Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-34/2024 12.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı İslam oğlunun, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh 13 saylı Regional X74 nümayəndəsi X79, Cavabdeh Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi X90 Xidmətinin nümayəndəsi X60 iştirakı ilə İddiaçı İslam oğlunun cavabdehlər 13 saylı Bərdə X102 Mərkəzinə, Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi X90 Xidmətinə və Cavabdeh2 qarşı (Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmrin ləğv edilməsi və pul» tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İslam oğlu cavabdehlər 13 saylı Bərdə X102 Mərkəzinə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi (xx.xx.2023-cü il tarixli) ilə məhkəməyə müraciət edərək, cavabdehlər 13 saylı Bərdə X102 Mərkəzi və həmin Mərkəzin keçmiş direktoru Cavabdeh2 ona vurduğu zərərə-ziyana görə 558.000 manat pul vəsaiti, 448 manat dövlət rüsumu və 400 manat mediasiya xərci olmaqla, cəmi 558.848 manatın cavabdehlər 13 saylı Bərdə X102 Mərkəzindən və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin meşələrin inkişafı departamenti xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli «Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə» 06 nömrəli xx.xx.2019-cu il tarixli Bərdə rayon ərazisində Bük Meşəbəyliyindən 22-24-cü kvartalının 20-ci bölməsindən 12 ha; 6-cı bölməsindən 33,60 ha; 12-ci bölməsindən 4,40 ha boş torpaq sahəsi aqro-bağ salınması üçün uzun müddətə ona icarəyə verilmişdir. Bu aqro-bağ sahəsinə xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Cavabdehlər tərəfindən ona dəfələrlə, külli miqdarda ziyan vurularaq Bərdə RMTM-nin keçmiş direktoru Cavabdeh2 və Bərdə RMTM-nin digər əməkdaşları cinayət əlaqəsinə girib əlbir olaraq 50 ha aqro-bağını əvvəl ağacların bir hissəsini doğratdırıb, sonradan susuzluqdan yandırtdırıb məhv etməyə dəfələrlə cəhd etmişlər və yandırmışlar. 30 hektardan artıq aqro-bağı susuzluqdan yandırılaraq məhv edilmişdir. Aqrobağa və aqrobağın ərazisinə heç bir texnika buraxılmırdı. Hətta işçiləri belə aqro-bağın sahəsindən çıxardırdılar. Belə ki, 20.000 manat cavabdehlərə rüşvət vermədikləri üçün müqavilənin bütün şərtlərini pozmuşlar. Aqro-bağına 558.000 manat dəyərində ziyan-zərər vurmuşlar. Belə ki, cavabdeh Bərdə RMTM-nin keçmiş direktoru Cavabdeh2 20.000 manat pulu hədə-qorxu ilə tələb edib öz cinayətkar ünsürlərini üstünə salsalar da, onlardan 20.000 manat pulu ala bilmədiklərindən hiddətlənib, onların xəbəri olmadan, onlara heç bir məlumat verilmədən xx.xx.2021-ci il tarixdə 40 saylı əmr verib guya icarə müqaviləsini ləğv etmişlər. Müqavilənin 4.1.1-ci bəndinin şərtinə əsasən icarəçi tərəfindən Azərbaycan Respublikası Meşə qanunvericiliyinin tələbləri pozulduqda icarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə müvafiq əkin salınmadıqda, habelə icarə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə (4.1.2), icarəçi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə (4.1.5), Dövlətin müdafiəsini və təhlükəsizliyini, meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunması və bərpasının, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, habelə şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurəti yarandığı hallarda (4.1.7) – guya müqavilənin bu şərtləri onlar tərəfindən pozulduğuna görə Cavabdeh2 əmr verib müqaviləni ləğv etmişdir. Əslində Cavabdeh2 onlardan 20.000 manat rüşvət istəmişdir. Onlar 20.000 manat rüşvət vermədiklərindən Cavabdeh2 müqaviləni ləğv etmişdir. Müqavilənin heç bir şərtləri pozulmadan. Onlar Cavabdeh2 və sonuncunun əlaltılarına 20.000 manat rüşvət vermədiklərindən müqavilənin şərtləri guya pozulmuşdur və onlara 558.000 manat ziyan vurmuşlar. Hətta Cavabdeh2 onu da unudur ki, onlar müqavilə bağlayarkən Bərdə RMTM-nin müqaviləsini Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi X90 Xidməti təsdiq edib. Müqavilənin şərtlərində 5-ci Yekun müddəalarda bildirilir: 5.1. Bu muqavilə şərtlərinin pozulmasına görə tərəflər qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar və müqavilədə nəzərdə tutulmayan məsələlər üzrə mövcud qanunvericiliyin tələbləri əsas götürülür. 5.2. Bu müqavilə üzrə öhdəliklərin icrası zamanı yaranan mübahisələr qarşılıqlı razılaşma yolu ilə tərəflər arasında öz həllini tapmasa, məhkəmə qaydasında həll edilir. Hətta bütün bunlara görə Bərdə RMTM-nin keçmiş direktoru Cavabdeh2 vəzifə səlahiyyətlərini aşaraq, vəzifə səlahiyyətlərindən suiistifadə edərək xx.xx.2022-ci ildə onlara məxsus su nasosunun Azərərbaycan Meliorasiya və X175 SSİ-nin rəisi Əhliman Hacıyevə onların aqro-bağdan su nasosunu götürülməsinə göstəriş vermişdir və müqavilə üzrə pulunu verib aldıqları suyun nasosunu götürtdürüb aqro-bağı susuzluqdan yandırtdıraraq məhv etmiş və onlara külli miqdarda ağır ziyanzərər vurmuşdur. Cavabdeh2 verdiyi və təsdiq etdiyi rəsmi sənədləri də onun cinayət əməlləri törətməsini təsdiq edir. xx.xx.2022-ci il tarixli 27/13/99-017 saylı məktubu ilə onların icarə müqaviləsini ləğv etməsinə dair məlumatları Azərbaycan Meliorasiya Ağdaş SSİ-nin rəisi cənab X162 Rayon Məhkəməsinin sorğusu əsasında 43 saylı xx.xx.2023-cü il tarixli məktubundan onlara məlum olmuşdur ki, Cavabdeh2 Ağdaş SSİ-nin rəisinə əmr və məktubları verərək onların xəbəri olmadan bütün bu ağır cinayət əməllərini törətmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdehlərin barəsində onların şikayət ərizəsi üzrə külli miqdarda Dövlət əmlaklarını mənimsəmələri, hədə-qorxu ilə onlardan külli miqdarda pul tələb etmələri, vəzifə saxtakarlığı, rəsmi sənədlərdə saxtakarlıq və s. və i. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onların ərizəsi əsasında Cavabdeh2 barəsində ********* saylı cinayət işi açılıb, istintaqı davam edir. İddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbindəki cavabdeh, X198 Təsərrüfat Mərkəzinin keçmiş direktoru Cavabdeh2 cümləsi, Cavabdeh2 kimi qəbul edilməsi, Bərdə Regional X74 adı dəyişdirildiyindən, indiki adı ilə 13 saylı Bərdə X102 Mərkəzi kimi qəbul edilməsi, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 40 saylı əmrinin ləğv edilməsini xahiş etmiş, həmçinin məhv edilən 50 hektar aqrobağda görülən işlər və çəkilən xərclər aşağıdakılardır: 1) Aqrobağda 2019-2020-ci illər (2 il) su nasosları icarəyə götürülüb, 1 ədəd altay su nasosu, 1 ədəd SNP su nasosları, aqrobağın hektarının suvarılmasına 20 azn icarə pulunu nasos sahibi alırdı. 20azn*50ha=1000 azn, 14dəfə suvarılıb, 1000*14=14.OOO azn. Yanacaq 32.ton (iki ilə) 32.000*0.70azn=22.400 azn dizel 2) Şumlama iki dəfə (lazer malaya görə) 50ha*60azn=3000azn*2dəfə=6000azn 3) Lazer mala 1 saatı 40azn*30ha=1200azn*30gün=36000azn 4) Keşkəl (ağac şırımı) 50ha*30azn=1500azn 5) Ana arxlar 4km*4ana arx=16km ana arx*4azn metrəsi=64.000 azn 6)Gübrələr, dərmanlar, peyin 12500*3il=37.500 azn 7) Qoz ağacları 20azn*4200ədəd=84.000azn 8)Qoz ağaclarının yol pulu 1OOO azn 9)Qoz ağacı əkənlər 25azn*18nəfər=360azn*30gün=10.800 azn 10)Fındıq 12.600ağac+11232ağac=23832ədəd ağac*5azn=119.160azn 11)Fındıq əkini birinci dəfə 12.600 ədəd 25azn*18nəfər=360azn*30gün=10800+200 əlavə xərc=11000 azn 12) Fındıq əkini ikinci dəfə 11232 ədəd 25azn* 18nəfər=360azn*30gün=10.800 13) Fındıq yol pulu 1400azn 14) Gözətçi 450azn*48ay=21.600 azn 15) daimi suçular 25azn*2nəfər=50azn gündəlik 50 azn *30 gün =1500azn *27ay=40.500 16) Ağacların aralarına meyxod 50ha*50azn=2500azn*2 fəsil=5000azn* 3 il=15.OOO azn 17)İllik icarə pulları 1300azn*4dəfə (4il)=5200 azn 18)Ağzıbir S.İ.B 1900+1792+1792=5448azn (4 il) 19) Nar ağacı 500 ədəd*3 azn=1500azn 20) İşçilərin daşınması (avtomobil ilə) 30azn *90 gün =2700azn 21) görülən işlər, çəkilən xərclər: 511.508 azn (indiyə kimi) 22) Gələcəkdə meyvələrdən əldə edəcəyimiz faydalar 46.492 azn cəmi: 558.000 azn İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi verərək, 3192 ədəd Chandler qoz ağaclarından əldə edəcəyi 891.419 manat 20 qəpik fayda, 23832 ədəd yağlı fındıq ağaclarından 599.760 manat, aqro-texniki və çəkilən xərclər 516.623 manat, mediasiya xərci 400 manat və ödənilmiş 1.393 manat 90 qəpik dövlət rüsumunun cavabdehlər 13 saylı Bərdə X102 Mərkəzindən, Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi X90 Xidmətindən və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması və xx.xx.2022-ci il tarixli 40 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi yanında Meşələrin İnkişaf Xidməti xx.xx.2024-cü il tarixində məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı Meşələrin İnkişaf Xidmətinin və onun tabeliyində olan 13 saylı Bərdə X6rşı iddia tələbinin rədd edilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçılə Bərdə X102 Mərkəzi arasında (hazırda 13 saylı RMTM) 10 oktyabr 2019-ci il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə İddiaçı Bük meşəbəyliyinin 22-ci və 24-cü kvartallarında 50 ha ərazidə meşəbərpa tədbirləri həyata keçirmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkini layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə riayət etməklə ağac və kol bitkilərini əkmək və onlara xidmət göstərmək, meşə fondu ərazisində və onun ətrafındakı sahələrdə torpağın şoranlaşmasına, münbitliyinin korlanmasına, ağacların kəsilməsinə yol verməmək, təbii landşaftın saxlanılmasına mane olmamaq, sanitar-gigiyena qaydalarına riayət etmək şərtləri icarəçinin öhdəliyi kimi müəyyən edilmişdir. İcarəyə verilən ərazidə 13 saylı RMTMin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, icarəçi müqavilənin 2-ci maddəsinin 2.1 bəndinin tələblərini kobud şəkildə pozaraq meşə əkini layihəsi əsasında ağac və kol bitkiləri əkmək əvəzinə ərazinin kiçik bir hissəsində plansız və sistemsiz şəkildə meyvə tingləri əkmiş və tinglərə aqrotexniki qulluqlar göstərilməməsi səbəbindən tinglər qurumuşdur. Habelə, cərgə aralarında yonca, arpa və bostan bitkiləri əkmişdir ki, bu da müqavilə şərtlərinin kobud şəkildə pozulması deməkdir. Bunlarla bağlı Mərkəzin əməkdaşları tərəfindən dəfələrlə aktlar tərtib edilərək, İddiaçı xəbərdarlıqlar olunmuş, lakin o, müqavilənin şərtlərini pozmaqda davam etmişdir. Bundan əlavə, İddiaçı müxtəlif vaxtlarda meşə fondu ərazisində qanunsuz mal-qara otarmaqla dövlət meşə fonduna ziyan vurmuş və bununla bağlı Mərkəz tərəfindən akt və inzibati xəta haqında protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 20-ci maddəsinin tələblərinə əsasən, meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər, Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda, meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilir. Odur ki, nəticə olaraq 7 iyul 2022-ci il tarixdə Mərkəzin 40 nömrəli əmri ilə İddiaçılə bağlanmış icarə müqaviləsinə müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7-c bəndlərini pozduğuna görə xitam verilmişdir. Lakin Məmiyev qanunsuz əməllərini davam etdirərək, həmin ərazini bu günə qədər də qanunsuz istifadə edir və orada mal-qara otarır. İddiaçı İslam oğlu ona icarəyə verilmiş 50 ha meşə fondu ərazisində əkdiyini iddia etdiyi ağaclara cəmi 7 (yeddi) nəfər işçi vasitəsilə aqrotexniki qulluq göstərəcəyini qeyd etmişdir. 50 ha əraziyə 7 nəfər vasitəsilə (1 nəfərə 7.14 ha) aqrotexniki qulluq göstərmək mümkünsüzdür və məhz bu səbəbdən ağaclar məhv olmuşdur. Məmiyev iddia ərizəsində qeyd edir ki. Cavabdeh2 Ağdaş su təchizatı idarəsinə müraciət edərək, su nasosunun götürülməsinə göstəriş verməsi, onun əkinlərinin qurumasına səbəb olmuşdur. İlk növbədə nəzərə alınmalıdır ki, müqaviləyə əsasən sözügüdən ərazidəki əkinlərin suvarılması, habelə aqrotexniki qulluq edilməsi vəzifəsi icarəçinin vəzifəsidir, icarədar bununla bağlı heç bir öhdəlik götürməmişdir. Bundan əlavə, bildirilməlidir ki. İddiaçı İslam oğlu və Ağzıbir SİB arasında suvarma suyunun verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır və bu müqavilə xx.xx.2021-xx.xx.2022ci il tarixlərində qüvvədə olmuşdur. Müqaviləyə əsasən icraçı 2022-ci ilin mart, may, iyul və avqust aylarında sifarişçiyə suvarma suyunun verilməsini öhdəsinə götürmüşdür. Daha sonra adıçəkilən tərəflər arasında xx.xx.2022-ci il tarixdə suvarma suyunun verilməsi ilə bağlı yenidən müqavilə bağlanılmış və bu müqavilə davam etmişdir. Göründüyü kimi, adıçəkilən tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşdür. Bu öhdəliklər suvarılan ərazinin yerindən asılı deyildir. Müqavilənin əsas məqsədi müəyyən haqq müqabilində qarşı tərəfin su ilə təchiz olunmasıdır. Sözügedən öhdəliklərin 3-cü şəxslərin tapşırığı, göstərişi və ya müraciəti ilə pozulması absurddur və iddiaçının da buna əsaslanaraq müdafiə üsulunu seçməsi qəbuledilməzdir. Hesab edirlər ki, qeyd olunan əraziyə suyun verilməsinin dayandırılması Ağzıbir SİB-in təqsiridir. Daha doğrusu Ağzıbir SİB müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məlumat üçün bildirilməlidir ki, 13 saylı RMTM-in direktoru Cavabdeh2 tərəfindən X121 idarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 279 nömrəli məktubda X75 ehtiyac olmayan sudartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Göründüyü kimi, Cavabdeh2 suyun kəsilməsini deyil, ehtiyac olmayan su nasosunun götürülməsini xahiş etmişdir. Nasosa ehtiyac olmasını X121 müəyyənləşdirir. İddiaçılə qüvvədə olan müqaviləsinin olmasına baxmayaraq, hər hansı 3-cü bir şəxsin təklifi ilə suyun dayandırılması Ağdaş SİB tərəfindən yol verilən kobud pozuntudur. Nəzərə alınmalıdır ki, Cavabdeh2 məktubu təklif xarakterli olmuşdur. Məktubun göstəriş xarakterli olmasını fərz etsək belə, X121 qüvvədə olan müqaviləyə əsaslanaraq suyun verilməsini dayandıra bilməzdi. Çünki müqavilənin şərtləri yalnız onu bağlayan şəxslər tərəfindən müəyyənləşdirilir, digər şəxslərin müqavilənin mövcudluğundan və ya şərtlərindən xəbərdar olması mümkünsüzdür. Yuxarıda göstərdikləri X121 İdarəsinin Gəncə Kommersiya Məhkəməsinə ünvanlanan məktublarında da təsdiqini tapır və idarənin özü tərəfindən etiraf edilir. Nəticə etibarilə İddiaçı iddia tələbində göstərdiyi kimi, ağaclar suyun kəsilməsindən qurumuşdursa belə, burada Meşələrin İnkişafı Xidmətinin və onun tabeçiliyində olan 13 saylı RMTM-nin hər hansı bir günahı olmamışdır. Məmiyev tərəfindən mövcud olan pretenziyaların X121 İdarəsi və Ağzıbir SİB-ə ünvanlanması qanunvericliyə əsasən məqsədəmüvafiqdir. RMTM tərəfindən İddiaçılə bağlanan müqaviləyə 7 iyul 2022-ci il tarixində xitam verildikdən sonra Ağdaş SİB ilə onun arasında müqavilə münasibətləri davam etmiş və hətta yeni müqavilə də bağlanmışdır. 13 saylı RMTM-in direktoru Cavabdeh2 məktubu X121 İdarəsi üçün bu qədər əhəmiyyət kəsb edirdisə, müqavilə münasibətlərinin davam etməsini necə başa düşmək olar. Bundan başqa məlumat üçün qeyd edilməlidir ki, Cavabdeh2 Xidmətə verdiyi rəsmi məlumata görə xx.xx.2022-ci il tarixində Mərkəzin əməkdaşları ərazidə yeni salınmış meşə əkinlərinin suvarılması məqsədilə orada olan zaman İddiaçı özbaşına su dartan nasosun borularını sökərək, meşə əkinlərinə axan suyun qabağını kəsmişdir və əlində olan ağacla Mərkəzin əməkdaşlarına hücum etmişdir. Göründüyü kimi, mövcud məhkəmə mübahisəsində Meşələrin İnkişafı Xidməti və 13 saylı RMTM tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmiş, əksinə İddiaçı tərəfindən dövlət meşə fonduna dəfələrlə ziyan vurulmuşdur. Cavabdeh2 xx.xx.2024-cü il tarixində məhkəməyə etiraz ərizəsi təqdim edərək, cavabdeh kimi qeyd edilmiş Cavabdeh2 qarşı iddia tələbinin rədd edilməsi və qanunvericiliyin tələbinə uyğun olaraq hazırki iddia tələbi ilə bağlı aidiyyəti üzrə müraciət etmək imkanın olması barədə iddiaçıya məlumat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırıması ilə bağlı keçən bu müddət ərzində bir neçə dəfə iddiaçı müxtəlif vaxtlarda iddia tələbinə dəqiqləşmələr vermiş və hazırda aşağıda qeyd edilən tələblə məhkəmədə işə baxılmaqdadır. İddiaçı İslam oğlunun cavabdeh ETSN X90 Xidməti, ona və ETSN-nin 13 saylı X6rşı 3192 ədəd qoz ağacından əldə edəcəyi fayda 891.419 manat, 23832 ədəd yağlı fındıq ağacından əldə edəcəyi fayda 599.760 manat, aqro-texniki və çəkilən xərclər 516.623 manat, mediasiya üçün 400 manat və 1393 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması və xx.xx.2022-ci il tarixli 40 nömrəli əmrin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində İddiaçı vurulmuş zərərlə bağlı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 2019-cu il 10 oktyabr tarixində Meşələrin İnkişafı Xidmətində qeydiyyatdan keçmiş müqavilə əsasında Bərdə Regional X74 idarə etməsində olan Bük meşəbəyliyinin 22 və 24-cü kvartallarında yerləşən ümumi 50 ha meşə fondu torpaq sahəsində onun tərəfindən əkilmiş ağacların suvarılmaması nəticəsində quruması ilə bağlı ona xeyli miqdarda ziyan vurulmuşdur. Qeyd edilənlərlə bağlı bir neçə məsələyə aydınlıq gətirmək istərdi. İ. Əvvəla İddiaçı istifadəsində olan torpaq sahəsinin icarəyə verilmə məqsədinə və torpaq sahəsinin məqsədli təyinatına diqqət yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydalarının 3-cü bəndinə əsasən meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında verilə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 54-cü maddəsinə əsasən meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Meşə Məcəlləsinin 55-ci maddəsinə əsasən meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin aparılması, meşə fondunda baş vermiş dəyişikliklər nəzərə alınmaqla meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən yerinə yetirilir. Göründüyü kimi, bu sahədə münasibətləri tənzimləyən qanunvericilik aktlarında meşə təsərrüfatı işlərində xüsusilə də meşə bərpa işlərində meşə quruluşu layihələrinə xüsusi önəm verilir. Belə ki, meşə quruluşu olmadan hər hansı meşə təsərrüfatı xüsusi ilə meşə bərpa işlərinin aparılması yolverilməzdir. Səbəb isə ondan ibarətdir ki, meşə bərpa işləri həyata keçirilərkən, əkin işləri aparılacaq sahənin cins tərkibi, torpağın məhsuldarlığı, meşənin vəziyyəti, habelə suyun və digər təbii obyektlərin vəziyyəti birlikdə bütöv bir ekosistem kimi nəzərə alınır. Lakin iş materiallarından da göründüyü kimi, həmin icarəyə verilmiş torpaq sahəsi istifadəçiyə verilərkən qanunvericiliklə zəruri şərt kimi qeyd edilmiş meşə quruluşu layihəsinə istinad olunmadan və bu sənədin tələbləri nəzərə alınmadan, Meşə Məcəlləsinin 23-cü maddəsi ilə nəzərdə tutulmuş işin həcmini əks etdirən biznes plan və yaxud əkin layihəsi təqdim edilmədən həyata keçirilmişdir. Qeyd edilən kimi normativ tələblər nəzərə alınmadan həvəskar qaydada meşəbərpa məqsədi ilə müvəqqəti istifadəyə verilmiş torpaq sahəsində icarəçi öz şəxsi və kommersiya maraqlarına uyğun olaraq müxtəlif kənd təsərrüfatı və bostan bitkiləri əkmiş və qısa müddət ərzində oradan müəyyən mənfəət əldə etmiş və hazırda da davam etməkdədir. Bunları qeyd etməkdə məqsəd ondan ibarətdir ki, dövlətin müstəsna mülkiyyətində olan meşə fondu torpaq sahəsi istənilən şəxs tərəfindən fərdi qaydada şəxsi təşəbbüsü ilə istədyi formada kənd təsərrüfatı əkinlərinin əkilməsi üçün nəzərdə tutulmuş asudə boş torpaq sahəsi deyildir. Həmin ərazidə yalnız və yalnız minimum 10 illik tərtib edilmiş meşə quruluşu layihəsinə uyğun meşə bərpa məqsədi ilə əkinlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş sahədir. Hazırda da dünya dövlətlərinin demək olar ki, əksər ölkələrindən çoxsaylı nümayəndə heyətini qəbul etməyə hazırlaşdığımız və bu ilin noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə X22 Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi həyata keçirməyə çalışan az meşəli bir ölkə kimi öncül məqsədlərdən biri və ən əsasıda meşə sahələrinin sahəsinin artırılmasıdır. Bu istiqamətdə adıçəkilən isti və quraq olan aran bölgəsində bu bölgəyə xas olan ənənəvi meşə cinslərinin yetişdirilməsi ilə müəyyən meşəbərpa işlərinə nail oluna bilərdi. Lakin iddiaçı yuxarıda qeyd etdiyi kimi, meşə quruluşu və ərazinin iqlim şərtləri nəzərə alınmadan qoz və fındıq bağı salınması üçün ilin əksər vaxtı isti və quraq iqlimin hökm sürdüyü aran bölgəsi olan Bərdə rayonunda intensiv bağ salmağa çalışmışdır. Bol su və mülayim iqlim tələb edən qeyd edilən ağac və kollardan ibarət bağ salınması ideyası isə yuxarıda da qeyd edilən məlum səbəblərdən əvvəlcədən uğursuz bir layihə olmuşdur. İstisna edilmir ki, müasir damcı suvarma sistemi ilə adıçəkilən ərazilərdə iddiaçının qeyd etdiyi kimi bağların salınması mümkün ola bilər. Lakin iddiaçı bu cür müasir suvarma sistemlərindən istifadə etmədən sırnaq üsulla suvarma seçərək isti və quraq iqlimə uyğun olmayan bol su tələb edən fındıq kolu və qoz ağacı tingləri yetişdirmək üçün müəyyən işlər həyata keçirməyə çalışmış və bu istəyinə nail ola bilməmişdir. Təəssüf ki, iddiaçı və onun yaxın qohumlarının əsl niyyəti heç də Respublikamızın meşəlik faizinin artılması məqsədi ilə meşəbərpa işlərinin həyata keçirilməsi prosesində iştirak etmək olmamışdır. Həmin şəxslərin əsl niyyəti meşəbərpa məqsədi ilə həmin əraziləri ələ keçirərək orada müxtəlif kənd təsərrüfatı və bostan bitkiləri yetişdirməklə əldə edilmiş məhsulları satmaqla müəyyən maddi maraqlarını təmin etmək olmuşdur ki, bu niyyətlərinə də müəyyən dərəcədə nail olmuşlar. Belə ki, ETSN-nin bu tip qanunpozuntuları törədən (44 günlük Vətən müharibəsinədək sosial baxımdan həssas əhali qrupu hesab edilən – qaçqın və məcburi köçkün statusundan istifadə etməklə) şəxslərə qarşı humanist davranışı və ondan əvvəlki mərkəz rəhbərlərinin dövrlərindən bəlli olan və rəsmi akt və protokollarla birmənalı sübut olunan və qanunsuz əməllərinə müxtəlif qanunazidd yollarla nail olmaqda davam edən iddiaçıda məsələlərə daim bu cür seyirçi münasibət göstərilməsinə müəyyən arxayınçılıq yaratmışdır. Belə ki, hazırda da həmin şəxslər müstəsna dövlət mükiyyətində olan və heç bir halda özəlləşdirilməyən meşə fondu torpaq sahəsindən bu sahəyə nəzarət edən qurumların gözü qarşısında onlara meydan oxuyaraq zəbt edib orada mal qara saxlamaqla, tövlə binası tikməklə və müxtəlif kənd təsərrüfatı bitkiləri əkib satmaqla qanunsuz əməllərinə davam edirlər. Bunu məhkəmə yerində baxış keçirməklə tam əmin ola bilər. Ancaq qeyd etdiyi kimi, mövcud qanunverciliyə əsasən yalnız və yalnız meşəbərpa məqsədi ilə müvvəqəti istifadəyə verilmiş torpaq sahəsindən məqsədli təyinatından kənar müəyyən kommersiya məqsədi ilə (müxtəlif kənd təsərrüfatı və bostan bitkiləri əkilməsi və xırda buynuzlu heyvan saxlaması üçün) istifadə etmək niyyətini gerçəkləşdirmək iddiaçının əsl məqsədi olmuşdur. Bir məsələ də diqqətə çatdırılmalıdır ki, onun meşə təsərrüfatı sahəsinə direktor təyin olunanadək bu sahə ilə bağlı təcrübəsi olmamışdır. Bu sahə ilə 2022-ci il tarixdə ETSN tərəfindən Bərdə X102 Mərkəzinə direktor təyin olduqdan sonra tanış olmuşdur. Ondan əvvəlki dövrlərdə tərtib edilmiş müəyyən akt və protokollarla sübut olunur ki, 2019-cu ildən icarəyə götürülmüş həmin ərazidə müxtəlif dövrlərdə aparılmış yoxlama və monitorinqlər zamanı da meşəbərpa məqsədi ilə icarəyə verilmiş torpaq sahəsində yuxarıda sadalanan qanunsuz fəaliyyətə rast gəlinmişdir. Lakin nədənsə həmin rast gəlinmiş qanunsuz fəaliyyət Mərkəz və bu sahəyə nəzarət etməli qurumlar tərəfindən yalnız akt və protokollarla rəsmiləşdirilərək təqsirkar şəxslər barəsində heç bir hüquqi tədbir görülmədən qanun pozuntuları törədən şəxslərin əməllərinə, bir sözlə, göz yumaraq cəzasızlıq mühiti yaratmaqla həmin şəxslərdə immunitet yaratmışlar. Lakin yuxarıda da qeyd etdiyi kimi, onun bu sahədə təcrübəsinin azlığına baxmayaraq, baş vermiş qanunsuzluq barəsində qətiyyətli davranış sərgiləyərək Məmiyevlər barəsində qanunauyğun tədbir görülməsini həyata keçirmişdir. Bunu qeyd etməkdə məqsədi ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyi dövlət sənədi hesab edilən və Maliyyə Nazirliyi tərəfindən qeydiyyatı aparılan ciddi hesabat sənədi olan akt və protokollara biganə qalmamışdır. Dəfələrlə iddiaçı və ona yaxın şəxslərin təklifi ilə torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin ləğv edilməsi barədə sərəncamın ləğv ediləcəyi təqdirdə iddiaçı tərəfindən ona və ETSN-ə qarşı hər hansı bir tələbin olmayacağı ismarıcını almağına baxmayaraq bu sənədlər əsasında tərəfindən qətiyyətli və qanunauyğun davranış sərgilənərək vəzifə səlahiyyətləri çərçivəsində Meşə Məcəlləsinin və bu sahədə olan mövcud qanunvericiliklərin təlblərinə uyğun icarə müqaviləsinin ləğv edilməsi barədə sərəncam vermişdir. Lakin iddiaçı şəxsin bu cür qanunazidd hərəkətləri qarşısında verdiyi düzgün və qanunauyğun qərardan heç bir vaxt geri çəkilməyəcəyini, dövlətin və məhkəmə orqanlarının ədalətinə güvənərək bu işlə bağlı sonuna qədər mübarizə aparacağını bildirmişdir. Belə ki, onun bir illik meşə təsərrüfat mərkəzində direktoru olduğu müddətdən əvvəl meşəbərpa məqəsədi ilə həmin icarəyə verilmiş sahədə iddiaçı tərəfindən həyata keçirilmiş qanunsuz fəaliyyət müvafiq qaydada akt və protokollarla rəsmiləşdirilmiş və həmin şəxslərlə bağlı aşağıdakı tədbirlər görülmüşdür: 1. xx.xx.2020-ci il tarixdə Bərdə Regional X74 baş aqronomu Tofiq Babaşov, Mərkəzin meşə əkin mühəndisi Soltan İsmayılov, Oğlanbaba meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, 11 saylı dolayın 22 kvartal gözətçisi Zahir Mahmudov, Bük Meşəbəyliyinin meşə gözətçisi Sədulla Rüstəmov, Bük Meşəbəyliyinin meşə gözətçisi Elşən Bayramov, İddiaçı atası Nümayəndə iştirakı ilə 150 baş xırda buynuzlu heyvanların meşə əkinlərini yeyərək məhv etməsi və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə Meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə Nümayəndə barəsində 58402 nömrəli Akt tərtib edilmişdir. 2. xx.xx.2021-ci il tarixdə Bərdə Regional X74 meşə mühafizə üzrə baş mühəndis Gürşad Əmirov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, 11 saylı dolayın 22-ci kvartal gözətçisi Zahir Mahmudov, Bük Meşəbəyliyinin meşə gözətçisi Elşən Bayramov, İddiaçı iştirakı ilə icarəyə götürülmüş ərazidə qanunsuz olaraq onun tərəfindən kənd təsərrüfatı bitkiləri əkilməsi, ona xx.xx.2021-ci il tarixli 280 saylı bildirişlə xəbərdarlıq edilməsi, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli izahatları ilə 3 ha bostan 5 ha yonça əkməsini bildirmiş və 65109 nömrəli Akt tərtib edilmişdir. 3. Bərdə Regional X74 baş mütəxəssis əvəzi X23 Bərdə Regional X74 həmin dövrdə direktoru olmuş Bakir Qurbanova 2019-cu ildən əkilmiş 6.5 ha akasiya və iydə sahəsinin suvarılmasına İddiaçı tərəfindən qəsdən mane yaradılması və ora su verməməsi barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 4. Bərdə Regional X74 meşə uçotu və kadastrı üzrə baş mühəndisi X40 Bərdə Regional X74 həmin dövrdə direktoru olmuş Bakir Qurbanova 2019-cu ildən əkilmiş 6.5 ha akasiya və iydə sahəsində meşə təsərrüfatı işçilərinin qanunauyğun xidməti fəaliyyətlərinin aparılmasına mane olmaması üçün əraziyə baxış keçirərkən İddiaçı və onun atası Nümayəndə və əmisi oğlu Dilafət Məmiyev tərəfindən ölümlə hədələnməsi və nəticədə DİN 102 xidmətinə zəng etməsi barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 5. Oğlanbaba-Bük meşəbəyliyinin 12 saylı dolayının meşə gözətçisi X41 Bərdə Regional X74 həmin dövrdə direktoru olmuş Bakir Qurbanova icarəyə götürülmüş ərazidən kənarda İddiaçı tərəfindən zəbt edərək, orada nar cinsindən olan meşə sahəsində qanunsuz olaraq xırda qoz tingləri əkməsi və oraya heç bir meşə işçisini buraxmadığı barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 6. xx.xx.2021-ci il tarixli 006282 nömrəli X198 X71 əsasında Mərkəzin baş aqronomu Tofiq Babaşov, Mərkəzin kadastr üzrə baş mütəxəssisi Rəhim Mehtiyev, Mərkəzin Bərdə meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi Mətləb Zeynalov, Oğlanbaba- Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Oğlanbaba meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, Bük meşəbəyliyinin 11 saylı dolayının meşə gözətçisi Zahir Mahmudovun iştirakı ilə icarəyə verilmiş torpaq sahəsində əkilmiş aqrobağa baxış keçirilmiş və aparılmış baxış nəticəsində ərazidə əkilmiş fındıq tinglərinin tamamilə quruması, qoz tinglərinin isə standarta uyğun olmadan aqrotexniki qaydalara uyğun xidmət olmaması cərgə aralarında isə 24 ha bostan və 7 ha yonca əkini əkildiyi müəyyən edilmişdir. 7. Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyi köməkçisi X94 Bərdə Regional X74 həmin dövrdə direktoru olmuş Bakir Qurbanova 11-ci dolay 22-ci kvartalda nar cinsindən olan meşə sahəsində İddiaçı tərəfindən onun icarəsindən olmayan ərazidə xırda qoz tingləri əkməsi, 2019-cu ildən əkilmiş 6.5 ha akasiya və iydə sahəsinin suvarılmasına mane olaraq, ora qəsdən su verməməsi, meşə sahəsində qanunsuz olaraq xırda buynuzlu heyvan saxlaması barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 8. Bərdə Regional X74 baş aqronomu Babaşov Tofiq Famil oğlunun Bərdə Regional X74 həmin dövrdə direktoru olmuş Bakir Qurbanova icarəyə götürülmüş ərazidən kənarda İddiaçı tərəfindən zəbt edilərək orada əkin əkilməsi və oraya gələn bütün meşə təsərrüfatı işçilərinin təhqir edilməsi barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 9. Oğlanbaba-Bük meşəbəyliyinin 13 saylı dolayının meşə gözətçisi X61 Bərdə Regional X74 həmin dövrdə direktoru olmuş Bakir Qurbanova icarəyə götürülmüş ərazidə qanunsuz olaraq kənd təsərrüfatı bitkiləri əkməsi və həmin ərazidə əkilmiş qoz və fındıq tinglərinin quruması və tam bitiş almaması barədə yazdığı izahat; yuxarıda qeyd edilən qanun pozuntuları baş verdikdən sonra o, xx.xx.2022-ci il tarixdə ETSN-nin əmri ilə Bərdə X102 Mərkəzinə direktor təyin edilmişdir. Fəaliyyətə başladıqdan sonra meşəbərpa məqsədi ilə həmin icarəyə verilmiş sahədə həyata keçirilmiş qanunsuz fəaliyyətlə bağlı aşağıda qeyd edilən tədbirlər görülmüşdür: 1. xx.xx.2022-ci il tarixli 001316 nömrəli X198 X71 əsasında Mərkəzin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, Mərkəzin meşə əkinləri üzrə baş mühəndisi Şikar Məhərrəmov, Mərkəzin kadastr üzrə baş mütəxəssisi Rəhim Mehtiyev, Mərkəzin toxumçuluq üzrə baş mütəxəssisi Füzuli Bağırov, Oğlanbaba- Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Bük meşəbəyliyinin 13 saylı dolayının meşə gözətçisi Elşən Bayramov, Bük meşəbəyliyinin 12 saylı dolayının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin 11 saylı dolayının meşə gözətçisi Zahir Mahmudov və R.M (prosesdə iştirak etməsinə baxmayaraq aktı imzalamaqdan imtina edib) iştirakı ilə icarəyə verilmiş torpaq sahəsində əkilmiş aqrobağa baxış keçirilmişdir. Aparılmış baxış nəticəsində bütün ərazinin alaq və qamışlıq basması, aqrobağa əl ilə heç bir aqrotexniki qulluq göstərilməməsi və mexaniki xidmət aparılmaması səbəbindən əraziyə girməyin mümkün olmaması, aqrobağ ərazisində müxtəlif kənd təsərrüfatı bitkilərinin (3 ha yonca, 5 ha arpa və 20 ha bostan) əkilməsi aşkar edilmişdir. 2. xx.xx.2022-ci il tarixdə Bük meşəbəyliyinin təhvil-təslimi zamanı Bük meşəbəyliyinə təyin edilmiş yeni meşəbəyi Ənvər Hümbətov tərəfindən ərazidə olan aqrobağların ərazisnin mübahisəli olduğu və icarəçi tərəfindən əlavə sahə zəbt edildiyini təsdiq edən 001317 nömrəli Akt tərtib edilmişdir. 3. xx.xx.2022-ci il tarixdə Bərdə Regional X74 mühafizə mühəndisi Müşviq Camalov, Mərkəzin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, Bük meşəbəyliyinin meşəbəyisi Ənvər Hümbətov, Bük meşəbəyliyinin 13 saylı dolayının meşə gözətçisi Elşən Bayramov, Bük meşəbəyliyinin 12 saylı dolayının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin 11 saylı dolayının meşə gözətçisi Zahir Mahmudov, 6 saylı ərazi Nəqliyyat İdarəsinin ** AA *** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü Vüqar Məmmədov iştirakı ilə tərtib edilmiş məlumatda İddiaçı və onun qohumları tərəfindən adları qeyd edilən meşə təsərrüfatı əməkdaşlarının fəaliyyətinə mane olmaları onları təhqir etmələri bildirilmişdir. 4. xx.xx.2022-ci il tarixdə Bərdə Regional X74 meşə əkinləri üzrə baş mühəndisi Şikar Məhərrəmov, Mərkəzin meşə mühafizə mühəndisi əvəzi Müşviq Camalov, Mərkəzin Bük meşəbəyliyi həvalə edilmiş Tofiq Babaşov, Bük Meşəbəyliyinin meşə gözətçisi Sədulla Rüstəmov, Bük Meşəbəyliyinin meşə gözətçisi Elşən Bayramov, 9 saylı mexaniki təminat idarəsinin 25AB564 dövlət nömr nişanlı “Qazel” markalı avtobusun sürücüsü Aydın Ağayevin iştirakı ilə tərtib edilmiş Akta əsasən yeni salınmış meşə əkinlərini suvarmaq məqsədi ilə 9 saylı ərazi mexaniki təminat idarəsinə məxsus SNP -50/80tipli su nasosu borularının İddiaçı tərəfindən sökülərək ana arxa su axıdılmasına icazə verməməsi və orada yaranmış mübahisə zəminində Mərkəzin meşə mühafizə mühəndisi əvəzi X150 Məmiyev tərəfindən qəsdən ağacla vurularaq xəsarət yetirməsi və faktla bağlı DİN 102 xidmətinə zəng edilməsi rəsmiləşdirilmişdir. 5. xx.xx.2022-ci il tarixli 001358 nömrəli X198 X71 əsasında Mərkəzin meşə mühafizə üzrə direktor müavini Kamal Behbudov, Mərkəzin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, Mərkəzin kadastr üzrə baş mütəxəssisi Rəhim Mehtiyev, Mərkəzin toxumçuluq üzrə baş mütəxəssisi Füzuli Bağırov, Bük meşəbəyliyinin 1 və 2 saylı meşə dolayısının meşə gözətçisi Zahir Mahmudov, Sədulla Rüstəmov və İddiaçı iştirakı ilə qəflətən yoxlama aparılmış və nəticədə İddiaçı 160 baş xırda buynuzlu heyvanları meşə sahəsində otarması və həmin mal qaranın saxlanması üçün primitiv qaydada bir neçə tövlə inşa etməsi və xx.xx.2022-ci il tarixdə 28/27/99-043 nömrəli bildirişlə ona xəbərdarlıq edilməsi rəsmiləşdirilmişdir. İİ. Meşə Məcəlləsinin 9-cu maddəsinə əsasən meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır. Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. Məcəllənin qeyd edilən maddəsinin məzmunundan aydın olduğu kimi, meşə münasibətləri zamanı yaranan əmlak mübahisələrindən irəli gələn məsələlərə mülki və inzibati qaydada baxılır. Hazırki iddia tələbində də iddiaçı vurulmuş zərərlə bağlı dövlət qurumlarından ziyanın ödənilməsini tələb edir ki, bu halda da işə inzibati icraat çərçivəsində zərərin həmin dövlət orqanlarından tələb edilməsi ilə bağlı ilkin müraciət olmalı və həmin müraciətə baxılması məsələsindən narazı qalındıqda isə inzibati orqan (N.K. qərarına əsasən hər iki qurum inzibati orqandır) olan həmin qurumlara qarşı inzibati qaydada məhkəmədə iddia verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı, ümumiyyətlə iddia tələbində qeyd etdiyi zərərlə bağlı cavabdeh qurumlara müraciət etməmiş və yaxud da etmişdirsə də, nəticəsini mübahisələndirməmişdir. Belə ki, iddiaçı cavabdeh kimi həm dövlət qurumunu, həm də onun əvvəlki rəhbərini ayrı-ayrılıqda cavabdeh şəxs kimi işə cəlb edərək onlara qarşı vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Ancaq nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göründüyü kimi, qanunvericilik dövlət orqanlarının və ya bu orqanların vəzifəli şəxslər tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsində əsas kimi həmin hərəkət və ya hərəkətsizliyin qanunsuz olmasını şərtləndirmişdir. Lakin göründüyü kimi, dövlət orqanının icarə müqaviləsinin ləğvi ilə bağlı müvafiq əmri qanunsuz hesab edilməmişdir. Həmin əmrin mübahisələndirilməsi isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2.-ci maddəsinə əsasən inzibati akt hesab edilir. Həmin maddənin məzmununa əsasən inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inizbati akt hesab edilir. İnzibati akt hesab edilən həmin əmrin mübahisləndirilməsi isə inzibati məhkəmənin səlahiyyətində olmaqla bu günədək mübahisə predmetinə çevrilməmişdir. İlkin iddia tələbindən fərqli olaraq iddia tələbinə edilmiş son dəyişikliyə əsasən iddiaçı inzibati akt olan əmrin ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Lakin iddiçı nəzərə almamışdır ki, icarə müqaviləsinin ləğvi barədə işə aidiyyəti üzrə kommersiya məhkəməsində deyil, inzibati məhkəmədə baxılmalıdır. Belə ki, mübahisələndirilən əmr ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hakimiyyət tədbiridir ki, bu halda da mövcud qanunvericilik mübahisəyə inzibati icraat qaydasında baxılmasını tələb edir. İİİ. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin ********* nömrəli cinayət işi üzrə müəyyən edilmişdir ki, istintaq zamanı Nümayəndə və İddiaçı İslam oğlunun icarəyə verilmiş torpaq sahələrində əkin işlərinin aparılması, icarəyə götürülmüş torpaq sahəsinə çıxarış alınması üçün Bərdə Regional X74 sabiq direktoru Cavabdeh2 və Mərkəzin digər vəzifəli şəxsləri tərəfindən rüşvət istənilməsi, Mərkəzə ayrılmış yanacaq pulunun və su nasoslarının satılaraq pulunun mənimsənilməsi, X95, X111 və qeyrilərinin Bərdə Regional X74 vəzifəli şəxsləri tərəfindən Bük meşəbəyliyinin ərazisində Mərkəzə məxsus traktorlarla pul qarşılığında şumlama işlərinin aparılması, Cavabdeh2 tərəfindən 16 hektar torpaq sahəsində qarpız əkininə icazə verilməsi üçün Qulu Məmiyevdən ümumilikdə 6.400 manat məbləğində pul alması öz təsdiqini tapmamışdır. Belə ki, Həsənov X100 İslam Şirin oğlu və İddiaçı İslam oğlu barəsində meşə fonduna dəymiş ziyanla bağlı aktlar tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərdiyi üçün sonuncular ondan qərəzli olaraq müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmişlər. Yuxarıda göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Bərdə Regional X74 sabiq direktoru Cavabdeh2 və Mərkəzin digər vəzifəli şəxslərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayət əməllərinin tərkibi müəyyən edilmədiyi üçün barələrində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən CM-in 308.1-ci maddəsi ilə aparılan cinayət təqibinə hissəvi xitam verilməsi, cinayət işi üzrə törədilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə tövsif edilməsi və cinayət işinin aidiyyatı üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilməsi barədə 21 iyun 2023-cü il tarixdə Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İV. Aqrar Xidmətlər Agentliyinin X103 xx.xx.2021-ci il tarixli torpaq analiz nəticələri barədə sənədlərindən göründüyü kimi, iyun 2021-cu il tarixə kimi həmin ərazidə torpaq analizi aparılmamış və həmin ərazidə nar və qoz bağı salınmamışdır. Aqrar Xidmətlər Agentliyinin X103 xx.xx.2021-ci il tarixli torpaq analiz nəticələri barədə sənədlərindən göründüyü kimi, iyun 2022-ci il tarixə kimi həmin ərazidə torpaq analizi aparılmamış və həmin ərazidə fındıq bağı salınmamışdır. Bundan başqa müstəqil tələb irəli sürməyən üçüncü şəxs X121 İdarəsinin nümayəndəsi X62 məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər yəni konkret olaraq 72 gün ərzində suyun verilməsini dayandırdıqlarını etiraf etmişlər ki, bağın, həqiqətən susuzluqdan qurumasının mümkünsüz olduğu tamamilə aydındır. İddiaçı isə ilkin iddia tələbində 30 ha aqrobağın susuzluqdan məhv edildiyini, ekspert isə 50 ha bağ sahəsinə çəkilmiş xərclərin hesablandığını qeyd etmişdir. Qeyd edilənlərdən aydın olur ki, ümumiyyətlə iş materialları iddiaçının şəxsi təxəyüllünün və ziddiyyətlərlə doldurulmuş sistemsiz məlumat toplusundan başqa bir işə xidmət etməmişdir. V. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X121 İdarəsinin nümayəndəsi X112 məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, əvvəlcə İdarələrinin adı fərqli idi, 2021-ci ildən etibarən dəyişdi. Onların İddiaçılə problemi yoxdur, olmayıbdır. Rəşadın SİBlə müqaviləsi olmuşdur. Onlar Bük meşəbəyliyinə su stansiyası təşkil etmişlər. Cavabdeh2 İddiaçı aqrobağını ləğv etmək istədiyinə görə su motorlarının götürülməsini istəyib. Cavabdeh2la telefon danışıqları olmuş, onun qəbulunda da olmuşlar. Onlara deyilib ki, meşə ərazisinə daxil olmasınlar, heç bir texnika göndərməsinlər. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həmin əraziyə su verməyiblər. Cavabdeh2 bu barədə onlara məktub da göndərmişdir. İddiaçı X152 ilə müqaviləsi var idi. Sudan istifadə üzrə haqq hər 1000 kub üzrə 50 qəpik olmaqla onlara verilir. Cavabdeh2la bu barədə danışsalar da, ancaq o, yenə də su motorlarının götürülməsini bildirmişdir. Cavabdeh2 qəbulunda 2 dəfə yay aylarında olmuşlar. Nasosu həmin ərazidən götürməmiş, ancaq nasosa yanacaq aparmamışlar. Nasosa yanacağı yalnız onların icazə tökə bilərdilər. Həmin ərazidə onların işçiləri də var idi. Aqrobağ yaranandan oraya su vermişlər. İddiaçı ilə mütəmadi əlaqə saxlayıb, ona bildirirdilər ki, onlara suyun verilməsinə icazə verilmir. Digər sahələrə suyun verilməməsi barədə Cavabdeh2 göstərişi olmamışdır. Cavabdeh2 bildirdi ki, aqrobağ onun işinə uyğun qurulmamışdır. Korrupisya İdarəsinin prokuroru deyib ki, münaqişə yaratmayın, suyu aqrobağa verin. Aqrobağın suyunu rəsmi olaraq xx.xx.2022-ci il tarixindən etibarən kəsmişlər. Cavabdeh2 İdarəyə göndərdiyi məktubun məzmunu ilə tanışdır. İddiaçı işi ilə bağlı Cavabdeh2la telefon vasitəsi ilə danışmışdır. Ona şəxsən demişdir ki, İddiaçı aqrobağındakı nasos götürülsün. Bildirdi ki, həmin aqrobağ onların tələblərinə uyğun deyil. Cavabdeh2 kabinetində görüşərkən məqsədlərindən biri də bu məsələ idi. Onlar istəyiblər ki, hər iki tərəf razılığa gəlsin. Onlara tərəflər arasında yaranmış təzadın heç bir aidiyyəti yoxdur. X151 Birliyi ilə aralarında heç bir problemi olmamışdır. Onlar həmin aqrobağın suyunu Cavabdeh2 məktubu əsasında kəsmişdir. Aqobağın ləğv edilməsi barədə əmrin surəti onlara göndərilmişdir. İş materiallarına əlavə edilmiş 13 saylı Regional X74 direktoru Cavabdeh2 tərəfindən imzalanmış X121 idarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 279 nömrəli məktubunda X75 ehtiyac olmayan sudartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Göründüyü kimi, iddiaçı Məmiyevin icarəsində olan torpaq sahəsinə su verilməməsi ilə bağlı hər hansı bir tapşırıq verilməmişdir. Hətta bir anlıq nəzərə alsaq ki, regional X74 suyun konkret olaraq Məmiyevə verilməməsi barədə müraciəti olmuş olsa belə, yenə də İddiaçı İslam oğlu və Ağzıbir SİB arasında suvarma suyunun verilməsi ilə bağlı müqavilə bağlanmışdır ki, sonuncunun sifarişçiyə suvarma suyunun verilməsini su idarəsi öhdəsinə götürmüşdür. Göründüyü kimi, X135 istifadə Birliyi arasında bağlanmış müqavilə əsasında müəyyən haqq müqabilində qarşı tərəfin su ilə təchiz olunması X48 Birliyinin vəzifəsi olmuşdur. Hesab edir ki, X121 İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda mübahisəsi gedən əraziyə suyun verilməsinin dayandırılmasını Bərdə regional X74 məlum məktubuna istinad edərək əsaslandırmağa çalışmışdır. Lakin hamıya bəlli olan halların sübuta ehtiyacı olmadığı kimi, Melorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən bir qurumun X123nə hər hansı bir tabeli münasibətindən söhbət gedə bilməz. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə Məmiyevi suvarma suyu ilə təmin etməyi öhdəsinə götürmüş qurum Ağzıbir SİB olmuşdur hazırki iddia tələbi ilə bağlı da zərərin vurulmasının suvarma suyu ilə təmin edilməməsi nəticəsində baş verməsi müəyyən olunduğu halda həmin Ağzıbir SİB cavabdehlik daşımalıdır. Qeyd edilənlər X121 İdarəsinin Gəncə Kommersiya Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X121 İdarəsinin nümayəndəsi X62 məhkəmə iclasında vermiş olduğu izahatında bir daha da təsdiqini tapmış və həmin idarənin özü tərəfindən etiraf edilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli iddiaya etiraz göndərilərək qeyd olunmuşdur ki, İddiaçı İslam oğlu cavabdeh 13 saylı Bərdə X102 Mərkəzinə, Cavabdeh2 və Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı xx.xx.2019-cu il tarixində Bük Meşəbəyliyi tərəfindən ona icarəyə verilmiş Bərdə rayonu ərazisində yerləşən 4.40 ha boş torpaq sahəsi barədə müqaviləyə Bərdə RMTM-nin keçmiş direktoru Cavabdeh2 tərəfindən qanunsuz olaraq müqaviləyə xitam verilməsi ilə əlaqədar dəymiş ziyanın əvəzində ona 558.848 manat pulun cavabdehlər Bərdə RMTM və onun keçmiş direktoru Cavabdeh2 tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsin xx.xx.2024-cü il tarixli, 2-2(115)-34/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bununla bağlı bildirirlər ki, həmin iddia tələbində sözügedən məsələlərlə əlaqədar Maliyyə Nazirliyi əvvəllər heç bir öhdəlik götürmədiyindən, habelə ərizədə qeyd olunan müqavilədə Maliyyə Nazirliyi tərəf olmadığından iddia tələbi Nazirliyin maraq və mənafelərinə toxunan hissədə təmin edilmədən rədd edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 22-ci maddəsinin müddəalarına görə həmin Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. «Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr 214 nömrəli Qərarının 2-ci hissəsinin tələblərinə əsasən meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi həyata keçirir. Həmin Qərarın 11-ci hissəsində adıçəkilən Nazirlik tərəfindən icarə müqaviləsinə məcburi şəkildə xitam verilmənin əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Bu səbəbdən də, müqavilə ilə bağlı yaranan hüquqlar və öhdəliklər yalnız müqavilənin tərəfləri üçün məcburi olacaqdır. İddia ərizəsindən görünür ki, Bərdə RMTMnin keçmiş direktoru Cavabdeh2 tərəfindən qanunsuz olaraq müqaviləyə xitam verilməsi ilə əlaqədar iddia tələbi qaldırılsa da, iddaçı müqavilənin qanuna zidd şəkildə xitam verilməsini təsdiq edəcək mötəbər sübutlar və əhəmiyyətli dəlillər təqdim etməmişdir. Hətta iddiaçının tələbləri əsaslı olsa belə, «Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanına ilə təsdiq edilmiş Əsasnamələrə əsasən Ekologiya X213 Nazirliyi saxlanılma xərcləri və fəaliyyəti qanunda nəzərdə tutulmuş mənbələr hesabına, Azərbaycan Respublikasının Ekologiya X213 Nazirliyi X90 Xidməti isə büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Diqqətə çatdırmaq istəyirlər ki, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və müvafiq qaydada təsdiq edilmiş dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Araşdırılan mübahisə üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün həmin müddəaların nəzərə alınması vacibdir. Göstərilənlərə əsasən İddiaçı İslam oğlunun cavabdeh 13 saylı Bərdə X102 Mərkəzinə, Cavabdeh2 və Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinə qarşı «pul» tələbinə dair iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı İslam oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və çıxışında bildirdi ki, iddia ərizəsində göstərdikləri 558000 manat həmin ərazinin şumlanmasına, xüsusi qulluq göstərilməsinə çəkilmiş xərcdir. Hal-hazırda həmin bağ sahəsinə sahiblik edirlər. Orada ağaclar əkmişlər, lakin su dayandırıldıqdan sonra ağaclar məhv olmuşdur. 2019-cu il tarixindən bu yana bu aqrobağa xərc çəkir, lakin suyu kəsdikləri üçün aqrobağı məhv olmuşdur. Məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi ərizəsinin 1-ci bənddə qeyd olunmuş xərclər su nasosunun icarəyə götürülməsinə, ümumilikdə, bağı yaratmaq üçün çəkdiyi xərclərdir. 2-3-cü bəndlərdə qeyd olunmuş xərc şumlama və malaya görə lazer xərcidir. Lazer mala suvarmaya görə yerin əyrisini düzəldir. 4-cü bənddə qeyd olunmuş keşkəl balaca arxlardır, ağacları sulamaq üçün çəkilibdir. 7-8-ci bəndlərdə qeyd etdiyi qoz ağacını Türkiyə Respublikasından gətirtmiş, ona görə də yol pulu xərcini qeyd etmişdir. Eyni zamanda fındığın da gətirilməsinə yol pulu xərci çəkmişdir. 11-ci bəndin nəzərə alınmamasını, texniki səhvlik olduğunu bildirmişdir. 14-cü bənddə qeyd etdiyi gözətçiyə 4 il ərzində aylıq 450 manat ödəniş etmişdir. Onunla əmək müqaviləsi olmamış, şifahi razılıq olmuşdur. 16cı bənddə qeyd etdiyi meyxod vasitəsi ilə ağacların arasından şumlanma gedir. X152 ilə müqavilə bağlamışdır. 511508 manat indiyə qədər aqrobağa çəkdiyi xərcdir, 46442 manat isə gələcəkdə əldə olunacaq faydadır, bu fayda məbləğini təxmini hesablamışdır. Sözügedən Su İdarəsi Ağzıbir X152dir. Su İdarəsi ona bildirib ki, Cavabdeh2 icazə vermədiyi üçün aqrobağı sulaya bilmirlər. Su İdarəsinin sorğuya cavab məktubunda texniki səhvlik olduğunu bildirmişdir. Belə ki, sorğuya cavab məktubu səhvən Gəncə Kommersiya Məhkəməsinə ünvanlanmışdır, halbuki sorğunu o vermişdir. X121 İdarəsi sularını kəsib, nasoslarını götürmüşdür. Bu iki qurumun tabeçilik əlaqəsi var. Bük meşəbəyliyində nasos yalnız ona məxsusdur. xx.xx.2022-ci il tarixində tərtib edilmiş akt saxtadır. Belə ki, aktda qeyd olunur ki, ərazidə alaqlar çox olub, buna görə də əraziyə girmək mümkün olmamışdır. Belə olan halda ağacları necə görüb, bu aktı tərtib ediblər, maraqlıdır. Cavabdeh bundan əvvəlki iclasda gübrənin torpağa çox verildiyini qeyd etmişdir, bu iddia da əsassızdır. Aktda qeyd olunur ki, ərazi çoxlu alaqdan ibarət idi, buna görə də, əraziyə girmək mümkün olmurdu, əgər əraziyə girmək mümkün olmurdusa, mütəxəsislərin ərazinin quruduğunu necə müəyyən etdiyi də maraqlıdır. O aqrobağının suyunun niyə kəsildiyini soruşanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi ona deyib ki, onun Cavabdeh2 alacağı var. Cavabdeh2 məktubunda Bük meşəbəyliyində olan nasosu qeyd edir. Lakin həmin ərazidə müqavilə ilə olan nasos yalnız ona məxsusdur. Həmin yerdə o olmayan vaxtı nasosları oğurlanıb. Bu barədə "102 "xidmətinə də xəbər vermişdir. O, ərazini sulaya bilmədiyi üçün sulama sistemində dəyişiklik etmişdir. Ərazisində qamışlıq olmamışdır. Əmrdə qeyd olunub ki, onlar müqavilənin 4.1.1, 4.1.2, 4.1.5. və 4.1.7-ci bəndlərinin pozmuşlar, lakin o, icarə haqqını ödəmiş, əraziyə ağaclar əkmişdir. Müqaviləni 13 Sayli Bərdə Regı̇ onal X123̇ ilə bağlamış, həmin müqaviləni də Meşələrin İnkişaf Xidməti təsdiq etmişdir. Müqaviləni Cavabdeh2 əvvəl onun vəzifəsini icra edən Cahid Dadaşovla bağlamışdır. Ona ayrılmış aqrobağ ərazisində yonca, bostan bitkiləri əkməmişdir. “Vecon Cosulting”-in mütəxəsisləri də həmin əraziyə baxış keçirib, akt tərtib etmişdir. Cavabdeh2 işçiləri məhkəmədə şahid qismində iştirak edərək bildirmişdir ki, ərazinin neçə ha olduğundan xəbərdar deyillər. 13 saylı Bərdə RMTM-nin nümayəndəsi Fuad Rüstəmov ona bildirib ki, Cavabdeh2 ilə əlaqə saxlanılıb, lakin o, arqobağa baxış keçirilməsində iştirak etmək istəmədiyini bildirmişdir. İş üzrə ekspertiza təyin edilməsinə etiraz etmişdir. Prezidentin Administrasiyasına ərizə ilə müraciət etmiş, həmin ərizənin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi əraziyə baxış keçirib, akt tərtib edib, mütəxəssis rəyi təqdim etmişdir. Hakimə etirazı onunla əsaslandırırlar ki, cavabdehin təqdim etdiyi saxta sübutlar əsasında məhkəmədə şahidlər gətirilərək dindirilirmişdir. Tərtib edilmiş akt əvvəlcə adi riyaziyyat vərəqəsində olsa da, məhkəməyə hazır akt kimi təqdim edilir. Həmin aktın saxta olması ilə bağlı məhkəməyə video çəkillişin olduğu disk təqdim etmişlər. Aktı imza edən şəxslər ifadələrində etiraf edir ki, həmin akt saxtadır. Protokollarda natamamlıqlar var, tərəflərin istifadə etdiyi ifadələr tam qeyd edilmir. Saxta sübutlar əsasında çəkişmə prinsipi həyata keçirilir. İş üzrə mövcud olan 38 video çəkilişdən yalnız 1-nə məhkəmədə baxış keçirilmişdir. Mübahisələndirilən aktda qeyd edilir ki, ərazidə qamışlıq olduğu üçün əraziyə tam baxış keçirə bilməmiş, kənardan baxanda 7-10 ha aqrobağ formasında qoz ağacı sahəsi görmüşlər. Aktın mənasından belə çıxır ki, ərazidə sadəcə qoz ağacı var, aqrobağ yoxdur. Müavinin möhürü olmadığı üçün Ağdaş rayonu SSİ-dən alınmış arayışa möhür vurulmamışdır. Onlar dizelin pulunu ödəməmişlər, müqavilə əsasında suyun pulunu ödəyirlər, su idarəsi isə onlara ərazini sulamağa aylıq su verir. Aralarında müqavilə olmayan 2019-2020-ci illərdə öz vəsaiti hesabına həm su motorunu gətirmiş, həm də salyarkanı özləri almışdır. 2021-2022-ci ildə müqavilə əsasında dizelin pulunu yox, suyun pulunu ödəmişlər. Onlar salyarkanı yalnız müqavilələri olmayanda ödəmişlər. Suyun pulunu isə hər ay vaxtında ödəmişlər. Arayışı yeni almışlar. Ərizədə salyarkanı 70 qəpiyə aldığını qeyd etmiş, lakin əmtəəşünas düzgün hesablaya bilmədiyini bildirmişdir. İddia tələbini əvvəl düzgün hesablamamışlar. Daha sonra əmtəəşünaslar tərəfindən hesablandı. Həm də əldən çıxan faydanı 1 illik hesablamışdılar, amma indi 2024-2030-cu illər dövründə əldən çıxan faydanı hesablamışlar. 891 min qoz ağacından 599 min fındıq ağacından əldə edəcəkləri fayda idi, 516 min də çəkdikləri xərc olaraq dəqiqləşdirmə ərizəsi vermişlər. O, hava şəraitinə uyğun olaraq su sifariş vermişdir. Qalan ərazini sulamağa hal-hazırda maneçilik törətmirlər. Məhkəmə ekspertizasının eksperti əmtəəşünas deyir ki, o, qiymətləndirə bilmir. Bundan sonra onlar müstəqil ekspertdən rəy almışlar. Məhkəmə ekspertizasının eksperti əmtəəşünas deyir ki, qiymətləndirə bilmir buna görə də, iddiaçı müstəqil ekspertdən rəy almışdır. Əmtəəşünas qeyd edib ki, tədqiqat iş materiallarına əsasən müəyyən edilib. İş materiallarında da bu cür hallar yoxdur. Rəydə deyir ki, qiymətləndirmə əmtəəşünaslıq ekspertizasının səlahiyyətində deyil, amma “Ekspertiza fəaliyyəti haqqında” qanunda qiymətləndirmə onların səlahiyyətindədir. O əvvəlcə Bərdədə ağacların qiymətləndirilməsi ilə bağlı rəy verib. Ekspert rəyində “Tap.az” internet saytından götürülmüş qiyməti qeyd edir, lakin həmin saytda daha yüksək qiymətlər göstərilir. Amma hansısa səbəbə görə həmin qiyməti deyil, daha aşağı qiymətləri nəzərə alır. Ona görə xahiş edir ki, həmin ekspert məhkəmə iclasına gəlsin suallarını cavablandırsın. Keçən dəfə Cavabdeh2 sənəd təqdim etdi ki, Meşələrin İnkişafı Xidmətinin müavini Cabbar Qəribovun imzalı əmri ilə aqrobağ ləğv edilmişdir. Ancaq sənəddəki ştamp 13 saylı xidmətə məxsusdur. Cabbar Qəribovun əmri yoxdur. Aqrobağları qeydiyyatdan çıxarılmayıb. Bu ərazini, guya onun batırdığını deyib, ona cərimə yazılıb. Amma qarşı tərəfin özləri bostan əkir. Məhkəmə iclasında baxış keçirilən video çəkilişin telefona göndərilmə vaxtı görünür, cəkilmə vaxtı yoxdur. Həmin videoda Zahir deyir ki, qoz ağaclarını kəsmişlər. X2 istinad etdiyi “Tap.az” saytında Chandler qoz ağaclarının qiyməti 25-40 manat arası, fındıq ağaclarının qimətini isə 4-8 manat arası kimi verilib. 25-40 manatın ortası 32.5 manat oğluğu halda, 12.5 manat kimi qeyd etmişdir. Əlində həmin saytdan çıxarış var. Orada o dediyi qiymətlər qeyd edilib. X5 qeyd etmişdir ki, iş materiallarında olanlara nəzəri olaraq qiymət vermişdir. İş materiallarında olan hansı sənəddə bu qiymətlər qeyd edilib, maraqlıdır. İş materiallarında göstərilir ki, 2019-2022-ci illərdə su idarəsi ilə arasında müqavilə olmayıb, o şəxsi vəsaiti hesabına sulamışdır. Bu günə qədər müqavilənin səhv olması ilə bağlı heç nə yox idi, məhkəməyə verildikdən sonra qarşı tərəfin yadlarına düşüb ki, müqavilələri səhvdir. Çıxarış etmək istəyirlər. Protokolun hamısını yadda saxlamaq olmur. Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsində qeyd edilir ki, çıxarış edə bilərlər. Protokolun surətini istəyirlər. Qalib müəllim deyir ki, o, suyu kəsdirməmiş, məktub yazmamışdır. Bildirir ki, məktubda qanunsuz nasosların götürülməsini yazmışdır. Məktubda yazılıb ki, ehtiyac olmayan nasoslar götürülsün. Su idarəsinin verdiyi cavab məktubunda deyilir ki, Cavabdeh2 dəfələrlə deyib ki, müqaviləni ləğv etmişdir. Siz də suyu kəsin. Əmrin bir surətini də Cəmiyyətə göndərəcəyini deyib. Cavabdeh2 deyir ki, əraziyə qulluq olunmayıb. xx.xx.2021-ci il tarixli kənd təsərrüfatı nazirliyinin nümayəndəsi deyir ki, burada bağ var. Videoda da Cavabdeh2 qoz ağacının yanından keçirərək deyir ki, ağac azdır, ona görə ləğv etmişdir. İndi isə deyir ki, ağac yoxdur. xx.xx.2021-ci il tarixli sənədlərdə də deyilir ki, əraziyə qulluq olunub. 9 saylı regional ekologiya idarəsinin əməkdaşlarının xx.xx.2022-ci il tarixli aktında qeyd edilir ki, nar, qoz, fındıq ağacları var. Korrupsiyaya bu barədə məlumat verib. Telefon vasitəsi ilə Elçin müəllimə suyu Cavabdeh2 kəsdirməyi ilə bağlı məlumat verib. Onun aqrobağının ləğvi ilə bağlı əmrin surətini su idarəsinə yollayıb məcbur etmişdir ki, suyu dayandırsınlar. Bu vaxta kimi heç kim Cavabdeh2 qadağa qoymamışdı ki, vəkil tutmasın. Vəkili indi tutmağı onların problemi deyil, vaxtında özünə vəkil tuta bilərdi. Həmin tarixdə Ənvər Hünbətov işə bərpa edilməmişdi. Keçən iclas məhkəmədən çıxanda Anar Rəhimovun öz yanında onlardan soruşdum ki, bu nədir yazmısınız? Onlar da dedilər ki, “bizə dedilər yaz, biz də yazdıq”. Anar müəllim də dedi ki, onlardan izahatını o tələb edib. Meşə Məcəlləsinin 22–ci maddəsinə əsasən meşə fondu torpaqlarının icarə əsasında meşə istifadəçilərinə 1- 49 il müddətinə icarəyə verilə bilər. Əldə edilmiş fayda meşə istifadəçisinə məxsusdur. Zərərin ödənilməsi ilə bağlı yaranmış mübahisələr məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh2 özbaşına müqavilə ləğv edib. Digər qurumlara təsir edərək, suyu kəsib. Cavabdeh2 özü də deyir ki, təyin olunana kimi bu sahədən məlumatı olmayıb. Onun vəzifəyə təyin edilməsi ilə bağlı təqdimatın yazılması da cinayətdir. Ülvi müəllim əraziyə baxmaqla bağlı sənəd olmadığını dediyi üçün bu şəkilləri və aktları təqdim etmişlər. Əgər su idarəsinin işinə mane yaradılırdısa, o necə xidmət göstərə bilərdi. Su İdarəsi korrupsiyaya məlumat verib. Cavabdeh2 məktubları su İdarəsinə ona görə verirdi ki, o, müqaviləni ləğv edib, Su İdarəsi də suyu verməsin. Su idarəsi xidmətə müraciət edəndə ona müqavilənin ləğv edildiyini bildirmişdilər. X56 Xidmətinə Cavabdeh2la bağlı şikayət versə də, onun haqqında heç bir tədbir görməyib, onun əməllərinə göz yumublar. Cavabdeh2 su idarəsinə birbaşa təsir göstərib ki, suyu kəssin. Korrupsiyanın əməkdaşlarına da demişlər ki, Cavabdeh2 suyun verilməsinə mane olur. Meşələrin İnkişafı Xidməti təyin etdikləri işçilərinin qanunsuz hərəkətlərindən dəfələrlə şikayət versələr də, tədbir görmədikləri üçün ona ziyan dəyib. Aktların birində deyilir ki, ərazini o məhv etmiş, birində də qeyd edir ki, ərazi batıq idi. Müqavilənin 5.1-ci bəndində göstərilir ki, tərəflər müqavilə üçün qarşılıqlı məsuliyyət daşıyır. 5.2-ci bəndində deyilir ki, yaranan mübahisələr qarşılıqlı razılaşma əsasında həll edilməsə, məhkəmə qaydasında həll edilməlidir. Bəli, müraciət edəndə demişdir ki, müqavilə əsasında su istəyir. Cavabdeh2 Bərdə rayon polis şöbəsinə məlumat vermişdi ki, müqaviləni ləğv etmişdir, lakin İddiaçı ərazidən çıxmır. Vilayət müəllimin qəbulunda olmuşdur. Cavabdeh2 şikayətinə xitam verildi. Cavabdeh2 barəsində rəsmi sənədlərdə saxtakarlıqla korrupsiyada cinayət işi başlandı. Birinci müqavilə bağladıqları adam intihar elədi. Ona dedilər ki, “Cavabdeh2 imkan vermir ki, sizə xidmət göstərək, müqaviləni ləğv edək”. O demişdir ki, “ləğv etməyək, sizin günahınız yoxdur”. Yekun müddəalarda da qeyd edir ki, bu müqavilə Meşə Məcəlləsindən götürülüb. Biznes plan var təqdim edilib. Sadiq Salmanov da təsdiq edib. Ona yazılmış 300 manat cərimə prokurorluq tərəfindən ləğv edilmişdir. 40 nömrəli əmrin 4.1.2; 4.1.5; 4.1.7-ci bəndlərində göstərilir ki, İddiaçı tərəfindən müqavilənin bəndlərini pozduğuna görə müqavilə pozulub. O bəndlərdə göstərilib ki, icarəçi tərəfindən icarə haqqı ödənilmədikdə, müəyyən olunmuş vaxtda əkinlər olmadıqda müqavilə ləğv oluna bilər. Ödədiyi icarə haqlarının sənədlərini məhkəməyə təqdim etmişəm, əkdiyim ağaclar da göz qabağındadır, belə olan halda bu bəndlər necə pozulub? Cavabdeh2 məhkəmə prosesində dedi ki, əmri o vermişdir. Əmri müdafiə edir. Biznes planı tərtib etmiş, Xidmətə təqdim etmişdir. Yanğın təhlükəsizlik qaydası qeyd edilir, ona əraziyə qulluq üçün mane yaradanda necə yanğın təhlükəsizliyi üçün tədbirlər görə bilərdi? Müqavilənin 4.1.7-ci maddəsində qeyd edilir ki, dövlətin təhlükəsizliyi üçün təhlükə olduqda ləğv edilir. Qoz və fındıq ağacları dövlətə necə təhlükə yarada bilərdi? Müqavilə ləğv edilməzdən əvvəl onlara bildiriş verilməyib. Qaçqının tikdiyi evi onun adına qeyd edirlər. xx.xx.2022-ci il tarixli aktda qeyd edilir ki, Nümayəndə, guya qoyun otarıb, ərazini məhv edib. Saxta aktların tarixləri dəyişdirilib. Nümayəndə səhhəti imkan vermirdi ki, o, qoyun otarsın. Aktlarda qoyunların sayı dəyişik göstərilir. Cavabdeh2 məhkəmədə başqa rəqəmlər deyir. xx.xx.2022-ci il tarixli aktda qeyd edilir ki, qəfləti yoxlama aparılanda İddiaçı heyvan otararaq, 5 hektar ərazini batırır. xx.xx.2022-ci il tarixli aktda həmin ərazilərin batıq olduğunu qeyd edilib. Bu necə olur ki batıq ərazini o batırıbmış kimi qeyd edilir? Aktı yazanlar etiraf edir ki, aktı kimsə yazıb, onlar isə imzalamışdır. xx.xx.2022-ci il tarixli aktda qeyd ediblər ki, əraziyə girmək olmurdu. 7- 10 hektar ağac olduğunu qeyd edirlər. Aqrobağın biznes planı sistemdə var. Biznes planı Meşələrin İnkişafı Xidmətinə göndərmiş, orada da təsdiq edilmişdir. Deyirlər ki, qanunvericilikdə aqrobağ anlayışı yoxdur. Meşə Məcəlləsində də göstərilir ki, meşə istifadəçisi meşə fondu torpaqlarından müqavilə əsasında icarəyə torpaq götürüb, xeyir əldə edə bilər. Aqrobağ bir addır. Onun sahə ilə bağlı çıxarışı var. Onlara X168nin 22-24cü kvartallarında 6; 12 və 22-ci bölmələrindən yararsız boş torpaq sahələri icarəyə verilmişdir. Lakin xx.xx.2019-cu il tarixli 69 nömrəli müqavilə ilə verilmiş yararsız 50 ha boş torpaq sahələrinə görə 2022-ci ilin may ayının əvvəllərində Cavabdeh2 20.000 manat hədə-qorxu ilə onlardan rüşvət vermələrini tələb etmişdir. Lakin onlar 20.000 manat rüşvət vermədiklərinə görə hiddətlənən Cavabdeh2 min bir əziyyətlərlə başa gətirdikləri aqro-bağı məhv etmək qərarına gəlmiş və bu istəyinə də tam nail olmuşdur. xx.xx.2022-ci il tarixli 279 nömrəli məktubunda yazmışdır ki: «Hörmətli Əhliman müəllim! Bərdə X102 bildirir ki, X73 ərazisində ehtiyac olmayan su dartan nasosun ərazidən götürülməsini sizdən xahiş edirik». Lakin Baş idarəyə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinə yazmışdır ki, Bərdə Regional X74 Xidməti ərazisində icazəsiz fəaliyyət göstərən nasosun götürülməsini tələb edir. xx.xx.2022-ci il tarixli 40 nömrəli əmr verib, guya müqavilənin 4.1.1; 4.1.2; 4.1.5; 4.1.7-ci bəndlərinin şərtləri pozulduğuna görə saxta əmr verərək, Meşələrin İnkişafı Xidmətinin möhürlə təsdiqlədiyi müqaviləni ləğv etmə səlahiyyəti olmamasına baxmayaraq özündən yuxarı Ekologiya X213 Nazirliyi X90 Xidmətinin təsdiq edib imza etdikləri müqaviləni Cavabdeh2 ləğv etmişdir. Lakin müqavilə üzrə öhdəliklər tam həcmdə tərəflərindən yerinə yetirilib. Lakin Cavabdeh2 vəzifə səlahiyyətlərindən suiistifadə edib 20.000 manat rüşvəti ala bilmədiyindən müqaviləni qanunsuz və əsassız olaraq pozaraq ləğv etmişdir. Müqaviləni ləğv etdikdən sonra Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynova xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq yazmışdır ki: «Bərdə rayon X123 yazıb bildirir ki, Bərdə rayon Şirvanlı kənd sakini İddiaçı İslam oğlu X49 Meşə Fondu torpaqlarında aqro-bağ salmaq məqsədilə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi ilə 50 ha torpaq sahəsi icarəyə götürüb İddiaçı müqavilə şərtlərini pozduğu üçün Mərkəz tərəfindən xx.xx.2022-ci il tarixli 40 saylı əmrlə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı icarə müqaviləsini Meşələrin İnkişafı Xidmətinin qeydiyyatından çıxarılmasını sizdən xahiş edirik». Lakin müqavilənin yekun müddəaları 5.1-ci bəndində göstərilmişdir ki, bu müqavilə şərtlərinin pozulmasına görə tərəflər qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar və müqavilədə nəzərdə tutulmayan məsələlər üzrə mövcud qanunvericiliyin tələbləri əsas götürülür. Bu müqavilə üzrə öhdəliklərin icrası zamanı yaranan mübahisələr qarşılıqlı razılaşma yolu ilə tərəflər arasında öz həllini tapmasa, məhkəmə qaydasında həll edilir (5.2). Göründüyü kimi, cavabdehlər müqavilənin şərtlərini kobud surətdə pozaraq, müqavilənin 5.1 və 5.2-ci bəndlərini nəzərə almadan «burda mənəm, Bağdadda kor xəlifə» prinsipi ilə hərəkət edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, qanunları saymadan istədiklərini edib, zorla müqaviləni ləğv edib, özlərini məhkəmə hesab etmişlər. Cavabdeh2 bir daha qanunları saymayıb öz bildiklərini etməsi açıq-aydın göz qabağındadır. Onu da bildirmək istəyir ki, müqavilə ləğv olunmamışdan əvvəl heç-bir xəbərdarlıq olunmayıb və üstəlik vəzifə səlahiyyətlərindən sui-istifadə edib, bilərəkdən rəsmi sənədlərdə saxtakarlıq edib və ya etdirib, aktlarda yalan məlumatlar göstərilmiş və öz işçilərinə ağ kağızlara imza etdirmişlər. Meşə Məcəlləsinin 10-cu maddəsinə əsasən Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir. Meşə Məcəlləsinin 22-ci maddəsinə əsasən bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir. Meşə Məcəlləsinin 51-ci maddəsinə əsasən meşə fondu istifadəçilərinin pozulmuş hüquqları bərpa olunmalı və onlara vurulan zərər ödənilməlidir. Zərərin ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 7 saylı Bərdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X154 Şəxsinə Cavabdeh2 məktubla müraciət edib ki, ona məxsus müqaviləni ləğv etmişlər. PHŞ də çıxarışı ləğv etsin deyə məktub ünvanlamışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə miiəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2; 152.3; 152.4; 152.5; 157.1; 157.2; 157.4-cü maddələri). xx.xx.2020-ci il tarixdə guya akt tərtib olunub və guya o, qoyun otarırmış, bu saxta tarixli aktlar Cavabdeh2 tərəfindən vəzifəyə gəldikdən sonra yazdırılıb və həmin şəxslər də işdən çıxmaqdan qorxaraq imzalamışlar. Onu da bildirmək istəyir ki, o, iki dəfə ağır ürək əmələyyatı keçirib, hamıya bəllidir ki, bu cür əməliyyat keçirən adamlar istəsə belə, bu işi görə bilməzlər, çünki səhhətləri imkan verməz. Nümayəndə 3 oğlu və 20-22 nəfərdən də çox daimi işçiləri həmin tarixdə olmuşdur. Adama sual verərlər ki, onun işçi və ya çoban tutmağa pulu olmadı ki, özü otarırdı? Təbii ki, bunlar hamısı onları gözdən salmaq, şər-böhtan atmaq Cavabdeh2 yazdırdığı saxtakarlıqdan başqa bir şey deyildir. Aktın birində 150 baş, birində 180 baş göstərilib, Cavabdeh2 isə məhkəmədə 600 baş olduğunu bildirdi. Bunlar nə danışdığını özləri belə anlamırlar. xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. 001358 nömrəli aktda qeyd olunmuşdur ki: «Mərkəzin direktorunun şifahi göstərişinə əsasən Bük meşəbəyliyinin 22-ci kvartalında 3 saylı meşə dolayısında qəfildən yoxlama aparırdıq. İddiaçı heyvanlarını meşədə otarmaqla 5 hektar sahədə bütün təbii bərpanı, yeni yetməni məhv etmişdir» və s. xx.xx.2022-ci il tarixli 001358 nömrəli aktda 5 ha sahəni onun məhv etdiyini qeyd edib, hətta bu barədə Cavabdeh2 onu şərləyib, guya həmin əraziyə 1.500 manat ziyan vurmuşdur. Lakin xx.xx.2022-ci il tarixli 001317 saylı aktda həmin ərazilərin batıq olduğunu göstərib, qeyd ediblər. Necə ola bilər ki, iyun ayında batıq yazdığı yerləri 10-cu ayda, yəni 4ay sonra oktyabrda onun batırdığını iddia edirlər? Əgər, həqiqətən də Cavabdeh2 20.000 manat tələb etmirdisə, vəzifə səlahiyyətlərindən sui-istifadə edib aktları saxtalaşdırıb onları şantaj etməkdə məqsəd və maraqları nə olmuşdur? Aktlarda olan bu ziddiyyətlərə səbəb nədir? Məhkəməyə cavabdehlərin bir çox cinayət əməlləri haqqında video görüntülər təqdim etmişdir. Onlardan xx.xx.2022-ci il tarixdə Gürşad Əmirov tərəfindən «Niva» markalı maşının matorxanası (kapotu) üzərində riyaziyyat vərəqinə akt tərtib etdiyi açıq-aydın görünür, hətta məhkəmə bu videolara məhkəmə zalında baxış keçirmişdir. Həmin vaxt orada olan 13 saylı Bərdə RMTM-nin işçilərindən Əmirov Gürşad, Camalov Müşviq, Hümbətov Ənvər, Qarayev Asim, Rüstəmov Sədullah, Mahmudov Zahir, Bayramov Elşən və onların işçilərdən Məmmədov Aydın, Quliyev Qabil, Məmiyev Qulu, özü və digər şəxslər olsalar da və bütün bunlar video görüntülü qeydə alınsa da, hansısa dırnaq arası möcüzə nəticəsində riyaziyyat vərəqinə tərtib olunan akt dəyişdirilib, saxtalaşdırılıb, Gəncə Kommersiya Məhkəməsində Ekologiya X213 Nazirliyinə məxsus nömrəli akt kimi qarşılarına çıxır və əlavə olaraq videoda da görünməyən Rəhim Mehtiyev, Şikar Məhərrəmov, Fizuli Bağırov və Vüqar Hacıyevin də imzası əlavə olunmuş halda aktda peyda olurlar. Məhkəmədə cavabdehlərin şahidlərinə bu barədə suallar verilib. Aktların saxta Cavabdeh2 tərəfindən şantaj məqsədilə yazdırıldığını sübüt etmişdir. xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki: «Ərazi çox alaqlı idi, əraziyə girmək olmadı, ərazidə heç bir ting görünmürdü. Qıraqdan fındıq ağacları görünürdü, tam qurumuşdu, lakin bir yerdən orada aqro-bağ kimi əkilmiş 7-10 hektar qoz ağacları görünürdü». Məhkəmədə sual vermişdir ki, onlardan qabaq kənd təsərrüfatının əməkdaşları əraziyə baxış keçirib ******* nömrəli əkin bəyanı, 29,5 ha qoz ağacları, ******* nömrəli əkin bəyanında 20 ha fındıq və ******* nömrəli əkin bəyanında 05 hektarda isə nar ağacları əkildiyini yazıb bildirmişlər. Məhkəmədə cavabdehlərin saxta aktı yazan şahidlərinə bildirmişdir ki, xx.xx.2022-ci il tarixli aktda qeyd olunub ki: «ərazi çox alaqlı idi, əraziyə girmək olmadı, ərazidə heç bir ting görünmürdü. Qıraqdan fındıq ağacları görünürdü, tam qurumuşdu, lakin bir yerdən orada aqro-bağ kimi əkilmiş 7-10 hektar qoz ağacları görünürdü”. Məhkəmədə bu şəxslərə sual vermişdir ki, əraziyə girmək olmurdusa 29,5 hektardan 10 hektar çıxdıqdan sonra yerdə qalan 19,5 ha qozun və 20 ha fındığın cəmi 39,5 hektarda ağacların tam quruduğunu akta yazdığınız kimi bir yerdən baxıb necə təyin edibsiniz və aktı imza edənlərdən neçə nəfər bunu görmüşdür? Onu da qeyd edib bildirmişdir ki, arxın uzunluğu 4 km-dir, bu qədər məsafədən bu şəxslər bir yerdən baxıb 39,5 hektarda ağacların tam quruduğunu necə bilib və görüblər? Hətta onu da bildirmişdir ki, onlardan sonra 9 saylı İdarənin xx.xx.2022-ci il tarixli məktubunda 50 ha aqro-bağda qoz-fındıq və nar ağaclarının olduğu yazılıb, yazırlar ki, yoxdur, onlar yazıb ki, var, bu necə olur? Məhkəmədə şahid Vüqar Hacıyevə sual verib bildirmişdir ki, «2022-ci ilin may ayınadək işlədiyinizi qeyd edirsiniz, bəs necə olur ki, 2022-ci ilin iyun ayında tərtib edilmiş aktda imzanız olur?» X11 ifadəsində: «Ola bilər ki, akt əvvəlcədən tərtib edilib, mən də qol çəkmişəm» deyə bildirib. Onu da bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixli aktda və xx.xx.2022-ci il tarixli aktlarda da imzası var. X87 məhkəmədə «iddiaçı tərəf barədə tərib olunmuş aktlar saxtadır. X74 meşə əkinlərinin təhvil-qəbulunda Müşviq mənə ağ kağıza qol çəkdirmişdir. İddiaçı aqro-bağına su verilmədi, heç bir texnika daxil olmasına icazə verilmədi. Cavabdeh2 mənə iş otağında tapşırıq verdi ki, İddiaçı 20.000 manat pul verməsə, sahəyə heç bir fəhlənin, texnikanın, suyun daxil olmasına icazə verməyim. Buna görə məni işdən çıxartdı, lakin mən sentyabrın 19-da Ali Məhkəmənin qərarı ilə yenidən işə bərpa olundum». xx.xx.2021-ci il tarixli Bakir Qurbanovun 70 nömrəli əmrinə əsasən Gürşad Əmirov, Zeynalov Mətləb, X200 m/b, X179 m/b, X164 m/b onların da iştirakı ilə aqro-bağa baxış keçirmiş komissiya üzvləri tərəfindən tərtib olunan akt sonradan Cavabdeh2 zamanında məhv edilib, yenidən öz maraqlarına uyğun saxtalaşdırılıb. Komissiya üzvlərinin yerinə bu şəxslər imza edib 1) Rahim Mehtiyev 2) Tofiq Babaşov 3) Mətləb Zeynalov 4) Vüqar Hacıyev b/m 5) Qarayev Asim b/m 6) Zahir Mahmudov b/m gözətçi 7) Sədullah Rüstəmov b/m gözətçi. Bütün bu saxtakarlıqlar bu sənədlərdən də açıq-aydın görünməkdədir. Yəni aktın birində 42 hektar ağac, digərində isə 7-10 hektar olduğu bildirilir. Bu barədə akt tərtib edən Gürşad Əmirovdan məhkəmədə bu ziddiyyətlər haqqında soruşduqda «mən ərazini tam görə bilməmişəm görə bildiyim qədər yazmışam» deyə bildirdi. Rahim Mehtiyev isə saxta aktları məhkəmədə etiraf edib, cəmi bir akt tərtib etdiyini və bir aktdan başqa digər aktlara imza etmədiyini bildirmişdir. Təkrar sual verdikdə ki, digər aktlarda olan imzalarınız var? Cavabında məhkəmədə demişdir ki, «onu get Gürşaddan soruş, aktları o tərtib edib, imzalar mənə məxsus deyil». X180 isə məhkəmədə bildirmişdir ki: «Biz Aqro-bağa girdik, hər tərəfini gəzdik, orada qoz, fındıq və nar var idi». İddiaçı olaraq sual vermişdir ki, «Bəs nə üçün bunları və narı aktda yazmamısınız?» Fizuli Bağırov cavabında bildirmişdir ki: «aktları Əmirov Gürşad yazıb. Mən nə bilim». 13 saylı Bərdə RMTM-nın Bük Meşəbəyliyınin meşə gözətçilərindən Elşən Bayramova məhkəmə də sual vermişdir ki, «aktlar sizə oxunmadan niyə qol çəkirdiniz?». Hətta cənab sədr soruşmuşdur ki: «aktlara necə imza etmisiniz?» Demişdir ki, «gətirirdilər ki, bura qol çək, biz də çəkirdik». X136 aktlarla bağlı bildirmişdir ki: «atla gedirdim, tələsirdim, məni çağırdılar ki, gəl akta qol çək, mən də çəkdim». Məhkəmə soruşmuşdur ki: «aktın içi barəsində oxudun bildin?» Rüstəmov Sədullah bildirmişdir ki, «yox, tələsirdim, mən imza edib, getdim». xx.xx.2024-cü il tarixdə məhkəmədə izahat verən X17 vermişdir ki, xx.xx.2022-ci il tarixli akt hansı vərəqdə tərtib olunub və ucadan oxunub-oxunmayıb? X96 «akt riyaziyyat vərəqinə tərtib olundu, uca səslə oxunmadı” deyə bildirdi. Onu da qeyd edir ki, saxta aktlarda məlumatlarda göstərilib ki, guya özü və onun işçiləri bunları təhqir etmişlər, vəzifə səlahiyyətlərini yerinə yetirməyə imkan verməmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Mahmudov Zahirə, Rüstəmov Sədullaha bu barədə suallar verib, belə bir şeyin olub-olmaması haqqında soruşduqda bildirmişlər ki, «xeyr, belə bir şey olmayıb». Cavabdeh2 rəsmi sənədlərdə saxtakarlıqları və hətta günahı olmayan şəxsləri bu saxta sənədlərə əsasən işdən çıxarması məhkəmələrin qanuni qüvvəyə minmiş qərarlarında da öz əksini tapmışdır. Məhkəməyə təqdim olunan və iş materiallarında da keçən, Cavabdeh2 tərəfindən sifarişlə yazdırılan saxta aktda X43 tərtib olunan aktda 39,4 ha batıq olduğu yazılıb və bu saxta akta əsasən Hümbətov Ənvər işdən azad olunub. Lakin həmin batıq yazdırılan ərazilər digər meşəbəyi Mustafayev Mustafaya təhvil-təslim olunarkən heç bir batıq olmur. Bütün bunlar təhvil-təslim aktında da öz təsdiqini tapmışdır. Bütün bu aktlar yazdırılan zaman həqiqətlər və qanunların tələbləri deyil, Cavabdeh2 şəxsi mənfəətləri və istəkləri əsasında yazılmışdır. Saxta və sifarişlə Cavabdeh2 zamanında akt yazan şəxslərin və şahidlərin ifadələrindən də göründüyü kimi, məhkəməyə sübut kimi təqdim olunan aktlar və məlumatlar saxtadır. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinin tələbinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 204.1-ci maddəsinin tələbinə əsasən işdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş şəxs onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş edə bilər. Həmin Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmənin sual-cavabı zamanı X32: «Məmiyevgili sakin kimi tanıyıram. 5 ildir meşəbəyi işləyirəm. Aqrobağ olan yerdə təxminən 8 ay işləmişəm. Mənə Cavabdeh2 həmin ərazidə texnika işləməyə icazə olmadığını dedi, mən də İddiaçı dedim, o da çıxartdı. Tək bir dəfə mənə deyilib, mən də çıxarmışam». Onun nümayəndəsi sual vermişdir ki: «Texnikanın çıxarılması barədə deyəndə, mənə arayış təqdim edin deyəndə siz nə dediniz? Qanunsuz su nasosları olub?» X32: «Arayış təqdim edə bilmədik. Əlavə su nasosları olmayıb». Cavabdeh X114: «Aqrobağın yoxlanması barədə akt tərtib edəndə siz orda olmusunuz? Siz orda aqrobağ görmüsünüz?» X32: «Akt tərtib edəndə orda olmamışam. Orda aqrobağ olub» deyə məhkəmədə bildirmişdir. Onu da qeyd etmək istəyir ki, məhkəməyə təqdim etdikləri videogörüntülərdə də 13 saylı RMTM-nin əməkdaşlarının aqrotexniki qulluq olunması üçün əraziyə heç bir işçi texnika buraxmadıqları görünür. Hətta bu barədə Bərdə rayon Polis şöbəsinə dəfələrlə 50 ha aqro-bağı ləğv etdiklərini və onun guya yenidən oranı zəbt etdiyini bildirmişlər. Ancaq bütün bunlara baxmayaraq hər il onlardan icarə pullarını tələb edib, almışlar. Bütün bunlar Ekologiya və Təbi Sərvətlər Nazirliyi X90 Xidmətinin rəis müavininin xx.xx.2023-cü il tarixli 3-14/2-M-252/7-3/2023 saylı məktubunda da bildirilmişdir. Məktubun üçüncü abzasında yazılmışdır ki, «Sizinlə bağlanmış icarə müqaviləsi Mərkəzin xx.xx.2022-ci il tarixli 40 nömrəli əmrinə əsasən ləğv edilmişdir. Bundan sonra sözü gedən ərazidə qanunsuz olaraq torpaq şumlama işləri apardığınız üçün Mərkəz tərəfindən 3-14-27-13/2-068/2023 nömrəli 28 aprel 2023-cü il tarixli məktubla Bərdə rayon polis şöbəsinə müraciət edilmişdir. Meşə fondu torpağının qanunsuz istifadəsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılır. Məlumat üçün bildiririk ki, Cavabdeh2la bağlanmış əmək müqaviləsinə xitam verilmişdir». Cavabdeh2 xx.xx.2022-ci il tarixli 27113/99-017 saylı məktub verib. Məktubunda «Bərdə X102 Mərkəzi bildirir ki, X75 meşə fondu torpaqlarında 50 ha aqro-bağ salmaq məqsədilə, sizinlə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi bağlanmışdır. Sizin tərəfinizdən müqavilə şərtlərinə əməl edilməyərək, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Bu şəbədən Mərkəzin xx.xx.2022-ci il tarixli 40 saylı əmri ilə, xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləniz ləğv edilmişdir. İcarə Müqaviləsi ləğv edildiyi üçün Sizdən həmin ərazini təcili boşaltmağınız tələb olunur.» deyə yazmışdır. Bütün bu məktublarını onlara deyil, X121 İdarəsinə və baş idarəyə göndərib və qanunsuz olaraq Ağdaş S.S.İ-nə bütün bu yuxarıda göstərdiyi sənədləri göndərib təzyiqlər göstərib və aqrobağ ərazisinə heç bir texnika, maşın mexanizmləri, aqrobağa xidmət göstərən su mühərrikinə yanacağın tökülüb işə salınmasına, Ağdaş SSİ-nin işçilərinin əraziyə girib xidmət göstərmələrinə Cavabdeh2 əmr və göstərişlərinə əsasən 13 saylı Bərdə RMTM-nin meşəbəyləri və meşə gözətçiləri və digər dəstəsi əraziyə qanunsuz olaraq buraxmayıblar. Hətta bu məsələ ilə əlaqədar 2022-ci ilin avqust ayında Cavabdeh2 dəstəsi ona ağır bədən xəsarətləri yetirib, kəllə-beyin travması vurmuşlar. Yəni bir sözlə, dövlətə və onlara qənim kəsilib, əllərindən gələni edib, aqrobağı tanınmaz hala salıb, ağacları susuzluqdan yandırıb məhv ediblər. Onu da qeyd etmək istəyir ki, onlar bu dəstənin başçısına və dəstə üzvlərinə dəfələrlə bildirib qeyd etmişlər ki, onlar tərəfindən min bir əziyyətlə əkilib, 2019cu ildən 2022-ci ilə qədər qulluq olunan aqrobağda əkilən ağaclar dövlətə məxsusdur, yalnız onun meyvələri onlara qalacaq. Bunları desələr də, Cavabdeh2 20.000 manatı vermədiklərindən aqrobağı susuzluqdan qurutdurub, məhv etdirmişdir. X7 ifadəsi: «X121 İdarəsində sürücü işləyirəm. Mən aqrobağdakı motora yanacaq aparanda 13 saylı Bərdə Regional X74 meşə gözətçisi Ənvər məni həmin əraziyə buraxmadı və bildirdi ki, müdiriyyətimiz əraziyə girılməsinə icazə vermir. Bu hadisə 2022-ci ilin iyun ayında baş vermişdir. İddiaçı aqrobağını suvarmaq üçün motora yanacaq aparırdım. Belə olan halda mən müdiriyyətimə zəng etdim, onlar mənə bildirdilər ki, geri qayıtmalıyam». O, sual vermişdir ki: «2022-ci ilin may-iyun aylarında, əraziyə yanacaq gətirilən zaman 13 saylı Bərdə Regional X74 işçiləri sizə nə deyirdi?» X12: «Ənvər müəllim əraziyə daxil olmağımıza icazə vermirdi». Cavabdeh 13 saylı Bərdə Regional X74 nümayəndəsi X86 vermişdir ki: «Bu hadisə neçə dəfə baş verib?» X12: «Bu hadisə dəfələrlə olubdur, buna görə dəqiq bilmirəm». Hətta bütün bu yuxarıda qeyd olunanlar Ağdaş S.S.İ-nin məhkəməyə təqdim etdikləri çıxışında da öz əksini tapmışdır. Qeyd edərək bildirmək istəyir ki, hazırki mülki iş üzrə cavabdehlərdən Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov, Cavabdeh2 və digərləri kobud qanun pozuntularına yol verərək, işdə keçən 13 saylı Bərdə RMTM-nin saxta aktlarını məhkəməyə sübut növü kimi təqdim edib özlərini ağıllı sayaraq həmin saxta və qanunsuz aktlarla məhkəməni aldatmağa çalışıb qanunsuz vəsatətlər verərək, məhkəmənin müddətini qanunsuz uzatmağa və süründürməçiliyə çalışmışlar. Hətta onlara qarşı törətdikləri ağır cinayət əməllərini işçiləri rəsmi yazılı etiraf etsələr də, Ramik Əşrəfov və Cavabdeh2 törədilən və ya törətdikləri cinayət əməllərini örtbasdır etməyə, öz törətdikləri cinayətləri onların üstünə yıxmağa çalışırlar. Bu məsələ ilə əlaqədar onu bildirmək istəyir ki, 13 saylı X102 İdarəsinin keçmiş direktoru Cavabdeh2 dəfələrlə telefon zəngləri və bu məsələ ilə əlaqədar Cavabdeh2 və onların da təşəbbüsü ilə 2022-ci ilin may ayından görüşlərə başlayıb bu məsələni dəfələrlə müzakirə edib, aqrobağa su vermələrini və yolların açılmasını, meşə ərazilərindən aqro-bağa yanacaq aparılmasına və ya çatdırılmasına Cavabdeh2 və dəstəsinin şərait yaratmalarını xahiş etsələr də, Cavabdeh2 qəti iradını bildirib, aqro-bağın sahibindən 20.000 manat pulu almasa, aqrobağa heç bir texnika və heç bir yanacaq daşıyan maşın mexanizmləri və işçiləri buraxmayacağını və 13 saylı RMTM-nin əməkdaşları tərəfindən buraxılmamalarına göstəriş verdiyini də qətiyyətlə onlara bildirmişdir. Hətta Cavabdeh2 Azərbaycan Meliorasiya və X201 Səhmdar Cəmiyyətinə və onlara, X121 İdarəsinə rəsmi məktublar verib. xx.xx.2022-ci il tarixli 279 nömrəli məktubu; xx.xx.2021-ci il tarixli 40 nömrəli əmri; xx.xx.2022-ci il tarixli 27113/99-017 saylı məktubu Cəmiyyətə və onlara göndərərək aqrobağı ləğv etdiyini, aqrobağ ərazisinə aqrobağın sahiblərinin daxil olmalarını qadağan etməsini onlara bildirib, orada olan onlara məxsus su dartan nasosu oradan (ərazidən) götürmələrini onlardan tələb edib və edirdi. Onlar bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə əlaqə saxlayıb məlumat verərək, əraziyə baxış keçirmələrini, Cavabdeh2 qanunsuz əməllərinə son qoyulmasını xahiş etmişlər. Korrupsiya İdarəsinin əməkdaşları Elçin müəllimin göstərişi və tapşırığı ilə Emin müəllim, yanında da bir nəfər şəxslə əraziyə baxış keçirib onların göstərdikləri xüsusatlar öz təsdiqini taparaq, Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsilə cinayət işi açılmışdır. Lakin bütün bunlara baxmayaraq, Ekologiya X213 Nazirliyi X90 Xidmətinin rəisi Ramik Əşrəfov məhkəməyə və məhkəmənin icraatında olan 2-2(115)-34/2024 saylı iş üzrə həyasızcasına etiraz verərək, cinayətkarları, yol kəsənlərin, su dartan nasosun işə salmağa imkan verməyənlərin, aqrobağı qurutduranların və bu iş üzrə barələrində cinayət işi açılanları görməzdən gələrək verilən əmr və məktublarını heçə sayıb, onları dırnaq arası təqsirləndirib, cavabdeh tanınmalarına dair etiraz yazır. Etiraz yazan şəxs yuxarıda göstərdikləri Cavabdeh2 imzası və möhürü ilə təsdiq edilən əmr və məktublara hesab edir ki, hörmətlə yanaşmalıdır. Əlbir olub törətdikləri bu ağır cinayətləri və hədə-qorxu ilə tələb edib istədikləri 20.000 manat rüşvəti və həmin rüşvətə görə məhv etdikləri aqrobağın məhsuliyyətini öz üzərlərindən onların üstünə atmasınlar. Məhkəmədən xahiş edir ki, ədalət prinsipini rəhbər tutub cinayətkarların cəzasız qalmamaları üçün törətdikləri ağır cinayət əməllərinə görə barələrində xüsusi qərardad çıxarılmaqla qərardad prokurorluğa göndərilsin. Bütün bu yuxarıda qeyd olunanlar onu göstərir ki, Cavabdeh2 və 13 saylı Bərdə RMTM-nin işçiləri vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifə səlahiyyətlərindən öz şəxsi məqsədləri və ciblərini doldurmaq üçün istifadə etmişlər. Onların çox saylı şikayətlərindən sonra Ekologiya X213 Nazirliyi tərəfindən daxili Nəzarət və Auidit şöbəsi tərəfindən oranın əməkdaşları, onlar və 13 saylı RMTM-nin əməkdaşları onların şikayətlərinə əsasən gəlib aqro-bağa və digər 13 saylı RMTM-yə məxsus ərazilərə birlikdə video çəkilişlərlə baxış keçirilib. Baxış zamanı məhkəməyə təqdim olunan videolardan da açıq aydın görünən ağacların kürünüb yerinin hektarlarının Cavabdeh2 tərəfindən 400 manatdan satılıb yerlərində qarpız əkildiyi açıq-aydın görünüb və 13 saylı RMTM-nin əməkdaşları tərəfindən videogörüntülərdə də etiraf edilib. Ekologiya X213 Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin xx.xx.2022-ci il tarixli 5/kol-323-13 saylı məktubunda da öz əksini tapmışdır. Məktubda qeyd olunmuşdur ki: «Araşdırma zamanı Bərdə Regional X74 xidməti ərazisində vətəndaşlar tərəfindən meşə fondu ərazilərinin zəbt edilərək kənd təsərrüfatı bitkilərinin əkildiyi faktı təsdiqini tapmışdır. Hazırda zəbt edilən ərazilərin dəqiqləşdirilməsi işlərinin aparılması üçün aidiyyatı üzrə tapşırıqlar verilmişdir. Qanunsuz zəbt edilən meşə fondu əraziləri müəyyən edildikdən sonra təqsirkar şəxs (şəxslər) barəsində qanuna müvafiq tədbirlər görüləcəkdir. Bərdə Regional X74 direktoru və vəzifəli şəxslərin sizdən hədə-qorxu ilə rüşvət tələb etməsi ilə bağlı qaldırdığınız məsələnin araşdırılması Nazirliyin səlahiyyətləri daxilinə aid deyildir. Aidiyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etməyinizi tövsiyə edirik». xx.xx.2023-cü il tarixli 3-14/2M-525-3/2023 nömrəli məktubunda Cəlair Səmədov cavab olaraq bildirmişdir ki: «X184 X74 xidməti ərazisində meşə fondu torpaqlarının qanunsuz olaraq zəbt edilməsi, vətəndaşlara pul qarşılığında satılması və Mərkəzin rəhbərliyinin qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız şikayət ərizəsində göstərilənlər sizin iştirakınızla yerində araşdırılmış, araşdırma zamanı Bərdə Regional X74 xidməti ərazisində bir sıra nöqsanlar aşkar edilmişdir. Nöqsanlara yol vermiş məsul şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi , eləcə də meşə fondu ərazilərinin qanunsuz zəbt edən təqsirkar şəxslərə qarşı qanuna müvafiq tədbirlər davam etdirilir. Qeyd edək ki, qaldırdığınız məsələ ilə əlaqədar paralel olaraq aidiyyəti hüquq-mühafizə orqanında araşdırma aparılır». Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi 9 saylı Regional Ekologiya X213 İdarəsi xx.xx.2023-cü il tarixli 314-48/2-M105-3/2023 nömrəli məktubunda Oktay Şahmurov bildirib ki: «Ekologiya X213 Nazirliyinin qaynar xətt xidmətinə oğlunuz İddiaçı adına Kür çayının sol tərəfində 50 ha aqro-bağın olduğu, aqro-bağa Bərdə RMTMnin rəhbərliyi tərəfindən su verilməməsinə göstərişin verilməsi və digər məsələlər məzmunlu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müraciətiniz 9 saylı Regional Ekologiya X213 İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. İdarənin əməkdaşları tərəfindən Bərdə RMTM-nin balansında olan Aslan-əyricə və Bük Meşəbəyliyində meşə qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması məqsədilə 18-xx.xx.2022-ci il tarixlərdə Bərdə RMTM-nin əməkdaşlarının iştirakı ilə araşdırma aparılaraq qanun pozuntuları aşkar edilmiş, meşə sahələrinə cavabdeh şəxslər barəsində qanuna müvafiq qaydada tədbirlərin görülməsi məqsədilə İdarə tərəfindən X57 Xidmətinə məktubla məlumat verilmişdir». 8 saylı Regional Ekologiya X213 İdarəsinin rəisi Tofiq Əsgərov xx.xx.2023-cü il tarixli 3-14/2eM-525/2-3/2023 saylı məktubunda qeyd etmişdir ki: «sizin Ekologiya X213 Nazirliyinə ünvanladığınız müraciətinizin araşdırmasında Bərdə RMTM-nin Yevlax rayon Varvara və Qaroğlan meşəbəyliklərinin ərazilərində Arpa və buğda bitkilərinin əkilməsi müəyyən edilmiş və bunula bağlı qanuna müvafiq tədbirlər görülür». X64 məhkəməyə yazdığı ərizə-izahatında bildirib ki: «X88 bütün əraziləri şumlanaraq qarpız və digər kənd təsəsrrüfatı bitkiləri əkilmiş, 57 ha nar, palıd, və digər meşə ağacları tingləri isə kürüdülərək, bütün ağaclar və tinglər məhv edilmişdir. Bütün bu meşəbəyliyin əraziləri Cavabdeh2 tərəfindən hektarı 400 manatdan satılaraq, qarpız və digər kənd təsərrüfatı bitkiləri səpilmişdir. Cavabdeh2 səpdirdiyi qarpızların pullarının yığılmasını və yaxınlıqdakı aqro-bağın sahiblərindən də 20.000 manat pul alıb Cavabdeh2 verməyimizə göstəriş vermişdir. Mən bu işlərlə maraqlandıqda gördüm ki, Cavabdeh2 rekertlik edir. Mən aqroabağın sahiblərindən 20.000 pulu alıb verə bilməyəcəyimi və hektarı 400 manatdan satılan yerlərdə qarpızın pullarını yığa bilməyəcəyimdən və məhv edilən meşə ağaclarına imza etmədiyimdən, qəbul etmədiyimdən Cavabdeh2 məni xx.xx.2022-ci il tarixdə işdən qovdu. Bütün bunlara görə əraziyə nə texnika, nə fəhlələr, nə də ki Ağdaş SSİ-nin əməkdaşları əraziyə buraxılmadılar. Beləliklə, İddiaçı məxsus 50 ha aqrobağ məhv edildi». X97 ərizəizahatında bildirmişdir ki: «Uzun müddətdir X124 22-ci kvartalda meşə gözətçisi vəzifəsində işləyirəm. X155 22-24-cü kvartalda İddiaçı məxsus 50 ha aqro-bağda həmkəndlilərim Sadiq və Səfqulunun vasitəsilə Ağdaş royon Ağzıbir kəndindən 18 və ya 20 nəfər şəxslərlə həmin aqrobağın ağacları əkilibdir. Həmin aqrobağa texniki qulluğu göstərən şəxsləri də 18-20 nəfər işçiləri Səfqulu və Sadiq aparıb-gətirirdi. 2019-cu ildə qoz, nar, fındıq ağacları əkilib. 2020-ci ildə isə əlavə fındıq ağaclarının cərgəsinə fındıq ağacları əkilib. Həmin fındıq ağaclarının təkrar əkilməsində meşə gözətçisi Bayramov Elşənin həmkəndliləri də iştirak ediblər. Lakin 2022-ci ilin may ayında Cavabdeh2 aqrobağın sahibləri ilə aralarına olan 20.000 manat pul məsləsinə görə münasibətləri pozuldu. Bərdə RMTM-nin direktoru Cavabdeh2 pulu ala bilmədiyindən, ona pul verilmədiyindən bizə göstəriş verdi ki, əraziyə heç bir texnika heç bir işçi buraxılmayacaq. Aqrobağa su vuran su nasosu işə düşməyəcək. Ümumiyyətlə, aqrobağa su verilməyəcəyini, aqrobağın sənədlərini ləğv etdiyini və aqrobağın sahiblərinin də aqrobağın ərazisinə buraxılmayacağını bildirirdi. Həm də göstəriş vermişdi ki, aqrobağın ərazisinə heç bir kəs buraxılmasın. Onu da qeyd etmək istəyirəm ki, aqro-bağın ərazisində 350 və ya 500-ə yaxın aqro-bağdan qoz ağacları doğradılmışdır». X115 ərizə-izahatında bildirib ki: «X124 meşə gözətçisi vəzifəsində işləyirəm. X155 22-24-cü kvartalda İddiaçı məxsus 50 ha aqrobağda qoz, fındıq, nar ağaclarını 2019-cu il tarixdən Ağdaş rayon Ağzıbir kənd sakinləri ata-oğul Sadiq və Səfqulunun vasitəsilə 18-20 nəfər şəxslər aqrobağa ağacları əkdilər. Lakin 2020-ci ildə əlavə olaraq bütün fındıq ağaclarının arasına mənim iştirakımla mənim kəndçilərim ilə əlavə fındıq ağaclarının əkilməsində iştirak etdik. 2022-ci ilin may ayından Bərdə RMTM-nin direktoru Cavabdeh2 göstəriş verdi ki, aqrobağdan 20.000 pul alacağı var, əgər həmin pullar verilməsə və ya çatdırılmasa, aqrobağın sənədlərini ləğv edib, aqrobağı məhv edəcəyini bildirdi. Lakin aqrobağın sahibləri pulları vermədiyindən, aqrobağın sularını kəsdirib dayandırdı. Aqrobağı da məhv etdirdi. Aqrobağa nə fəhlələri, nə də ki texnika buraxılmamasını bizə tapşırdı». Meşəbəyi və Meşə gözətçilərinin birgə tərtib edib yazdıqları ərizə-izahatlarında bildiriblər ki: «13 saylı Bərdə RMTM-dən bizim adımız və imzalarımızla İddiaçı İslam oğluna məxsus X88 50 ha aqro-bağla bağlı yazılan aktlar, məlumatlar və digər sənədlər etibarsız hesab edilsin. Həmin sənədlər bizim iradəmizə zidd tərtib edilib. Həmin sənədlərə deyil, bizə ağ vərəqlərə imza etdirilib. Bəzən hədə-qorxu ilə bizə oxunmadan və ya elan edilmədən iradəmizə zidd olaraq idarə müdirlərinin Bakir Qurbanovun, Cavabdeh2 şəxsi maraqları və ya ambisiyaları üçün tərtib etdirilib. Bütün bunları nəzərə alaraq xahiş edirik, bizim imzalarımızla tərtib edilən aktlar, məlumatlar və digər sənədlər qanuna zidd olduğundan həmin sənədlər etibarsız hesab edilsin. Və həmin sənədlərin heç bir hüquqi qüvvəsi olmadığı nəzərə alınsın». X33 ərizə-izahatında bildirib ki: «2019-cu ildən X168 ərazisində İddiaçı İslam oğluna məxsus 50 ha aqro-bağda suçu vəzifəsində işləyirəm. İşlədiyim müddətdə aqrobağda 29.5 ha qoz ağacları, 20 ha fındıq kolları, 05 ha nar ağacları əkilmişdir. Hətta 2020-ci ilin payızında da əlavə 11.232 ədəd fındıq ağacları əkildi. İşlədiyim müddətdə 2022-ci ilin may ayının əvvəllərindən Cavabdeh2 Bərdə RMTM-də direktor işlədiyi vaxt Rəşadgildən 20.000 manat hədə-qorxu ilə pul tələb etməyə başladı. Pulun verilməyəcəyi təqdirdə Cavabdeh2 hər cür pisliklər edəcəyini bildirib, aqrobağın suyunu kəsdirərək İddiaçı ağır xəsarətlər yetirtdirib, aqro-bağın ərazisinə heç bir texnika və fəhlələri və Ağdaş SSİ-nin texnikalarını və əməkdaşlarını əraziyə buraxmayıb, 50 ha aqrobağı məhv etdirdi». X25 ərizə-izahatında bildirmişdir ki: «Məcburi köçkün olaraq X124 məskunlaşmışam. 2019-cu ildən İddiaçı İslam oğluna məxsus 50 ha aqro-bağda gözətçi vəzifəsində işləmişəm. İşlədiyim müddətdə bizim də iştirakımızla 4200 ədəd qoz ağacı, 500 ədəd nar və 11232 ədəd fındıq ağacları əkilərək bütün texniki qulluqlar edildiyindən və texniki qulluqlar düzgün edildiyindən 95 faiz ağaclar bitmişdir və sonradan əlavə fındıq ağaclarının cərgələri ilə 2020-ci ilin payızında əlavə fındıq kolları da gətirilərək əkilmişdir. Ağacların əkilməsini Səfqulu, Sadiq və meşə gözətçisi Bayramov Elşənin iştirakı ilə 30 nəfərə yaxın şəxslərin vasitəsilə ağaclar əkilib. Bərdə RMTM-nin direktoru Cavabdeh2 2022-ci ilin may ayının əvvəllərindən hədə-qorxu ilə aqrobağdan 20.000 manat pul tələb edərək, pulları ala bilmədiyindən və 20.000 manat pul verilmədiyindən İddiaçı ağır xəsarətlər yetizdirib, aqrobağın bütün sularını kəsdirib, aqrobağın işçilərini texnikaları və Ağdaş SSİ-nin əməkdaşlarını və texnikalarını aqrobağ ərazisinə buraxmayıb, 50 ha aqrobağı tamamilə məhv etdirdi. Həmin müddətdə meşəbəyi Hümbətov Ənvər və meşə gözətçiləri Mahmudov Zahir, Bayramov Elşən, Rüstəmov Sədullah, meşə gözətçiləri Cavabdeh2 əmrlərini icra edirdilər. Şikar Məhərrəmov, Müşviq Camalov, idarənin hüquqşünası Fuad və tanımadığımız bir neçə şəxslərlə ərazidə rekertlik edərək qadağalara nəzarət edirdilər. Hətta 20.000 manat hədə-qorxu ilə pulu ala bilmədiklərindən İddiaçı ağır xəsarətlər vurub, kəllə-beyin traması yetirdilər. Və aqro-bağı qəsdən məhv etdirdilər». X15 və şahid X44 ərizə-izahatlarında bildıriblər ki: «X124 İddiaçı İslam oğluna məxsus 50 ha aqrobağda 2019-cu ilin payız aylarında ağaclarının əkilməsi və ağaclara texniki qulluq edilməsində və suvarılmasında atam İbrahimov Səfqulu ilə birlikdə işçilərin aqro-bağa aparılıb gətirilmələrində işçilərin gedib-gəlməsi bizim tərəfimizdən təmin edilib. 50 hektar aqrobağın 29.5 hektar qoz, 20 hektar fındıq, 05 hektar nar ağaclarının əkilməsini bizimlə bərabər 20-22 nəfərdən ibarət işçilər əkiblər. Torpaqların gübrələnməsi, bütün yerin arat olunması, ağacların dərmanlanması, ağacların aralarının yabanı bitkilərdən təmizlənməsində, torpaqların yararlı vəziyyətə salınmasında və s. bütün işlər bizim iştirakımızla həyata keçirilib. Hətta 2020-ci ilin payızında da fındıq ağaclarının aralarına 11.232 ədəd fındıq ağaclarını da meşə gözətçisi Elşənin kəndçiləri ilə birgə bizim işçilər bərabər işləyib bütün texniki qulluqlar edildikdən sonra, fındıq ağaclarını əlavə olaraq əkiblər. Onu da qeyd etmək istəyirəm ki, 2019-cu ilin payızında 12.000 ədəd fındıq, 4.200 ədəd qoz və 500 ədəd nar ağacı əkmişdik. Onu da qeyd etmək istəyirəm ki, 2019-2020-ci il tarixlərində suvarılma və arat işlərində su nasoslarını arendaya biz təşkil etmişik, motorların su nasoslarının işə salınması bizim tərfımizdən təmin edilib. Nasoslarla suvardığımız hər bir hektara bir dəfə suvarmaya görə 20 manatdan icarə pulu ümumilikdə iki ildə 14 dəfə 50 ha aqrobağı suvarmışıq, suvarmaya görə 1 hektardan 20 manatdan icarə pulları almışıq. Qoz fındıq ağaclarının alınmasında biz, bizim fəhlələr və aqro-bağın işçiləri də orada olub. Yəni Türkiyədən gətirilən ağacaları 2019-cu ilin payız ayları və 2020-ci ilin əvvəllərində də həmin meyvə qoz fındıq ağaclarını tırlardan biz boşaltmışıq. Qoz ağacları dibi torpaqlı dibçəklərdə, fındıq ağacları isə kökləri torpaqla qara selofan torbalarda bağlı gətirilib». X1 və X80 ərizə-izahatında 2019-2022-ci il tarixinə qədər İddiaçı məxsus X88 50 ha Aqro-bağda Aqro-texniki işlərin onların və əlavə üç (traktor) nəfərin də orada işlədiklərini bildiriblər və gördükləri işlərin hektar başına pullarını aldıqlarını bildiriblər. Yuxarıda qeyd edilən sənədlərdən, şahid ifadələrindən və Ekologiya X213 Nazirliyinin audit yoxlamalarından və 8-9 saylı İdarələrin məktublarından da açıq aydın göründüyü kimi, qanun pozuntuları onlara məxsus aqro-bağda deyil, 13 saylı Bərdə RMTM-nin xidməti ərazilərində Cavabdeh2 rəhbərliyi dövründə Cavabdeh2 iş bilməzliyi, özünün də məhkəmədə bildirdiyi kimi, bu sahə üzrə heç bir bilik və təcrübəsinin olmamasından və şəxsi mənfəətlərinə görə baş vermişdir. Daha doğrusu, meşələri kürütdürüb yerlərində qarpız, yonca, arpa, buğda və digər kənd təsərrüfatı bitkiləri hektarını 400 manatdan sataraq əkdirmişdir və bütün bu hallar məhkəməyə də təqdim olunan yuxarıda qeyd etdiyi sənədlərdən, şahid ifadələrindən və video görüntülərdən də açıq aydın görünür. X202 Abuzər ərizə-izahatında bildirib ki: «İddiaçı İslam oğlunun adına olan X168 ərazisindəki 50 ha aqro-bağına 2019-cu ilin payızında 4200 ədəd Chandler qoz ağacları və 12600 ədəd yağlı fındıq ağacları olmaqla, 2020-ci il də əlavə olaraq 11232 ədəd yağlı fındıq ağacları olmaqla, ümumilikdə 23.832 ədəd yağlı fındıq və 4200 ədəd chandler qoz ağacları Nümayəndə satmışıq. Chandler qoz ağaclarının bir ədədi 20 manat olmaqla 84.000 manat, yağlı fındıq bir ədədi 5 manat olmaqla 12.600 ədəd fındıq ağacları 63.000 manat, 1.700 manat yol pulu da olmaqla 148.700 manat pul aldıq. Lakin 2020-ci ildə də yenidən əlavə yağlı fındıq bir ədədi 5 manatdan olmaqla 11.232 ədəd fındıq ağacı satıb 56.160 manat fındıq ağaclarına, 700 manat isə yol pulu aldıq. Cəmi, ümumilikdə yol pulu da olmaq şərtilə, 205.560 manat pul almışıq. Aqrobağa bu ağacların satılmasında və alınmasında bir çox şəxslər iştirak edib. X125, Mehtiyev Vasif, Bayramov Nurxan xx.xx.2024-cü il tarxidə birgə məhkəməyə ünvanladıqları ərizə-İzahatlarında bildiriblər ki: «İddiaçı İslam oğluna məxsus X168 ərazisindəki 50 ha Aqro-bağına 2019-cu ilin payız aylarında 4200 ədəd Chandler qoz ağacları və 12600 ədəd yağlı fındıq ağacları olmaqla 2020-ci ilin əvvəllərində də əlavə olaraq 11232 ədəd yağlı fındıq ağaclarının 2019-cu ilin payız aylarında, 2020-ci ilin əvvəllərində də Türkiyədən gətirilən Chandler qoz və yağlı fındıq ağaclarının təşkilində və alınınb-satılmasında biz də iştirak etmişik. Belə ki, 1 ədəd Chandler sortu qoz ağacını 20 manatdan və bir ədəd yağlı fındıq ağacını 5 manatdan hesablanaraq Nümayəndə tərəfindən ağacların alınıb pullarının ödənilməsinin şahidi olmuşuq. Ağaclar Türkiyədən gətiriləndə qoz ağacları dibi torpaqlı dibçəklərdə qara selofan kuloklarla bağlanmış, fındıq ağacları isə kökləri torpaqlı vəziyyətdə, qara selofan kuloklarda kökləri bağlı vəziyyətdə gətirilib». Bütün bunlar X37 tərəfindən və dövlət qurumları tərərfindən rəylərində göstərilib qiymətləndirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, X126, X186 Mərkəzi və Bərdə X196 Mərkəzinin və Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib etdikləri aktlarında, rəylərində və məktublarında 50 ha aqrobağa tərəflərin də iştirakları ilə video çəkilişlə baxışlar keçirilib. Rəylərində, məktublarında və digər sənədlərdə də yekun nəticə olaraq 20 ha fındıq (23.832 ədəd) və 23.5 hektar qoz (3192 ədəd) bağının qurumasına səbəb suvarılmaması olmuşdur deyə bildirilmişdir. Onu da bildirmək istəyir ki, Məhkəmə Ekspertiza Mərkəzinin əmtəəşunas eksperti məhkəmədə bildirib və rəyində də göstərib ki, çəkilən xərclərin hesablanması onların predmetə aid deyil, yəni onlar xaricdən gələn malları hesablaya bilmirlər. Və ona görə də bioloji ekspertin və məhkəmənin qoyduğu sualları cavablandıra bilmədiyini göstərmişdir. Onlar bundan sonra bir daha DAİM-nin elmi dərəcəsi olan aqranomu Vahid Allahverdiyevə və X38 ekspert və mütəxəssislərinə müraciət edib, aqro-bağa çəkilən ümumi xərclərlə bağlı və 43,5 ha ziyan dəymiş yerlə bağlı və gələcəkdə əldə edəcəkləri faydalarla bağlı rəy vermələrini xahiş etmişlər. Onların xahişlərinə əsasən rəy verib, məhkəmə iclas zalında iştirak edib tərəflərin verdikləri sualları da cavablandırmışlar. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə, eləcə də, məhkəmə iclasında aşkar edilmiş hallarla bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, məktublar onlara rəsmi şəkildə göndərilmədiyindən onların surətini məhkəməyə təqdim etmişlər. İddialarında cavabdehlərdən onlara vurduğu ziyan və gələcəkdə əldə oluna biləcək faydanın məbləği istənilir. Belə ki, cavabdeh 13 saylı Regı̇ onal X123̇nin keçmiş direktoru Cavabdeh2 göstərişi ilə nasos onların sahəsindən götürülmüş, bununla da onlara ziyan dəymişdir. Onu da qeyd edir ki, nasosun işlədilməsi ilə bağlı Ağdaş Rayon Suvarma Sistemləri İdarəsi ilə müqavilələri olmuşdur. Həmçinin aqrobağın icarə müqaviləsi də ləğv etdirilmişdir. Bütün bu məsələləri həll etmək üçün onlardan 20000 manat pul istənilmişdir. Onlar həmin məbləği vermədikləri üçün oğluna, yəni iddiaçıya xəsarət yetirdərək kəllə-beyin travması vurmuşlar. Buna görə də, halhazırda nitq fəaliyyəti yerində deyil. Xəsarət yetirilməsi ilə bağlı aidiyyətı orqanlarda araşdırılma aparılır. Bundan əlavə, Cavabdeh2 direktor kimi fəaliyyət göstərərkən traktoristlərə, işçilərə də göstəriş vermişdir ki, sahələrinə girməsinlər. İddia ərizəsində qeyd etdikləri 558000 manat onlara vurulan zərər və gələcəkdə əldə oluna biləcək faydanı əhatə edir. Bu məbləği sahəyə mütəxəsislər dəvət edərək müəyyən etmişlər. Aqrobağ 2022-ci ilin yay aylarında məhv olmuşdur. O, bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbayacan Respublikası Ekologiya X213 Nazirliyinə müraciət etmişdir. İddia tələbinə dair dəqiqləşdirilmə ərizəsində cavabdehlərin adlarında düzəliş etmişlər. Belə ki, iddia tələbindəki X198 Təsərrüfat Mərkəzinin keçmiş direktoru Cavabdeh2 adını, Cavabdeh2 kimi, həmçinin cavabdeh X198 Təsərrüfat Mərkəzini adı dəyişdirildiyindən 13 Saylı Bərdə Regı̇ onal X123̇ kimi dəyişdirmişlər. Bundan əlavə, Cavabdeh2 xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunmasını xahiş etmişlər, lakin ərizədə texniki səhvlik olub, belə ki, əmrin tarixi xx.xx.2021-ci ildir. Burada mübahisəli məqam yaranır, belə ki, həmin xx.xx.2021-ci il tarixində Cavabdeh2 orada işləmirdi. İddia tələbinə dair dəqiqləşdirilmə ərizəsində bütün çəkilmiş xərclərin siyahısını qeyd etmişlər. Gübrə, dərmanı bazardan almışlar. Bunun rəsmi çeki yoxdur. Qozu Türkiyə Respublikasından almışlar. Həmin şəxs dostu olduğu üçün ondan rəsmi sənəd almamışdır, lakin onunla əlaqə saxlayıb rəsmi sənəd istəyə bilər. Cavabdeh2 göstərişi ilə X121 İdarəsi onların sahəsində sudan istifadə etməklərinə icazə verməmişdir. Bu barədə aidiyyəti orqanlara müraciət etmiş, daha sonra su açılmışdır. Cavabdeh2 göstərişi ilə hətta fəhlələr belə sahələrinə girməmişdir. Buna görə hədə-qorxu ilə onlardan 20000 manat pul istəmişlər. Burada X121 İdarəsinin heç bir günahı yoxdur, sadəcə olaraq Cavabdeh2 onlara icazə verməyibdir. Bütün bu hadisələrlə bağlı oğluna xəsarət yetirib, ona kəllə-beyin travması vurublar. Onun ərazisində bu idarə narkotik bitkilər əkirdi. Aktda adı çəkilən şəxslər də narkotik bitkiləri əkən həmin şəxslərdir. Aqrobağda təxmini 25000-30000 ədəd ağac əkilmişdir. Onlar əkini şırım vasitəsi ilə selləmə qaydasında sulamışlar. Sənədin Cabbarovun onlara göndərdiyi möhürlə təsdiq olunmuş versiyasında da sənədin ili 2021 kimi qeyd olunmuşdur. Aqrobağa su avqust ayının sonundan etibarən verilmişdir. Cavabdeh2 şifahi göstərişinə əsasən 1 ayda 10 dəfə aqrobağa baxış keçirilmişdir. Zahir onun traktorunu Cavabdeh2 göstərişi ilə saxladığını bildirmişdir. Onlar 2-3 gün ərzində şəxsi nasosları vasitəsi ilə aqrobağı sulamışlar. Bu hadisə avqust ayının 11-dən sonra oldu. Bütün sahə avqust ayından sonra sulanmışdır. 23 ha ərazidə qoz ağacları quruyub, 6.5 ha-da qurumayıb ona görə ki, onlar həmin ərazini iyun ayının axırı, iyul ayının əvvəlində də şəxsi nasosları ilə qaçaq yolu vasitəsilə 4 gün ərzində sulamışlar. Məhkəməyə sübut qismində disk təqdim etmişlər. Hansı ki, 13 saylı Bərdə RMTM-nin hazırki rəhbəri Kamal Behbudovun da əraziyə baxış keçirdiyi həmin diskdən görünür. Xüsusi qərardad çıxarılması barədə vəsatətə Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin də adını qeyd etmişdir. Bu səbəbdən vəsatəti yenidən təqdim etmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi də həmin əraziyə baxış keçirmişdir. Məhkəmə prosesi gedişatında Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları pozulur. Belə ki, iclasda cavabdehə çıxışlar üçün daha çox söz verilir, vəsatətləri təmin olunmur, protokolda çıxışları düzgün qeyd edilmir. Qərəzli münasibət olduğu üçün etirazı əsaslı sayaraq işə sədrlik edən hakimin özünə etiraz etməyini xahiş edirlər. Qərardad qəbul edilərək, iş ekspertizaya yollandığı üçün 7 aydır ki, ağac əkə bilmirlər. Onun ərazisində ağacların bitdiyi, daha sonra yandığı da görünür. O, kiçik sahibkarlıqla məşğuldur və süründürməçiliyə görə ərazidə ağac əkə bilmir. O, məhkəmə iclası gedişatında işə sədrlik edən hakim tərəfindən zaldan çıxardılır. Şahidlərin dinlənilməsi ilə bağlı vəsatətlərİ təmin edilmir. Cavabdeh2 ilə hakimin ya hansısa əlaqəsi ola bilər, ya da onun aurası hakimə xoş gəlir ki, bununla da onlara qarşı ayrıseçkilik olunur. Cavabdehə çıxışlar üçün daha çox şərait yaradılmışdır. 3 ədəd disk təqdim etmişlər, lakin həmin sübutlar tədqiq edilməyib. Ənvər müəllim, Vüqar müəllim aktın saxta olduğunu etiraf edibdir. Qarşı tərəfə verdiyi suallar protokolda natamam şəkildə qeyd olunur. Məhkəmə iclasında saxta akta qol çəkən şəxslərin şahid qismində dindirilməsi barədə vəsatətləri təmin edilməmişdir. Həmin şahidlər məhkəmə iclasında dindirildikdə isə məhkəmə iclas zalından kənarlaşdırıldığı üçün şahidlərə suallarını ünvanlaya bilməmişdir. Zaldan ona görə çıxarılmışdır ki, ona qarşı şahid ”çoban” dedi, o isə şahidə cavabını verdi. Cavabdeh2 suallarını ünvanlaya bilməyi üçün ona şərait yaradılmamışdır. Cavabdeh2 qanunsuz nasoslar ilə bağlı tədbir görərkən kimə müraciət etdiyini, bu barədə şahidləri göstərə bilməmişdir. Onun nasosundan həmin ərazidə yoxdur. Onun həmin ərazidə yonca bağı da var. X76 Həsənov qohumunun olduğunu da bildirmişdir. X188 Sərvətlər Nazirliyinə ekspertizaya getməyinə etiraz etdilər və ora getmədi. Müqavilə əsasında dizel yanacağının pulunu o ödəyir. Müqavilə olmayan zaman, yəni 2019-2020-ci illərdə öz vəsaiti hesabına 2 ədəd kirayə nasos götürmüşdülər. Dizelin pulunu X121 İdarəsinə ödəmişlər. 2021-2022-ci ildə müqavilə əsasında yanacağa pul vermirdilər, suyun pulunu ödəyirdilər. Ekspertiza İdarəsi onlardan əvvəlki işə rəy verib, qiymətləndirilməsini də yerləşdirib. Eyni zamanda iş üzrə rəyi “Tap.az” –da qeyd olunan qiymətlərə əsasən müəyyən etmişdir. Traktorun çıxarılması 2023-cü ilin may ayında olub. Müqavilə imzalanıb imzalanan vaxtdan icarə haqqını ödəmişlər. Müqavilənin şərtləri pozulmayıb. Aktda yazılır ki, Rəşad qoyun otarıb ərazini məhv edir. Amma həmin ərazi əvvəllər də batıq kimi göstərilib. Onlar xidmətə ərizə ilə müraciət edib, aqrobağ qurmaq istəklərini bildiriblər. Sonra müraciət 13 saylıya göndərildi ki, baxılıb araşdırılsın. Gələcəkdə meşə əkini üçün nəzərdə tutulmayacağı üçün 13 saylı razılıq verdi. İdarənin müdiri Cahid Dadaşovla müqavilə imzalamışlar. 13 Saylı X102 Mərkəzindən şikayət edərkən Meşələrin inkişafı xidməti müraciətlərinə baxmayaraq, onlar da iddiaçıya ziyan vurulmasında iştirak edirdilər. 13 saylının işçiləri ona demişdi ki, nazirlikdən yoxlama gələndə Cavabdeh2 rüşvət verib, yoxlamanı göndərdi. Nazir onların şikayətlərini biləndən sonra Cavabdeh2 işdən çıxartdı. Ekspertiza mərkəzinə qəbula çox getmişdir. Orada onu qəbul edib, bir neçə dəfə rəyin hazır olduğunu desələr də, rəyi vaxtında vermədilər. Gecikdirib sonda da qiymətləndirə bilmədiyini bildirdilər. Məhkəmə Hüquq Şurasına və Ali Məhkəməyə 3 ədəd disk təqdim etmiş, disklərin 2 ədədində 38 ədəd video görüntü, 3-cü diskdə isə 7 ədəd video görüntü var. Qozu 20 manata, fındığı da 5 manata almışdır. Yol xərci üçün də 700 manat bir, 1700 manat da bir vermişdir. Bu il ilk dəfə qoz ağacında məhsul göründü. Amma ilk meyvə ağacları qırmasın deyə onları yığdırıb atmışdır. Fındıq ağacları, ümumiyyətlə quruyub. Heç bir fındıq ağacı qalmayıb. Pərvanə xanımın verdiyi rəyə etirazı yoxdur. Kamran Dünyamalıyevin verdiyi rəy ilə razı deyil. Onların bağının yanında ərik bağı var, hansı ki, ora Cavabdeh2 ferması deyirlər. Video çəkilişdəki su nasosu Meşə İdarəsinindir. İşləmir. Akt yazmaq üçün iplə ölçülür. Qarşı tərəf ölçü vasitələrindən istifadə edə bilmir. Onların ölçü vasitələri də yoxdur. İplə ölçürlər. Ənvər Hünbətov 37 hektara qol çəkib, ağac olmamasını üzərinə götürür. Başqa videolar da var, amma imkan edib yükləyə bilməmişlər. Meşəni bərpa edəcəkdiksə, işçiləri niyə işlədirlər, maraqlıdır. 12 nəfərin rəyinə əsasən müqavilə bağlanır. Onlar rəy verməsə, müqavilə bağlaya bilmərlər. Həmin rəy meşələrin inkişafı xidmətində qalır, 3 nüsxədə olur, biri də ondadır. Biznes plan meyvə ağacları üçün nəzərdə tutulub. Razılaşdırılıb. Razılaşma olmasa idi, rəy verilməzdi. Biznes plan tərtib edib, ərizə ilə müraciət etmişdir. Tək Ağdaş rayonunda 8 müqavilə var. Tərtər rayonunda da var. Aldığı 4200 ədəd qoz ağacının hamısı bitib. 100 faizilik bitiş olub. Dibçəkdə, qara salafanda, torpaqda, dibi də nəm şəkildə almış, hamısı da bitmişdir. Amma X2 göstərdiyi ağacların dibində dibçək yoxdur. Çıxardılır, qurudulur və satılır. O qiymətə Chandler ağacı yoxdur. 1 manata dediyi fındıqdan nə qədər desəniz ala bilər. Departamentin əməkdaşı Salmanovun məktubundan da görünür ki, onlar aqrobağ üçün müraciət etmişlər. Aqrobağ üçün müqavilə bağlamışlar. Meşə Məcəlləsinin 14-cü və 24-cü maddəsində açıq görünür ki, aqrobağ salına bilər. Aqrobağın meyvəsindən də istifadə edilə bilər. Eyni zamanda da müqavilənin 1-ci bəndinə də bunu yazıblar. Torpaq Məcəlləsinin 22-ci maddəsində də birbaşa göstərilir ki, meyvə ağacları əkib, meyvələrindən də istifadə edə bilərlər. Əkilmiş ağaclar dövlətə qalacaq. Meyvələrdən istifadə edə bilərlər. Meşə Məcəlləsinin 10-cu maddəsinə əsasən meşə fondu torpaqlarını istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir. Meşə Məcəlləsinin 22-ci maddəsində göstərilir ki, bu məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkisi ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarının meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə, icarəçiyə icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə bilər. Meşə fondu torpaqlarından icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri, məhsullar icarəçinin mülkiyyətidir. 51-ci maddəyə əsasən meşə fondu istifadəçilərin hüquqları bərpa olunmalıdır və onlara vurulmuş zərər ödənilməlidir. Zərərin ödənilməsi ilə bağlı olan mübahisələr məhkəmə qaydasında həll edilməlidir. Mülki Məcəllənin 347.6-cı maddəsinə əsasən yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəldilməyə yol verilir, lakin mübahisələndirməyə yol verilmir. Azərbaycan Respublikasının Ekologiya X213 Nazirliyi X90 Xidmətinin nümayəndəsi deyirdi ki, aqrobağ qeyd edilməyib, ona görə bunları deyir, əlavə izah da verə bilər. 22-ci maddədə açıq göstərir ki, meyvə ağacları, həqiqətən, əkilə bilər və onun meyvəsindən onlar istifadə edə bilərlər. Özləri də etiraf edir, yazdıqları məktublarda da təsdiq edirlər. Prezidentimizin aqrobağla bağlı fərmanı da var. Vaxtı ilə ona dedilər ki, torpaq onlarda qalacaq, özəlləşib onlara veriləcək. Sənədlər Nazirlər Kabinetinə verilmişdi ki, kim istəyir aqrobağ sala bilər. Bu məsələ o vaxtdan gəlir. Neçə illərdir ki, onlar kifayət qədər pul ödəmişlər. Bununla bağlı ildə 1300 manat pul ödəyirlər. Onların əsas hüquq və azadlıqlarının pozulmasına səbəb olduğundan Konstitusiyanın 26; 60; 71-ci maddəsində qeyd edilir ki, heç bir qanun vətəndaşın hüquq və azadlıqlarının pozulmasına səbəb olmamalıdır. Bərdədən gedib gəlməkləri uzaq olur deyə protokolla vaxtında tanış ola bilmirlər. Qeydi vaxtında verə bilmirlər. Məhkəmə Hüquq Şurası yeni sistemi yaradanda şəffaflıq və açıqlıq olsun deyə iclas protokollarını da nəzərdə tutulub. Köhnə qanunlarda qərardada əsasən tanış olurdular. Köhnə qanunla yeni arasında ziddiyət olduğu üçün xahiş edirlər ki, Konstitusiya Məhkəməsi bu maddələri şərh etməsi üçün məhkəmə tərəfindən müraciət edilsin. Nazirə şikayət edəndə o, ərizəsində də qeyd etmişdir ki, Cavabdeh2 suyunu kəsib. Nazirə ərizə yazanda orda qeyd etmişdir ki, ondan 20 min manat rüşvət istənilib. Verməyəndə suyunu kəsib. Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən etiraz vermə müddəti 20 gündür ona görə də qarşı tərəf etiraz vermə müddətini pozubdur. Mərkəzin direktoru və Azərbaycan Respublikasının Ekologiya X213 Nazirliyi X90 Xidmətinin direktoru göstəriş verib, 4-5 dəfə məhkəmədə izahat verən şəxslərə zorla saxta izahatlar yazdırsınlar. Onlara- Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə iltizam imzaladılan şəxslərə yenidən izahat yazdırıblar. İş məhkəmə baxışındadır. Qarşı tərəfin verdikləri vəsatətlər təmin edilməməsini xahiş edir. Xahiş edir ki, iş materialları ilə düzgün tanış olsunlar. Onlardan video çəkiliş ilə soruşmuşam ki, özünüz imzalamısınız? Onlar da qəbul edirlər ki, özləri yazıb imzalayıblar. Ənvər Hünbətovun məsələsində apellyasiya məhkəməsində saxta sənədləri Ülvi müəllim müdafiə edirdi. Ülvi müəllim qərəzlidir. Xahiş edir ki, barəsində ya cərimə yazılsın, ya da vəkillər kollegiyasına məktub yazılsın ki, işdən çıxarılsın. Müqavilənin bağlanmasında Meşələrin İnkişafı Xidmətinin möhürü olduğu üçün müqavilənin pozulmasına göz yumub onlara külli miqdarda ziyan vurublar. Ona görə cavab verməlidirlər. Cavabdeh2 qanunsuzluqlarına şərait yaratdılar. 20 min rüşvəti vermədiyi üçün əlbir olub onlara qarşı belə elədilər. Cavabdeh2 özü də qəbul elədi ki, o nazirə demişdir ki, Cavabdeh2 ondan 20 min rüşvət istəyir. O, nazirə suyun kəsilməsini də demişdir. Mərkəzin rəhbərliyi şərait yaratdı ki, onlara bu qədər ziyan dəyib. Qaçqınların adına olanları da onlara yazırlar. Olmayan qoyunlar, guya meşə ağaclarını yeyib məhv edir. Vəkil deyir ki, yolların qıraqları ilə bağ salınmalıdır. Müqavilənin möhürü də Meşələrin İnkişafı Xidmətinindir. Ona görə bu işdə məsuliyyət daşıyırlar. İddia tələbləri ilə bağlı qiymətləri də X38 verdiyi rəylərə uyğun tələb edirlər. Bağda hal-hazırda 1008 ədəd qoz ağacı qalıb. Cavabdeh2 3 ədəd nasos, 2 ədəd də 50 tonluq çən satıb. Onların nasosunu oraya qoymaq üçün 15 gün vaxt lazımdır. Orada qanunsuz nasos olmayıb. Onların nasosu qanunsuz deyil. Onların ərazisinə xidmət göstərən nasosun sahibi X121 İdarəsidir. Müqavilənin şərtində də göstərilir ki, müqavilə ilə bağlı mübahisə olarsa, məhkəmə qaydasında həll edilir. Məhkəmə müqavilənin ləğvi ilə bağlı qərar qəbul etməyib. Müqavilə ləğv edilməzdən əvvəl bildiriş göndərilməyib. Poçt göndərişini təsdiq edən sənəd yoxdur. İddiaçı İslam oğlunun izahatı ilə razıdır, iddiaçı izahatında kifayət qədər açıqlamışdır. Öncəki iclasda Fuad müəllim də etiraf etmişdir ki, günah Cavabdeh2dır. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə, eləcə də, məhkəmə iclasında aşkar edilmiş hallarla bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etdi. Cavabdeh 13 saylı Regional X74 nümayəndəsi X131 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, həmin aqrobağda heç bir iş görülməmişdir. 50 ha aqrobağda hər yer səliqəsiz vəziyyətdədir. Cavabdeh2 rəhbərliyi dövründən qabaq da həmin əraziyə baxış keçirilmişdir. Müqavilənin 5.10-cu bəndində qeyd olunmuşdur ki, müqavilə Baş İdarə tərəfindən qeydiyyatdan çıxardıldıqdan sonra müqaviləyə xitam verilmiş sayılır. Əsasnamədə də qeyd olunduğu kimi, 13 Saylı Bərdə Regı̇ onal X123̇ regional İdarədir, ayrıca hüquqi şəxs deyildir. O, hüquqşünasdır, aqrobağa işçilər baxış keçirib, aktı hazırlamışdır. O isə hüquqşünas kimi vəzifə sələhiyyətini həyata keçirmişdir. İcarə müqaviləsini 13 Sayli Bərdə Regı̇ onal X123̇ ləğv etmişdir. Məhkəməyə təqdim etdiyikləri xx.xx.2022-ci il tarixli sənədin tarixi texniki səhvlik edilməsi nəticəsində xx.xx.2021 kimi qeyd olunmuşdur. Müqavilənin xitam olunması qeydə alınmışdır. Müqavilənin 4.1.1, 4.1.2, 4.1.5. və 4.1.7-ci bəndləri pozulmuşdur. Belə ki, 4.1.1-ci maddə üzrə icarəçi tərəfindən meşə qanunvericiliyinin tələbi ərazidə bostan bitkiləri, yonca əkilərək pozulmuşdur. 4.1.2-ci maddədə qeyd olunmuş icarə haqqı icarəçi tərəfindən ödənilmiş, əraziyə ağaclar əkilmişdir. Əmrin tərib olunmasında o iştirak etməmişdir. 4.1.5ci maddəsi üzrə ərazidə alaqlar, otlar təmizlənməli idi. Eyni zamanda icarəçi tərəfindən ərazidə su hövzəsi təmin edilməli idi. 4.1.7-ci maddəsi üzrə meşə ərazisinin təhlükəsizliyi təmin edilməli idi. Meşə gözətçisinin vəzifə təlimatında əraziyə nəzarət etmək qeyd olunmuşdur. Camalov Müşfiqdən başqa sözügedən aktı imzalayan bütün şəxslər məhkəmə iclasında dindirilmişdir. O, idarənin sabiq işçisi olduğu üçün məhkəmə iclasında dindirilməyib. 11 aprel 2022-ci il tarixli akta imza etmiş, həmin aktda 39.4 ha X30 adına batıq yazılan qeyddə Qarxun ərazisində 90 ha yonca sahəsi və 80 ha Qaradeyin ərazisində yonca sahələri olduğunu təsdiqləyir. Bir meşəbəyliyn ərazisindəki 170 ha yonca sahəsi müdriyyətin dolanışığı üçündür. Ənvər Hümbətov sonradan işə bərpa olundu. Müqavilə onlarla bağlanıb, təsdiqlənmək üçün Meşələrin inkişafı Xidmətinə göndərilir. Müqaviləni həmin vaxtki müdir Cahid Dadaşov imzalayıb. Vətəndaş Meşələrin inkişafı Xidmətinə ərizə ilə müraciət edir. Həmin müraciət üzrə əraziyə baxış keçirmək üçün onlara tapşırıq gəlir. Onların idarəsi verilən koordinatlar üzrə əraziyə baxıb, uyğun olub olmaması ilə bağlı cavab verirlər. İdarənin cavabdehlik üçün müstəqil balansı yoxdur. İcarə haqqı onların hesabına yüklənir. Müstəqil müqavilə bağlamaq hüququ əsasnamədə təsbit olunsa da, faktiki olaraq xidmətin razılığı olmasa, müqavilə bağlaya bilmirlər. Onlar məktub yazır ki, vətəndaşla müqavilə bağlamağa narazı deyillər. Daha sonra müqavilələr Xidmətdə imzalanır. İddiaçı ilə mübahisə olan zaman xidmətin rəhbəri Xalqverdi Hüseynov idi. Cabbar Qəribov isə müavin idi. Meşəbəyilər səs-küy salıb mane olmurlar, sadəcə yaxınlaşıb bağa girməmələrini bildirirlər. Bərdə rayon Məhkəməsində təqsirləndirilən şəxs kimi X132 barəsində cinayət işi gedir. Meşə fonduna dəymiş ziyanlarla bağlı öz adlarından iddia verib, məhkəmədə cavabdeh kimi çıxış edə bilirlər. Təxminən 5-6 müqavilə var. Nə əkildiyini bilmir. O, sahəyə çıxmır. Onların heç bir aqrobağla arasında problem olmayıb. Sadəcə Cavabdeh2 işlədiyi dövr ərzində iddiaçı ilə onun arasında olan mübahisə ilə bağlı nə X91, nə də Azərbaycan Respublikasının Ekologiya X213 Nazirliyi X90 Xidməti məsuliyyət daşımır. Onlar heç bir öhdəlik götürməmişdir. Öhdəliyi iddiaçı götürmüşdür. Şikayət əsasında əraziyə baxılıb akt tərtib edilib. Aktın biri təhvil-təslim aktıdır. Biri də iddiaçıya mal-qara otarmağı ilə bağlı tərtib edilən aktdır. xx.xx.2022-ci il tarixli akt heyvan otarması ilə bağlı yazılan aktdır. xx.xx.2022-ci il tarixli aktt isə təhvil-təslim aktıdır. Ərazi batıq deyildi. Təhvil-təslim aktına əsasən Ənvər Hümbətov işdən çıxarılmışdı. Sonradan müəyyən olundu ki, hesablama səhv aparılıb. Ona görə də, Ənvər Hümbətov işə bərpa edildi. Qarpızı bilmir. Qarpız əkilməsinin sənədi olmayıb. O nasosla bağlı məlumatı yoxdur. Ərazidə qırmızı nasosdan başqa nasos görməmişdir. Anar müəllimin fikirlərinə qoşulur. İddiaçı qanunsuz hərkətləri ilə bağlı aktlar tərtib edilib. Cavabdeh2 rəhbərliyi dövründə hər hansı səbəbdən məktub yazıb müqaviləni ləğv etməyinə onlar məsuliyyət daşımırlar. Bütün öhdəlik Cavabdeh2 və Suvarma Sistemlər idarəsinin üzərinə düşür. Bütün məsuliyyət Cavabdeh2 aiddir. Yaxşı rəhbərlik etməyib ki, bu gün burada cavabdeh kimi çıxış edirlər. Sahibkarlara ziyan vurulmasını istəməzdilər. Cavabdeh2 işlədiyi dövrdə başqa heç kimin müqaviləsi ləğv edilməyib. Cavabdeh2 idarəçiliyi dövründə onun haqqında təqdimat yazaraq, onun işlərinə yaxın buraxmamışdır. Qeyri-rəsmi onu işdən uzaqlaşdırmışdır. Müqavilə ləğv edilməzdən əvvəl qarşı tərəfə bildiriş verilməyib. Çox şəffaf məhkəmə prosesi getmişdir. Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi sahibkarlara hər zaman dəstək vermişdir. Bunun nümunəsi olaraq da meşə fondu torpaqlarının müqavilələrlə sahibkarlara verilməsidir. 13 saylı X102 Mərkəzi Cavabdeh2 müqaviləni ləğv etməsi ilə bağlı məsuliyyət daşımır. Bu səbəbdən, iddianın 13 saylı X102 Mərkəzinə münasibətdə təmin edilməməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi X90 Xidmətinin nümayəndəsi X117 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, burada göstərilən akt Nazirliyin aktıdır. Həmin aktın saxta olması ilə bağlı hansısa bir qərar və ya ekspertiza rəyi olmadan Nazirliyin aktını şübhə altına almaq olmaz. İddiaçının etirazı əsassızdır. Müqavilə aqrobağ üçün nəzərdə tutulmayıb. Müqavilənin şərtləri pozulub. Müqavilənin 4.1.1 və 4.1.2 ci bəndləri pozulduğu üçün müqavilə ləğv olunmalı idi. Amma müqavilə qaydalara tam əməl olunmadan pozulub, bildiriş göndərilməyib. Aqrobağ plana uyğun qurulmadığı üçün müqavilə tələbi pozulub. Həmin planın pozulduğunu aktlarla müəyyən olunub ki, müəyyən olunmuş qaydada və vaxtda bağ salınmayıb. Aktın saxta olmasına hüquqi qiymət verilməyib. Müqavilə heç qüvvəyə minməyib. Aktlarla əlaqəndirirəm. Müqavilənin pozulması düzgün ardıcıllıqla olmayıb. Oraya su verilib. Quruma suya görə olmayıb, baxım yaxşı olmayıb deyə quruyub. Mütəxəssislərin də dediyinə görə, 1 hektara minimum 2 nəfər xidmət göstərməlidir. 50 hektar ərazi üçün də 100 nəfər işçi lazımdır ki, aqrobağa lazımi qulluq olunsun. Video çəkilişdə görünən kəsilən ağaclar ilə bağlı cinayət işi gedir. Bostanlarla bağlı da tədbirlər görülür. İddiaçının özü də 30 ildir istədiyi kimi hərəkət edib əkin etmişdir. 9 saylı regional idarənin xx.xx.2022-ci il tarixli aktında da iddiaçının bağını bostan etdiyi ilə bağlı akt tərtib edilib. İşçiləri işlərini normal yerinə yetirmədikləri üçün qarşıları alınmayıb. Ola bilər ki, videoda düşməyib, amma o, akt üçün müraciət etmiş, onlar bu aktı təqdim etmişdir. Bu müqavilə meşə bərpa tədbiri üçündür. 214 saylı Nazirlər Kabinetinin qərarına baxmışdır. Müqavilənin məzmunu deyir ki, icarəyəgötürən öz cibindən pul xərcləyib meşə bərpa tədbirləri görməlidir. Orada aqrobağla bağlı heç bir müddəa göstərilməyib. İcarənin mahiyyəti ondan ibarətdir ki, meşələri öz hesabına bərpa etməlidirlər. xx.xx.1998-ci il tarixli nazirliyin əmrində göstərilir ki, meşə fondu torpaqlarının icarəyə verilməsi ilə bağlı müqavilə Xidmətdə təsdiq edilməlidir. Onlar Nazirliyə tabedirlər. 13 saylı mərkəz isə onlara tabedir. Müstəqi balansları da, VÖEN-ləri də var. Məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış edə bilirlər. 214 saylı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müqavilə nümunəsi əsasında müqavilə bağlanıb. Həmin rəy mərkəzdə, Nazirlikdə, xidmətdə də var. Bağ salına bilər, amma xeyir götürmək üçün deyil. Dələduzluq yoxdur, sadəcə rəydə yazıla bilər ki, meşə bərpa tədbirləri üçün icarəyə verilsin. Ərizədə nə qeyd edilsə də, müqavilə meşə bərpa tədbiri üçün imza edilib. Bir də təqdim etdikləri biznes layihə xidmət tərəfindən təsdiq edilməyib. Biznes plana möhür vurulub, razılaşdırılmayıb. İddiaçılar təqdim etdikləri layihədə qeyd edirlər ki, 7 nəfər adamla bağa qulluq ediləcək, ancaq o qədər ağaca və əraziyə 7 nəfərlə qullluq göstərə bilməz. Şahidlərdən izahatın alınmasını o demişdir. Onlar Bakıda işləyir, ona görə də xahiş etmişdir ki, şahidlərin izahatı regionda alınsın. Daha əvvəl yazılan aktların saxta olduğunu bildirən izahatları olduğunu keçən həftə gördüyü üçün şahidlərin yenidən izahat alınmasını xahiş etmişdir. Sistemə adları çəkilən şahidlərin izahatı daxil edilib. İzahatda qeyd edilib ki, əvvəlki aktlara onlara məcburi qol çəkdiriblər. Cavabdeh2 bu sənədlə rəhbərliyin yanına gəldikdə, rəhbərlik ondan işi araşdırmağını istəyib. O isə Mərkəzə zəng etmişdir ki, onların təkrar izahatı alınsın. Oraya gedəndə izahatların alındığını görüb. Şahidlərin heç biri yazdıqlarını oxuya bilmirdi. Gözətçilər dedilər ki, Ənvər gətirdi, biz də qol çəkdik. O, Ənvərdən soruşanda ona deyib ki, Cavabdeh2la ədavəti var, ona görə əsəbindən nə gətirsələr, qol çəkib. Keçən iclas onları gətirmişdir ki, izahat versinlər. Sonra məhkəmədən çıxanda şahidlər yazdıqlarını dandılar. Mərkəzdə işləyənlərin 80-90 nəfəri güllələnməlidir. Onlar dediklərini danırlar. Ona görə xahiş edir ki, gəlsinlər desinlər görək onlara nə cür təsir göstərilib. Nazirliyinin cəlb edilməsini istəmir. Xidməti təmsil etmək üçün buradadır. İzahatları alanda dedilər ki, iddiaçı tərəf yazıb gətirib, onlar da qol çəkiblər. Nə xidmətin, nə də Mərkəzin məsuliyyəti yoxdur. Əgər Cavabdeh2 məktubuna görə su kəsilmişdisə, sonradan yenidən müqaviləni necə bağlayıb, uzada bilərdilər. Su idarəsinin problemidir. Onların problemi deyil. Əgər mane olan var idisə, polisə məlumat verməli idilər. Su idarəsi öz öhdəliyini yerinə yetirməli idi. Xidmətin heç bir günahı yoxdur. Su idarəsinin müqaviləsi var idi. O, öhdəliyini yerinə yetirməli idi. İşçilər dedilər ki, 3 ədəd nasos olub. Neçə ədəd nasos olduğunu Cavabdeh2 görmürdü. Onlar ehtiyac olmayan nasosun götürülməsini demişdilər. Cavabdeh2 məktub yazıb ki, əsassız nasosu götürsünlər. Əraziyə girməyə icazə verilmədiyi üçün münaqişə yaranıb. Ona da icazə verilməyib ki, əraziyə girsin. Ondan arayış istəyiblər. Meşə fondu torpağına girmək üçün arayış istəyirdilər. Müqavilə ləğv edilib, müqavilə yoxdur. Biznes plan yoxdur. İddiaçıya su verməyi onlar yox, su idarəsi öhdəlik götürmüşdür. Məhkəmə proseslərində iddia ərizəsinə münasibətdə verdikləri etirazı müdafiə edir. İddianın Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi X90 Xidmətinə münasibətdə təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, 13 Saylı Bərdə Regı̇ onal X123̇nin mütəxəsisləri sahəni gəzərkən aşkar edirlər ki, iddiaçının aqrobağında su anbarı təşkil olunmayıb və aqrobağ səliqəsiz vəziyyətdədir. İcarə müqaviləsi Nazirliyin əmri əsasında ləğv olunubdur. Belə ki, Baş İdarədən gələn rəsmi məktubda qeyd olunmuşdur ki, aqrobağ şərtlərini pozan şəxslərin müqavilələri ləğv olunmalıdır. O da öz vəzifə səlahiyyətini həyata keçirərək bu aqrobağ barədə lazımı tədbiri görərək, Nazirliyə müraciət etmişdir. Hal-hazırda 13 Saylı Bərdə Regı̇ onal X123̇nin direktoru vəzifəsində fəaliyyət göstərmir. Bəli, tərəfindən ağaclar əkilmişdir, bu hal dövlət tərəfindən tənzimlənir. Su İdarəsinin onların quruma heç bir tabeçiliyi yoxdur. Belə bir hal baş versəydi, onlar bu barədə şikayət verə bilərdi. O, məktubla rəsmi qaydada aidiyyəti quruma müraciət etmişdir ki, qeyri-qanuni fəaliyyət göstərən nasosları götürsünlər. Bunu etmək onun vəzifə borcudur. Onda rəsmi sənəd var, hansı ki, sənəddə qeyd olunur ki, sözügedən arqobağa xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, aqrobağda tinglər yoxdur. Bundan əlavə, xx.xx.2021-ci il tarixdə əmr tərtib edilib və orada qeyd olunmuşdur ki, aqrobağda əkilmiş fındıq tingləri qurumuş, qoz tinglərində isə aqro-texniki qaydalara riayət edilməmişdir. Bir sözlə, demək istədiyi odur ki, sözügedən aqrobağ ondan əvvəl də düzgün aqro-texniki qaydalara riayət edilmədən işlədilirdi və ərazidə qeyri-qanuni bitkilər əkilirdi. Qeyd etdiyi akt ondan əvvəl çalışan rəhbərin vaxtında tərtib edilmişdir. O, heç nəyə yalnız qərar verməmişdir, Baş İdarəyə aqrobağın vəziyyəti barədə məlumat vermişdir, sonuncular da müvafiq qərar qəbul etmişdir. Həmin qərarı məhkəməyə təqdim edəcək. O, Baş İdarəyə ünvanladığı məktubda sadəcə olaraq onu qeyd etmişdir ki, qeyri-qanuni nasoslar götürülsün. O, müqavilənin 1.11 və 1.12-ci bəndinə əsasən müqaviləyə xitam vermişdir. Bundan əlavə, onu da qeyd edir ki, ondan əvvəlki rəhbərin vaxtında da dəfələrlə bu aqrobağ barədə aktlar tərtib edilmişdir. O həmin əraziyə getməmişdir. Oraya müvafiq mütəxəsislər gedib, ağacları müəyyən etmiş və alaqların çox, bərbad vəziyyətdə olduğunu bildirmişlər. Qeyd edir ki, aqrobağda qeyriqanuni bostan bitkiləri əkilmişdir. Biznes planda qeyd olunmuşdur ki, bu cür sulama olmaz, həmçinin aqrobağ müqaviləsində qeyd olunmuşdur ki, müqavilə şərtləri biznes plana uyğun şəkildə müəyyən edilməlidir. İcarə haqları borcu olmayıb, əkin etməyiblər. xx.xx.2021-ci il tarixli əmrdə texniki səhvlik olubdur. Belə ki, həmin əmr 2022-ci ildə tərib olunmuşdur. Onun barəsində əvvəllər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq aparılıbdır. Müqavilə kim ilə bağlanırsa, həmin şəxs tərəfindən də ləğv edilir. Səlahiyyətli şəxs kimi müqaviləni ləğv etmişdir. Bu hal tək cavabdehə məxsus deyil. Müqavilələr bu cür ləğv olunur. İddiaçı başqa Yevlax, Tərtər rayonlarında olan bir neçə nəfərin də müqaviləsi ləğv olunmuşdur. Belə ki, o, cəmi 1 il işləmiş, qeyd etdiyi məsələni həll etmək onun dövründə mümkün olmamışdır. O, işçilərinin ona verdiyi məlumata etimad etmişdir. O, məktubda qeyd etmişdir ki, müqavilə ilə olan yox, qeyri-qanuni nasosları götürülsun. O bu barədə 2 məktub yazmışdır. Ona şər-böhtan atılır. O, işlədiyi dövrdə İddiaçı pul istəməmişdir. Onları ilk dəfə nazirin qəbulunda görmüşdür. Heç kimi aqrobağa göndərməmişdir ki, traktoru ərazidən çıxartsın və ya işçinin aqrobağa girməsinə icazə verməsin. O, Su İdarəsinə 2 məktub yazmışdır. 2-ci məktubda hər şeyi aydın qeyd etmişdir. Qeyd etmişdir ki, müqaviləli nasosların yox, qeyri-qanuni nasosların fəaliyyəti dayandırılsın. Bük meşəbəyliyinə dəfələrlə işçi göndərmişdir, ancaq onlar orada müqavimətlə qarşılaşmış, döyülüb, söyülmüşdülər. O, həmin əraziyə buna görə getmirdi ki, eyni davranış ona qarşı da olmasın. Bük meşəbəyliyində onların nasosu da, İddiaçı nasosu da var. O, X121 İdarəsinə İddiaçı icarə müqaviləsinin ləğv edilməsi barədə əmrinin surətini qarşı tərəfi məlumatlandırmaq üçün göndərmişdir. Onun heç kimə traktorun saxlanılması barədə göstərişi olmamışdır. Aqrobağın şərtləri pozulmuşdur. Həmin ərazidə 3 ha yonca, 20 ha qarpız, 8 ha taxıl əkilmişdir. Əgər avqust ayında su kəsilmişdisə, həmin bostan bitkiləri necə sulanmışdır? O, əmri özündən əvvəlki və özünün dövründə tərtib edilmiş aktlar əsasında tərtib etmişdir. 6,5 ha ərazidə ağacların qurumayıb, digər ərazilərdə quruması qəribədir. Mütəxəssis əraziyə baxış keçirilməsinə onu da dəvət etməli idi. Torpaqdan, ağacdan nümunələr götürülüb laborotoriyaya təqdim edilməli idi. 3192 ədəd qurumuş ağac dik vəziyyətdə dayanmalıdır. Mütəxəssis rəyini əsaslı hesab etmir. Ağdaş Rayon Suvarma Sistemləri idarəsi ilə onların heç bir əlaqəsi yoxdur, su ilə bağlı yaranmış vəziyyətə onlar cavabdeh deyil. Mütəxəssis aqrobağda 3000-dən artıq qoz ağacı olduğunu, ağacların 3-4 m uzunluğunda olduğunu bildirir. Bu doğru deyil, buna görə də xahiş edir ki, məhkəmənin iştirakı ilə aqrobağa baxış keçirilsin. Aqrobağa baxışda şəxsən iştirak etməmişdir. Mütəxəssisin rəyi düzgün hesab etmir. Hakimə etirazda qeyd edilir ki, hakim ilə onun hansısa qohumluq əlaqəsi var. Onun heç kimlə nə qohumluq, nə də başqa bir əlaqsi yoxdur. Əsassız olaraq şər böhtan atırlar. Etiraz tamamilə əsassızdır. O heç kimə elə tapşırıq verməmişdir ki, ərazidən çıxsın. Onu deyən işçilər onun adından istifadə ediblər. O, sadəcə suvarma idarəsinə məktubla müraciət etmişdir ki, meşə ərazisində olan artıq, lazımsız nasoslar sökülsün. Belə ki, bildirilirdi ki, ərazidə qarpız, yonca əkilir. O buna görə həmin qanunsuz nasosların götürülməsini istəmişdir. Müqavilə əsasında olan nasoslara aidiyyəti yoxdur. O, balaca, icazəsiz quraşdırılan nasosların sökülməsi barədə məktub yazmışdır. Əgər həmin vaxtı iddiaçının nasosları sökülüb, ona ziyan dəymişdirsə, niyə o zaman məhkəməyə şikayət etmirdilər? O, orada müdir işləyəndə vətəndaşlar əraziyə gizlin bir şəkildə çoxlu, qanunsuz nasoslar yerləşdirirdilər. X121 İdarəsinə aid olan Bük meşəbəyliyində 2 ədəd qanuni nasos olmuşdur. Onlardan biri onların mexanizasiya idarəsinin nasosu, digəri isə iddiaçının nasosudur. Qarpız əkən həmin şəxslər qanunsuz nasoslardan istifadə edirdi. Çünki aqrobağda bostan bitkilərini əkmək qeyri-qanunidir. O, bu halların qarşısını almaq istəyirdi. Nasosları götürəndən sonra ona müraciət etməyiblər ki, nasos quraşdırılsın. Onun su idarəsinə əmr verməyə, ya da göstəriş verməyə səlahiyyəti yoxdur. O, sadəcə onlardan xahiş edə bilər. Buna görə iddiaçının ağacları quruyubsa, bu hissədə ondan yox, su idarəsindən şikayət etməlidirlər. Ondan yalnız müqavilənin qanunsuz ləğv edilmə halı olmuşsa, şikayət edə bilərlər Hərəsi bir tarix deyir. Ona sual verilmişdir ki, niyə məktub yazırdı ki, su nasosları çıxarılsın. Kənd əhalisinin dolanışıq yeri meşə ərazisidir. Qanunçuluğa görə qeyri-qanuni əkinlər kürüdülüb, yerində ağac əkilməlidir. O, 1 il 1 ay orda işləmiş, heç kimin suyunu kəsməmişdir. Sadəcə yuxarı orqanlar ondan tələb edəndə əlində sənəd olsun ki, tədbir görmüşdür. O, işə təzə başlayanda işçilərdən meşələr barədə məlumat soruşanda Bük meşəbəyiliyindən söhbət gedəndə ona demişlər ki, Məmiyevgilin orda 600 baş xırdabuynuzlu, 100 baş iribuynuzlu heyvanı meşə ərazisini məhv edirlər. Sonuncular onları oraya girməyə icazə vermirlər, girəndə onları döyüb qovublar. O, Məmiyevgilin ağsaqqalını dəvət edəndə qardaşı Məhəmməd adlı ağsaqqal gəlmiş, söhbət etmişlər. O, sonuncudan bostan soruşanda, bostanın olub-olmadığını soruşanda bostanın yox, taxılın olduğunu bildirmişdir. O, sonunculara meşəyə zərər verilmədən təsərüfatını saxlamağa icazə vermişdir. Bir müddət sonra Bük meşəbəyliyinin sulanması üçün işçilərə göstəriş verən Gürşad demişdir ki, onlar əraziyə girə bilmirlər, onları döyürlər. O da göstəriş vermişdir ki, gedib nə qanunsuzluq görsələr aktlaşdırıb tədbir görsünlər. Sonra nazir qəbul edəndə o da idarə müdiri kimi orada olmuşdur. Sonra nazir onu çağırmışdır ki, vətəndaşlar gəlib deyir ki, o, 20 min manat pul istəmişdir. O, sonuncuları görmədiyini deyəndə demişlər ki, işçiləri vasitəsi ilə telefonla pul istəyib. Vətəndaşlar gedəndən sonra o, nazirə olanları məruzə etmiş, nazir də göstəriş vermişdir ki, qanuni tədbir görsün. O da gəlib aktlar əsasında müqavilənin 1.11 və 1.12-ci bəndlərini rəhbər tutaraq müqaviləni ləğv etmişdir. O əraziyə qulluq göstərilməsi üçün ən azı 100 nəfər işçi olmalıdır. Bunlar vergi ödəyicisi olan fiziki şəxslərdir. Əmək müqaviləsiz işçi işlətməməlidirlər. Su idarəsinin verdiyi yanacaq sərfiyyatında da göstərilir ki, onlara su verilib. Su idarəsi bunlardan qorxur. Onun məktubunun su idarəsi üçün rəsmi əmr kimi xarakteri yoxdur. O, heç kimə göstəriş verməmişdir ki, traktor qabağı kəs, su sulayanın qabağını kəs. Ruslan Əhmədov keçən dəfə qeyd edir ki, guya sonuncunu o yollamışdır. Ancaq sonuncu, həmin vaxt həmin meşədə işləmirdi. Orada işləmədiyi halda necə ola bilər ki, o, sonuncuya elə tapşırıq versin. O, müqavilənin 1.11 və 1.12-ci maddələrini rəhbər tutaraq müqaviləni ləğv etmişdir. İyunun 1-də müqavilə ləğv olunub, 2022-ci ilin iyun ayının 28-də video çəkib təqdim etmişlər. Videodan da görünür ki, orada ağac olmayıb. O, su idarəsinə məktub yazanda, su idarəsinin müdiri ondan şikayət verə bilərdi ki, Cavabdeh2 ona mane olur. Üstündən 1 il keçəndən sonra ondan şikayət edirlər. 9 saylı regional ekologiya idarəsi də, meşə idarəsi də əraziyə baxanda görünür ki, orada əkin olmayıb. Necə olur ki, bu aktlar saxta olur. O, qərarları ona təqdim edilən aktlara əsasən yazmışdır. O, əraziyə getməmişdir. O, bu vətəndaşları bir nazirin qəbulunda, bir də məhkəmə prosesində görmüşdür. O, su idarəsinə məktub yazmışdır ki, qanunsuz su nasoslarını götürsünlər. Onun məktubu əsas vermir ki, kiminsə suyunu kəssinlər. Müqavilə ilə olan nasosu sonuncular onun məktubu əsasında götürməli deyillər. Onluq heç bir şey yoxdur. Hansısa işçisi çox söz deyə bilər. Məqsədyönlü sözlərdir. Bütün işlər ona görədir ki, hamı bunların dediyini eləməlidir. Onun başqa quruma yazdığı məktubu icra etməzdən araşdırmalı idilər ki, bu onun səlahiyyətindədir, yoxsa yox. xx.xx.2022-ci il tarixdə çəkilmiş videoda ərazidə təxminən yarım metr olan qoz ağacları görünür. 3 illik ağac 2 metrdən yuxarı olmalı idi. Necə oldu ki 3 illik ağac o balacalıqda qaldı? 9 saylı regional ekologiya idarəsinin əməkdaşları da akt tərtib edəndə qeyd edir ki, aqrobağ olmayıb. Onların orada qarpız bostan sahəsi, yonca sahəsi var idi. Su yox idisə onu necə sulayırdılar? Saxta işlər görüb, saxta subsidiyalar alıblar. Onlarla əlbir olan subsidiya verənlər də deyəcək ki, orada aqrobağ olub. Onlar məhkəmədən də qərar çıxartdırıb saxtakarlıqlarının üstünü örtməyə çalışırlar. Bunlar saxta şahidlər gətirərək, məhkəməni aldatmaq istəyirlər. Nazirin qəbulunda olanda cənab nazir ondan ancaq 20 min manat istəməsi ilə bağlı sual vermişdir. Sonra demişlər ki, telefonla istəyib. Sonra oğlu demişdir ki, işçiləri istəyir. Sonra ondan Respublika prokurorluğuna guya 20 min manat istəməsi ilə bağlı şikayət vermişlər. Birinci şikayətlərində demişlər ki, 20 min alıb. Sonra şikayətdə demişlər ki, rüşvət istəyir. Sonra Ənvər deyir ki, ona demişdi. O, məktubları həmin ərazidə qanunsuz əkilən bitkilərə görə yazmışdır. O, bilmirdi ki, orda su idarəsinin 1 nasosu var. Əgər su idarəsinin kiminlə müqaviləsi varsa, o, həmin şəxsin suyunu kəsdirə bilməz. Kimisə nəyəsə məcbur edə bilməz. Ağdam, Yevlax su idarələrinə də ehtiyac olmayan nasosların götürülməsi barədə məktublar yazmışdır. Aqrobağla bağlı heç bir tələbə əməl edilməyib. 9 saylı regional ekologiya idarəsinin əməkdaşlarının tərtib etdiyi aktlardan da görünür ki, ərazidə bağ olmayıb. Onlar yazmayıblar ki, ağac nə qədərdir. O, gedib ərazini yoxlamırdı. İşçilər yazıb, o da buna uyğun qərar qəbul etmişdir. İşçilər ona demişdir ki, ora girə bilmirlər, döyürlər, qovurlar. O da işçiləri əraziyə göndərmişdir ki, nasosu qoşun, ərazini sulayın. Məmiyev işçisinə bir ağac vurub. Qarşılığında da işçisi bir sillə vurub. O, kimisə döydürməmişdir. Bununla bağlı məhkəmənin qərarı var. xx.xx.2022-ci il tarixdə müqavilənin ləğv olunması və ərazini tərk eləmək barədə əmri su idarəsinə göndərməmişdir. O, səhv eləmişdisə, su idarəsi ondan şikayət edəydi. Bu səbəbdən, məhkəmədən iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iş materialları ilə keçən həftənin şənbə günü tanış olmuşdur. Bir işin araşdırılması üçün bu qədər vaxt ayrıldığı üçün məhkəməyə təşəkkür edir. Verilmiş etirazın keçmə müddətinə fikir bildirəndə nəzərə alınsın ki, ən son 29 iyun tarixində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verilib. Etirazın müddəti də son iddia tələbinin dəqiqləşdirilməsi tələbindən hesablanmalıdır. Hüquqi əsasları qeyd etmişdir. Ekspertiza keçirilən dövrdə də Meşələrin İnkişafı Xidməti etiraz verib ki, mütəxəssis Pərvanə xanımın həmin ixtisas üzrə mütəxəssis olub olmaması müəyyən edilməyib. Həm də ekspert rəyində də qeyd edilib ki, iş materiallarına əsasən nəzəri qaydada aparılıb. Rəylərdə ziddiyyət çoxdur. Ağdaş rayon suvarma sistemlər idarəsinin verdiyi məktuba əsasən deyilir ki, bağa 72 gün ərzində su verilməyib. Ekspert 72 gün su verilməsə 2019-cu ildən salınan bağın məhv ola bilib bilməyəcəyini müəyyən etməli idi. Meşə bərpa məqsədi ilə icarəyə verilən 50 hektar torpaq sahəsindəki aqrobağın hüdudlarını müəyyən etmək üçün koordinatlar qeyd edilməyib. Bük meşəbəyiliyinin ərazisində istənilən 50 hektar əraziyə gedib baxış keçirilə bilərdilər. Heç bir konkret koordinat verilməyib ki, ekspert həmin 50 hektar əraziyə baxış keçirib. Plan ölçüsü, koordinat olmadan baxılan ərazinin mübahisə olunan ərazi olub olmadığını bilmək olmur. Təkrar və əlavə ekspertiza istəməklərinin məqsədi həm plan və ölçünün müəyyən olunması, həm də su idarəsinin verdiyi məlumat əsasında 72 gün ərzində su verilməməsinin 2019-cu ildə salınan bağın quruya bilib bilməyəcəyini müəyyən etməkdir. Şəxslər tərəfindən verilən izahatlar ziddiyyətlidir. Şəxslər gah faktı etiraf edən, gah da inkar edən izahatlar verir. Mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə sübut növündə təqdim edilən sənədlərin əslini qəbul etməlidir. Ancaq şəxslərin izahatlarının surətləri çap versiyada təqdim edilib. Hamısı da eyni məzmunludur. Bizdə sənədlərin öz əlyazmaları ilə əsli var. Ərizə və izahatların imzaların doğruluğuna şübhə var. Onlar işlədiyi müəssisədə yazdıqları izahatda əvvəlki izahatların Ənvər Hümbətov tərəfindən hazırlandığını, onların da güvənərək qol çəkdiyini bildirirlər. O istəməz ki, bu cür şəxslərə görə xidmətdə və nazirlikdə ləyaqətlə işini görənlər barəsində də mənfi fikirlər formalaşsın. O da həmin qurumda işləmişdir. Onlar kişi kimi sözlərinin üstündə durmurlar. Cavabdeh2 hələ vəzifəyə gəlməmişdən Ənvər Hümbətov tərəfindən tərtib edilmiş hesabat blankları var. Zamanında onun işdən çıxarılması prosesində o da iştirak etmişdir. Onun işdən çıxarılma səbəbi doğru idi, amma işdən çıxarma prosesi düzgün aparılmadığı üçün işə bərpa edildi. Bir neçə mütəxəssis və ekspert rəyi var. Şahidlərin ziddiyyətli izahatları var. xx.xx.2021-ci il tarixli Aqrara xidmətlər agentliyinin analiz nəticələrində qeyd edilir ki, nar və qoz bağı salınmamışdır. xx.xx.2021-ci il tarixli torpaq analizində də fındıq bağının olmaması qeyd edilmişdir. X121 sisteminin nümayəndəsi Nofəl Məmmədov da qeyd edib ki, xx.xx.2022-ci ildə suyun kəsilməsi və buna görə bağın qurumasını bildirməsi, iddia ərizəsində 30 hektar ərazinin məhv olmasını, ekspertin 50 hektarlıq ərazi üçün qiymətləndirmə apardığı üçün xahiş edirlər ki, əraziyə baxış keçirilsin. Hakim əraziyə gedərkən mütəxəssislər tərəfindən orda 50 hektarın dönmə nöqtələri göstəriləcək. İpək yolunda gedərkən aqrobağları görmək olur. Ən azından ilkin baxış zamanı ərazinin aqrobağ üçün yoxsa başqa niyyət üçün istifadə edilməsi barədə fikir yarana bilər. Həmin qurumun əməkdaşları barəsində xüsusi qərardadın çıxarılmasını xahiş edir. Qurum işçiləri ziddiyyətli izahatlar verir, işlərini layiqincə yerinə yetirmirlər. 2019-2022-ci illərdəki yazdıqları aktları təkzib edirlər. Bük meşəbəyiliyinin meşəbəyisi və 22-24 kvartallarında işləyən Sədulla, Zahir, Elşən adlı şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir. Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən səhlənkarlıq göstərmişdilər. İşə təsir kimi qiymətləndirilməsin, ancaq biz bu məsələdə axıra kimi gedəcəyik. Nazirlər Kabinetinin 20 nömrəli qərarının pozulub, kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilib bağ, bostan salınması araşdırılıb düzgün qiymət verilməlidir. Prezidentin fərmanı ilə əsasnaməsi təsdiq edilən Ekologiya X213 Nazirliyinin yerlərdə nəzarətini 9 saylı regional ekologiya idarəsi həyata keçirir. 9 saylı regional ekologiya idarəsi müfəttiş səlahiyyəti verilən qurumdur. Meşə qanunvericiliyində aqrobağ anlayışı yoxdur. Məqsəd meşə cinsinə uyğun meşə bərpa işlərinin görülməsidir. Meşədə boş ərazilər də var. Meşə ilə örtülü olmayan ərazilər də var. Bağlanılan müqavilə Azərbaycan Respublikasının Ekologiya X213 Nazirliyi X90 Xidmətində təsdiqlənib. Ulu Öndərin fərmanına əsasən qaçqın və məcburi köçkünlərin çıxarılmaması bildirildiyinə görə, bu vaxta kimi güzəştlər edilib. Həmin şəxslər həmin dövr ərzində yaradılmış humanist davranışdan istifadə edərək, ərazidən təsərrüfat, heyvandarlıq üçün istifadə ediblər. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 direktor kimi təyin edilənədək də şəxslər barəsində aktlar tərtib edilib. xx.xx.2020-ci il tarixdə Nümayəndə 150 baş qoyun otararaq ərazidəki yeni ağacların məhv edilməsi ilə bağlı akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 65109 nömrəli aktda İddiaçı icarəyə götürdüyü ərazidə qanunsuz olaraq kənd təsərrüfatı bitkiləri əkdiyi qeyd edilib. xx.xx.2021–ci ildə xəbərdarlıq edilməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixdə 3 hektar bostan 5 hektar yonca əkməsi barədə xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən ərazinin sulanmasına maneçilik törədilməsi ilə bağlı akt tərtib edilib. xx.xx.2021-ci il tarixdə Rəhim Mehdiyevin əraziyə baxış keçirmək istəyəndə Məmiyevgilin ona mane olaraq onu təhqir etməsi ilə bağlı polisə müraciəti ilə bağlı izahatı var. xx.xx.2021-ci ildə icarəyə verilmiş əraziyə baxış keçirərkən fındıqların quruması və qoz ağacların normativlərə uyğun əkilməməsi və ərazidə bostan salınması ilə bağlı akt yazılıb. Meşə sahəsində qanunsuz olaraq heyvan saxlaması barədə xx.xx.2021-ci il tarixdə akt yazılıb. Xüsusi qərardad çıxarılması ilə bağlı xahişləri üçün bunları diqqətə çatdırır. 14.03 2022-ci il tarixdə direktor təyin edilənədək Cavabdeh2 bu sahədə heç bir fəaliyyəti olmamışdır. Meşəbəyilikdə öz ərazisi üzrə meşəbəyi cavabdehdir. Direktor əraziyə gedib baxmır. Meşəbəyi faktlar barədə meşə mühafizə mühəndisinə məlumat verir. xx.xx.2022-ci il tarixdə Gürşad Əmirov, Şikar Məhərrəmov və digər gözətçilərin iştirakı ilə əkilmiş aqrobağa baxış keçirilmişdir. Aktda əraziyə qulluq olunmadığını və ərazidə bostan əkildiyini qeyd etmişdilər. xx.xx.2022ci il tarixdə Ənvər Hümbətov 001317 nömrəli akt tərtib etmişdir. Əgər qanunsuz göstəriş verilmişdisə onu icra etməyə borclu deyildilər. Bu barədə inzibati qaydada yuxarı orqana şikayət verə bilərdilər. İzahatlarını təkzib edən şəxslər aktlar tərtib edib gətirirdilər ki, ərazidə qanunsuzluqlar var. xx.xx.2022-ci il tarixdə yazılmış aktda İddiaçı onları təhqir edərək, onların işinə mane olduğunu qeyd etmişdilər. X127 Rəşad arasında münaqişə olmuş X169 ağacla vurmuş, faktla bağlı polisdə araşdırma aparılmış və 300 manat cərimə edilmişdir. xx.xx.2022-ci il tarixdə qəflətən yoxlama aparılmış və İddiaçı ərazidə qanunsuz heyvan otarması ilə bağlı xəbərdarlıq edilmişdir. Həmin şəxslər akt yazıb gətirib verib, Cavabdeh2 da məsuliyyətini dərk edərək qanuni hərəkətlər edib. Cavabdeh2 həmin dövrdə vəkillə məsləhətləşməmişdi. Hüquqşünaslarla məsləhətləşib, qərar verib. Onun fikrincə, qanunauyğun qərar qəbul edib. İddiaçı 40 nömrəli əmrlə 69 saylı müqavilənin ləğvi ilə bağlı yuxarı orqana müraciət edib, razılaşmadığı cavab alarsa, onda məhkəməyə müraciət edə bilərdi. İddiaçı deyir ki, müqaviləsi olsa da, ona su verilməmiş və 72 gün ərzində suyunun kəsilməsinin səbəbi Cavabdeh2 yazdığı məktub olmuşdur. Əgər həmin qurum müqavilə tələbini yerinə yetirməyibsə, bunun səbəbi məktub ola bilməz. Cavabdeh2 da fiziki şəxs kimi deyil Mərkəzin direktoru kimi əmr imzalayıb. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinə cinayət tərkibinin əlamətləri olmadığı üçün xitam verilmiş, daha sonra məhkəmə qaydasında geri qaytarılmışdır. Hal-hazırda Baş Prokurorluqda araşdırma davam edir. Tələb X138 İdarəsinə yönəlməlidir. 13 Saylı Regional X74 20 min hektar ərazisi var. Elə sıx meşə yoxdur. Cavabdeh2 bu sahədə tam biliyi olmadığı üçün ətrafındakıların yazdıqları aktlara görə qərar qəbul edib. X138 İdarəsi hərəkətlərini hansı hüquqi əsasla edib bilmir. Cavabdeh2 əmrləri direktor olaraq imzalayıb. Bu səbəbdən, məhkəmədən iddianın onun nümayəndəsi olduğu şəxsə münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh 13 Saylı Bərdə Regı̇ onal X123̇nin nümayəndəsi X118 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, meşə ərazisində kənd təsrrüfatı bitkiləri əkilməməlidir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh 13 Saylı Bərdə Regı̇ onal X123̇nin nümayəndəsi X173 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, onlar tərəfindən İddiaçı aqrobağındakı nasosun götürülməsi, suvarılmanın dayandırılması üçün rəsmi göstəriş olmamışdır. Bu məsələ ilə bağlı onların qurumu tərəfindən Cavabdeh2 heç bir göstəriş verilməmişdir. Bu hallarla bağlı Cavabdeh2 qarşı intizam tədbiri tətbiq olunmuşdur. 13 Saylİ Bərdə Regı̇ onal X123̇nin cavabdeh qismində işdən çıxardılmasını xahiş edir. Bu halı yenidən araşdıracaqlar, əgər qarşı tərəf müqavilənin tələblərini pozubsa, onlarla müqavilə bağlanmayacaq, əgər pozmayıbsa, müqavilələri bərpa olunacaqdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi X190 əvvəlki məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, əvvəlcə İdarələrinin adı fərqli idi, 2021-ci ildən etibarən dəyişdi. Onların İddiaçı ilə problemi yoxdur, olmayıbdır. Rəşadın SİB-lə müqaviləsi olmuşdur. Onlar Bük meşəbəyliyinə su stansiyası təşkil etmişlər. Tərəflər arasındakı təzadın onlara aidiyyəti yoxdur. Cavabdeh2 İddiaçı aqrobağını ləğv etmək istədiyinə görə su motorlarının götürülməsini istəyib. Cavabdeh2la telefon danışıqları olmuş, onun qəbulunda da olmuşlar. Onlara deyilib ki, meşə ərazisinə daxil olmasınlar, heç bir texnika göndərməsinlər. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həmin əraziyə su verməyiblər. Cavabdeh2 bu barədə onlara məktub da göndərmişdir. İddiaçı Sudan İstifadəedənlər Birliyi ilə müqaviləsi var idi. Sudan istifadə üzrə haqq hər 1000 kub üzrə 50 qəpik olmaqla onlara verilir. Cavabdeh2la bu barədə danışsalar da, ancaq o, yenə də su motorlarının götürülməsini bildirmişdir. Cavabdeh2 qəbulunda 2 dəfə yay aylarında olmuşlar. Nasosu həmin ərazidən götürməmiş, ancaq nasosa yanacaq aparmamışlar. Nasosa yanacağı yalnız onların icazəsi ilə tökə bilərdilər. Həmin ərazidə onların işçiləri də var idi. Aqrobağ yaranandan oraya su vermişlər. İddiaçı ilə mütəmadi əlaqə saxlayıb, ona bildirirdilər ki, onlara suyun verilməsinə icazə verilmir. Digər sahələrə suyun verilməməsi barədə Cavabdeh2 göstərişi olmamışdır. Cavabdeh2 bildirmişdir ki, aqrobağ onun işinə uyğun qurulmamışdır. Korrupisya İdarəsinin prokuroru deyib ki, münaqişə yaratmayın, suyu aqrobağa verin. Aqrobağın suyunu rəsmi olaraq xx.xx.2022-ci il tarixindən etibarən kəsmişlər. Cavabdeh2 İdarəyə göndərdiyi məktubun məzmunu ilə tanışdır. İddiaçı işi ilə bağlı Cavabdeh2la telefon vasitəsi ilə danışımışdır. Ona şəxsən demişdir ki, İddiaçı aqrobağındakı nasos götürülsün. Cavabdeh2 kabinetində görüşərkən məqsədlərindən biri də bu məsələ idi. Onlar istəyiblər ki, hər iki tərəf razılığa gəlsin. Onlara tərəflər arasında yaranmış təzadın heç bir aidiyyəti yoxdur. X151 Birliyi ilə aralarında heç bir problemi olmamışdır. Onlar həmin aqrobağın suyunu Cavabdeh2 məktubu əsasında kəsmişdir. Aqobağın ləğv edilməsi barədə əmrin surəti onlara göndərilmişdir. Cavabdeh2 ilə aralarında Məmiyevgilin su nasosunun götürlüməsi barədə danışıqları olub. Onlardan tələb edirdi ki, su nasosunu oradan çıxartsınlar. O, aqrobağın ləğv edilməsi barədə rəsmi bir sənəd təqdim edilməsini istəmişdir. Cavabdeh2 ona dedi ki, su verməsin. O isə su nasosunu götürməmişdir. Bir müddət su verilməsini dayandırmışlar. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək su verilməsini dayandırmışlar. Daha sonra suyun verilməsini davam etdirdilər. Motor götürülməyib, hələ də su verilməsi davam edir. Onların başqa aqrobağlarla arasında heç bir münaqişəsi olmayıb. Onlar Cavabdeh2la dəfələrlə söhbət etmişlər. İşçisi Xəyalə xanımın yanında söhbətləri olub ki, bu münaqişə dayansın, suyu versinlər. İşçiləri orada döyülüb, onlara icazə verməyiblər. Aqrobağın sənədini Cavabdeh2 ona göndərirdi ki, aqrobağ ləğv olunub. Korrupsiyanın işçisi Elçin müəllim ilə telefonla danışanda onun kim olduğunu bilmirdi. Adının Elçin olduğunu demiş və nə münaqişə olduğunu soruşmuşdur. Cavabdeh2 su nasosunun götürülməsi barədə göstəriş verdiyini deyəndə Elçin müəllim demişdir ki, Cavabdeh2 belə səlahiyyəti yoxdur. O, Məmiyevgilə xəbər vermişdir ki, su verməyə icazə vermirlər. O, özü şikayət verdi. Tərəfə müqavilələri əsasında, sifariş əsasında su vermişlər. 2021-ci il ərzində fevral ayında 120 litr 23 gün, aprel ayında 120 litr 24 gün, may ayında 120 litr 24 gün, iyun ayında 120 litr 24 gün, iyul ayında 120 litr 24 gün, avqust ayında 120 litr 24 gün, sentyabr ayında 120 litr 24 gün, oktyabr ayında 120 litr 24 gün, noyabr ayında 120 litr olmaqla 24 gün su vermişlər. 2022-ci il ərzində fevral ayında 120 litr 24 gün, aprel ayında 120 litr 24 gün, may ayında 120 litr 23 gün, sentyabr ayında 120 litr 30 gün, oktyabr ayında 120 litr 24 gün, noyabr ayında 120 litr olmaqla 24 gün su vermişlər. Onların nəzdinində X106 var. Suyu onlara satırlar, X152 də tərəflərlə müqavilə imzalayırlar. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi Nofəl Məmmədov xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı çıxışını göndərərək qeyd etmişdir ki, cavabdehlərdən Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov və Cavabdeh2 və digərləri kobud qanun pozuntularına yol verərək işdə adı keçən 13 saylı Bərdə RMTM-nin saxta aktlarını məhkəməyə sübut növü kimi təqdim edib özlərini ağıllı sayaraq həmin saxta və qanunsuz aktlarla məhkəməni aldatmağa çalışıb, qanunsuz vəsatətlər verərək məhkəmənin müddətini qanunsuz uzatmağa və süründürməçiliyə çalışmışlar. Hətta onlara və iddiaçıya qarşı törətdikləri ağır cinayət əməllərini işçiləri rəsmi yazılı etiraf etsələr də, Ramik Əşrəfov və Cavabdeh2 törədilən və ya törətdikləri cinayət əməllərini ört-basdır etməyə, öz törətdikləri cinayətləri onların üstünə yıxmağa çalışırlar. Bu məsələ ilə əlaqədar olaraq onu bildirmək istəyirlər ki, 13 saylı X107 İdarəsinin keçmiş direktoru Cavabdeh2 dəfələrlə telefon zəngləri və bu məsələ ilə əlaqədar Cavabdeh2 və onların da təşəbbüsləri ilə 2022-ci ilin may ayından görüşlərə başlayıb bu məsələni dəfələrlə müzakirə edib. Aqro-bağa su vermələrini və yolların açılmasını, meşə ərazilərindən aqrobağa yanacaq aparılmasına və ya çatdırılmasına Cavabdeh2 və onun dəstəsinin şərait yaratmalarını xahiş elsələr də, Cavabdeh2 qəti iradını bildirib. Aqrobağın sahibindən 20.000 manat pulu almasa aqrobağa heç bir texnika və heç bir yanacaq daşıyan maşın mexanizmləri və işçiləri buraxmayacağını və 13 saylı RMTM-nin əməkdaşları tərəfindən buraxılmamalarına göstəriş verdiyini də qətiyyətlə onlara bildirirdi. Hətta Cavabdeh2 Azərbaycan Meliorasiya və X201 Səhmdar Cəmiyyətinə və onlara - X121 İdarəsinə rəsmi məktublar verib xx.xx.2022-ci il tarixli 2 nömrəli məktubu; xx.xx.2021-ci il tarixli 40 nömrəli əmri; xx.xx.2022-ci iİ tarixli 27113/99-017 saylı məktubu Cəmiyyətə və onlara göndərərək aqrobağı ləğv etdiyini, aqrobağ ərazisinə aqro-bağın sahiblərinin daxil olmalarını qadağan etməsini onlara bildirib, orada olan onlara məxsus su dartan nasosu oradan (ərazidən) götürmələrini onlardan tələb edib və edirdi. Onlar bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə əlaqə saxlayıb məlumat verərək əraziyə baxış keçirmələrini, Cavabdeh2 qanunsuz əməllərinə son qoyulmasını xahiş etmişlər. Korrupsiya İdarəsinin əməkdaşları Elçin müəllimin göstərişi və tapşırığı ilə Emin müəllim yanında da bir nəfər şəxslə əraziyə baxış keçirib, onların və aqro-bağın sahiblərinin göstərdikləri xüsusatlar öz təsdiqini taparaq Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Lakin bütün bunlara baxmayaraq Ekologiya X213 Nazirliyi X90 Xidmətinin rəisi Ramik Əşrəfov məhkəməyə və məhkəmənin icraatında olan 2-2(115)-34/2024 saylı iş üzrə həyasızcasına etiraz verərək cinayətkarları, yol kəsənlərin, su dartan nasosun işə salmağa imkan verməyənlərin aqro-bağı qurutduranların və bu iş üzrə barələrində cinayət işi açılanları görməzdən gələrək verilən əmr və məktublarını heçə sayıb onları dırnaq arası təqsirləndirib cavabdeh tanınmalarına dair etiraz yazır. Etiraz yazan şəxs yuxarıda göstərdikləri Cavabdeh2 imzası və möhürü ilə təsdiq edilən əmr və məktublara hesab edirlər ki, hörmətlə yanaşmalıdırlar. Əlbir olub törətdikləri bu ağır cinayətləri və hədə-qorxu ilə tələb edib istədikləri 20.000 manat rüşvəti və həmin rüşvətə görə məhv etdikləri aqrobağın məsuliyyətini öz üzərlərindən onların üstünə atmasınlar. Ədalət prinsipini rəhbər tutub Cavabdeh2 və aqro-bağın suvarılmasına əngəl yaradan digər şəxslər barədə qanuna müvafiq qaydada tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin və nümayəndələrinin izahatlarını, şahid ifadələrini, ekspert və mütəxəsisi dinləyib, videogörüntülərə baxış keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X66 məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) bildirdi ki, o, uzun illər 13 saylı Bərdə X102 Mərkəzində işləmişdir. Cavabdeh2 vəzifəyə gəldikdən sonra, yəni 22 iyul 2022-ci il tarixdə onu işdən çıxarmışdır. O, həmin yerdə meşəbəyi, sahə müdiri vəzifəsində çalışmışdır. X128 Məmiyevin 50 ha ərazisi olmuşdur. Cavabdeh2 ona demişdir ki, İddiaçı 20.000 manat pul alınmalıdır, yoxsa suyu kəsdirəcək. O da bu təklifi İddiaçı etməmişdir. Daha sonra Cavabdeh2 onu işdən çıxartdırmışdır. O, işdən çıxardılandan sonra Cavabdeh2 arqobağın suyunu kəsdirtmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən şahid X66 bildirdi ki, o, 2022-ci il 02 iyun - 22 iyul tarixi aralığında həmin aqrobağda sahə müdiri vəzifəsində çalışmışdır. Həmin dövrdə sahəyə heç bir texnika daxil olmasına icazə verməmişlər. Ona və başqa şəxslərə həmin vaxt ağ kağıza qol çəkdirmişlər. İddiaçı tərəf barədə tərtib olunmuş aktlar saxtadır. X74 meşə əkinlərinin təhvil-qəbulunda Müşviq ona ağ kağıza qol çəkdirmişdir. İddiaçı aqrobağına su verilməmişdir, heç bir texnika daxil olmasına icazə verilməmişdir. Bu hadisə 2022-ci ilin iyun ayında baş vermişdir. Cavabdeh2 ona iş otağında tapşırıq vermişdir ki, İddiaçı 20.000 manat pul verməsə, sahəyə heç bir fəhlənin, texnikanın, suyun daxil olmasına icazə verməsin. Buna görə onu işdən çıxartmış, lakin o, sentyabrın 19-da Ali Məhkəmənin qərarı ilə yenidən işə bərpa olunmuşdur. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur. Lakin aktın mahiyyəti barədə xəbəri yoxdur. Onu hədələyirdilər ki, imza çəkməsə, Müşviq Camalov onu işdən çıxardacaq. Sonuncu da onun kimi sahə müdiri idi. Onu buna məcbur etmişlər. Onu işdən çıxartdırdıqdan sonra hüquqmühafizə orqanlarına müraciət etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən şahid X66 bildirdi ki, aqrobağa yanacaq gətirən şəxslərin qarşısını kəsmək barədə tapşırığı Cavabdeh2 vermişdi. O da gözətçilərə tapşırmışdı ki, heç kim aqrobağ ərazisinə buraxılmasın. Bu tapşırıq qanuni deyildi. O, həmin vaxt təzə işləyirdi, heç kimi tanımırdı. Bük meşəbəyliyində 37 ha batırılmışdır. Həmin ərazidə qarpız, badımcan əkilmişdi. İddiaçı 50 ha qoz əkmişdir. Həmin ərazidə bostan, tərəvəz bitkiləri əkilməmişdi. Gürşad müəllim ona xx.xx.2022-ci il tarixli akta qol çəkdirmişdir. Cavabdeh2la ədavəti yoxdur. İddiaçı ərazisində ağacdan başqa heç nə əkilməmişdir. xx.xx.2022-ci il tarixli akta qol çəkmiş şəxslərin aqrobağa baxışda iştirak edib-etməmələri dəqiq yadında deyil. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən şahid X66 bildirdi ki, o, bundan əvvəlki məhkəmə iclaslarında şahid qismində iştirak etmişdir. O və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri aqrobağa baxış keçirərkən müəyyən etmişlər ki, həqiqətən sözügedən aqrobağdakı bitkilər susuzluqdan o vəziyyətə gəlmişdir. 01 iyun tarixli akt yazılarkən Gürşad və aktda imzası olan digər şəxslər aqrobağa gəlməmişlər. O, həmin vaxt bütün gün ərzində orada olmuşdur. Təhvil-təslim aktı və digər akt arasında ziddiyyətlərin olmasının səbəbi 13 saylı Regional X74 işçilərinin yalan danışmağa vərdiş etmələridir. Meşədə ağacı ting əkirlər yoxsa yonca sualına cavab olaraq bildirir ki, yonca da, ağac da olur. X33 məhkəmə iclasında bildirdi ki, o, 2019-cu ildən İddiaçı arqobağında suçu vəzifəsində çalışmışdır. Cavabdeh2 direktor təyin edildikdən sonra İddiaçı aqrobağın sulanması üçün 20.000 manat pul istəmişdir. Pul onun yanında istənilməyib. Pulun istənildiyini İddiaçı eşitmişdir. X25 məhkəmə iclasında bildirdi ki, İddiaçı əmisi oğludur. O, orada 2019-cu ildən gözətçi işləyir. Cavabdeh2 vəzifəyə gələndən sonra su motoru dayandırılmış, aqrobağ məhv olunmuşdur. Suyun verilməsi üçün meşəbəyi vasitəsi ilə 20.000 manat pul istənilmişdir. X66, yəni meşəbəyi onun yanında İddiaçı 20.000 manat pul istəmişdir. Daha sonra İddiaçı döymüşlər. Aqrobağ 2022-ci ilin iyun ayında məhv olunmuşdur. Aqrobağ 2019-cu ildə salınmışdır. Ağaclar hələ ki, bar verməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X25 bildirdi ki, ağaclar selofanda gətirilmişdir. Səfiqulunun gətirdiyi fəhlələr əkmişdir. Akt riyaziyyat vərəqində tərtib olunmuşdur. Uca səslə oxunmamışdır. Ağacları 2 tırla gətirmişlər. 2 dəfə gətirmişlər. 2019-cu ildə qoz-fındıq, 2020-ci ilin yaz aylarında isə əlavə fındıq ağacı tırlarla gətirilib. Qoz ağacları qara kapron dibçəklərdə, qara salafanda bağlamada yapıqanla bağlı vəziyyətdə, fındıq ağacları isə qara salafan bağlamada diblərinin torpaqları nəmli vəziyyətdə, kökləri bağlı vəziyyətdə gətirilmişdir. 3-4 nəfər şəxs ağacları Bakıdan gətirmiş, İbrahimov Səfqulunun 20-22 nəfərdən ibarət işçisi tırları boşaltmışdır. Tırların tam rəngi yadında deyil. X46 məhkəmə iclasında bildirdi ki, İddiaçı onun kürəkənidir. O, aqrobağda ağacları sulamışdır. 2022-ci ilin may ayından Cavabdeh2 aqrobağa suyun, heç bir texnikanın daxil olmasına icazə verməmişdir. O, orada 2019-cu ildən bəri işləmişdir. Ağaclar həmin vaxtdan əkilməyə başlanmışdır. Qoz, fındıq ağacı ildə təxmini 10 dəfə sulanır. X15 məhkəmə iclasında bildirdi ki, o, motoristdir. Suvarma İdarəsində işləyir. 2019cu ilin payız ayından bəri atası ilə birlikdə aqrobağda fındıq əkmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X15 bildirdi ki, 2019-cu ildən 2021-ci ilədək atası İbrahimov Səfqulu ilə birlikdə İddiaçı aqrobağında adam aparıb gətirməklə, ağacların əkilib becərilməsi ilə məşğul olmuşlar. Onun 2 ədəd yük maşını, 1 ədəd nasosu var. 2022-ci ildən etibarən X121 İdarəsinin rəsmi işçisidir. X121 İdarəsi oraya böyük motor yerləşdirmiş, daha sonra onu həmin aqrobağa motorist kimi təhkim etmişdir. 2022-ci ildən X121 İdarəsində işləməyə başlamışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X15 bildirdi ki, 2022-ci ilin may-iyun aylarında, əraziyə yanacaq gətirilən zaman Ənvər müəllim əraziyə daxil olmalarına icazə vermirdi. Bu hadisə dəfələrlə olub, buna görə dəqiq sayını bilmir neçə dəfə baş verdiyini. Avqust ayında yollarını kimin kəsdiyini dəqiq xatırlamır. 2-3 dəfə 13 saylı Bərdə Regional X74 əməkdaşları yollarını kəsmişdir. İddiaçı döyülməsinə dair sualla bağlı qeyd edir ki, bu hadisə keçən il baş vermişdir. 13 saylı Bərdə Regional X74 işçisi orada idi. Dava motorun işlədilməsi ilə bağlı olmuşdur. Müşfiq demişdir ki, birinci onların ağacları sulanmalıdı. X34 məhkəmə iclasında bildirdi ki, o, 13 saylı Bərdə Regional X74 işçisidir. Orada meşə gözətçisi vəzifəsində çalışır. Ağacların əkilməsinə şahid olmuşdur. Sualda qeyd olunan izahatı o yazmamışdır, qol çəkmişdir. Ona həmin izahatın mətnini oxuyub, məzmunu ilə tanış ediblər. xx.xx.2022-ci il tarixli akta da qol çəkmişdir. İmza onundur. Aktın mahiyyəti ilə onları tanış ediblər. İştirakçı kimi qol çəkmişdir. xx.xx.2022-ci il tarixli aktda onun imzası yoxdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X34 bildirdi ki, meşədə su idarəsinin nasosundan başqa nasos olmayıb. «Niva» markalı avtomobildə neçə nəfər gəldiyini xatırlamır. X214 yazıb, onlar da imzalamışlar. Akt tərtib ediləndə orada olmuşdur. Ona görə də qol çəkmişdir. Hansı formada akt olduğunu xatırlamır. O, fəhlələri gətirmişdir, amma əkildiyini görməmişdir. Vüqar müəllim az olurdu, Asif müəllim əsasən olurdu. Oğlanbaba meşəbəyiliyinin Bük meşə sahəsi idi, sonradan meşəbəyi olub. Bəli, həmin ərazidə qoz və fındıq görmüşdür. X129 ərazini təhvil-təslim edən meşəbəri köməkçisi Asim Qarayev olub və akta o, qol çəkmişdir. Bük meşəbəyliyindəki 15 ha batıq sahəsinin 02 iyun 2022-ci il tarixli aktda Asim Qarayev öhdəlik götürüb,bərpa edib təhvil verəcəyini bildirmişdir. X35 məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) bildirdi ki, onlar Bərdə Regional X74 göstərişi ilə İddiaçı aqrobağına getmişdilər. Aqrobağda qoz, fındıq var idi. Fındıq ağacları qurumuşdu. Nə vaxt getdiklərini xatırlamır. Aqrobağa baxmağa 1 dəfə getmişdilər, daha sonra başqa məsələlər üçün də aqrobağa getmişdilər. Onlar iddiaçını görmüşlər. İddiaçı qoyunun yanında idi, onlar da iddiaçının yanından maşınla keçmişlər. O, saxta akta qol çəkməmişdir. Nəyi gözü ilə görmüşdürsə, ona da qol çəkmişdir. Onlar aqrobağa gedəndə onlara sənəd verilməmişdi. Onlara yazılı yox, şifahi göstəriş verilmişdi. Aqrobağda başqa işçiləri də görmüşlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X35 bildirdi ki, müdirin tapşırığı ilə gedib yoxlamalar aparmışlar. Aqrobağlara nəzarət onlara tapşırılmışdı. Aktdakıları təsdiq edir. Özü əraziyə girə bilib baxmışdır. Aqrobağda qoz, nar, fındıq ağacını görmüşdür. Həmin aktı o yox, Əmirov Gürşad tərtib etməmişdir. Aktda imzası olan 9 nəfər onunla birlikdə aqrobağı gəzib, qoz, fındıq, nar ağaclarını görmüşdür. Qoyunu Rəşad otarırdı. Təhvil təslim edəndə atası da orada idi. Batıq ərazi iddiaçının aqrobağında olduğu üçün batıq iddiaçıya yazılmalı idi. Qoyun otaranda iddiaçının nümayəndəsinin və Rəşadın əynində olan paltarları xatırlamır. Su nasosları onluq deyil deyə bilmir. X55 məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) bildirdi ki, 13 saylı Bərdə X102 Mərkəzində baş mühafizə mühəndisi işləyir. Meşələrin qorunmasına nəzarət edir. Nəyi görmüşdüsə, onu aktda qeyd etmişdir. Burada ərazini əkmək üstündə mübahisə gedir. Onlar aqrobağa aktda göstərilən vaxtda getmişlər. Qalib müəllimin vaxtında 2 dəfə, ondan əvvəlki rəhbərin vaxtında da 2 dəfə aqrobağa getmişlər. Cavabdeh2 əvvəlki rəhbərin vaxtında ağaclar yeni əkilmişdi, qoz ağacı yerində idi. Ərazidə kənd təsərrüfatı bitkiləri var idi. 1-ci dəfə baxış keçirdikdə aqrobağda kənd təsərrüfatı bitkiləri əkilməmişdi, lakin 2-ci dəfə baxış keçirdikdə aqrobağda kənd təsərrüfatı bitkiləri əkilmişdi. O, bu şəkildə görmüşdür. Uzaqdan qoz, fındıq ağacları görünürdü. Fındıq ağacları qurumuşdu, ancaq qoz ağacları qurumamışdı. O, neçə ha ərazinin quruduğunu görməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı meşədə qoyun otarırdı, buna görə aktı belə tərtib etmişlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X55 bildirdi ki, 13 saylı X102 Mərkəzində 2018-ci ildən işləyir. Meşəbəyi işləyəndə meşədə 2 ədəd nasos görmüşdür, 1 ədədi meşə idarəsinə, bir ədədi də su idarəsinə məxsus idi. Başqa nasos görməmişdir. Onları ərazini yoxlamağa müdir yollamışdır. O, aktı tərtib edib idarəyə vermişdir. Bildirişi kim niyə yollamayıb bilmir. Onun səlahiyyətində deyil. Xidmətin əməkdaşları ilə əraziyə gələndə də onlar əraziyə baxmağa qoyulmayıb. Onun funksiyası meşənin mühafizəsidir. Aktı onlar ərazidə tərtib edirlər. O, aktları aqrobağda tərtib etmişdir, buna da cavabdehdir. Ona iddiaçı tərəfin qeyd etdiyi sual verilməyib. O, Kamal Behbudovla birlikdə akt tərtib etmişdir ki, əraziyə baxmışlar. Qəfləti yoxlama idi. Ona göstəriş verilir, o da yoxlamaya gedir. Göstəriş həm yazılı, həm də şifahi verilir. Aktda da qeyd edilir ki şifahi göstərişə əsasən yoxlamışlar. Qoyunları həm iddiaçı, həm də Nümayəndə otarırdı. İddiaçı onlara demişdir ki, onun işi var, gələ bilməyəcək. Aktda yeni əkin yazmamışdır. İddiaçının qeyd etdiyi akt təhvil-təslim aktıdır. Bunun İddiaçıla əlaqəsi yoxdur. O, aktda qeyd etməmişdir ki, əkin sahəsini məhv edib. 2 nasos görmüşlər, 1-i onların xidmətin idi, digərinin kimin olduğunu bilmir. Ada deyilən yer meşə ərazisi deyil. Onların səhvi olsa, onları da tutardılar. Aktın tərtib olunma qaydası ardıcıllığı belədir, öncə baxış keçirilir, sonra qeydlər edilir. Çöl işi yoxlanılır. Sonra gəlib həmin ərazidə aktı tərtib edirlər. Əvvəlcə çöl işi yazılır, sonra gəlib onun əsasında aktı tərtib edib imzalayırlar. Əraziyə girmək olmurdu. Aktda da qeyd etmişdir ki, təxminən baxıb görüb yazmışdır. Girib ölçməmişdir. Akt tərtib edərkən onu iddiaçı videoya çəkib. Bağa 2 dəfə baxış keçirmişdir. O, aktda 20-25 hektar yazmamışdır. Kim yazıbsa ondan soruşmaq olar. O, bağı tam görməmişdir, gördüyü qədərini qeyd etmişdir. Bütün aktları qanuna riayət etməklə yazmışdır. Hektarı 400 manatdan satıldığı iddia edilən torpaq sahələri ilə onun əlaqəsi yoxdur. Videoda görünən riyaziyyat vərəqəsindəki çöl işidir. Çöl işini tərtib edib əsasında akt tərtib edilir. Çöl işi ilə aktı fərqli adamlar imzalamayıb. İdarə işçiləri «Niva» markalı avtomobillə gəlmişdi, qalanları ərazidə idi. Əraziyə baxış keçirərkən qoyun otarma məsələsini icarədar Rəşad olduğundan Rəşada demişlər. İddiaçının nümayəndəsinin qoyun otardığı vaxt əynində olan paltarı xatırlamır. Saxta akt tərtib etməmiş və saxta akta imza etməmişdir. 11 aprel 2022-ci il tarixli aktı rəhbərlik deyib, onlar da yazmışlar. X18 məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) bildirdi ki, akt yazmışdır. Akt yazarkən iddiaçının atası ona söyüş söyüb, təhqir etmişdir. O, 50 ha ərazini ölçməyə getmişdi. Direktorun göstərişi ilə 2021-ci ildə iddiaçının aqrobağının yerini dəqiqləşdirməyə getmişdi. Həmin aqrobağın koordinatlarından əlavə 34 ha ərazini zəbt etmişdilər. Bunu GPS ilə müəyyən etmişlər. Aqrobağa 2 dəfə getmişdir. O, əraziyə girmişdir, qoz ağaclarının olduğu əraziyə girə bilməmişdir. Ağaclar 2021-ci ildə qurumuşdu. Qurumuş ağac əkmişdilər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X18 bildirdi ki, o, 2 dəfə gəlmişdir, birinci dəfə gəlib görmüş, sonra gəlib aktlaşdırmışlar. xx.xx.2022-ci il tarixdə riyaziyyat vərəqəsində tərtib olunduğu deyilən akt tərtib ediləndə orada olmamışdır. O, ancaq 2021-ci il tarixdəki aktda orada olmuşdur, başqa aktı imzalamamışdır. Digər aktlardakı imza ona məxsus deyil. Həmin aktlardakı imzanın kimə məxsus olduğunu aktı tərtib edən Gürşad Əmirovdan soruşula bilər. X16 məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) bildirdi ki, 13 saylı Bərdə X102 Mərkəzində meşə əkinləri üzrə baş mühəndis vəzifəsində çalışır. Onlar dəfələrlə aqrobağa getmişlər, həmin ərazidə monitorinq keçirmişlər. Aqrobağda əkin sxemi pozulmuşdur, ağacların növü düzgün seçilməmişdir. Həmin sahədə qoz, fındıq yetişməsi mümkün deyil. O, bir mühəndis kimi deyir ki, həmin ərazidə qoz-fındıq əkilməməlidir. Orada bostan bitkiləri və yonca əkilmişdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X16 bildirdi ki, o, ikinci aktın tərtibində olmamışdır. Orada sağlam fındıq görməmişdir, hamısı qurumuşdu. O, məktubda qeyd edilən baxışda olmamışdır. xx.xx.2022-ci il tarixli akt tərtib edilən vaxt orada olmuşdur. Akta da qol çəkmişdir. xx.xx.2022-ci il tarixli akt tərtib ediləndə orada olmamışdır, imzası da yoxdur. O, gördüklərini yazmışdır. Hər kəs aktlarına cavabdehdir. Meşə ərazisində bostan ola bilər. X19 məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) bildirdi ki, 13 saylı Bərdə X102 Mərkəzində meşəbəyi vəzifəsində çalışır. Onlar baxış keçirəndə ağaclar qurumuşdu, həmin ərazini alaq basmışdı. 2021-ci ildən 2022-ci ilin mayın 12-nə qədər orada işləmişdir. 2022-ci ilin iyun ayında tərtib edilmiş aktda imzasının olması ilə bağlı qeyd edir ki, ola bilsin akt əvvəlcədən tərtib edilib, o da qol çəkmişdir. Əraziyə girib, aktı tərtib etmişlər. O, akt tərtib olunarkən orada olmuşdur, aktın məzmunu ilə tanış olub akta imza çəkmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X19 bildirdi ki, orada müvəqqəti meşəbəyi olduğu üçün akt tərtib edilən vaxtda oranın meşəbəyisi kimi aktı imzalamışdır. Ora lazımi qulluq olmayıb ki, ağaclar quruyub. Nasoslar yerində idi, çıxarılmamışdı. Ağaclar əkilə bilər, amma 50 hektar ərazidən 80 %-i quruyub. Ağacların qurumasının səbəbi düzgün qulluq göstərilməməsi olub. Çox az hissəsi qurumamışdı. O, gördüyünü qeyd etmişdir. O, tam xatırlamır. Rəhbərlik deyir ki, gedin baxın, ərazidə qanunsuzluq varsa akt tərtib edin. Hektarı 400 manatdan pul alınıb ərazi verilməsi barədə iddia edilən məsələdən xəbəri yoxdur. Rəhbərlik onlara deyir ki, baxın, akt tərtib edin, onlar da gedirlər. Əraziyə baxmağa gedəndə onların əraziyə girmələrinə maneçilik yaradırdılar. Həmin vaxt 3 dənə nasos olub, biri Məmiyevgilin, 2-si də meşə idarəsinin nasosu olub. X26 məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) bildirdi ki, gözətçilik vəzifəsini icra etdiyi, yəni nəzarətində olan ərazidə Nümayəndə qoz, nar ağacları var və onlar qurumamışdır. Quruyan ağaclar onun nəzarətində olan ərazidə deyil. Onun nəzarətində İddiaçı 17-18 ha-lıq ərazisi var. Həmin ərazidə təxmini 7-10 ha qoz ağacı, 3 ha yonca var. 7-10 ha qoz ağacının olduğunu idarənin işçiləri ölçmüşlər. İddiaçının ərazisində nar, fındıq, qoz ağacı əkilmişdir. O, özünün nəzarətində olan ərazidəki agacları görmüşdür. Onlara qarşı təhqir olmayıb, iddiaçı onlara yalnız aqrobağ ərazisinə daxil olmamalarını bildirmişdir. Aktda iddiaçının ona vəzifə səlahiyyətlərini həyata keçirməyə icazə verməməsi qeyd edilsə də, belə bir hadisə olmamışdır. İddiaçının işçilərinin Cavabdeh2 təhqir etməsi kimi hadisəyə şahid olmamışdır. O, aqrobağa baxışda iştirak edib, akta qol çəkmişdir. Onu akta qol çəkməyə heç kim məcbur etməmişdir. Aktda imzası olan şəxslər baxışda orada olmuşlar. İddiaçı tərəf quru ağacları sulamamışdır. İddiaçının qoz ağaclarından bir neçəsi Zakir müəllimin dövründə kəsilmişdir. Feruzun oğlu ilə birlikdə iddiaçının ərazisində narkotik əkdiyini görməmişdir. 3 ha ərazidə yonca əkilmişdir. Aktda yazılanlardan xəbəri olmayıb, idarənin işçiləri aktı gətirmiş, onlar da imza etmişlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X26 bildirdi ki, Bük meşəbəyiliyində 1 ədəd su idarəsinin, 2 ədəd də onların idarəsinin nasosu olub. Aktın necə dəyişilməsini bilmir. İdarə işçiləri gəlib, onlar da qol çəkmişlər. Maşında 3-4 nəfər olardı. Akt tərtib ediləndə orada olub qol çəkmişdir. Aktda yazılandan məlumatı yoxdur. Yazıblar, o da qol çəkmişdir. O, iddiaçının nümayəndəsinə heç nə deməyib, Ruslan özü iddiaçının nümayəndəsi ilə danışmışdır. Ona deyilməyib ki, texnikanı çıxardın. Gürşad Əmirovdan eşitmişdir ki, müqavilə ləğv olunub, texnikanı çıxartmaq lazımdır. O, 20.000 manat pul barədə söz eşitməmişdir, nə özü istəməmişdir. Aqrobağda ağac doğramamışdır, nə də doğrandığını görməmişdir. O, bostan əkmişdir. Məmiyevgilin ərazisinin içində onların icazəsi ilə qarpız əkmişdir. Onun xeyrini də özü görmüşdür, Məmiyevgil yox. X20 məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) bildirdi ki, gözətçilik vəzifəsini icra etdiyi, yəni nəzarətində olan ərazidə İddiaçı torpağı yoxdur. İddiaçı ona və idarə rəhbərini təhqir etməmişdir, belə hadisə olmamışdır. İddiaçı quru ağac əkməmişdir, fındıq ağacı suvarılanda yaş idi. İddiaçının nə qədər qoz ağacı əkdiyini isə xatırlamır. İddiaçı ərazisində qoz, fındıq ağacı var. Əvvəllər yonca əkmişdilər, lakin qurumuşdur. Yonca ağacların arasında əkilmişdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təkrar dinlənilən X20 bildirdi ki, Bük meşəbəyiliyində 1 dənə su idarəsinin nasosu var idi. Aktı imzalamışdır. Amma nə vərəqi olduğu yadında deyil. Aktın mətnini bilməmişdir, tələsirdi. Fəxrəddinin traktorunu Zahir demişdir ki, müdir deyir ki, texnikanı çıxartsın. O, getmiş, çıxarılmasını görməmişdir. X13 məhkəmə iclasında bildirdi ki, X121 İdarəsində sürücü işləyir. Aqrobağdakı motora yanacaq aparanda 13 saylı Bərdə Regional X74 meşə gözətçisi Ənvər onu həmin əraziyə buraxmamış və bildirmişdir ki, müdiriyyətləri əraziyə girilməsinə icazə vermir. Bu hadisə 2022-ci ilin iyun ayında baş vermişdir. İddiaçı aqrobağını suvarmaq üçün motora yanacaq aparırdı. Belə olan halda o, müdiriyyətinə zəng etmişdir, ona bildirmişlər ki, geri qayıtmalıdır. O, rəhbərinin ona dediyini həyata keçirir. Hal-hazırda da orada işləyir. İddiaçı ilə, 13 saylı Bərdə X102 Mərkəzi ilə onun ədavəti yoxdur. O, dava görməmişdir. X36 məhkəmə iclasında (xx.xx.2024-cü il tarixdə) bildirdi ki, tərcüməçiyə ehtiyacı yoxdur, 26 ildir ki, Azərbaycan Respublikasında yaşayır, Bakıda restoran işlədir. Nümayəndə onun dostunun dostudur. Asif onun 25 illik dostudur. Asif ona bir dostuna meyvə ağacları lazım olduğunu bildirmişdir. O da sonuncuları türk dostu ilə əlaqələndirmişdir. O, sonuncuların bir-biri ilə tanış olmasına vasitəçilik etmişdir. Onlar da öz aralarında danışıb, razılığa gəlmişlər. Ağaclar Bakıya gətirilmiş, oradan da Bərdəyə aparılmışdır. Ağacların Bərdəyə kimi gətirilməsində iştirak etməmişdir, sadəcə danışıqlarda iştirak etmişdir. xx.xx.2024-cü il tarixdə yazdığ ərizənin doğruluğunu təsdiq edir. O, yuxarıda qeyd etdiyi şəxsləri tanış etmişdir. Sonuncular onun kafesində əyləşib söhbət etmişlər. Qoz ağaclarının qiymətini təxminən 20 manata, fındıq ağaclarının qiymətini təxminən 5-6 manata razılaşmışlar. Satan adamın adına Hacı Dərviş deyirlər. Türkiyə Respublikasından ağac satır. Hacı Dərviş pulu İslamdan almışdır. Həmin puldan ona heç nə çatmayıb, sadəcə vasitəçilik etmişdir. X77 yaşayır. Ərizə-izahatda ona görə «almışıq» yazmışdır ki, Hacı Dərviş burada yoxdur. Hacı Dərviş burada olsa özü şahid qismində gələrdi, heç onun gəlməsinə ehtiyac qalmazdı. Pulu o almamışdır, o, sadəcə həmin şəxsləri əlaqələndirmişdir. O, şahid olmuşdur ki, aralarında alğı-satqı münasibəti olmuşdur. İslam əvvəlcə 150.000 manat, daha sonra 205.000 manat ödəniş etmişdir. Onun yanında etdiyi ödənişin dəqiq miqdarını bilmir. İslamın bir borcu qalmayıb. X27 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə tanışlıq əlaqəsi var, dostudur. Təxminən 2019-cu ildə ona demişlər ki, bağ salacaqlar, onlara meyvə ağacı lazımdır. O, sonuncuları dostu Yamanla tanış etmişdir. İddiaçı tərəfi Yaman bəylə o tanış etmişdir. Pullar verilərkən özü də iştirak etmişdir. Qoz və fındıq ağacı gətirilmişdi. Qoz ağacı təxminən 4 mindən çox idi, amma fındıq ağacı lap çox idi. Qoz ağacını 20 manata, fındıq ağacını 5 manata razılaşmışdılar. Malı türkdən almışdı, adını xatırlamır. O, Mustafanı tanıyır. O, alğı-satqıda, mal gətirilində və pul veriləndə iştirak etmişdir. Hansı gömrük məntəqəsindən keçdiyini bilmir. Malı tır ilə gətirmişdilər. 2 tır hissə-hissə gəlmişdi. Ağaclar boşaldılan zaman orada idi. Ağaclar Bərdə rayonuna gətirilmişdir. O, ərizəsinə dünən qol çəkmişdir. X9 məhkəmə iclasında bildirdi ki, Nümayəndəgil ilə qonşu kəndlərdə olurlar. İddiaçı 2019-cu ildə onlara təklif etmişdir ki, bağlarını sulasınlar. Onda atasından ona qalan ərazini suvarmaq üçün su nasosu var. O, iddiaçı ilə qiymət razılaşıb, sahəsini sulamışdır. 2 il onların sahəsini hektarına 20 manatdan sulamışdır. Hər ay pulunu nəğd ödəmişlər. Ərazini təxminən 2019-2020-ci illərdə sulamışdır. Onlardan 10.000 manatdan çox pul almışlar. Yay aylarında suvarma daha çox olurdu. Özü şəxsən iştirak edirdi. Motorun yanacağını onlar təmin edirdi. Suyu Kürdən çəkib sulayırdılar. Qoz və fındıq ağaclarını sulamışdır. Ağacları tırdan onlar boşaldıb əkmişlər. Onların fəhlələrin də hamsının pulunu ödəmişdir. X21 məhkəmə iclasında bildirdi ki, İddiaçı aqrobağında traktorla yer şumlamışdır. Hektarını 50-60 manata şumlamışdır. Məbləği nağd şəkildə almışdır. Borcları qalmamışdır. Pulu özü də, qardaşı da vermişdir. Ərizəni təsdiq edir. Şumu 60 manata, keşkəli 30 manata, arxı 30 manata açmışdır. Ondan başqa 3 traktorçu olmuşdur. Adı Fəxrəddin idi. X3 məhkəmə iclasında bildirdi ki, 2019-cu ildən aqrobağda şum sürmüşdür. 2022-ci ilin may ayından ona təzyiq göstərmişlər ki, ağrobağdan çıxsın. Aqrobağ Bük meşəbəyliyində yerləşir. 2019-cu ildən 2022-ci ilədək orada işləmişdir. Təzə müdir gələndən sonra gözətçilər ona demişlər ki, müdir icazə vermədiyi üçün buradan çıxmalıdır. O, həmin vaxtdan oradan çıxmışdır. Gözətçilərin adları Zahir, Sədulla və Elşən idi. Daha sonra o, son vaxtlarda, yəni bu ilin may ayında yenə sahəni şumlamışdır, ancaq onu ərazidən çıxartmışlar. Hektarını 60 manata iş görmüşdür. Malanı 30 manata, keşkəli 20 manata, şumu 60 manata etmişdir. Aqrobağda işləyəndə gözətçilər Zahir və Elşən ona demişlər ki, Cavabdeh2 buradan çıxmasını istəyir və onu oradan çıxarmışlar. İddiaçı tərəf hətta videoçəkiliş də etmişdir. Zahir, Sədulla, Elşən demişlər ki, oradan çıxsın. X32 məhkəmə iclasında bildirdi ki, Məmiyevgili sakin kimi tanıyır. 5 ildir ki, meşəbəyi vəzifəsində işləyir. Aqrobağ olan yerdə təxminən 8 ay işləmişdir. Cavabdeh2 ona həmin ərazidə texnika işlətməyə icazə olmadığını demiş, o bu barədə İddiaçı bildirmiş, sonuncu isə texnikanı çıxartmışdır. Texnikanın çıxarılması ona bir dəfə deyilmiş, o da çıxartmışdır. Arayış təqdim edə bilməmişlər. Əlavə su nasosları olmayıb. Akt tərtib edəndə orada olmamışdır. Orada aqrobağ olub. Ondan əvvəl Ənvər müəllim meşəbəyi olmuşdur. Cavabdeh2lə heç bir problemi olmayıb. X4 məhkəmə iclasında bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyinin X212 X50 sektorunun müdiri vəzifəsində çalışır. Sözügedən əraziyə yenidən xx.xx.2023-cü il tarixdə baxış keçirmişlər və müəyyən etmişlər ki, ağacların qurumasına səbəb aqrobağın suvarılmamasıdır. Belə ki, ağac xəstə olarkən ovxalanıb tökülür. Lakin bu aqrobağdakı ağac qalıqlarında bu halı müşahidə etməmişdir. Aqrobağ 01 iyundan 11 avqustadək suvarılmamışdır. Həmin dövrdə ağacların 2 yaşı var idi. Nar ağacı susuzluğa dözümlüdür, lakin qoz və fındıq ağacı nəm sevən ağaclardır. Həmin ağaclar həftədə 1 dəfə, 10 gündən bir sulanmalı idi. Bu səbəbdən nar ağacı qurumamış, lakin fındıq və qoz ağacı qurumuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə aqrobağa hərtərəfli baxış keçirmişlər. Ağaclar düzgün əkilmiş, onlara aqro-texniki qulluq edilmişdir. Aqrobağın gözətçisi bildirmişdir ki, aqrobağa qısa müddət ərzində nasos qoyulmuş, suvarılmışdır. Bu səbəbdən 1800 ədəd qoz ağacı qurumamışdır. Ağaclar 2019cu ildə əkilmişdir. Fındıq ağacı 5 il sonra, qoz ağacının bu sortu 3 il sonra bar verə bilir. Bir sözlə, ərazidə ağacların qurumasına səbəb aqrobağın suvarılmaması olmuşdur. 1 ha aqrobağın əkilməsinə nə qədər pul lazımdır sualına cavab olaraq qeyd edir ki, bu, torpağın kateqoriyasından aslıdır. 1 ha aqrobağın əkilməsinə, suvarılmasına və digər məsələlərə təxminən 22.000 manat pul lazımdır. Ağacın calaqdan aşağısı qurumayıb, bu hal nəyə görə yaranıb sualına cavab olaraq bildirir ki, toxum stresə düşdükdə, yəni suvarılmadıqda öz kökünə qayıdır, cırlaşma prosesi gedir. Aqrobağa baxış keçirdikdə meşə gözətçisi orada olmuşdur. Əmtəəşünaslıq üzrə mütəxəssis X134 məhkəmə iclasında bildirdi ki, 2021-ci ildən ixtisası üzrə işləyir. İddiaçı İslam oğlu dəymiş ziyanın müəyyən olunması üçün onlara müraciət edib. Onlara təqdim edilmiş bütün sənədlər əsasında qiymətləndirmə aparmışlar. Onlara 3 sualla müraciət edilib. 1-ci sual 49.5 hektar ərazidə əkilmiş 3192 ədəd Çanqler sortuna məxsus qoz ağacı və 23832 ədəd fındıq ağacının alınmasına, gətirilməsinə və qulluq olunmasına görə çəkilmiş xərc nə qədər edir? 2-ci sual 50 hektar sahədə əkilmiş 4200 ədəd Çanqler sortuna məxsus qoz, 23832 ədəd fındıq tinginin və ölkə ərazisindən alınmış 500 ədəd nar ağacının alınması və aqrotexniki qulluğa görə çəkilmiş xərc nə qədər edir? 3-cü sual İddiaçı İslam oğlunun icarəsində olan Bərdə rayonu Bük meşəbəyiliyində yerləşən 49.5 hektar bağ sahəsində əkilmiş 4200 ədəd Çanqler sortuna məxsus qoz və 23832 ədəd fındıq ağaclarından 2024-2030-cu illər dövründə nə qədər fayda əldə edilə bilər? Şükür Hüseynov və Vahid Allahverdiyevin iştirakı ilə birlikdə qiymətləndirmə aparmışlar. 1-ci sual üzrə dəymiş ziyan 516.623 manat təşkil edir. Ağacların alınması gətirilməsi və qulluq edilməsi üzrə 516.623 manat xərc çəkilib. 2-ci suala cavab olaraq hesablamışlar ki, ümumi nar ağaclarını da əlavə etməklə 542.056 manat müəyyən edilib. Əvvəlki qiymətləndirmə zərər dəymiş ağaclara görə, bu qiymətləndirmə isə ümumi çəkilmiş xərcə görə hesablanıb. 3-cü suala görə 4200 ədəd qoz ağacından 7 il ərzində 891.419 manat gəlir, fındıq ağaclarından isə 599.760 manat fayda əldə ediləcəkdi. İstehlak mallarının istehlak xüsusiyyətinin, cinsinin, çeşid eyniliyinin, keyfiyyətinin, ölçüsünün, əmtəənin hansı ölkədə istehsal edilməsinin, qiymətinin, saxlanma müddətinin, daşınmasının, satışının müəyyən edilməsinin, miqdarının, qablaşdırılmasının və ticarətin təşkil edilməsinin müəyyən olunması məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqat predmetinə aiddir. Xərclərə dair təqdim edilmiş sənədlərə əsasən internet resurslarından, baza məlumatlarından, bu işlə məşğul olan şirkətlərdən alınmış məlumatlara əsasən qiymətləndirmə aparılıb. Qiymətlər öyrənilib ortaq bir qiymət çıxarılıb. Qiymətləndirmə müqayisə metodu əsasında aparılır. Şirkətdaxili baza məlumatlarından da qiymətlər çıxarılıb. Ağacların olub-olmaması onun araşdırdığı predmetlərə daxil deyil, o, dəymiş ziyanı müəyyən edir. Onlara təqdim edilmiş məlumatlar əsasında əraziyə qulluq üçün nə qədər xərc çəkilə biləcəyini müəyyən etmişlər. Əraziyə baxmamışlar. Çanqler tipli qoz ağacının qiymətini 20 manat müəyyən etmişdir. Mustafa Yamanın verdiyi izahata görə qeyd etmişdir. İnternet resurslarından da maraqlanmışdır, türk saytlarından da araşdırıb ortaq qiymət çıxarmışdır. Daşınma xərcini də Mustafa Yamanın izahatından götürmüşdür. Əldən çıxmış faydanı hesablayarkən müəyyən etmişlər ki, 2024-cü ildən qoz ağacları bar verməyə başlamalı idi. 3192 ədəd qoz ağacından orta hesabla hər ağacdan 10 kiloqram məhsul götürülə bilərdi. O da 7 il müddətinə 891.419 manat fayda əldə edə bilərdi. Qozun kilosunu ortalama 4 manatdan hesablamışdır. Fındıq ağacının məhsuldarlığı 7-15 kiloqram arasında dəyişə bilir. Aqrotexniki sahədə təhsili yoxdur. Özünün fındıq bağı olduğu üçün fındıq ağacının nə qədər bar verə biləcəyini bilir. Müvafiq sualları vermişdir, o da məhsuldarlığın 6 kiloqramdan başlayaraq qalxacağını demiş, bu səbəbdən qulluğu ortalama nəzərə almışdır. Ona görə də, 10 kiloqram nəzərdə tutmuşlar. Məhv olma ehtimalı yoxdur. Ağaclar böyüməyə doğru gedir. X5 “Zoom” proqram təminatı (tətbiqi) vasitəsi ilə qoşulduğu məhkəmə iclasında bildirdi ki, 2013-cü ildən Məhkəmə Ekspertiza Mərkəzində işləyir. 2014-cü ildən ekspertdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmeti çox genişdir. Mahiyyəti üzrə suallar verilsə, cavablandıracaq. Qoz və fındıq ağaclarının alınması, gətirilməsi, aqrotexniki qulluğa görə çəkilən xərclərin müəyyən olunması ilə bağlı qoyulan sualla bağlı deyə bilər ki, ağaclar hardan alınır, hansı ölkədən gətirilir, necə gətiriləcək, necə icazə alınacaq onların predmetə aid deyil. Onlar ölkə ərazisində satışı olan tinglərin qiymətləndirilməsini apara bilirlər. “Tap.az” İnternet saytında olan qiymətlər, mağazalarda olan satış qiymətləri müəyyən olunur, onlar əsasında ortaq qiymətlər çıxarılır. Rəydə də “Tap.az” saytında yerləşdirilən qiyməti yerləşdirmişlər. Amma ağaclar haradan alınıb, haradan gətirilirsə, onlar onu müəyyən edə bilmirlər. Onlar xaricdən alınıb gətirilən mallarla bağlı çəkilən xərcləri müəyyən edə bilmirlər. Aqrotexniki qulluğa görə çəkilən xərclər də aqronomun predmetidir. Onların tədqiqat sahələrinin predmetinə aid deyil. İş materiallarında qozun adı Chandler yazılıb. O da internet resurslarından araşdırıb 5 illik ağacın deyil, tinglərin qiymətini müəyyən edib rəy vermişdir. Ağaclar onsuz başqa yerdə əkiləndə budanır, ilkin vəziyyətdə satılır. Qeyd olunan məsələ onların predmeti deyil. Mühasibat ekspertizasının predmetidir. Onun işi ağac tinglərinin qiymətini müəyyən etməkdir. 25-40 manat qeyd edilməyib. 6.5 manata sertifikatsız, 12.5 manata da sertifikatı olanların qiyməti qoyulmuşdu. O da iddiaçı tərəfin Türkiyədən gətirdiyi üçün sertifikatı olanın qiymətini götürmüşdür. O 3 ədəd saytla danışmışdır. Onu ona görə yazmışdır ki, gedib əraziyə baxmamışdır ki, neçə ağac var, ağac hansı sortdur. O, iş materiallarında olan ağac saylarına və adına görə araşdırıb qiymət vermişdir. 