iyul 2019-cu il tarixli, 10- BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 3349.75 manat, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə 5728 manat, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1- 0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə 2246 manat, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə 2937.27 manat, 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0- 08- 18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 639.26 manat, 20 fevral 2020-ci il tarixli, 10- BİZGZ-1-0-05-20 (K) saylı kredit verilməsinə dair razılaşma üzrə 3914.87 manat məbləğində cərimə tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait X10 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Məhkəmə fərdi yaşayış evinin boşaldıldıqdan sonra iddiaçıya təhvil verilməsi barədə onu qeyd edir ki, evi təhvil almaq hüququ olan şəxsin bəlli olması hərracın nəticələrindən sonra məlum olan bir məsələdir. Həmin şəxs bank olmaya da bilər. Odur ki, tələbin həmin hissəsi də əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər “Dostluq“ İKF-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 26 aprel 2018-ci il tarixli, 10- BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10- BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 75498.49 manat əsas, 28009.04 manat faiz, 3349.75 manat cərimə və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 6371.8 manat olmaqla, ümumilikdə cəmi 113229.08 manat kredit borcu, 21 fevral 2020-ci il tarixli, 10- BİZGZ-1-0-06-20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 146221.26 manat əsas, 35796.1 manat faiz borcu və 5728 manat cərimə olmaqla, cəmi 187745.36 manat kredit borcu, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1- 0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 111564.99 manat əsas, 33124.21 manat faiz borcu və 2246 manat cərimə borcu olmaqla, cəmi 146935.2 manat kredit borcu, 14 dekabr 2020-ci il tarixli, 10- BİZGZ-1-0-07-18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 122209.52 manat əsas, 36284.29 manat faiz və 2937.27 manat cərimə borcu olmaqla, cəmi 161431.08 manat kredit borcu, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1- 0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0- 08-18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 110000 manat əsas, 31943.41 manat faiz borcu və 639.26 manat cərimə olmaqla, cəmi 142582.67 manat kredit borcu, 20 fevral 2020-ci il tarixli, 10- BİZGZ-1-0-05-20 (K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 135125.5 manat əsas, 33081.34 manat faiz borcu və 3914.87 manat cərimə olmaqla, ümumilikdə cəmi 172121.71 manat kredit borcu və 400 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10- BİZGZ-1-0-21-19/3 saylı, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0- 06-20(K) saylı, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K2) saylı və 14 dekabr 2020- ci il tarixli, 10-BİZGZ-1-0- 07-18(K1) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 258 000 manat olan Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki likvid dəyəri 522 000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, likvid dəyəri 60 000 manat olan Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 34 saylı fərdi yaşayış evinə, likvid dəyəri 477 000 manat olan Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18/2 saylı və 20 fevral 2020-ci il tarixli, 10- BİZGZ-1-0-05-20 (K) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə borc tələbi likvid dəyəri 477 000 manat olan Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına yönəldilməlidir, həmin fərdi yaşayış evləri və torpaq sahəsi, qeyri-yaşayış binası açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh1 və digər şəxslər çıxarılmaqla fərdi yaşayış evi boşaldılmalıdır. İpoteka qoyulmuş Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və digər şəxslər çıxarılmaqla fərdi yaşayış evi boşaldılmalıdır. İpoteka qoyulmuş Cavabdeh2 İstehsal-Kommersiya Firmasına məxsus torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra həmin torpaq sahəsi və qeyriyaşayış binası boşaldılmalıdır. İpoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binası boşaldılmalıdır. Cavabdeh2 İstehsal- Kommersiya Firması ilə “Yelo Bank“ ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10- BİZGZ-1-0-07-18 saylı və xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-08-18 saylı baş kredit müqavilələri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər “Dostluq“ İKF-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 aprel 2018-ci il tarixli, 10- BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10- BİZGZ-1-0-21-19/3 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 75498.49 manat əsas, 28009.04 manat faiz, 3349.75 manat cərimə və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 6371.8 manat olmaqla, cəmi 113229.08 manat kredit borcu, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-06- 20(K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 146221.26 manat əsas, 35796.1 manat faiz borcu və 5728 manat cərimə olmaqla, cəmi 187745.36 manat kredit borcu, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K2) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 111564.99 manat əsas, 33124.21 manat faiz borcu və 2246 manat cərimə borcu olmaqla, cəmi 146935.2 manat kredit borcu, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07- 18(K1) saylı kredit verilməsinə dair müqavilə üzrə banka 122209.52 manat əsas, 36284.29 manat faiz və 2937.27 manat cərimə borcu olmaqla, cəmi 161431.08 manat kredit borcu, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1- 0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0- 08-18/2 saylı kredit xətti açılmasına dair razılaşma üzrə 110000 manat əsas, 31943.41 manat faiz borcu və 639.26 manat cərimə olmaqla, cəmi 142582.67 manat kredit borcu, 20 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0-05-20 (K) saylı kredit verilməsinə dair razılaşma üzrə banka 135125.5 manat əsas, 33081.34 manat faiz borcu və 3914.87 manat cərimə olmaqla, cəmi 172121.71 manat kredit borcu və 400 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. 26 aprel 2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 04 iyul 2019-cu il tarixli, 10-BİZGZ-1-0-21-19/3 saylı, 21 fevral 2020-ci il tarixli, 10-BİZGZ-1-0- 06-20(K) saylı, 14 dekabr 2020-ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K2) saylı və 14 dekabr 2020ci il tarixli, 10-BİZGZ-1-0-07-18(K1) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 258 000 manat olan Cavabdeh1 mülkiyyətində olan Xanlar rayonu, Quşqara kəndindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının mülkiyyətindəki likvid dəyəri 522 000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən 0.01339 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına, likvid dəyəri 60 000 manat olan Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 34 saylı fərdi yaşayış evinə, likvid dəyəri 477 000 manat olan Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, 27 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 28 noyabr 2018-ci il tarixli, 10-BİZGZ-1-0-08-18/2 saylı və 20 fevral 2020-ci il tarixli, 10- BİZGZ-1-0-05-20 (K) saylı kredit xətti açılmasına dair razılaşmalar üzrə borc tələbi likvid dəyəri 477 000 manat olan Cavabdeh1 mülkiyyətindəki Göygöl rayonu, Quşqara kəndində olan 0.03445 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilsin, həmin fərdi yaşayış evləri və torpaq sahəsi, qeyri-yaşayış binası açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh1 və digər şəxslər çıxarılmaqla fərdi yaşayış evi boşaldılsın. İpoteka qoyulmuş Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və digər şəxslər çıxarılmaqla fərdi yaşayış evi boşaldılsın. İpoteka qoyulmuş Cavabdeh2 İstehsal-Kommersiya Firmasına məxsus torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binası boşaldılsın. İpoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binası boşaldılsın. Cavabdeh2 İstehsal-Kommersiya Firması ilə „Yelo Bank“ ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10-BİZGZ-1-0-07-18 saylı və xx.xx.2018-ci il tarixli 10-BİZGZ-1-0-08- 18 saylı baş kredit müqavilələri ləğv edilsin. İş üzrə 600 (altı yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********,AZ90AİİB**********08172 2114 saylı hesaba ödənilsin. Cavabdehlər Cavabdeh2 X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada 1214.04 (min iki yüz on dörd manat dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar