Məhkəmə qərarları › İş №e-2-2(115)-330/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-330/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-330/2021 02.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMCdən və Cavabdeh1 PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,036.89 (iki yüz min otuz altı manat səksən doqquz qəpik) manat əsas borc, 23,204.29 (iyirmi üç min iki yüz dörd manat iyirmi doqquz qəpik) manat faiz borcu, 106,552.60 (yüz altı min beş yüz əlli iki manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 329,793.79 (üç yüz iyirmi doqquz min yeddi yüz doxsan üç manat yetmiş doqquz qəpik) manat borcun; PBG15- K0016/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,640,432.72 (üç milyon altı yüz qırx min dörd yüz otuz iki manat yetmiş iki qəpik) manat əsas borc, 1,269,588.76 (bir milyon iki yüz altmış doqquz min beş yüz səksən səkkiz manat yetmiş altı qəpik) manat faiz borcu, 808,241.48 (səkkiz yüz səkkiz min iki yüz qırx bir manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,718,262.96 (beş milyon yeddi yüz on səkkiz min iki yüz altmış iki manat doxsan altı qəpik) manat borcun; PBG15-K0016/08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,580,833.50 (bir milyon beş yüz səksən min səkkiz yüz otuz üç manat əlli qəpik) manat əsas borc, 17,805.51 (on yeddi min səkkiz yüz beş manat əlli bir qəpik) manat faiz borcu, 578,196.70 (beş yüz yetmiş səkkiz min yüz doxsan altı manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,176,835.71 (iki milyon yüz yetmiş altı min səkkiz yüz otuz beş manat yetmiş bir qəpik) manat borcun; PBG15-K0016/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 570,855.03 (beş yüz yetmiş min səkkiz yüz əlli beş manat üç qəpik) manat əsas borc, 25,688.48 (iyirmi beş min altı yüz səksən səkkiz manat qırx səkkiz qəpik) manat faiz borcu, 352,004.60 (üç yüz əlli iki min dörd manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 948,548.11 (doqquz yüz qırx səkkiz min beş yüz qırx səkkiz manat on bir qəpik) manat borcun; PBG15-K0016/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,400,000 (bir milyon dörd yüz min) manat əsas borc, 86,100 (səksən altı min bir yüz) manat faiz borcu, 838,272.20 (səkkiz yüz otuz səkkiz min iki yüz yetmiş iki manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,324,372.20 (iki milyon üç yüz iyirmi dörd min üç yüz yetmiş iki manat iyirmi qəpik) manat borcun; PBG15-K0016/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,047,132.25 (bir milyon qırx yeddi min yüz otuz iki manat iyirmi beş qəpik) manat əsas borc, 280,809.30 (iki yüz səksən min səkkiz yüz doqquz manat otuz qəpik) manat faiz borcu, 407,652.40 (dörd yüz yeddi min altı yüz əlli iki manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1,735,593.95 (bir milyon yeddi yüz otuz beş min beş yüz doxsan üç manat doxsan beş qəpik) manat borcun; PBG15- K0016/12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,693,980.42 (bir milyon altı yüz doxsan üç min doqquz yüz səksən manat qırx iki qəpik) manat əsas borc, 286,282.69 (iki yüz səksən altı min iki yüz səksən iki manat altmış doqquz qəpik) manat faiz borcu, 823,731.40 (səkkiz yüz iyirmi üç min yeddi yüz otuz bir manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,803,994.52 (iki milyon səkkiz yüz üç min doqquz yüz doxsan dörd manat əlli iki qəpik) manat borcun; 8. PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizə üzrə 654,999.58 (altı yüz əlli dörd min doqquz yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat əsas borc, 61,930.70 (altmış bir min doqquz yüz otuz manat yetmiş qəpik) manat faiz borcu, 269,717.40 (iki yüz altmış doqquz min yeddi yüz on yeddi manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 986,647.68 (doqquz yüz səksən altı min altı yüz qırx yeddi manat altmış səkkiz qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması; PBG14- K0018, PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-K0016/09 saylı, PBG15- K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15-K0016/12 saylı və PBG15-K0016/13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh2 MMC-yə məxsus 2,271 baş inəyə və 1729 baş buzov inəyə yönəldilməsi; PBG15-K0016/02 saylı, PBG15-K0016/08 saylı, PBG15-K0016/09saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15- K0016/12 saylı və PBG15-K0016/13 saylımaliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payına, Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlaklara (PBG15-G0002 saylıGirov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilməsi; Cavabdeh3 oğlunun mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 MMC-nin 2 təsis payını,n Cavabdeh2 MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlardaşınar əmlakların (PBG15-G0002 saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda), Cavabdeh2 MMC-yə məxsus 2,271 baş inəyin və 1729 baş buzov inəyin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olanPBG15-K0016/02 saylı, PBG15- K0016/08 saylı, PBG15-K0016/09saylı, PBG15-K0016/10 saylı, PBG15-K0016/11 saylı, PBG15-K0016/12 saylı PBG15- K0016/13 saylı və PBG14-K0018 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilməsi; İpoteka predmeti olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; İpoteka predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi; İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMCdən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı ərizənin surətinin cavabdehlərə göndərilməsi barədə məktubu ərizəyə əlavə etsə də, cavabdehlər tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar