Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-34/2023 03.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2nə, Cavabdeh3nə və Cavabdeh4nə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4 (eyni zamanda "xxxx" MMC-nin hüquqi varisi) MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən və Cavabdeh1 birgə qaydada K3431/01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 218,842.06 manat əsas borc, 486,31 manat faiz borcu, 282.78 manat cərimə borcu olmaqla, cəmi 219,611.15 manat məbləğində, K3431/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 500,000.00 ABŞ dolları əsas borc, 6,625 ABŞ dolları faiz borcu olmaqla, cəmi 506,625 ABŞ dolları məbləğində, K3431/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 300,000.00 ABŞ dolları əsas borc, 2,775 ABŞ dolları faiz borcu olmaqla, cəmi 302,775 ABŞ dolları məbləğində, K3431/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 498,247.85 ABŞ dolları əsas borc, 6,726.35 ABŞ dolları faiz borcu olmaqla, cəmi 504,974.2 ABŞ dolları məbləğində, K3431/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,942,065.84 manat əsas borc, 21,742.42 manat faiz borcu, 203.92 manat cərimə borcu olmaqla, cəmi 1,964,012.18 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh4 MMC-nin mülkiyyətində olan Qusar şəhəri, N.Şərifov küçəsi 80 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiymətinin 2,388,000 manat məbləğində, Cavabdeh4 MMC-nin mülkiyyətində olan Qusar şəhəri, N.Şərifov küçəsi 80 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiymətinin 679,020 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarına ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olanan pul vəsaitinin cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh4 (eyni zamanda "xxxx" MMC-nin hüquqi varisi) MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olması üçün ödənilmiş 2600 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxslərin 1 və 5 saylı Ərazi idarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh4 MMC arasında xx.xx.2017-ci il tarixli GTC-060LE/2017 saylı Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Bundan başqa, Bankla birgə borcalanlar Cavabdeh4 MMC, "İDXAL” MMC, "xxxx" MMC, "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə GL2454 saylı kredit limiti müqaviləsi, həmin kredit limiti müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə, xx.xx.2019-cu il tarixli 02 nömrəli əlavə imzalanmış və Bank tərəfindən birgə Borcalanlara xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 25% olmaqla 10,000,000 manat məbləğində kredit limiti xətti açılmışdır. Bununla yanaşı tərəflər arasında GL2454 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2019-cu il tarixli K3431 saylı maliyyələşdirmə üçün ərizə forması, eyni zamanda xx.xx.2019-cu il tarixli 01 saylı və 02 saylı, xx.xx.2021-ci il tarixli 03 nömrəli, xx.xx.2021-ci il tarixli 04 nömrəli əlavələr imzalanmış, Bank tərəfindən birgə borcalanlara xx.xx.2022-ci il tarixədək 6,800,000 manat məbləğində bərpa olunan maksimal borclanma limiti ayrılmışdır. Sonradan Bank ilə Cavabdeh4 MMC arasında GL2454 saylı kredit limiti müqaviləsi çərçivəsində: - xx.xx.2019cu il tarixli K3431/01 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 13%, cərimə faiz dərəcəsi 15% olmaqla xx.xx.2022ci il tarixədək, əsas vəsaitin alınması məqsədi ilə 2,550,000 manat məbləğində birdəfəlik kredit verilmiş; - xx.xx.2019-cu il tarixli K3431/03 saylı maliyyələşdirmə üçün ərizə forması eyni zamanda xx.xx.2020-ci il tarixli 01 saylı, xx.xx.2021-ci il tarixli 02 saylı əlavələr imzalanmış və Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 6%, cərimə faiz dərəcəsi 9% olmaqla xx.xx.2022-ci il tarixədək, dövriyyə vəsaitinin artırılması məqsədi ilə 500,000 ABŞ dolları məbləğində kredit xətti açılmış; - xx.xx.2020-ci il tarixli K3431/05 saylı maliyyələşdirmə üçün ərizə forması, eyni zamanda xx.xx.2021-ci il tarixli 01 saylı və xx.xx.2021-ci il tarixli 02 saylı əlavələr imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 6%, cərimə faiz dərəcəsi 9% olmaqla xx.xx.2022-ci il tarixədək, dövriyyə vəsaitinin artırılması məqsədi ilə 300,000 ABŞ dolları məbləğində kredit xətti açılmış; - xx.xx.2021-ci il tarixli K3431/06 saylı maliyyələşdirmə üçün ərizə forması və ona xx.xx.2021-ci il tarixli 01 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 6%, cərimə faiz dərəcəsi 9% olmaqla xx.xx.2022-ci il tarixədək, dövriyyə vəsaitinin artırılması məqsədi ilə 500,000 ABŞ dolları məbləğində kredit xətti açılmış; - xx.xx.2021-ci il tarixli K3431/09 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 12.5%, cərimə faiz dərəcəsi 9% olmaqla xx.xx.2023-cü il tarixədək kreditləri yenidən maliyyələşdirmək məqsədilə 2,043,756 manat məbləğində birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Birgə Borcalanlar Cavabdeh4 MMC, "İDXAL” MMC, "xxxx" MMC, "xxxx" MMC arasında imzalanmış GL2454 saylı kredit limiti və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə, xx.xx.2019-cu il tarixli 02 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə 31 yanvar 2018ci il tarixli İ2264 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli, xx.xx.2019-cu il tarixli 02 nömrəli əlavələr ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən çıxarış verilmiş, Cavabdeh4 MMC-nin mülkiyyətində olan Qusar şəhəri, N.Şərifov küçəsi 80 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə 02 avqust 2019-cu il tarixli İ3012 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən çıxarış verilmişdir. Bunlarla yanaşı İddiaçı ASC ilə birgə borcalanlar Cavabdeh4 MMC, "İDXAL” MMC, "xxxx" MMC, "xxxx" MMC arasında imzalanmış GL2454 saylı kredit limiti və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə, xx.xx.2019-cu il tarixli 02 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli Z2422 saylı zaminlik müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 1 nömrəli, xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə imzalanmışdır. Lakin borcalanlar qeyd edilən kreditlər üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh4 (eyni zamanda "xxxx" MMC-nin hüquqi varisi) MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən və Cavabdeh1 birgə qaydada K3431/01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 79,732.56 manat əsas borc, 35.44 manat faiz borcu, 33.22 manat cərimə borcu olmaqla, cəmi 79,801.22 manat məbləğində, K3431/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 500,000.00 ABŞ dolları əsas borc, 2,250 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 503,250 ABŞ dolları məbləğində, K3431/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 300,000.00 ABŞ dolları əsas borc, 2,550 ABŞ dolları faiz borcu, 600 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 303,150 ABŞ dolları məbləğində, K3431/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 498,247.85 ABŞ dolları əsas borc, 2,366.68 ABŞ dolları faiz borcu, 996.50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 501,611.03 ABŞ dolları məbləğində, K3431/09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,735,066.71 manat əsas borc, 20,170.15 manat faiz borcu olmaqla, cəmi 1,755,236.86 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh4 MMC-nin mülkiyyətində olan Qusar şəhəri, N.Şərifov küçəsi 80 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiymətinin 2,388,000 manat məbləğində, Cavabdeh4 MMC-nin mülkiyyətində olan Qusar şəhəri, N.Şərifov küçəsi 80 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiymətinin 679,020 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarına ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olanan pul vəsaitinin cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəlikərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh4 (eyni zamanda "xxxx" MMC-nin hüquqi varisi) MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olması üçün ödənilmiş 2600 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxslərin 1 və 5 saylı Ərazi idarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasında barışıq sazişinin bağlandığını və elektron məhkəməyə yerləşdirildiyini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin, cavabdehlərin və cavabdeh hüquqi şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə təqdim edilmiş barışıq sazişindən görünür ki, məhkəmə mübahisəsi zamanı tərəflər arasında razılıq əldə edilmiş və Bankla birgə borcalanlar Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC arasında xx.xx.2018-ci il tarixli GL2454 saylı kredit limiti müqaviləsinə xx.xx.2022-ci il tarixdə 03 nömrəli əlavə imzalanmış və Bank tərəfindən birgə Borcalanlara xx.xx.2027-ci il tarixədək illik faiz dərəcəsi 25% olmaqla 10,000,000 (on milyon) manat məbləğində kredit limiti xətti açılmışdır. Bununla yanaşı tərəflər arasında GL2454 saylı kredit limiti, eyni zamanda ona edilmiş 01 saylı, 02 saylı və 03 saylı əlavələr çərçivəsində xx.xx.2023-cü il tarixli K5863 saylı maliyyələşmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən birgə borcalanlara xx.xx.2027-ci il tarixədək 10,000,000 (on milyon) manat məbləğində kredit limiti ayrılmışdır. Sonradan Bank ilə Cavabdeh4 MMC arasında K5863 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixli K5863/01 saylı maliyyələşmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 9% olmaqla xx.xx.2026-cı il tarixədək, K3431/01, K3431/03 saylı, K3431/04 saylı, K3431/05 saylı. K3431/06 saylı və K3431/09 saylı öhdəliklərin bağlanması məqsədi ilə 2,856,147.04 (iki milyon səkkiz yüz əlli altı min, bir yüz qırx yeddi manat, dörd qəpik) manat məbləğində birdəfəlik kredit verilmişdir. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə 31 yanvar 2018-ci il tarixli İ2264 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli, xx.xx.2019-cu il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli əlavələr ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********03-12301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh4 MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə 02 avqust 2019-cu il tarixli İ3012 saylı ipoteka müqaviləsi, ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli 02 nömrəli əlavələr ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********35-12301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bununla yanaşı İddiaçı ASC ilə Birgə Borcalanlar Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC arasında imzalanmış GL2454 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli, xx.xx.2019-cu il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, Z2422 saylı zaminlik müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 1 nömrəli, xx.xx.2019-cu il tarixli 01 nömrəli və xx.xx.2023-cü il tarixli, 03 nömrəli əlavə imzalanmışdır. Hazırda cavabdehlər Cavabdeh4 (eyni zamanda "xxxx" MMC-nin hüquqi varisi) MMC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 İddiaçı ASC qarşısında K5863/01 saylı maliyyələşmə üçün ərizə üzrə 2,856,147.04 manat əsas borc və müqaviləyə və ödəniş cədvəlinə uyğun olaraq digər öhdəlikləri qəbul edir və imzalanmış müqaviləyə uyğun olaraq ödəniş etmək öhdəliyi götürürlər. Həmçinin cavabdehlər məhkəmə mübahisəsi üzrə yaranmış, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 2600 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı və 5 saylı Ərazi idarəsində qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının birgə qaydada İddiaçı ASC-yə ödənilməsi barədə üzərlərinə öhdəlik götürürlər. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının xərcinin də tam həcmdə cavabdehlər tərəfindən ödəniləcəyinə razılaşırlar. Eyni zamanda tərəflər İddiaçı ASC-nin yazılığı razılığı olmadan digər Bank və ya kredit təşkilatlarından əlavə öhdəlik götürməyəcəklərinə dair öhdəlik götürürlər. Həmçinin sazişdə saziş üzrə öhdəliklərin icra olunması qaydaları, saziş üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsinin nəticələri, digər müddəlar nəzərdə tutulmuşdur. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli GL2454 saylı 29 yanvar 2018-ci il tarixli kredit limiti müqaviləsinə 3 nömrəli əlavəyə əsasən müqavilənin 1.2-ci bəndi yeni redaksiyada verilmiş və müqavilənin müddəti xx.xx.2027-ci il tarixdək müəyyən edilmişdir. Həmçinin kredit alandan daxil olan pul vəsaiti hesabına ilkin olaraq xərclər, cərimə (penya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsi qeyd edilmiş, müqavilənin digər bəndləri dəyişmədən qüvvədə qalmışdır. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli xx.xx.2018-ci il tarixli Z2422 nömrəli zaminlik müqaviləsinə 3 nömrəli əlavədən görünür ki, müqavilənin 2.1 və 2.2-ci bəndləri yeni redaksiyada verilmiş, xx.xx.2018-ci il tarixli GL2454 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 01, xx.xx.2019-cu il tarixli 02, xx.xx.2022-ci il tarixli 03 saylı əlavələr, illkin 25%-dək, illkin cərimə faizi 40%-dək (gündəlik 0.1111%) olmaqla, xx.xx.2027ci il tarixinədək ayrılmış 10,000,000.00 Azərbaycan manatı məbləğində bərpa olunan kredit limiti kimi qeyd edilmiş, müqavilənin digər bəndləri dəyişdirilmədən qüvvədə qalmışdır. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli İ2264 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə 03 nömrəli əlavədən görünür ki, müqavilənin 2.7 və 2.8-ci bəndləri yeni redaksiyada verilmiş, əsas öhdəlik: ipoteka saxlayanla kredit alanlar arasında imzalanmış xx.xx.2018-ci il tarixli GL2454 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 saylı, xx.xx.2019-cu il tarixli 02 saylı, xx.xx.2023-cü il tarixli 03 saylı əlavələr, öhdəlik yaradan müqavilənin şərtləri: illkin 25%-dək, illkin cərimə faizi 40%dək (gündəlik 0.1111%) olmaqla, xx.xx.2027-ci il tarixinədək ayrılmış 10,000,000.00 Azərbaycan manatı məbləğində bərpa olunan kredit limiti kimi qeyd edilmiş, tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə 2.11-ci bənd əlavə edilmişdir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli İ3012 nömrəli xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə 02 nömrəli əlavədən görünür ki, müqavilənin 2.5, 2.6, 2.7 və 2.8-ci bəndləri yeni redaksiyada verilmiş, predmetin dəyəri 1,713,000.00 Azərbaycan manatı, qiymətləndirici “AzİntellektServis” konsalting və qiymətləndirmə şirkəti, xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyi, əsas öhdəlik: ipoteka saxlayanla kredit alanlar arasında imzalanmış xx.xx.2018-ci il tarixli GL2454 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 saylı, xx.xx.2019-cu il tarixli 02 saylı, xx.xx.2023-cü il tarixli 03 saylı əlavələr, öhdəlik yaradan müqavilənin şərtləri: illkin 25%-dək, illkin cərimə faizi 40%dək (gündəlik 0.1111%) olmaqla, xx.xx.2027-ci il tarixinədək ayrılmış 10,000,000.00 Azərbaycan manatı məbləğində bərpa olunan kredit limiti kimi qeyd edilmiş, tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə 2.11-ci bənd əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 03 mart 2023-cü il tarixli barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2nə, Cavabdeh3nə və Cavabdeh4nə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər- İddiaçı ASCnin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh4 MMC-nin (eyni zamanda "xxxx" MMCnin hüquqi varisi) qanuni təmsilçisi Cavabdeh1, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X1, Cavabdeh3 MMC-nin qanuni təmsilçisi X3, Cavabdeh1 və Cavabdeh5 arasında bağlanmış 03 mart 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdehlər Cavabdeh4 (eyni zamanda "İDXAL” MMC-nin hüququ varisi) MMC, "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 İddiaçı ASC qarşısıda K5863/01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,856,147.04 (iki milyon səkkiz yüz əlli altı min bir yüz qırx yeddi manat dörd qəpik) manat əsas borc və müqaviləyə və ödəniş cədvəlinə uyğun olaraq digər öhdəlikləri qəbul edir və imzalanmış müqaviləyə uyğun olaraq ödəniş etmək öhdəliyi götürürlər. Cavabdehlər məhkəmə mübahisəsi üzrə yaranmış, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 2600 (iki min altı yüz) manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı və 5 sayılı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 240 (iki yüz qırx) manat xidmət haqqının birgə qaydada İddiaçı ASCyə ödənilməsi barədə üzərlərinə öhdəlik götürürlər. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının xərci olan 4000 (dörd min) manatın tam həcmdə cavabdehlər tərəfindən ödəniləcəyinə razılaşırlar. Tərəflər İddiaçı ASC-nin yazılı razılığı olmadan digər Bank və ya kredit təşkilatlarından əlavə öhdəlik götürməyəcəklərinə dair öhdəlik götürürlər.
2. Cavabdehlər bu sazişin 1.5-ci bəndində müəyyən olunan öhdəlik üzrə ödənişləri iddiaçı ilə imzalanmış K5863/01 saylı maliyyələşdirmə üçün ərizə və onun tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq həyata keçirəcəklər. Cavabdehlər qəbul edirlər ki, barışıq sazişi təsdiq olduqdan sonra K5863/01 saylı maliyyələşdirmə üçün ərizə üzrə faizlər və cərimələr müqavilə və onun ayrılmaz hissəsi olan əlavələrə uyğun olaraq hesablanacaq və ödəniləcəkdir. Qeyd olunan öhdəliklərin icrası İddiaçı ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Xarici valyutada icra edilən ödənişlər, ödəniş gününə iddiaçının rəsmi məzənnəsinə uyğun olaraq həyata keçiriləcəkdir. Hər bir ödəniş ilk növbədə həmin öhdəlik üzrə cərimə, daha sonra faiz və əsas borcdan silinir. Bu ardıcıllıq İddiaçı ASC-nin mülahizəsinə uyğun olaraq dəyişdirilə bilər.
3. Bu sazişin şərtləri cavabdehlər tərəfindən pozulduqda və ya icrası cavabdehlər (və ya cavabdehlərdən biri) tərəfindən 10 iş günü və ondan artıq müddətində gecikdirildikdə, Saziş məhkəmə tərəfindən verilmiş (və ya veriləcək) icra sənədi əsasında Azərbaycan Respublikası Qanunvericiliyinin (İcra haqqında) tələblərinə əsasən məcburi qaydada icra ediləcəkdir. Tərəflər razılaşır ki, bu sazişin 3.1-ci bəndində qeyd edilən qaydada icra vərəqəsi verildiyi halda iddiaçı tərəfindən icra vərəqəsinin verilməsi üçün müraciət məktubuna əlavə ediləcək maliyyə arayışında qeyd edilən cəm məbləğ (K5863/01 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc, maliyyə arayışının verildiyi tarixə hesablanmış faiz borcu və cərimə borcu) həmin günə olan borc kimi qəbul ediləcək və həmin borc məbləğinə uyğun olaraq icra sənədi veriləcəkdir. Cavabdehlər borc məbləğlərinin bu formada hesablanmasını qəbul etdiklərini bəyan edirlər. Bu sazişlər müəyyən olunan öhdəliklər cavabdehlər tərəfindən lazımı qaydada icra edilmədikdə borclar üzrə tutma Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh4 MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldiləcəkdir.
4. İpotekalara tutma yönəldiləcəyi halda Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiyməti 2,388,000 (iki milyon üç yüz səksən səkkiz min) manat məbləğində və Cavabdeh4 MMCnin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiyməti 1,027,800 (bir milyon iyirmi yedi min səkkiz yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılacaq və satışdan əldə olunmuş vəsaitlər cavabdehlər Cavabdeh4 (eyni zamanda "İDXAL” MMC-nin hüququ varisi) MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və Cavabdeh1 İddiaçı ASC-yə olan borclarının ödənilməsinə yönəldiləcəkdir. Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil veriləcəkdir. İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin İddiaçı ASC-yə olan öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc cavabdehlər Cavabdeh4 (eyni zamanda "İDXAL” MMC-nin hüququ varisi) MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödəniləcəkdir. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.
Hakim Gülnaz Quliyeva