7 manata fındıq satıldığını indi tərəfdən eşidir. Həmin qiymətə fındıq görməmişdir. O, qiymətləri tam obyektiv yazmışdır. Onun danışıqları qeyd edilir. O deməmişdir ki, alınması, daşınması xərclərini aqronom müəyyən edir. O, demişdir ki, aqrotexniki qulluqla bağlı məsələlər aqronomun sahəsidir. Həmin sahə üzrə ekspert qiymətləndirə bilər. O, öz yazdığını bilə bilər. Aqronom nə qədər qiymət qoyub, onun haqqında nəsə deyə bilməz. Tələb və təklif əsasında formalaşan qiymətlər əsasında ortaq qiymət çıxartmışdır. Satış yerlərində olan qiymətlərin ortasında bir qiymət vermişdir. Bunun üçün dövlət reysterində olan heç bir metodika yoxdur ki, ondan istifadə etsinlər. İddiaçı tərəf qanunda qeyd edilən hüquqlarını tələb edə bilər. İddiaçı tərəfin hansı rəydən danışdığı deyə bilməz. Burada ağaclar ting kimi yazılıb, onlar da ona uyğun qiymətləndirmə aparmışlar. Məhkəmə ekspertiza mərkəzinin təlimatında da qeyd edilir ki, ekspert rəy verərkən öz zəruri biliyinə və ya mütəxəssis arayışına görə rəy verir. Bu iş mürəkkəb işdir. Ağacların haradan alınıb gətirilməsi onun xidməti predmetinə aid deyil. Əmtəəşünasın mütəxəssis rəyinə əsaslanıb rəy verib-verməməsinə görə onu mühakimə etmək olmaz. Başqa bir əmtəəşünas arayışı mötəbər sənəd hesab edib, onun əsasında rəy verə də bilər, verməyə də bilər. Əgər mütəxəssis arayışı mötəbər sənəddirsə, məhkəmə onu sübut kimi qiymətləndirə bilər. O da nəyisə müəyyən edəndə mütəxəssis rəyinə əsaslanır. Ora tək gübrənin qiyməti deyil, hər ağaca gübrəni vermək üçün texnikadanmı, yoxsa əl əməyindənmi istifadə olunub o yazılmalı idi. Hər şey yazılmalıdır ki, onlar əsasında qiymətləndirmə aparsın. Şumlanmaya nə qədər, malalamağa nə qədər xərc çəkilir, hamısı bir-bir yazılmalı idi. Ola bilər ki, mütəxəssis gedib yerində baxıb standart qiymət yaza bilər ki, 10 min manat xərc tələb olunur. Amma sonra ondan ətraflı məlumat istəyəndə göstərməlidir ki, hara, nə qədər xərclənib. Həmin ixtisas üzrə mütəxəssis hər birini ayrıca qiymətləndirməli idi. O, təkcə gübrəni qiymətləndirsə idi, deyəcəkdilər ki, dərmanlamanı, şumlamanı, malalamanı niyə hesablamamışdır. O, sualları təkrar-təkrar cavablandırmalı deyil. Aqrotexniki qulluqla bağlı xərcləri həmin sahənin mütəxəssisi müəyyən edir. Əmtəəşünasın predmetinə aid deyil. Qiymətləndirməni necə apardığını əvvəlcədən də cavablandırmışdır. Dizel yanacağının qiyməti ilə bağlı sual qoyulsa idi ki, hansı tarixdə bu qədər yanacaq qiymətləndirilsin, onda qiymətləndirmə aparardı. İş materiallarında olan bütün yazılanların hamısınını o cavablandırmalı deyil. Sualların əksəriyyəti mahiyyəti üzrə deyil. O, iddiaçını başa düşür, amma bu, əmtəəşünasın işi deyil. Fındığın kolu 10 qəpikdən başlayır. Fındıq 10 qəpikdən başlayır. O, hansı qiymətləri müəyyən etmişdirsə, onu da qeyd etmişdir. Sortu nəzərə almamışdır qiymətləndirmə aparanda. Orta keyfiyyətli fındıq ağacı üzrə qiymətləndirmə aparmışdır. Bunu cavablandırmaq onun predmetində deyil. Bəlkə başqa ekspert başqa qiymətləndirmə aparar, amma o, müəyyən etdiklərinə uyğun qiymətləndirmə aparmışdır. İddiaçı tərəf saytla bağlı dələduzluq olub-olmaması barədə aidiyyatı orqanlara müraciət edib məlumat verə bilər. Əgər ağac alınıb əkilməyibsə bilə bilməzlər ki, həmin adam dələduzdur, ya yox. Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarının rəylə əlaqəsi yoxdur. Qoz və fındıq ağacının bitişi barədə verilən sual mahiyyəti üzrə deyil. Ağac satışı məntəqələrində standart qiymətləndirmə yoxdur ki, deyələr neçə faiz bitir. 90 faiz də ola bilər, 95 faiz də ola bilər. Ağaclar dibçəkdə satılır, fındıqlar dibçəksiz olur. İddiaçının nümayəndəsinin dediklərinin, yəni o qiymətə Chandler ağacı olmaması, 1 manata onun dediyi fındıqdan nə qədər desə ala bilər kimi ifadələrin məhkəməyə aidiyyatı yoxdur. İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin xx.xx.2019-cu il tarixli 27/M- 351 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı İslam oğlunun Bərdə Regional X74 ərazisindən aqrobağ salmaq məqsədi ilə 50 ha torpaq sahəsinin icarəyə verilməsinə köməklik göstərilməsi barədə Ekologiya X213 Nazirliyinə ünvanladığı müraciətə Meşələrin İnkişafı Departamentində yaradılmış müvafiq komissiya tərəfindən baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, sözügedən ərazidə meyvə bağlarının salınması üçün görüləcək işlərin plan-layihəsi (biznes-plan) Nazirliyə təqdim edildikdən sonra ərizəçinin müraciətinə baxılacaqdır. - Biznes-plandan görünür ki, aqrobağın salınması ilə əlaqədar İddiaçı İslam oğlunun adına aidiyyəti üzrə təqdim edilməsi üçün ətraflı biznes-plan tərtib edilmişdir. - Bərdə RMTM-nin 14 iyun 2019-cu il tarixli 318 saylı məktubundan görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun ETSN-ə aqrobağın salınması ilə əlaqədar müraciətinə Mərkəz tərəfindən baxılmışdır. Baxış zamanı məlum olmuşdur ki, göstərilən 50 ha ərazi Bük meşə sahəsinin 24-22 saylı kvartalına aid, meşə bitkiləri ilə örtülü olmayan açıq sahədir və orada gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmamışdır. Göstərilən 50 hektar sahənin uzunmüddətli icarəyə verilməsi məqsədə uyğundur. - Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə xx.xx.2019-cu il tarixli 06 saylı müqavilədən görünür ki, İddiaçı İslam oğlu ilə Bərdə RMTM arasında Bük meşəbəyliyinin 22 və 24-cü kvartalının aidiyyatı bölməsindən 50 hektar meşə bitkiləri ilə örtülü olmayan sahənin 15 il müddətinə icarəyə götürülməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 5.1 və 5.2-ci bəndlərində (Yekun müddəalar) mübahisələrin həll edilməsi qaydası təsbit olunmuşdur. Mübahisələr yarandıqda danışıqlar yolu ilə, mübahisə bu qaydada öz həllini tapmasa məhkəmə qaydasında həll edilməlidir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı İslam oğlunun Bərdə şəhəri Bərdə rayon inzibati ərazisində yerləşən, Meşə fondu torpaqlarından 50 ha torpaq sahəsi üzərində 15 il müddətinə icarə hüququ (xx.xx.2019-xx.xx.2034) daşınmaz əmlakın dövlət reyestrində 171 saylı reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli 006282 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin baş aqronomu Babaşov Tofiq Famil oğlu, Bərdə RMTM-nin meşə uçotu və kadastr üzrə baş mühəndisi X85, Bərdə meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi X99, Oğlanbaba meşəbəyliyinin meşəbəyisi X82, Oğlanbaba meşəbəyliyinin meşəbəyi köməkçisi X146, Oğlanbaba meşəbəyliyinin meşə gözətçisi X97, meşə gözətçisi X41 iştirakları ilə aktı ona görə tərtib etmişlər ki, Bərdə rayon Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun iştirakı ilə Bərdə RTMT-nin direktorunun 15 iyul 2021-ci il tarixli 70 saylı əmrinə əsasən İddiaçı İslam oğluna xx.xx.2019-cu il qeydiyyat N-si 69 saylı müqavilə əsasında aqrobağ salınması üçün Oğlanbaba meşəbəyliyinin 22 və 24-cü kvartallarından verilmiş 50 hektar əraziyə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, icarəyə götürülmüş ərazinin 20 hektarı qoz, 22 hektarında fındıq tingləri əkilmişdir. 8 hektar isə şumlanmış, əkilməmiş kimi qalmışdır. Əkilmiş fındıq tingləri tamamilə qurumuşdur. Qoz tingləri standarta uyğun deyil, aqrotexniki qaydalara riayət olunmur, cərgə aralarında 24 hektar bostan və 7 hektar yonca əkilmişdir. xx.xx.2021-ci ildə Bərdə meşəbəylikləri üzrə meşə əkini mühəndisi İsmayılov Soltan, baş aqronom Babaşov Tofiq, Oğlanbaba meşəbəyliyinin meşəbəyisi Hacıyev Vuqar və meşəbəyi köməkçisi Qarayev Asim həmin ərazidə araşdırma apararkən İddiaçı və atası Nümayəndə əməkdaşları nalayiq söyüşlərlə təhqir edib onları ərazidən uzaqlaşdırmışlar. İdarənin meşə uçotu və kadastr üzrə baş mühəndisi X54 tələb etmişlər. xx.xx.2021-ci il tarixdə müəssisənin əməkdaşları yenə həmin əraziyə getmişlər. İddiaçı və atası Nümayəndə təkrarən əməkdaşları nalayiq söyüşlər və sözlərlə təhqir etmiş, kadastr üzrə baş mühəndisə hücum çəkmiş, əlindəki ağacla ona xəsarət yetirmək istəmişdir. Lakin əməkdaşlar mane olmuşlar. Kadastr üzrə baş mühəndis DİN-in 102 qaynar xəttinə və ETSN-nin 168 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Müəssisənin Oğlanbaba meşəbəyliyində dövriyyədə olan meşə əkinlərinin suvarılmasına maneə yaradır. Meşə ərazisində İddiaçı ferma yaratmış və özünə məxsus 200 başa yaxın xırdabuynuzlu malqara saxlayır, ərazidə qeyri-qanuni xəndəkləmə işləri aparmışdır. İddiaçı və atası Nümayəndə 50 hektardan əlavə olaraq 24 hektar zəbt edərək öz məqsədləri üçün istifadə edir. Onların məqsədi icarəyə götürdükləri ərazidə aqrobağ yetişdirmək yox, bostan, tərəvəz və yonca əkib becərməkdir. Bütün bunları nəzərə alaraq, İddiaçı İslam oğlu ilə bağlanmış müqaviləyə xitam verilməsi məqsədə uyğundur. Akta müəssisənin əməkdaşlarının izahatları və fotoşəkillər əlavə olunur. - Aqrar Xidmətlər Agentliyinin X103 xx.xx.2021-ci il tarixli analiz nəticələrindən görünür ki, İddiaçı İslam oğlunun sifarişi əsasında torpaq nümunələri götürülmüş və analizi aparılmış, nəticələri qeyd olunmaqla müvafiq cədvəldə göstərilmişdir (qoz və nar ağacları ilə bağlı). - xx.xx.2021-ci il tarixli Ağdaş rayonu X153 edənlər Birliyi ilə su istifadəçiləri arasında suvarma suyunun verilməsi üzrə 02 saylı müqavilədən, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli Azərbaycan Meliorasiya və ASC-nin su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları arasında suvarma suyunun verilməsi üzrə müqavilələrdən görünür ki, Məmmədov Rəşad İslam oğlu ilə aidiyyatı su təsərrüfatı istismar təşkilatı ilə aqrobağın suvarılması üçün şərtlər müəyyən edilməklə, müqavilələr bağlanmış, hər müqavilə müqavilədə nəzərdə tutulan dövrü əhatə etmişdir. - 2779160, 2741518, ******* saylı əkin bəyanlarından görünür ki, 0,5 ha sahədə 500 ədəd nar ağacı, 29,5 ha sahədə 4200 qoz ağacı, 20 ha sahədə 11232 ədəd fındıq ağacları ilə bağlı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə əkin bəyanları verilmişdir (hesab tarixi xx.xx.2022-ci il). - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı İslam oğlunun fındıq bağına əkin subsidiyasının verilməsi barədə müraciətinə baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X108 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydaların 3.8, 2.2-ci bəndlərinə istinad edilərək, X109 2020-ci il 9 dekabr tarixli müvafiq qərarının 10-cu bəndinə əsasən Bərdə rayonu üzrə fındıq bitkisinin əkin əmsalı 0a bərabər qəbul edildiyi üçün EKTİS vasitəsi ilə bəyan etdiyi 20 hektar fındıq bağına görə ona subsidiya hesablanmasının mümkün olmadığı bildirilmişdir. - Aqrar Xidmətlər Agentliyinin X103 xx.xx.2022-ci il tarixli analiz nəticələrindən görünür ki, İddiaçı İslam oğlunun sifarişi əsasında torpaq nümunələri götürülmüş və analizi aparılmış, nəticələri qeyd olunmaqla müvafiq cədvəldə göstərilmişdir (fındıq ağacları ilə bağlı). - Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin xx.xx.2022-ci il tarixli 245/k saylı əmrindən görünür ki, X198 X58 meşəbəylikləri üzrə baş mütəxəssisi X68 həvalə edilmiş həmin Mərkəzin direktoru vəzifəsinin icrası 11 mart 2022-ci il tarixdən dayandırılmış, Cavabdeh2 14 mart 2022-ci il tarixdən həmin Mərkəzin direktoru vəzifəsinə 6 ay müddətinə təyin edilmişdir. - xx.xx.2022-ci il tarixdə tərtib olunmuş (Bərdə RMTM-nin Qarxun meşəbəyliyində) aktda qeyd olunmuşdur ki, aktı tərtib edən şəxslər tərəfindən ETSN-in xx.xx.2022-ci il tarixli 245/K saylı əmrinə əsasən Bərdə RMTM-də direktor dəyişikliyi ilə əlaqədar Mərkəzin xx.xx.2022-ci il tarixli 10 saylı əmrinə əsasən Bərdə RMTM Qarxun meşəbəyliyində təhvilqəbul işləri aparılmışdır. Təhvil-qəbul zamanı meşə fondunda meşələrin qorunub mühafizə olunması, dövriyyədə olan meşə əkinlərinin tinglərinin, bağların vəziyyəti, mal-qara otarılması və saxlanılması, qanunsuz kənd təsərrüfatı bitkilərinin əkilməsi və zəbt etmə halları araşdırılarkən aşağıdakılar müəyyən edilmişdir: Qarxun meşəbəyliyinin ümumi ərazisi 2422 hektar olmaqla 5 meşə dolayından və 15 meşə kvartallarından ibarətdir. Meşəbəyliyin meşə dolaylarının qorunub mühafizə olunması vəziyyəti Mərkəzin xx.xx.2022-ci il tarixli 15 saylı əmrinə əsasən növbəti yaz təftişində məlum olacaqdır. Qarxun meşəbəyliyində dövriyyədə 234,4 ha meşə əkinləri mövcuddur. Meşə əkinlərinin vəziyyəti cədvəl şəklində aktda göstərilmişdir. - Bərdə Regional X74 xx.xx.2022-ci il tarixli 279 saylı məktubundan görünür ki, direktor Cavabdeh2 Ağdaş SSİ-nin rəisi Əhliman Hacıyevə müraciət edərək, X73 ərazisində ehtiyac olmayan su dartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli 001316 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, mərkəzin meşə əkinləri üzrə baş mühəndisi Şikar Məhərrəmov, mərkəzin meşə uçotu və kadastr üzrə baş mühəndisi Rəhim Mehtiyev, mərkəzin tinglik üzrə baş mütəxəssisi Füzuli Bağırov, mərkəzin Bərdə meşəbəyliyinin meşəbəyisi Müşviq Camalov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Bük meşəbəyliyinin 13 saylı meşə dolayısının meşə gözətçisi Elşən Bayramov, meşəbəyliyin 12 saylı meşə dolayısının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin 11 saylı meşə dolayısının meşə gözətçisi Zahir Mahmudov aktı ona görə tərtib etmişlər ki, mərkəzin direktorunun göstərişinə əsasən Bük meşəbəyliyində Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna xx.xx.2019-cu il tarixli 69 saylı müqavilə ilə 15 il müddətinə verilmiş 50 hektar aqrobağa baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, bütün ərazini alaq və qamışlıq basmış, sahənin içərisində heç bir ting görünmür, heç bir əl ilə xidmət aparılmamışdır. Ancaq sahənin çox alaqlı, heç bir mexaniki xidmət aparılmadığından sahənin içərisinə girmək mümkün olmadı, qıraqdan görünən hissələrində əkilmiş fındıq tingləri tam qurumuşdur. Lakin bir yerdən orada aqrobağ kimi əkilmiş bir neçə qoz tingləri görünürdü. Sahə çox alaqlı olduğundan həmin sahəni ölçmək olmadı. Həmin sahə təxminən 7-10 hektar olar. Qalan sahədə başqa meyvə tinglərinə rast gəlinmədi, bütün tinglər qurumuşdur. Ancaq buna baxmayaraq, aqrobağın ərazisində və aqrobağın sahəsindən kənarda müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilməsi məlum oldu. 3 hektar yonca, 5 hektar arpa, 20 hektar bostan əkilmişdir (meşə gözətçilərinin izahatları əlavə olunur). Aqrobağa baxış zamanı icarəçi İddiaçı İslam oğlu özünün şifahi deməsinə görə işi olduğuna görə onlarla araşdırmadan heç bir səbəb olmadan imtina etmişdir. Ona görə də araşdırma, baxış onun iştirakı olmadan aparılmışdır. Ancaq o iştirak etməsə də, axıra kimi o sahədə olmuşdur. Bundan başqa, icarəsi ona verilmiş 50 hektar sahədən başqa 34 hektar meşə sahəsini zəbt etməsi və özünün 200 baş xırda buynuzlu malqarasını qanunsuz şəkildə meşə sahəsində saxlaması məlum oldu (meşə uçotu və kadastr üzrə baş mühəndisin izahatı əlavə olunur). İcarəçi müqavilə şərtlərinin pozulması, yerinə yetirilməsinə ciddi riayət etməməsi müəyyən olundu. Belə ki, yanğın əlehinə heç bir tədbir görməmişdir, sahədə çox alaqlı olduğundan yanğın təhlükəsi yarandığı məlum oldu. - xx.xx.2022-ci il tarixli 001317 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, mərkəzin tinglik üzrə mütəxəssisi Füzuli Bağırov, mərkəzin dövlət uçotu və kadastrı üzrə baş mühəndisi Rahim Mehtiyev, mərkəzin yeni yaradılmış Bük meşəbəyliyinin meşəbəyisi Ənvər Hümbətov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Oğlanbaba-Bük meşəbəyliyinin sabiq meşəbəyi köməkçisi Asim Qarayev, Bük meşəbəyliyinin 3 saylı meşə dolayısının meşə gözətçisi Elşən Bayramov, Bük meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin 1 saylı meşə dolayısının meşə gözətçisi Zahir Mahmudov aktı ona görə tərtib etmişlər ki, mərkəzin direktorunun 12 may 2022-ci il tarixli 25 saylı əmrinə əsasən, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli 171/Ü saylı əmri ilə Oğlanbaba-Bük meşəbəyliyinin bazasında yeni yaradılmış Bük meşəbəyliyinin, həmin meşəbəyliyə yeni təyin olunmuş meşəbəyisi Ənvər Hümbətovla aşağıdakı qaydada təhvil verilmişdir: 1. Yeni yaradılmış Bük meşəbəyliyinin ümumi ərazisi 1062,3 hektar olmaqla 3 meşə dolayısından ibarətdir. 1 saylı meşə dolayısının sahəsi 264,7 hektar, 2 saylı meşə dolayısının sahəsi 312,9 hektar, 3 saylı meşə dolayısının sahəsi 484,7 hektardır. 2. Meşəbəyliyin bütün təbii sərhədləri yeni təyin olunmuş meşəbəyi Ə.Hümbətova göstərildi. 3. Bük meşəbəyliyində 56,8 hektar meşə əkini mövcuddur. Bunlar aşağıdakı kimidir. 1) 2016-cı ilin yazı 1 hektar akasiya, 4 x 1 sxemində batıb, kv-22. 2) 2016-cı ilin payızı 4 hektar akasiya-iydə, 4 x 1 sxemində batıb, kv-22. 3) 2018-ci ilin payızı 7 hektar palıd-tut, 4 x 1 sxemində təzə bərpa edilib, kv-23. 4) 2018-ci ilin payızı 22 hektar nar, 5 x 4 sxemində, 16,5 h batıb, 5,5 ha bitişi 40 %, kv. 22. 5) 2018-ci ilin payızı 3 hektar nar, 5 x 4 sxemində, bitişi 40 %, kv-23. 6) 2019-cu ilin payızı 8 hektar akasiya-iydə, 4 x 1 sxemində, bitişi 40 %, kv-24, təzə bərpa edilib. 7) 2020-ci ilin payızı 4,8 hektar palıd-tutakasiya, 4 x 1 sxemində, bitişi 40 %, kv-24. 8) 2022-ci ilin yazı 2 hektar palıd 3 x 1 sxemində, bitişi payız inventarizasiya zamanı qoyulacaq. Beləliklə, meşəbəyilikdə olan 56,8 hektar meşə əkinindən 20,3 hektarı salamat qalmış, 36,5 hektarı hal hazırda bərpa edilmiş, 15 hektarına və qalan 21,5 hektarında sabiq meşəbəyi köməkçisi Asim Qarayev bərpa edib təhvil verəcək (akta meşəbəyi köməkçisi A.Qarayevin xx.xx.2022-ci il tarixli izahatı əlavə olunur). 4. Meşəbəyliyin ərazisində olan bütün kənd təsərrüfatı bitkilərinin ölçülüb qeydiyyata alınması yeni təyin olunmuş meşəbəyi Ə.Hümbətova həvalə edildi. 5. Meşəbəyliyin ərazisində olan aqrobağın təbii sərhədlərini göstərmək olmadı, bunun da səbəbi həmin ərazilərin mübahisəli olduğundan, çünki icarəçi əlavə yerlər zəbt etmişdir. Odur ki, təhvil-qəbul aktı tərtib etmişlər və meşəbəyi Ə.Hümbətovun öhdəsində olan keçmiş Qarxun meşəbəyliyi başqa meşəbəyliyə, yeni təyin olunacaq həmin sahəyə meşəbəyliyə təhvil verilənə kimi Ə.Hümbətovun öhdəsində qalmışdır. - xx.xx.2022-ci il tarixli 68235 saylı aktda qeyd olunmuşdur ki, Bərdə rayonu Şirvanlı kənd sakini Nümayəndə xx.xx.2022-ci il tarixli Ekologiya X213 Nazirliyinin 168 saylı qaynar xətt xidmətinə etdiyi İD14199 nömrəli müraciəti əsasında Bərdə RMTM-nin Bük meşəbəyliyinin ərazisində İddiaçı İslam oğluna məxsus 50 ha aqrobağ sahəsinə aktı tərtib edən şəxslər tərəfindən Bərdə RMTM-nin Bük meşəbəyliyinin meşə gözətçisi Zahir Mahmudovun və şikayətçi Nümayəndə iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı aqrobağın ərazisində əsasən fındıq, nar və qoz cinsindən olan ağacların, bostan və tərəvəz bitkilərinin, yonca əkinlərinin olduğunu müəyyən etmişlər. Məlum olmuşdur ki, aqrobağın suvarılması Kür çayından Ağdaş rayon Su-Meliorasiya İdarəsinin balansında olan su nasosları vasitəsi ilə suvarılır. Şikayətçi Nümayəndə onlara bildirmişdir ki, aqrobağın suvarılması ilə bağlı Ağdaş rayon Su-Meliorasiya idarəsi ilə müqavilə bağlamışdır. Nümayəndə şikayətində qeyd etdikləri ilə bağlı izahat verərək onlara bildirmişdir ki, Bərdə RMTM-nin direktoru Cavabdeh2 aqrobağın suvarılması üçün hər hektara 400 manat ondan pul istəmişdir və bunu etməyəcəyi təqdirdə aqrobağı ləğv etdirəcəyini bildirmişdir. Bundan başqa o, izahatında qeyd etmişdir ki, Cavabdeh2 həmin meşə ərazisində bostan və yonca əkinləri üçün torpaq sahələrinin müəyyən adamlara hər hektarını 400 manata satmışdır. Nümayəndə izahatında onu da bildirmişdir ki, meşə ərazilərində hal-hazırda heç bir narkotik tərkibli bitkilərin əkininə rast gəlməmişdir və o, Su- Meliorasiya İdarəsinə yenidən müraciət etdikdən sonra onun oğlu İddiaçı məxsus aqrobağa su verilmiş və o, hal-hazırda 4 gündür ki, aqrobağda normal şəkildə suvarma işləri aparır. Nümayəndə qaynar xəttə etdiyi şikayətində və onlara verdiyi izahatında Bərdə RMTM-nin diretoru Cavabdeh2 barəsində qeyd etdiyi məlumatlarla bağlı bildirdi ki, İddiaçı Bük meşəbəyliyində müqavilə ilə icarəyə götürdüyü 50 ha torpaq sahəsində aqrobağ yaradılmalı və müqavilənin şərtlərinə uyğun olaraq yalnız ağac və kol bitkiləri əkilməli idi. Lakin İddiaçı həmin şərtləri pozaraq aqrobağın ərazisində bostan, yonca və tərəvəz bitkiləri əkmişdir ki, bu da müqavilənin şərtlərinin pozulması deməkdir. Lakin buna baxmayaraq İddiaçı məxsus aqrobağın suvarılmasının qarşısının alınmasına görə Bərdə RMTM-nin rəhbərliyi tərəfindən heç kəsə göstəriş verilməmişdir və əgər İddiaçı Su- Meliorasiya İdarəsi ilə müqaviləsi varsa, suvarmanı həmin idarədən tələb etsin. Bundan başqa, bildirmişdir ki, meşə ərazisində heç bir narkotik tərkibli bitki əkilməyib və heç kəsdən meşə ərazisində torpaq sahəsinin əkin üçün verilməsinə görə pul tələb edilməyib. Yuxarıda qeyd edilənlərlə bağlı həmin ərazidə tərəflərindən çəkilmiş fotoşəkillər, alınmış izahatlar və Bərdə RMTM-nin xx.xx.2022-ci il tarixli 312 saylı məktubu akta əlavə edilmişdir. - 9 saylı Regional Ekologiya X213 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Nümayəndə ETSN-nin «Qaynar xətt» xidmətinə «oğlu İddiaçı adına Kür çayının sol tərəfində 50 ha aqrobağın olduğu, aqrobağa Bərdə RMTM-nin rəhbərliyi tərəfindən su verilməməsinə göstərişin verilməsi və digər məsələlər» ilə bağlı xx.xx.2022ci il tarixli müraciəti həmin İdarənin əməkdaşları tərəfindən Nümayəndə iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma müddətində Nümayəndə izahatında Bərdə RMTM-nin direktoru Cavabdeh2 aqrobağın hər hektarının suvarılmasına görə 400 manat pul istədiyini və bunu etməyəcəyi təqdirdə aqrobağı ləğv etdirəcəyini dediyini, Cavabdeh2 tərəfindən meşə ərazisində bostan və yonca əkinləri üçün torpaq sahələrini müəyyən adamlara hər hektarına 400 manata satdığını, hal-hazırda meşə ərazisində heç bir narkotik tərkibli bitkilərin əkilməsi hallarına rast gəlmədiyini, Su Meliorasiya İdarəsinə müraciət etdikdən sonra aqrobağa su verildiyini və aqrobağın 4 gündür ki, normal suvarıldığını bildirmişdir. İdarənin əməkdaşları tərəfindən şikayətdə qeyd edilən Bərdə RMTM-nin Bük meşəbəyliyinin 11 saylı dolayının 22 və 24-cü meşə kvartallarına keçirilmiş baxış zamanı müqavilə əsasında oğluna verilmiş aqrobağın ərazisində fındıq, nar kollarının, qoz cinsinə mənsub ağacların, bostan və tərəvəz bitkilərinin və yonca əkinlərinin olduğu müşahidə edilmişdir. - Bərdə RMTM-nin xx.xx.2022-ci il tarixli 40 saylı əmrindən görünür ki, X75 50 hektar aqrobağ salınması üçün bağlanmış xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsinin 4.1.1, 4.1.2, 4.1.5, 4.1.7-ci bəndlərinin şərtləri pozulduğuna görə Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ilə bağlanmış xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi ləğv edilmişdir. - Bərdə RMTM-nin mühafizə mühəndisi əvəzi Camalov Müşfiq tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli məlumatda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə RMTM-nin Bük meşəbəyliyində mövcud olan mədəni meşə əkinlərinin vəziyyətini bilmək, meşəbəylik ərazisində olan bostan-tərəvəz bitkilərinin hektarını ölçmək məqsədi ilə RMTM-nin mühafizə mühəndisi Gürşad Əmirov, Bük meşəbəyliyinin meşəbəyisi Ənvər Hümbətov, Bük meşəbəyliyində fəaliyyət göstərən meşə gözətçisi Elşən Bayramov, Sədulla Rüstəmov, Zahir Mahmudov, 6 saylı ərazi nəqliyyat idarəsinin ** AA *** dövlət qeydiyyat nişanlı «Niva» markalı maşının sürücüsü Vüqar Məmmədov yazdıqlarına şahiddirlər ki, Bük meşəbəyliyində məskunlaşmış İddiaçı, əmisi oğlu Məmiyev Dilafət, Rəşadın qohumu Aydın adlı şəxslər onların vəzifə səlahiyyətlərini yerinə yetirmələrinə maneə törətmişlər, onları təhqir etmişlər, şəxsi telefonları ilə çəkiliş aparmışlar. RMTM-nin rəhbəri barəsində şər-böhtan xarakterli sözlər danışmışlar. Onlara və RMTM-nin rəhbərinin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişlər. Yuxarıda adları çəkilən şəxslərə Gürşad Əmirov və o, dəfələrlə etdikləri əməllərə irad tutsalar da, onlara əhəmiyyət verməyib çirkin hərəkətlərindən, icazəsiz çəkiliş aparmalarından əl çəkməyiblər. RMTM-nin rəhbərliyindən xahiş etmişdir ki, bütün bu yazdıqları araşdırılsın, vəzifə səlahiyyətlərini həyata keçirməkdə olan onları təhqir edən bu şəxslərin barəsində ciddi tədbir görülsün. - Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin xx.xx.2022-ci il tarixli 5/Kd- 323-13 saylı məktubundan görünür ki, İddiaçı İslam oğlunun və Nümayəndə Ekologiya X213 nazirinin xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində səyyar qəbulu zamanı təqdim etdikləri Bərdə RMTM-nin əməkdaşları və direktoru tərəfindən təzyiqlərə məruz qalmaları və onlardan rüşvət tələb edilməsi və meşə fondu ərazilərinin vətəndaşlara qanunsuz satılması ilə bağlı şikayət ərizələrində göstərilənlər onların iştirakları ilə araşdırılmışdır. Araşdırma zamanı Bərdə RMTM-nin xidməti ərazisində vətəndaşlar tərəfindən meşə fondu ərazilərinin zəbt edilərək kənd təsərrüfatı bitkilərinin əkildiyi faktı təsdiqini tapmışdır. Hazırda zəbt edilən ərazilərin dəqiqləşdirilməsi işlərinin aparılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Qanunsuz zəbt edilən meşə fondu əraziləri müəyyən edildikdən sonra təqsirkar şəxs (şəxslər) barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. Bərdə RMTM-nin direktoru və vəzifəli şəxslərinin onlardan hədə-qorxu ilə rüşvət tələb etməsi ilə bağlı qaldırdıqları məsələnin araşdırılması Nazirliyin səlahiyyətləri daxilində deyildir. Aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunmuşdur. - Bərdə Regional X74 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu X75 Meşə fondu torpaqlarında aqrobağ salmaq məqsədi ilə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi ilə 50 ha torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçı müqavilə şərtlərini pozduğu üçün Mərkəz tərəfindən xx.xx.2022-ci il tarixli 40 saylı əmrlə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı icarə müqaviləsinin Meşələrin İnkişafı Xidmətinin qeydiyyatından çıxarılması xahiş olunmuşdur. - Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bərdə RMTM-nin xx.xx.2022-ci il tarixli 26/46/d nömrəli məktubu, icarə müqaviləsinə Mərkəzin müvafiq əmri ilə birtərəfli qaydada xitam verildiyi və qeyd olunan məktubdakı müraciəti nəzərə alınaraq İddiaçı İslam oğlu ilə bağlanmış xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi qeydiyyatdan çıxarılmışdır. - Bərdə Regional X74 xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X75 meşə fondu torpaqlarında 50 ha sahədə aqrobağ salmaq məqsədi ilə İddiaçı İslam oğlu ilə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi bağlanmışdır. İddiaçı İslam oğlu tərəfindən müqavilə şərtlərinə əməl edilməyərək, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Bu səbəbdən, Mərkəzin xx.xx.2022-ci il tarixli 40 saylı əmri ilə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi ləğv edilmişdir. İcarə müqaviləsi ləğv edildiyi üçün İddiaçı İslam oğlundan həmin ərazini təcili boşaltması tələb olunmuşdur. - xx.xx.2022-ci il tarixli 001358 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin direktoru müavini (meşə mühafizəsi üzrə) Kamal Behbudov, mərkəzin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, mərkəzin kadastr üzrə baş mütəxəssisi Rəhim Mehtiyev, mərkəzin toxumçuluq üzrə baş mütəxəssisi Füzuli Bağırov, Bük meşəbəyliyinin 1 və 2 saylı meşə dolayısının meşə gözətçiləri Zahir Mahmudov, Sədulla Rüstəmov, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun iştirakı ilə aktı ona görə tərtib etmişlər ki, mərkəzin direktorunun şifahi göstərişinə əsasən Bük meşəbəyliyinin 22-ci meşə kvartalında 3 saylı meşə dolayısında qəfildən yoxlama aparmışlar. Yoxlama zamanı Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu özünün 160 baş xırda buynuzlu qoyun-quzusunu qanunsuz gətirib meşə sahəsində saxlayır və otarır və bunun nəticəsində meşəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən meşəyə ziyan dəymişdir. Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı xırda buynuzlu mal-qaranı saxlamaq üçün primitiv qaydada 1 ədəd yaşayış üçün qarğıdan dam, mal-qara üçün bir neçə tövlə tikmişdir. Meşədə qanunsuz mal-qara saxlaması və mal-qarasını meşə sahəsindən çıxarmaq barədə İddiaçı xx.xx.2022-ci il tarixli 28/27/99-043 saylı bildiriş göndərilmişdir. İddiaçı öz mal-qarasını, yəni qoyunquzusunu meşədə saxlamaqla və otarmaqla 5 hektar sahədə bütün təbii bərpanı, yeni yetməni məhv etmişdir. Ona bir daha özünün 160 xırda buynuzlu mal-qarasını meşə sahəsindən çıxarmaq barədə şifahi göstəriş verildi. - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli 05/12146- 22 saylı məktubunda qeyd olunmuşdur ki, Nümayəndə oğlu İddiaçı bir qrup şəxs tərəfindən döyülərək ağır dərəcəli bədən xəsarətləri alması və bununla bağlı araşdırmanın Ağdaş RPŞ-də qeyri-obyektiv aparılması barədə müraciətlərinə Respublika Baş Prokurorluğunda baxılmışdır. Nəzərə çatdırılmışdır ki, İddiaçı döyülməsi faktı ilə bağlı Ağdaş RPŞ-də toplanmış material tələb olunaraq nəzarət qaydasında Ağdaş rayon prokurorluğunda öyrənilmiş və material üzrə 26 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar bir sıra göstərişlərin icrası məqsədi ilə 16 dekabr 2022-ci il tarixdə rayon prokuroru tərəfindən ləğv olunaraq material üzrə əlavə araşdırmaya qaytarılmışdır. - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2023-cü il tarixli 43 saylı məktubunda qeyd olunmuşdur ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu xx.xx.2019-cu ildə Bərdə RMTM-yə məxsus Bük meşəbəyliyində aqrobağ məqsədi ilə uzun müddətli icarə əsasında torpaq sahəsi götürmüşdür. Həmin sahənin suvarılması keçmiş X143 İdarəsinə, indiki X121 İdarəsinə xidmət edən Ağzıbir SİB-lə bağlanmış müqavilə əsasında aparılırdı. Bərdə RMTM-nin direktoru Cavabdeh2 telefon zəngi və üzüzə söhbəti zamanı X168nə İddiaçı İslam oğluna məxsus aqrobağı suvarmaq üçün Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və onun icazəsi olmadan əraziyə texnikanın və suyun verilməsini qadağan etdiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, bununla əlaqədar idarənin daxili əmrini onlara göndərəcək. Bununla əlaqədar olaraq onlara xx.xx.2022-ci il tarixli məktubuna əsasən qeyd olunan ərazidən nasos stansiyasının götürülməsi barədə məktub göndərmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aqrobağa suyun verilməsi Bərdə RMTM-nin direktoru Cavabdeh2 01 iyun 2022-ci il tarixli əmrinə əsasən dayandırılmışdır. - Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin xx.xx.2023-cü il tarixli 3- 14/2-M-525-3/2023 saylı məktubundan görünür ki, Nümayəndə «Bərdə Regional X74 xidməti ərazisində meşə fondu torpaqlarının qanunsuz olaraq zəbt edilməsi, vətəndaşlara pul qarşılığında satılması və Mərkəzin rəhbərliyinin qanunsuz hərəkətləri» ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı şikayət ərizəsi araşdırılmışdır. Şikayət ərizəsində göstərilənlər Nümayəndə iştirakı ilə araşdırılmış, araşdırma zamanı Bərdə RMTM-nin xidməti ərazisində bir sıra nöqsanlar aşkar edilmişdir. Nöqsanlara yol vermiş məsul şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi, eləcə də meşə fondu ərazilərini qanunsuz zəbt edən təqsirkar şəxslərə qarşı qanunamüvafiq tədbirlər davam etdirilir. Qeyd edilmişdir ki, Nümayəndə qaldırdığı məsələ ilə əlaqədar paralel olaraq aidiyyəti hüquq-mühafizə orqanında araşdırma aparılır. - Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin xx.xx.2023-cü il tarixli 426/K saylı əmrindən görünür ki, Bərdə RMTM-nin direktoru vəzifəsinə müvəqqəti təyin edilmiş Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə müddətinin bitməsinə əsasən 28 aprel 2023-cü il tarixdən xitam verilmişdir. - 9 saylı Regional Ekologiya X213 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Nümayəndə ETSN-nin «Qaynar xətt» xidmətinə «oğlu İddiaçı adına Kür çayının sol tərəfində 50 ha aqrobağın olduğu, aqrobağa Bərdə RMTM-nin rəhbərliyi tərəfindən su verilməməsinə göstərişin verilməsi və digər məsələlər» məzmunlu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müraciətləri həmin İdarənin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. İdarənin əməkdaşları tərəfindən Bərdə RMTM-nin balansında olan Aslan-Əyricə və Bük meşəbəyliyində meşə qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması məqsədi ilə 18-xx.xx.2022-ci il tarixlərdə Bərdə RMTM-nin əməkdaşlarının iştirakı ilə araşdırma aparılaraq qanun pozuntuları aşkar edilmiş meşə sahələrinə cavabdeh şəxslər barəsində qanunamüvafiq qaydada tədbirlərin görülməsi məqsədi ilə İdarə tərəfindən X57 Xidmətinə məktubla məlumat verilmişdir. - Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 3-14/2-M-525/7-3/2023 saylı məktubundan görünür ki, Nümayəndə və İddiaçı İslam oğlunun «Ağdaş və Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlara qarşı qanunsuzluqlar edilməsi, həmçinin Bərdə RMTM-də baş vermiş qanunsuzluqlar» barədə Azərbaycan Respublikası Prezidentinə və digər dövlət orqanlarına ünvanladıqları şikayət ərizəsində göstərilənlər ETSN-in səlahiyyətləri çərçivəsində araşdırılmışdır. Bərdə RMTM-nin Bük meşəbəyliyinin ərazisindən 50 ha torpaq sahəsi aqrobağ salınması məqsədi ilə 2019-cu ilin 10 oktyabr tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi əsasında 15 il müddətinə İddiaçı İslam oğluna icarəyə verilmişdir. Onunla bağlanmış icarə müqaviləsi Mərkəzin 07 iyul 2022-ci il tarixli 40 nömrəli əmrinə əsasən ləğv edilmişdir. Bundan sonra sözügedən ərazidə qanunsuz olaraq torpaq şumlama işləri apardığı üçün Mərkəz tərəfindən 28 aprel 2023-cü il tarixli 3-14-27- 13/2-068/2023 nömrəli məktubla Bərdə RPŞ-yə müraciət edilmişdir. Meşə fondu torpağından qanunsuz istifadə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılır. Məlumat üçün bildirmişlər ki, Bərdə RMTM-nin direktoru Cavabdeh2la bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Goranboy 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞG/MT- 032/2023-00709 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı İslam oğlu tarixi və vaxtı qeyd olunan mediasiya sessiyasına gəlsə də, Bərdə Regional X74 nümayəndəsi və keçmiş direktoru Cavabdeh2 mediasiya sessiyasına gəlməmişlər. Bu səbəbdən, hazırki arayış təqdim olunmuşdur. İddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. - X121 İdarəsinin xx.xx.2023-cü il tarixli 263 saylı məktubunda qeyd edilmişdir ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu xx.xx.2019-cu ildə Bərdə RMTM-yə məxsus Bük meşəbəyliyində aqrobağ məqsədi ilə uzun müddətli icarə əsasında torpaq sahəsi götürmüşdür. Həmin sahənin suvarılması keçmiş X143 İdarəsinə, indiki X121 İdarəsinə xidmət edən Ağzıbir SİB-lə bağlanmış müqavilə əsasında aparılırdı. Bərdə RMTM-nin direktoru Cavabdeh2 telefon zəngi və üz-üzə söhbəti zamanı X168nə İddiaçı İslam oğluna məxsus aqrobağı suvarmaq üçün Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və onun icazəsi olmadan əraziyə texnikanın və suyun verilməsini qadağan etdiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, bununla əlaqədar idarənin daxili əmrini onlara göndərəcək. Bununla əlaqədar olaraq onlara xx.xx.2022-ci il tarixli məktubuna əsasən qeyd olunan ərazidən nasos stansiyasının götürülməsi barədə məktub göndərmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aqrobağa suyun verilməsi Bərdə RMTM-nin direktoru Cavabdeh2 01 iyun 2022-ci il tarixli əmrinə əsasən dayandırılmışdır. - X121 İdarəsinin xx.xx.2023-cü il tarixli 291-195 saylı məktubundan görünür ki, İdarə özünün xx.xx.2023-cü il tarixli 263 saylı məktubunun məzmununa oxşar məlumatlar qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, 01 iyun 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər Ağsu SSİ-nin heç bir işçisini və texnikası əraziyə buraxılmamışdır (Bərdə RMTM tərəfindən). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə İddiaçı İslam oğlu arasında olan icarə müqaviləsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Bük Meşəbəyliyi adlanan ərazidə yerləşən 50 ha torpaq sahəsi xx.xx.2031-ci ilədək İddiaçı islam oğluna icarəyə verilmişdir. İddiaçı İslam oğlu tərəfindən təqdim edilmiş X108 İnformasiya Sistemindən çıxarılmış xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanından göründüyü kimi sözügedən torpaq sahəsinin 29.5 ha hissəsinə (4200 ədəd) qoz ağacı, xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanından göründüyü kimi 0.5 ha hissəsinə (500 ədəd) nar ağacı və xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanından göründüyü kimi 20 ha hissəsinə (11232 ədəd) fındıq ağacı əkmişdir. Sözügedən sahəyə tərəflərindən baxış keçirilmiş və sözügedən sahədə İddiaçı İslam oğlu tərəfindən əkilmiş və qulluq edilmiş ağacların 43.5 ha (23.5 ha hissədə əkilmiş qoz və 20 ha hissədə əkilmiş fındıq ağacları) hissəsinə əkilmiş ağacların qurumasına şahid olmuş və fotoşəkilləri çəkilmişdir. Bərdə rayonu Bük Meşəbəyliyi adlanan ərazidə yerləşən 50 ha torpaq sahəsinin 43.5 ha hissəsinə əkilmiş qoz və fındıq ağaclarının qurumasına əsas torpaq sahəsinin suvarılmaması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X74 direktoru Cavabdeh2 tərəfindən Azərbaycan Meliorasiya və X175 SSİ-nin rəisi Əhliman Hacıyevə ünvanlanmış məktubdan göründüyü kimi «Bərdə X102 Mərkəzi bildirir ki, X73 ərazisində ehtiyac olmayan su dartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir». Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdaş SSİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 291-195 saylı arayışına əsasən «xx.xx.2019-cu ildə X198 Mərkəzinə məxsus Bük meşəbəyliyində aqrobağ məqsədilə uzun müddətli icarə əsasında torpaq sahəsi götürmüşdür. Həmin sahənin suvarılması keçmiş X143 idarəsinə, indiki X121 idarəsinə xidmət edən Ağzıbir SİB-lə bağlanmış müqavilə əsasında aparılırdı. Bərdə 13 saylı X59 keçmiş direktoru Cavabdeh2 dəfələrlə telefon zəngi və üz-üzə söhbəti zamanı X168nə İddiaçı İslam oğluna məxsus aqrobağı suvarmaq üçün Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və mənim icazəm olmadan əraziyə texnikanın və suyun verilməsi qadağan edirəm dediyini bildirdi. Onu da qeyd etdi ki, mən bununla əlaqədar idarənin daxili əmrini sizə və sizin baş idarəniz olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərəcəm. Bununla əlaqədar olaraq bizə 01 iyun 2022-ci il tarixli məktubunda yalnız X124 İddiaçı İslam oğluna məxsus olan aqro-bağın suvarılmasının dayandırılmasını və ərazidən nasos stansiyanın götürülməsi barədə məktub və aqro-bağın ləğv olunması barədə idarənin 07 iyul 2021-ci il tarixli 40 №-li əmrini, 11 avqust 2022-ci il tarixli 27113/99-017 saylı məktub göndərmişdir. 01 iyun 2022-ci il tarixindən 11 avqust 2022-ci il tarixinə qədər aqrobağa suyun verilməsi Bərdə 13 saylı X59 keçmiş direktoru Cavabdeh2 01 iyun 2022-ci il tarixli əmrinə əsasən dayandırılmışdır.» Qeyd edir ki, Aqrar Xidmətlər Agentliyi Bərdə Regional İdarəsi tərəfindən həmin ərazidən götürülmüş ümumilikdə 18 ədəd torpaq nümunəsinin «analizinin» nəticələrindən göründüyü kimi həmin torpaq sahəsində hər hansı bir xəstəlik mövcud deyil və əkinə tam yararlı, münbit torpaqdır. - xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Şirvanlı kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Bərdə DAİM-in Bitkiçilik sektorunun müdiri X45, X186 mərkəzinin aparıcı aqronomu X161, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun iştirakı ilə aktı ona görə tərtib etmişlər ki, Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən 50 ha İddiaçı İslam oğlunun icarəyə götürdüyü aqrobağa tərəflərindən baxış keçirərkən həmin ərazidə olan 29,5 ha qoz, 20 ha fındıq, 0,50 ha nar ağaclarının əkilməsi müəyyən olunmuşdur. Lakin həmin ağacların 43,5 hektarı qurumuşdur. 23,5 ha hissəsi əkilmiş qoz, 20 ha hissəsində əkilmiş fındıq ağaclarının quruması müəyyən edilmişdir. Qurumanın hansı səbəbdən baş verməsini təyin edə bilməmişlər. Təsərrüfat sahibinin bildirdiyinə görə bağ 2019-cu ildə salınmış və 2022-ci ildə su çatışmazlığından qurumuşdur. Hadisənin baş verməsindən uzun müddət keçdiyi üçün bunun nə dərəcədə düzgün olduğunu təyin edə bilməmişlər. Ərazinin Dövlət Meşə Fonduna məxsus olduğunu nəzərə alaraq aidiyyatı üzrə müraciət etmək tövsiyə olunmuşdur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ümumilikdə 50 ha aqro-bağda 28.532 ədəd ağac əkilmişdir. Ağacların adı və hektarı: fındıq - yağlı fındıq 20 ha; nar - Azərbaycan gülöyşəsi 0.50 ha; qoz – «Chandler» 29.5 ha. Cəmi məhv olan ağacların sayı 27.024 ədəddir. 50 ha aqro-bağda, 20 hektarda əkilmiş 23.832 ədəd fındıq ağacları tam qurumuşdur, fındıq ağacları 8 x 8 sxemdə əkilmişdir. 0,50 hektarda 500 ədəd nar ağacı 5 x 5 sxemdə əkilmişdir. Nar qurumayıb. 29,5 hektarda 4200 ədəd qoz əkilmişdir. Qoz ağacları 10 x 10 sxemdə əkilmişdir. 23,5 ha tam qurumuş, yalnız cərgələrdə təkəm-seyrək yerlərdə ağaclar salamat qalmışdır. Qalan qoz ağacları sayılaraq 168 ədəd olduğu müəyyən edilmişdir. Yerdə qalan 6 ha sahədə 840 ədəd qoz ağacı olduğu müəyyən edildi, cəmi salamat qalmış qoz ağacı 1008 ədəddir. 23832 ədəd fındıq; 3192 ədəd qoz ağacları quruyub məhv olmuşdur, cəmi birlikdə 27.024 ədəd ağac məhv olmuşdur. Müraciət üzrə aparılan yerli baxış və tədqiqat işlərinin nəticəsi: 1) Aqro-bağda 2019-2020-ci illər (2 il) 2 ədəd su nasosları icarəyə götürülüb. 2) Aqro-bağın 1 hektarının suvarılması - 20 manat icarə pulu. 20 manat x 50 ha = 1000 manat x 14 dəfə suvarılıb (iki ildə) 1000 * 14 = 14.000 manat; 3) Dizel yanacaq iki ilə 32 ton işlənib. 32000 litr x 0.70 manat = 22.400 manat; 4) Şumlama iki dəfə (lazer malaya görə) 50 ha x 60 manat = 3000 manat x 2 dəfə = 6000 manat; 5) Lazer mala hektar 40 manat x 30 ha = 1200 manat x 30 gün = 36000 manat; 6) Keşkəl (ağac şırımı) 50 ha x 30 manat = 1500 manat; 7) Əsas arxların uzunluğu 4 km-dir. 4 ədəd əsas arx = 16 km. 16.000 metr x 4 manat metrəsi = 64.000 manat; 8) Gübrələr, dərmanlar, peyin 12500 x 3 il = 37.500 manat; 9) Qoz ağacları 20 manat x 4200 ədəd = 84.000 manat; 10) Qoz ağaclarının daşınması 1000 manat; 11) Qoz ağacını əkənlər 25 manat x 18 nəfər = 360 manat x 30 gün = 10.800 manat; 12) Fındıq 12.600 ağac + 11232 ağac = 23832 ədəd ağac x 5 manat = 119.160 manat; 13) Fındıq əkini birinci dəfə 12.600 ədəd 25 manat x 18 nəfər = 360 manat x 30 gün = 10800 + 200 əlavə xərc = 11.000 manat; 14) Fındıq əkini ikinci dəfə 11232 ədəd 25 manat x 18 nəfər = 360 manat x 30 gün = 10.800 manat; 15) Fındıq ağaclarının daşınması 1400 manat; 16) Gözətçi (oxrana) 450 manat x 48 ay = 21.600 manat; 17) Daimi suçular 25 manat x 2 nəfər = 50 manat gündəlik 50 manat x 30 gün = 1500 manat x 27 ay = 40.500 manat; 18) Ağacların aralarına meyxod 50 ha x 50 manat = 2500 manat x 2 fəsil = 5000 manat x 3 il = 15.000 manat; 19) İllik icarə pulları 1300 manat x 4 dəfə (4 il) = 5200 manat; 20) Ağzıbir S.İ.B 1900 + 1792 + 1792 = 5448 manat (4 il); 21) Nar ağacı 500 ədəd x 3 manat = 1500 manat; 22) İşçilərin daşınması (maşınla) 30 manat x 90 gün = 2700 manat; Görülən işlərə çəkilən xərclər cəmi: 511.508 manat (indiyə kimi). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya X213 Nazirliyinin X28 ilə İddiaçı İslam oğlu arasında olan icarə müqaviləsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilən xx.xx.2021-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Bük Meşəbəyliyi adlanan ərazidə yerləşən 50 ha torpaq sahəsi xx.xx.2031-ci il tarixə qədər Bərdə rayonunun Şirvanlı kənd sakini İddiaçı İslam oğluna icarəyə verilib. İddiaçı İslam oğlu tərəfindən təqdim edilən X108 İnformasiya sistemindən çıxarılmış xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanından göründüyü kimi qeyd olunan torpaq sahəsinin 29.5 ha hissəsinə (4200 ədəd) qoz ağacı (Chandler), xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanında əksini tapan 0.5 ha hissəsində 500 ədəd nar (Azərbaycan Gülöyşəsi), xx.xx.2021-ci il tarixli 3495830saylı əkin bəyanında qeyd olunan 20 ha hissəsinə 11232 ədəd fındıq ağacları (yağlı fındıq) əkilib. Ümumilikdə 50 ha aqro-bağda 28.532 ədəd ağac əkilmişdir. Bərdə 13 saylı X59 sabiq direktoru Cavabdeh2 heç-bir əsas olmadan aqro-bağın sahibi İddiaçı Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və onun icazəsi olmadan əraziyə texnikanın və suyun verilməsini qadağan etdiyini bildirib. xx.xx.2022-ci il tarixdə X168 adlanan ərazidə yalnız İddiaçı İslam oğluna məxsus Bağ təsərrüfatına məxsus ərazidə suvarılmanın dayandırılması və ərazidən nasosun götürülməsi barədə məktubu, habelə aqro-bağın ləğv olunması barədə idarənin xx.xx.2021-ci il tarixli 40 saylı əmrini xx.xx.2022-ci il tarixli 27113/99-017 saylı məktubunu icarədara göndərib. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aqro-bağa suyun verilməsi barədə 13 saylı X59 keçmiş direktoru Cavabdeh2 xx.xx.2022-cil tarixli əmrinə müvafiq olaraq dayandırılıb. Qeyd olunan müddət ərzində X121 İdarəsinin heç bir işçisi və texnikası əraziyə buraxılmayıb. Nəticədə, aqro-bağın əhəmiyyətli hissəsi zərər görüb, 50 ha torpaq sahəsinin 43.5 ha hissəsində əkilən qoz və fındıq ağacları suvarma sisteminin olmaması səbəbindən, qoz və fındıq ağacları tamamilə quruyub. Bərdə 13 saylı X59 keçmiş direktoru Cavabdeh2 adından Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə Ağdaş S.S.İ-nin rəisi Əhliman Hacıyevə ünvanlanan məktubda da X168 ərazisindən texnikaların yığışdırılmasını və su dartan nasosun götürülməsini xahiş etdiyi aydın görünür. Hansı ki, tərəflər arasında bununla bağlı müqavilə mövcud olub və suvarma X143 idarəsinə, indiki X92 həvalə edilib. Bu qərar verilən zaman ərazinin əkinə yararlı və münbit torpaqda olması nəzərə alınmayıb. Bu işdə qanunvericilik tələblərinin kobud surətdə pozulması olmaqla yanaşı, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna ciddi ziyan dəyməsi ilə nəticələnib. Beləliklə, 50 ha Aqro-bağda 20 ha ərazidə əkilmiş 23.832 ədəd fındıq ağacları tam qurumuşdur, fındıq ağacları 8 x 8 sxemində əkilmişdir. 0.50 ha ərazidə 500 ədəd nar ağacı 5 x 5 sxemdə əkilmişdir. Nar ağacları qurumayıb. 29.5 ha ərazidə 4200 ədəd qoz əkilmişdir. Qoz ağacları 10 x 10 sxemində əkilmişdir. 29.5 ha qoz ağaclarının, 23.5 ha hissəsi tam qurumuş, yalnız cərgələrdə bəzi yerlərdə ağaclar salamat qalmışdır. Qalan qoz ağacları 168 ədəd olduğu müəyyən edilmişdir. Qalan 6 ha ərazidə 840 ədəd qoz ağacı olduğu müəyyən edildi. Cəmi salamat qalmış qoz ağacları 1008 ədəddir. 23832 ədəd fındıq, 3192 ədəd qoz ağacları quruyub məhv olmuşdur. Cəmi birlikdə 27024 ədəd ağac məhv olmuşdur. Torpaq analizlərindən və ağaclardan götürülmüş nümunələrdən də görünür ki, ağaclarda və torpaqlarda heç bir xəstəlik mövcud deyil. Ağacların quruma səbəbi susuzluqdan olmuşdur. Yəni ağaclar vaxtlı-vaxtında suvarılmadığından qurumuşdur. Həmən ərazidə 6,0 ha qoz və 0,5 ha nar ağacları suvarıldığına görə qurumayıb. - xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, KTN MÇETİ-nin meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin müdiri X147, KTN meyvəçilik və tərəvəzçilik şöbəsinin böyük məsləhətçisi X69, X186 mərkəzinin aparıcı aqronomu X161, Bərdə DAİM-in bitkiçilik sektorunun müdiri X45, aqrobağın sahibi İddiaçı İslam oğlu həmin aktı ona görə tərtib etmişlər ki, onlar həqiqətən xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən İddiaçı İslam oğluna məxsus 50 ha bağ sahəsinə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, 50 ha bağın 29,5 hektarında qoz, 20 hektarında fındıq və 0,5 hektarında nar ağacları əkilmişdir. Həmin bağ sahəsinin 43,5 hektarı quruyaraq məhv olmuşdur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdaş SSİ-nin 01 sentyabr 2023-cü il tarixli 291-195 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 iyun 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək aqrobağa suvarma suyu verilməmişdir. Vecom Consulting şirkətinin verdiyi 30 oktyabr 2023-cü il tarixli rəyə istinadən məlum olmuşdur ki, bitkilərdə və torpaqda xəstəlik əlamətləri aşkar edilməmişdir. "xxxx" MMC-nin 28 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə istinadən Bərdə rayonu Bük meşəbəyliyi adlanan ərazidə yerləşən 50 hektar bağ sahəsinin 43,5 ha hissəsinə əkilmiş qoz və fındıq ağaclarının qurumasına əsasən suvarılmaması olmuşdur. Yekun nəticə olaraq 20 hektar fındıq (23.832 ədəd) və 23,5 ha qoz (3192 ədəd) bağının qurumasına səbəb suvarılmaması olmuşdur, 6,5 hektar ərazidəki ağaclar isə suvarıldığı üçün qurumamışdır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X212 X50 sektorunun müdiri X45 tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə göndərilmiş rəydən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 1171/2023 saylı məktubuna əsasən, Bərdə rayonu Bük Meşəçiliyi ərazisində yerləşən meşə fonduna məxsus İddiaçı İslam oğlunun icarəsində olan 50 ha bağ sahəsinə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin böyük məsləhətçisi - X69, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X47 bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin müdiri - X147, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin aparıcı aqronomu - X161 və onun iştirakı ilə xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı İslam oğlunun icarəsində olan 50 ha bağ sahəsində olan 29.5 ha qoz, 20 ha fındıq, 0.5 ha nar ağacları əkilmişdir. Həmin bağ sahəsinin 43.5 ha quruyaraq məhv olmuşdur. Həmin ağacların qurumuş vəziyyətdə bağ sahəsində qalıqları qalmışdır. Qurumuş ağacları baxış zamanı ilkin olaraq su çatışmamazlığından quruması qənaətinə gəlinir. Baxış zamanı akt tərtib olunmuş və rəyə əlavə edilmişdir. Həmçinin Azərbaycan Meliorasiya və X201 Səhmdar Cəmiyyətinin X121 İdarəsinin xx.xx.2023-cü il tarixli 291-195 nömrəli məktubunda qeyd olunan 01.06.20.22-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək bağa suvarma suyu verilməmişdir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq yekun nəticə olaraq rəyə gəlinir ki, İddiaçı İslam oğlunun icarəsində olan 50 ha bağ sahəsində 23 ha qoz (3192 ədəd), 20 ha fındıq (23832 ədəd) ağaclarının qurumasına səbəb suvarılmaması olmuşdur. Bağ sahəsinin 6.5 ha səhəsində suvarılma aparıldığı üçün cəmi qalan qoz 1008 ədəd və nar ağacları qurumamışdır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı İslam oğlunun bağ sahəsində ağacların quruma səbəbinin müəyyən olunması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı müraciətə Nazirlikdə baxılmışdır. Bildirilmişdir ki, 2023-cü il 21 noyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Bərdə X196ı Mərkəzinin əməkdaşları və İddiaçı İslam oğlunun iştirakı ilə müraciət birgə yerində araşdırılmış, 20 hektar fındıq və 23,5 hektar qoz bağının suvarma aparılmaması səbəbindən quruması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı akt tərtib edilmiş, aktın surəti İddiaçı İslam oğluna təqdim olunmuşdur. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Bioloji ekspertizalar şöbəsinin aparıcı eksperti Pərvanə Rüstəmova İddiaçı İslam oğlu, ETSN-in MİX-in 13 saylı RMTM-nin baş mütəxəssis hüquqşünası X131, Cavabdeh2 iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirərək tədqiqat aparmışdır. - X121 İdarəsinin xx.xx.2024-cü il tarixli 140-135 saylı arayışından görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna məxsus, Bərdə 13 saylı RMT-nin X124 salınmış 50 hektar aqrobağı əraziyə xidmət edən Ağzıbir SİB ilə aralarında bağlanmış müqaviləyə əsasən suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərində quraşdırılmış US-180 SNP-500/10 markalı dizel yanacağı ilə işləyən aqreqata 2021-ci ildə 26.100 ton, 2022-ci ildə 23.080 ton dizel yanacağı istifadə olunmuşdur. - Məhkəmənin qərardadına əsasən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/204- 9/10052 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı 26 fevral 2024-cü il tarixdə Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus 50 ha bağ sahəsində əkilmiş cəmi 4200 ədəd qoz və 23832 ədəd fındıq kollarına aşağıdakı – ağac və kolların əkilməsindən öncə lazer mala (1 dəfə); - malalama (1 dəfə); - şumlama (1 dəfə); əkilmə prosesindən sonra şumlama (1 dəfə); ağac və kolların arasında meyxod; ağac şırımlarının açılması (selləmə suvarmanın yerinə yetirilməsi üçün) kimi aqrotexniki işlər; - bağ sahəsində ana arxların hündürlüyü – 1 metr 60 sm, eni – 2 metr 50 sm, köməkçi arxların hündürlüyü – 50 sm, eni – 70 sm-dir. Həmin sahədə 4 ədəd əsas arx mövcuddur. Hər bir əsas arxın uzunluğu 4 km, ümumi cəmi uzunluğu 16 km-dir; - bağın yerləşdiyi relyef, iqlim şəraitini, torpağın fiziki quruluşu, bitkilərin inkişafına əsasən selləmə suvarma bir ildə 7 dəfə olmaqla; - ağac və kolların inkişafına əsasən böyümə tinglərin basdırılma dövründən başlayaraq hər bir hektara 7 ton peyin (üzvi gübrə), qeyri-üzvi gübrələrdən 150-200 kq karbamid, 200-250 kq ammonium nitrat verməklə inkişafı mümkündür. Respublikada yerləşən ağac satışı bazarlarında, yerli internet saytlarında olan məlumatlardan və eləcə də, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ağac tinglərinin orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 3192 ədəd qoz tingi (Chandler) – 39.900 (3192 ədəd x 12,50 manat); - 23832 ədəd fındıq ağacları – 23.832 (23832 ədəd x 1 manat). Beləliklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ağac tinglərinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 63.732 manat müəyyən edilir. Qeyd: ağac satışı bazarlarında mövcud olan tələb və təklifdən, inkişaf səviyyəsindən və digər amillərdən asılı olaraq, yuxarıda müəyyən edilən qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. İnternet çıxarışları əlavə edilmişdir (2 vərəq). Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. - «X78» MMC-nin 14 iyun 2024-cü il tarixli 87 saylı qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus 49,5 ha bağ sahəsində əkilmiş 3192 ədəd «Chandler» sortuna malik qoz ağacı və 23832 ədəd fındıq tinglərinin inkişafı üçün aşağıdakı aqrotexniki qulluq növləri olunmalıdır: şumlama (lazer malaya görə); - ağac və kolların əkilməsindən öncə lazer mala (1 dəfə); ağac və kolların arasından alaq otlarının təmizlənməsi və torpağın yumşaldılması; - ağac şırımlarının açılması (selləmə suvarmanın yerinə yetirilməsi üçün); - suvarma (bağın yerləşdiyi relyef, iqlim şəraiti, torpağın fiziki quruluşu, bitkilərin inkişafı nəzərə alınmaqla selləmə suvarma 1 ildə 7 dəfə olmaqla); - ağac və kolların inkişafına əsasən böyümə tinglərin basdırılma dövründən başlayaraq hər bir hektara 7 ton peyin (üzvi gübrə), qeyriüzvi gübrələrdən 150-200 kq karbamid, 200-250 kq ammonium nitrat, əkinin məhsuldar olması üçün və s. vasitələr. Qeyd: Yuxarıda qeyd edilən tədqiqatlar təqdim edilmiş ağac və tinglərin inkişafı, birinci il inkişafından sonra budaqlanma, bağın yerləşdiyi relyef, iqlim şəraiti, torpağın fiziki quruluşu, bitkilərin inkişafına əsasən müvafiq ölçmələr və müasir metodiki qaydalardan istifadə edilməklə tərtib edildi (aqrotexniki tədqiqat üzrə). 1. Aparılmış tədqiqatlar nəticəsində Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus İddiaçı İslam oğlunun icarəsinə verilmiş 49,5 ha bağ sahəsində əkilmiş 3192 ədəd «Chandler» sortuna malik qoz və 23832 ədəd fındıq ağaclarının alınması, gətirilməsi və aqrotexniki qulluğa görə çəkilmiş xərc 516.623,88 manat müəyyən edilir. O cümlədən: a) «Chandler» sortuna malik 2 yaşlı qoz ağacları – 3192 x 20,37 manat ((21,4 + 21,19 + 18,53) : 3) = 65.021 manat; b) Fındıq – 23832 x 5 manat ((4,78 + 5,04 + 7,80) : 3) = 119.160 manat; c) Hər iki bitkinin gətirilməsi isə - 2.300 (2.000-2.600) manat; d) Cəmi aqrotexniki qulluq xərclərinin cəmi 303.499,88 manat (indiyə kimi). 2. Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus İddiaçı İslam oğlunun icarəsinə verilmiş 50,0 ha bağ sahəsində əkilmiş 4200 ədəd «Chandler» sortuna malik qoz və 23832 ədəd fındıq tinglərinin alınması, gətirilməsi və aqrotexniki qulluğa görə çəkilmiş xərc, həmçinin ölkə ərazisindən alınmış 500 ədəd nar ağacının alınması və əkilibbecərilməsinə görə çəkilən xərc (aqrotexniki qulluq xərcləri) – 542.056,50 manat müəyyən edilir. O cümlədən: a) «Chandler» sortuna malik 2 yaşlı qoz ağacları – 4200 x 20,37 manat ((21,4 + 21,19 + 18,53) : 3) = 85.554 manat; b) Fındıq – 23832 x 5 manat ((4,78 + 5,04 + 7,80) : 3) = 119.160 manat; c) Hər iki bitkinin gətirilməsi isə – 2400 (2000-2600) manat; d) Nar ağacı – 500 ədəd x 3 manat = 1.500 manat; e) Cəmi aqrotexniki qulluq xərclərinin cəmi 333.442,50 manat (indiyə kimi). 3. Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən 49,5 ha bağ sahəsində əkilmiş 3192 ədəd «Chandler» sortuna malik qoz ağacları və 23832 ədəd yağlı fındıq ağaclarından gələcəkdə, yəni 2024-cü ildən 2030-cu ilə kimi 7 il müddətində orta hesabla təxmini olaraq əldə oluna biləcək fayda cəmi 1.491.179,20 manat müəyyən edilir. c) «Chandler» sortuna malik qoz ağaclarına görə gəlir – 891.419,20 manat; d) Fındıq ağaclarına görə gəlir 599.760 manat (əmtəəşünaslıq tədqiqatı üzrə). - X121 İdarəsinin xx.xx.2024-cü il tarixli 142-137 saylı arayışından görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna məxsus, Bərdə 13 saylı RMT-nin X124 salınmış 50 hektar aqrobağı əraziyə xidmət edən Ağzıbir SİB ilə aralarında bağlanmış müqaviləyə əsasən suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərində quraşdırılmış US-180 SNP-500/10 markalı dizel yanacağı ilə işləyən aqreqata 2021-ci ildə 26,1 ton, 2022-ci ildə 23.080 ton dizel yanacağı istifadə olunmuşdur. - Tarixi qeyd olunmamış, Bərdə rayonu Şirvanlı kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, bitkiçilik sektorunun müdiri X45, bitki mühafizəsinin aparıcı aqronomu X161, aqrobağın sahibi İddiaçı İslam oğlu, 13 saylı RMT-nin əməkdaşları ilə aktı ona görə tərtib etmişlər ki, İddiaçı İslam oğluna məxsus Bərdə rayonu Bük meşəbəyliyi ərazisində 50 ha meyvə bağına baxış keçirərkən onlara məlum olan 29,5 ha qoz «Chandler» 4200 ədəd, yağlı fındıq 20 ha (11232 ədəd), 0,5 ha nar (500 ədəd) Azərbaycan gülöyşəsi 2019cu ildə qoz ağacları 10 x 10 sxemində, fındıq 8 x 8 sxemində, nar 5 x 5 sxemində əkilmişdir, torpaqdan götürülmüş analizlərin cavabına görə torpaq sahəsində hər hansı bir xəstəlik mövcud deyil və meyvə ağaclarının əkilməsi üçün tam yararlıdır. Lakin baxış zamanı onlara məlum olan 50 ha aqrobağın 43,5 ha hissəsində əkilmiş qoz və fındıq ağaclarının qurumasına şahid olmuşlar. Qurumaya əsas səbəb 43,5 ha vaxtında suvarılmaması olmuşdur. 6,5 ha qalan meyvə ağacları suvarıldığına görə qurumamışdır. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişlərə baxış keçirilərkən müəyyən olundu ki, 13 saylı X59 balansında olan meşə fondu ərazisindəki ağaclar kütləvi şəkildə kəsilmiş, ərazidə qanunsuz əkinlilər, bostan bitkiləri yetişdirilmişdir. - Təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçı həm icarə müqaviləsi üzrə icarə haqqını, həmçinin suvarma suyuna görə ödənişləri aidiyyəti hesablar üzrə mütəmadi olaraq ödəmişdir. - Təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, məhkəməyə müraciət edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ümumilikdə 1393 manat 90 qəpik dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı İslam oğlu ilə Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyinin aidiyyatı təşkilatı arasında meşə fondu torpaqlarına aid 50 ha torpaq sahəsinin aqrobağ salınması məqsədi ilə uzun müddətli icarəyə verilməsinə dair müqavilə bağlanması, həmin aqorbağın suvarılma suyu ilə təchiz olunması üçün iddiaçı ilə Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nəzdindəki X48 Birliyi arasında müqavilələrin bağlanması işin mübahisə edilməyən hallarıdır. İddiaçı tələbini belə əsaslandırır ki, Bərdə RMTM-nin sabiq direktorunun qanunsuz göstərişinə əsasən Ağdaş rayon Suvarma Sistemləri İdarəsi aqrobağa suvarma suyunun verilməsini dayandırmış, su nasosu ərazidən götürülmüş, su nasosu yanacaqla təmin edilməmiş, işçilər əraziyə buraxılmamış, nəticədə aqrobağda əkilmiş qoz və fındıq ağacları qurumuş və ona külli miqdarda ziyan dəymişdir. İddiaçı hesab edir ki, ona vurulmuş ziyan su idarəsindən deyil, məhz cavabdehlərdən tutulmalıdır. İddiaçı eləcə də, qeyd edir ki, onunla bağlanmış icarə müqaviləsinin ləğv edilməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 706-cı maddəsində göstərilir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibələrinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İşin faktiki hallarından göründüyü kimi, icarəyəverən tərəfindən icarə müqaviləsinə birtərəfəli qaydada ləğv edilməsinədək qanunla müəyyən edilmiş pozuntular (torpaq sahəsinin istifadəsiz qalması, təyinatı üzrə istifadə edilməməsi, icarə haqqının ödənilməməsi və s) barədə icarəçiyə heç bir xəbərdaredici bildiriş göndərilməmişdir. Bundan başqa, müqavilə şərtlərində (Yekun müddəalar, 5-ci bənd, aidiyyatı yarımbəndləri) aydın şəkildə qeyd olunmuşdur ki, mübahisə yaranarsa tərəflər arasında qarşılıqlı razılaşma əsasında, bu mümkün olmadıqda məhkəmə qaydasında həll olunmalıdır. Göründüyü kimi, müqavilə şərtləri X102 Mərkəzi tərəfindən pozulmuş, icarə müqaviləsinin ləğv edilməsi qaydasına riayət edilməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmaqla, icarə müqaviləsinin birtərəfli qaydada pozulmasına yönəlmiş xx.xx.2022-ci il tarixli 40 nömrəli əmr əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mütəxəssis rəyindən məlum olduğu kimi, aqrobağda olan ağaclar susuzluqdan qurumuşdur, aqrobağı suvarma suyu ilə təmin etməli tərəf isə müqavilə tərəfi olan Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nəzdində fəaliyyət göstərən X48 Birliyidir. Su idarəsi (birlik) müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli idi. Müqavilə şərtlərinin yerinə yetirilməsinə kənar müdaxilə mövcud olduğu halda, bununla bağlı pretenziya qaydasında maneə yaradan tərəfə, mübahisə həll olunmadığı təqdirdə maneələrin aradan qaldırılması və s. əsaslı tələblərlə, o cümlədən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməli idi. Lakin işin faktiki hallarından göründüyü kimi, ağrobağa suyun verilməsi öhdəliyini üzərinə götürmüş su idarəsi (birlik) həmin öhdəliklərini icra etməmiş, buna maneə yaradan tərəfə münasibətdə zəruri qanuni addımlar atmamış, nəticədə iddiaçının saldığı aqrobağa zərər dəymişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin cavabdehlərdən tutulmasına dair iddia tələbi əsassız olduğundan, təmin edilə bilməz. İddiaçı bu tələblə müqavilə münasibətlərində olduğu su idarəsinə müraciət edə, müraciəti təmin olunmayacağı təqdirdə aidiyyatı məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Su idarəsi də iddiaçının iddiası təmin olunacağı təqdirdə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinad etməklə, suvarma suyunun verilməsinə maneə yaradan, digər sözlə ifadə etdikdə müqavilə üzrə öhdəliklərinin icrasını mümkünsüz edən tərəfə qarşı aidiyyatı iddia tələbləri irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bərdə Regional X74 Bük meşəbəyliyinin Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi X90 Xidmətinin Bərdə Regional X74 direktoru Cavabdeh2 07 iyul 2022-ci il tarixli 60 saylı əmri ləğv edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərcini ödədiyi üçün 400 manat məbləğində mediasiya xərci cavabdeh Bərdə X102 Mərkəzindən tutularaq İddiaçı İslam oğluna ödənilməlidir. 150 manat ekspertiza xərci İddiaçı İslam oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bərdə Regional X74 Bük meşəbəyliyinin Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya X213 Nazirliyi X90 Xidmətinin Bərdə Regional X74 direktoru Cavabdeh2 07 iyul 2022-ci il tarixli 60 saylı əmri ləğv edilsin. 400 manat mediasiya xərci cavabdeh Bərdə X102 Mərkəzindən tutularaq İddiaçı İslam oğluna ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. 150 manat ekspertiza xərci İddiaçı İslam oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-34/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-34/2024
12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver