Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-345/2023 06.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı direktoru X7 və nümayəndəsi X14 və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş maddi ziyan tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçınə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və əldən çıxmış fayda tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin ambarından 1 metrin qiyməti 3,6 manat olan 216 metr uzunluğunda 777,6 manat dəyərində 70 mm 5 odacıqlı pəncərə kanat Z endorpen ağ, 1 metrin qiyməti 3,6 manat olan 216 metr uzunluğunda 777,6 manat dəyərində 70 mm 5 odacıqlı kasa profili Q enderpen ağ, 1 metrin qiyməti 3,6 manat olan 216 metr uzunluğunda 777,6 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt T enderpen ağ, 1 metrin qiyməti 5,3 manat olan 576 metr uzunluğunda 3053 manat dəyərində 70 mm 5 odacıqlı Qapı kanat profili Z Enderpen, 1 metrin qiyməti 4,6 manat olan 720 metr uzunluğunda 3312 manat dəyərində 70 mm 5 odacıqlı kasa profili rengi Q Enderpen, 1 metrin qiyməti 5 manat olan 720 metr uzunluğunda 3600 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt rəngi T Enderpen, 1 metrin qiyməti 0,95 manat olan 100 metr uzunluğunda 950 manat dəyərində Ştapik Ağ enderpen, 1 metrin qiyməti 1,15 manat olan 2500 metr uzunluğunda 2875 manat dəyərində PVC profil rəngli 70 mm cüt ştapik Enderpen, 1 kv.m qiyməti 19,5 manat olan 300 kv.m 5850 manat dəyərində PVC panel ağ 6 mt 55 eni, 1 kv.m qiyməti 14,50 manat olan 1666 kv.m 24157 manat dəyərində PVC sendviç panel rəngli, 1 metrin qiyməti 10,4 manat olan 100 metr uzunluğunda 1010 manat dəyərində pəncərə altı (60), 1 metrin qiyməti 6,7 manat olan 250 metr uzunluğunda 1625 manat dəyərində pəncərə altı (35), 1 metrin qiyməti 4,1 manat olan 100 metr uzunluğunda 410 manat dəyərində pəncərə altı (25), 1 metrin qiyməti 0,90 manat olan 2000 metr uzunluğunda 1800 manat dəyərində lambirin, 1 metrin qiyməti 3,80 manat olan 480 metr uzunluğunda 1800 manat dəyərində lambirin, 1 metrin qiyməti 3,80 manat olan 480 metr uzunluğunda 1824 manat dəyərində boru PVC 50 mm ag, 1 metrin qiyməti 1,90 manat olan 960 metr uzunluğunda 1824 manat dəyərində adaptor ağ, 1 metrin qiyməti 3,80 manat olan 480 metr uzunluğunda 1824 manat dəyərində boru PVC 50 mm rəngli, 1 metrin qiyməti 6,56 manat olan 325 metr uzunluğunda 2132 manat dəyərində adaptor rəngli, 1 ədədin qiyməti 0,35 manat olan 100 ədəd 35 manat dəyərində cik cik rəngli, 1 ədədin qiyməti 0,35 manat olan 300 ədəd 105 manat dəyərində cik cik rəngli, 1 ədədin qiyməti 0,35 manat olan 300 ədəd 105 manat dəyərində cik cik rəngli, 1 ədədin qiyməti 0,28 manat olan 1000 ədəd 280 manat dəyərində makas oqranicitel ag, 1 ədədin qiyməti 0,30 manat olan 60 ədəd 200 manat dəyərində makas oqranicitel rəngli, 1 metrin qiyməti 0,58 manat olan 1200 metr uzunlugunda 696 manat dəyərində setqa profil ağ, 1 metrin qiyməti 0,63 manat olan 600 metr uzunluğunda 696 manat dəyərində setqa profil rəngli, 1 metrin qiyməti 0,63 manat olan 240 metr uzunluğunda 151,2 manat dəyərində setqa profil rəngli, 1 paçkanın qiyməti 11 manat olan 20 paçka 220 manat dəyərində taksos qalın, 1 ədədin qiyməti 0,10 manat olan 2000 ədəd 200 manat dəyərində sarı suse takosu, 1 ədədin qiyməti 0,90 manat olan 400 ədəd 360 manat dəyərində qapı şpinqaleti düz, 1 ədədin qiyməti 0,80 manat olan 200 ədəd qutusu 160 manat dəyərində pəncərə şpinqaleti düz, 1 qutunun qiyməti 3,60 manat olan 200 qutu 720 manat dəyərində şrup 22-lik, 1 qutunun qiyməti 4,40 manat olan 130 qutu 572 manat dəyərində şrup 32-lik, 1 ədədin qiyməti 0,08 manat olan 4000 ədəd 320 manat dəyərində şrup 122 buldeks, 1 ədədin qiyməti 0,45 manat olan 2000 ədəd 900 manat manat dəyərində setqa qapı ağ, 1 ədədin qiyməti 0,50 manat olan 500 ədəd 250 manat dəyərində setqa qapısı rəngli, 1 ədədin qiyməti 0,50 manat olan 200 ədəd 100 manat dəyərində setqa qapısı rəngli, 1 metrin qiyməti 0,50 manat olan 300 metr uzunluğunda 150 manat dəyərində setqa qapısı rəngli, 1 metrin qiyməti 0,12 manat olan 5010 metr uzunluğunda 601,2 manat dəyərində cita 12-lik, 1 dəstin qiyməti 10 manat olan 10 dəst 100 manat dəyərində turk 3 kq, 1 dəstin qiyməti 95 manat olan 10 dəst 950 manat dəyərində turk 30 kq, 1 ədədin qiyməti 0,65 manat olan 6000 ədəd 3900 manat dəyərində qapı petləsi ağ, 1 ədədin qiyməti 0,70 manat olan 2850 ədəd 1995 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,50 manat olan 8000 ədəd 4000 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,54 manat olan 3600 ədəd 1944 manat dəyərində pəncərə petləsi rəngli, 1 ədədin qiyməti 0,70 manat olan 1500 ədəd 1050 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,70 manat olan 750 ədəd 525 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,54 manat olan 400 ədəd 216 manat dəyərində pəncərə petləsi rəngli, 1 ədədin qiyməti 0,54 manat olan 1200 ədəd 648 manat dəyərində pəncərə petləsi rəngli, 1 ədədin qiyməti 0,90 manat olan 1000 ədəd 900 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 1 manat olan 400 ədəd 400 manat dəyərində pəncərə qolu dəmirli rəngli, 1 ədədin qiyməti 1 manat olan 500 ədəd 500 manat dəyərində pəncərə qolu dəmirli rəngli, 1 ədədin qiyməti 0,38 manat olan 6000 ədəd 2280 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 0,42 manat olan 1000 ədəd 420 manat dəyərində pəncərə qolu plastik rəngli, 1 ədədin qiyməti 0,42 manat olan 800 ədəd 336 manat dəyərində pəncərə qolu plastik rəngli, 1 ədədin qiyməti 3,25 manat olan 400 ədəd 1300 manat dəyərində qapı qolu adi yaylı ağ, 1 ədədin qiyməti 3,50 manat olan 200 ədəd 700 manat dəyərində qapı qolu adi yaylı rəngi, 1 ədədin qiyməti 3,50 manat olan 80 ədəd 280 manat dəyərində qapı qolu PVC yaylı rəngi, 1 ədədin qiyməti 3,50 manat olan 400 ədəd 1400 manat dəyərində qapı qolu ws yaylı ağ, 1 ədədin qiyməti 3,75 manat olan 200 ədəd 750 manat dəyərində qapı qolu vc yaylı rəngli, 1 ədədin qiyməti 3,75 manat olan 200 ədəd 750 manat dəyərində qapı qolu vs yaylı rəngində, 1 ədədin qiyməti 2,40 manat olan 400 ədəd 960 manat dəyərində kilid vs, 1 ədədin qiyməti 0,42 manat olan 999 ədəd 419,60 manat dəyərində qapı qarşılığı uzun, 1 ədədin qiyməti 0,35 manat olan 600 ədəd 210 manat dəyərində qapı qarşılığı qısa, 1 ədədin qiyməti 2,05 manat olan 100 ədəd 205 manat dəyərində bareladi, 1 ədədin qiyməti 2,20 manat olan 100 ədəd 220 manat dəyərində barel wc, 1 dəstin qiyməti 10,05 manat olan 500 dəst 5250 manat dəyərində cift endov 700-1200, 1 dəstin qiyməti 11,2 manat olan 200 dəst 2240 manat dəyərində vift endof 900-1400, 1 dəstin qiyməti 12 manat olan 100 dəst 1200 manat dəyərində cift endov 1200-1700, 1 dəstin qiyməti 13,5 manat olan 50 dəst 675 manat dəyərində cift endov 1700-2200, 1 ədədin qiyməti 0,79 manat olan 500 ədəd 395 manat dəyərində ispolnyet 30, 1 ədədin qiyməti 0,89 manat olan 400 ədəd 356 manat dəyərində isponyer 40, 1 ədədin qiyməti 1,05 manat olan 200 ədəd 210 manat dəyərində İsponlyer 60, 1 ədədin qiyməti 1,29 manat olan 1000 ədəd 1290 manat dəyərində isponlyet 80, 1 ədədin qiyməti 1,49 manat olan 200 ədəd 298 manat dəyərində İsponliyet 100, 1 ədədin qiyməti 1,95 manat olan 100 ədəd 195 manat dəyərində isponlyet 140, 1 ədədin qiyməti 2,20 manat olan 60 ədəd 132 manat dəyərində İsponlyet 160, 1 ədədin qiyməti 2,50 manat olan 60 ədəd 150 manat dəyərində isponlyet 180, 1 ədədin qiyməti 4,55 manat olan 100 ədəd 455 manat dəyərində qapı isponlyeti 160, 1 ədədin qiyməti 4,75 manat olan 300 ədəd 1425 manat dəyərində qapı isponlyeti 180, 1 ədədin qiyməti 4,75 manat olan 100 ədəd 475 manat dəyərində qapı isponlyeti 200, 1 ədədin qiyməti 0,09 manat olan 9000 ədəd 810 manat dəyərində zamak ayna qarşlığı, 1 ədədin qiyməti 0,09 manat olan 3000 ədəd 270 manat dəyərində zamak ayna qarşlığı, 1 ədədin qiyməti 0,33 manat olan 600 ədəd 198 manat cik cik ağ, 1 metrin qiyməti 3,45 manat olan 2268 metr 198 manat dəyərində kasa profil ağ Q, 1 metrin qiyməti 3,45 manat olan 1260 metr 4347 manat dəyərində orta kayıt profili ağ T, 1 metrin qiyməti 3,45 manat olan 1620 metr 5589 manat dəyərində kanat profili ağ Z, 1 metrin qiyməti 5,20 manat olan 600 metr 3120 manat dəyərində qapı kanatı Z 80, 1 metrin qiyməti 1,05 manat olan 7560 metr 7938 manat dəyərində stabik cut cam ağ, 1 metrin qiyməti 1,25 manat olan 1440 metr 1800 manat dəyərində stabik tek cam ağ, 1 metrin qiyməti 5,40 manat olan 2592 metr 13997 manat dəyərində kasa profil rəngli Q, 1 metrin qiyməti 5,40 manat olan 1440 metr 7776 manat dəyərində orta kayıt profili rəngli T, 1 metrin qiyməti 5,40 manat olan 1692 metr 9137 manat dəyərində kanal profili rəngli Z, 1 metrin qiyməti 7,65 manat olan 552 metr 4223 manat dəyərində kapı kanatı Z 80 rəngli, 1 metrin qiyməti 1,90 manat olan 1800 metr 3420 manat dəyərində stabik tek cam rəngli, 1 ədədin qiyməti 0,30 manat olan 400 ədəd 120 manat dəyərində makas oqranicitel rəngli, 1 metrin qiyməti 2,85 manat olan 1668 metr 4754 manat dəyərində kasa profili Texnolayn Q ağ, 1 metrin qiyməti 2,85 manat olan 712 metr 2029 manat dəyərində orta kayıt profili T, 1 metrin qiyməti qiyməti 2,85 manat olan 712 metr 2029 manat dəyərində orta kayıt profili T Texnolayn ağ, 1 metrin qiyməti 2,85 manat olan 1000 metr 2850 manat dəyərində kanat profili Z Texnolayn ağ, 1 metrin qiyməti 4,10 manat olan 388 metr 1591 manat dəyərində kapı kanatı Z 80 Texnoline ağ, 1 metrin qiyməti 0,85 manat olan 2650 metr 2253 manat dəyərində stabik cut cam Texnoline ağ, 1 metrin qiyməti 4,55 manat olan 560 metr 2548 manat dəyərində kasa profili Texnoline Q rəngli, 1 metrin qiyməti 4,55 manat olan 252 metr 1147 manat dəyərində orta kayıt Tenoline T rəngli, 1 metrin qiyməti 4,55 manat olan 380 metr 1729 manat dəyərində kanat profili Texnoline Z rəngli, 1 metrin qiyməti 6,10 manat olan 106 metr 646,60 manat dəyərində kapı kanatı Z 80 Texnoline rəngli, 1 metrin qiyməti 1,50 manat olan 950 metr 1425 manat dəyərində stabik cut cam Texnoline rəngli, 1 metrin qiyməti 1,60 manat olan 324 metr 518,40 manat dəyərində stabik tek cam Texnoline rəngli, ümumi dəyəri 259739,80 manat olan 114 adda malların çıxarılması, həmin malların çıxarılması mümkün olmadıqda onların dəyəri 259739,80 pul vəsaitinin, həmin xam mal və materialların satışa cıxarılmasında qəsdən maneə törədərək ləngitmə nəticəsində dəymiş 10000 manat maddi zərərin, 400 manat mediasiya xərcinin, 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 ilə 2021-ci il tarixdən məhkəmə mübahisələri olmuşdur. Belə ki, X1 Kommersiya Məhkəməsinə müraciət edərək Şeyxzamanov küçəsi 10 A-da yeləşən cavabdeh İddiaçı MMC-dən 249242,85 manat dəyərində xammal və materialın, 7000 manat dəyərində arka aparatının, cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində vəkilə ödənilən 3350 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-178/2021-ci il tarixli qətnaməsi üzrə iddia qismən təmin edlimiş, Gəncə şəhəri M.Şeyxzamanov kücəsi 10 A ünvanında yerləşən qeyri yaşayış sahəsində olan 249242,85 manat dəyərində xammal, materiallar 7000 manat dəyərində 1 ədəd arka aparatı, bu mümkün olmadıqda xammal və materialın avadanlığın dəyəri, vəkilə ödənilmiş 3350 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMCdən alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Göstərilən məhkəmə qətnaməsindən narazı qaldıqları üçün tərəflərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir və Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2-2(104)-204/2021ci il tarixli qətnaməsi əsasında Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(115)-178/2021-ci il tarixli qətnaməsi ləgv edilmiş, apellyasiya şikayəti qismən təmin edilərək və 249242,85 manat dəyərində xammal və materiallar İddiaçı MMC-nin sahibliyində qalmış, 7000 manat dəyərində isə arka aparatının Cavabdeh2 verilməsi barədə qətnamə cıxarılmışdır. Qətnamədən narazı qalan X5 Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən məhkəmələrin qətnamələrinin olmasına baxmayaraq həmin siyahıda olan malları fiziki olaraq Gəncə şəhəri Şeyxzamanov küçəsində yerləşən İddiaçı MMC-nin anbarından götürə bilmirlər. Belə ki, hər dəfə malların oradan cıxarılmasını təşkil etdikdə Cavabdeh2 və atası Cavabdeh1 onlara maneə törətmişlər, polisə müraciət etsələr də oradan 7 aydır ki, mallarını çıxara bilmirlər. Əlavə olaraq malların orada qalması onların satışını həyata keçirməklərini qeyri mümkün etmiş, nəticədə şirkətə 10000 manat məbləgində maddi ziyan vurmuşdur. İddiaçı "xxxx" MMC iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əmlakın qanunsuz sahiblikdən geri alınması, əmlakların çıxarılması mümkün olmadığı təqdirdə onların dəyəri olan 249242,85 manat pul vəsaitinin alınması və dəymiş zərərin ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kasa Q adlı 900 metr dəyəri 2610 manat, orta kayıt adlı 1800 metr dəyəri 5184 manat, pəncərə kanat adlı 900 metr dəyəri 2097 manat, cam citası adlı 711 metr 661,23 manat, qapı profili adlı 600 metr dəyəri 2160 manat, qapı paneli adlı 360 metr dəyəri 6321,60 manat, pəncərə altı 20 sm adlı 726 metr dəyəri 2032,8 manat, pəncərə altı 25 sm adlı 600 metr dəyəri 2082 manat, pəncərə altı 30 sm adlı 300 metr dəyəri 2151 manat, pəncərə altı 40 sm adlı 186 metr dəyəri 1024,49 manat, dəmir içlik üçün 1.2x1000 mm adlı dəyəri 10973 manat olan malların qaytarılması, malların qaytarılması mümkün olmadıqda onların dəyəri olan 40973,46 manat pulun alınması, əldən çıxmış fayda olaraq 18000 manat vəsaitin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin sonunda cavabdeh "xxxx" MMC-yə qarşı xammal, material, avadanlıq və pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddianın təmin tədbiri ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən obyekdə ona məxsus olan xammal, material və avadanlıqların siyahıya alınaraq üzərinə həbs qoyulması, obyekdən istifadənin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən obyekdən istifadə etmək cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddia ərizəsində olan əmlakların siyahıya alınaraq üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardad Gəncə şəhəri İcra idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icra edilmiş, anbarda olan cəmi 51 adda mal-material müəyyən edilmiş, həmin əmlakların üzərinə həbs qoyulmuş və "xxxx" MMC-nin direktoru X12 təhvil verilmişdir. Qeyd olunan qərardadın icrası başa çatdıqdan sonra o, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq 30000,46 manat məbləğində və xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq 10973 manat, 40973 manat məbləğində malmaterial almışdır. Həmin mallar ünvan 1 ünvanında yerləşən faktiki onun istifadəsində olan hissəyə yığılmışıdr. Cavabdehlə aralarında olan məhkəmə mübahisələri uzun müdətdir ki, davam edir. Bu müddət ərzində cavabdeh müəssisə tərəfindən anbara yerləşdirdiyi malların ordan çıxarılması və satılması qadağan edilmişdir. Ona məxsus malların çıxarılmasına cavabdeh tərəfindən yaradılan maneə qanunsuzdur. Bu hərəkətləri nəticəsində cavabdeh ona 10000 manat ziyan vurmuşdur. Həmçinin məhkəmə qətnamələri ilə cavabdeh 7000 manat dəyərində 1 ədəd arka aparatı verməlidir. Lakin xx.xx.2020-ci il tarixdən cavabdeh həmin avadanlığı ona qaytarmamışıdr. Cavabdeh həmin avadanlığı vaxtında ona qaytarsaydı həmin avadanlıqdan istifadə edər və 8000 manat gəlir əldə edə bilərdi. İddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək cavabdeh "xxxx" MMC-dən qarşılıqlı iddia ərizəsində göstərilən əmlaklarla yanaşı 2.1x0.90 sm ölçüdə hər birinin qiyməti 85 manat, cəmi 68 ədəd qapının və yaxud onun dəyəri olan 5780 manat pulun alınaraq ona verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin direktoru X15 ilkin iddia ərizəni müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə ünvan 3 ünvanında yerləşən anbarda Cavabdeh2 aid hər hansı malın olmaması öz təsdiqini tapmışdır. Həmin ünvanda olan malların hamısı "xxxx" MMC-yə məxsusdur. Bu qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilir. Həmin anbar olan bina X8 və Cavabdeh2 mülkiyyətindədir. X16 "xxxx" MMC-nin təsisçilərindən birinin atasıdır. "xxxx" MMC icarə müqaviləsi əsasında həmin ünvanda fəaliyyət göstərmişdir. Hazırda həmin müqavilənin müddəti bitmişdir. Anbara icarə müqaviləsi əsasında faktiki sahibliyi əvvəllər onlar həyata keçirsə də 2020-ci ilin noyabr ayından həmin anbara faktiki sahibliyi həyata keçirməmişdir, hazırda isə anbara faktiki sahibliyi X16 və Cavabdeh2 həyata keçirir. Həmin ünvanda yalnız onların nəzarətçisi vardır ki, mallarının ordan götürülməməsinə, oğurlanmamasına nəzarət edir. Məhkəmə qərardadı ilə təxminən 60000 manatlıq malın üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş və icra məmurunun siyahıya alıb ona təhvil verdiyi mallar M.Şeyxzamanov küçəsi 10 A ünvanında yerləşən anbardadır. Cavabdeh2 sonradan heç bir mal alıb həmin anbara yığmamışdır. Anbarda Cavabdeh2 heç bir malı yoxdur. Sonradan isə mallar üzərindən həbs götürülmüşdür. Malların hamısının həmin anbarda olmasına, onlar həmin ünvandan mallarını götürmək istəmələrinə baxmayaraq Cavabdeh2 buna imkan verməmişdir. Ancaq malların qarşı tərəfin götürüb-götürmədiyini dəqiq bilmir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X23 ilkin iddia ərizəni müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, qanuni qüvvəyə minmiş qətnamələrlə malların onlara məxsus olması öz təsdiqini tapsa da, onlar malları götürə bilmir, çünki malların yerləşdiyi ünvan iddiaçının hüquqi ünvanı olsa da hüquqi şəxs orada yerləşmir. Belə ki, hüquqi ünvan həmin ünvan olsa da mübahisə yarandığı vaxtdan həmin ünvandan faktiki olaraq köçmüşlər, orada fəaliyyət göstərmirlər. Əmlak hazırda Cavabdeh2 nəzarətindədir. Mallarını oradan götürmələrinə maneə olurlar. Bununla bağlı polis orqanına müraciət ediblər, lakin bir nəticə əldə etməmişlər. Anbara hər iki tərəfin mühafizəçisi nəzarət edir. Əvvəllər anbarda olan malların üzərinə həbs qoyulsa da hazırda həmin həbs götürülmüşdür. Həmçinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 edənin sualına cavab olaraq göstərdi ki, səhvən iddia ərizəsində 108 əvəzinə 114 adda mal olduğu yazılmışdır. Onlar iddia ərizəsində qarşı tərəfdən tələb olunan məbləği qarşı tərəfin ilk dəfə məhkəməyə müraciəti zamanı iddia ərizəsində qeyd etdiyi məbləğə uyğun yazmışdır. Belə ki, Cavabdeh2 onlardan tələb etdiyi malları və məbləği onlara qarşı qaldırılmış iddia ərizəsindən götürüb yazıblar. Malların qiyməti isə alış sənədi ilə müəyyən olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, tələb etdiyi mallar qarşı tərəfin tələb etdiyi mallarla eyni deyildir, onun tələb etdiyi 40973 manatlıq maldır ki, həmin malları təzə almış və həmin anbara yığmışdır. İlkin iddiaçı həmin binada öz mallarına özləri nəzarəti həyata keçirirlər. Hal-hazırda həmin anbara heç kəs sahibliyi həyata keçirə bilmir, çünki hər ikisinin orada nəzarətçisi var, heç kəs mallarını çıxara bilmir. İlkin iddiaçı da ona mallarını ordan çıxarmağa imkan vermir. Həmçinin 2022-ci ildə polisin iştirakı ilə anbardan 22 ədəd qapı götürmüşdür, hansiki həmin qapıları o 2020-ci ildə həmin anbara yığmışdır. Qarşı tərəf bu barədə polisə müraciət etmiş, anbarda 90 ədəd qapı olduğunu bildirilmiş, 22 ədədinin onun tərəfindən götürüldüyü göstərilmişdir. Lakin polis orqanı mübahisənin mülki mübahisə olduğu üçün qarşı tərəfin məhkəməyə müraciət etmələri barədə qərar qəbul etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 sədrlik edənin sualına cavab olaraq göstərdi ki, o ilk dəfə iddia qalırarkən iddia ərizəsində qeyd etdiyi malların məbləğini malların alış qaimlərinə əsasən hesablamışdır. İcra məmuru üzərinə həbs qoyulmuş əmlakı siyahıya alarkən onun qaldırdığı iddia ərizəsinə əsasən malların anbarda olmalı olduğunu qeyd etmiş, lakin akt tərtib edilərkən anbarda hansı malları aşkar etmişdirsə onu siyahıya almışdır. Digər Cavabdeh1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələblərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin direktoru X7 və ilkin iddia üzrə Cavabdeh2 iştirakları ilə iş üzrə ünvan 4 ünvanda yerləşən anbara yerli baxış keçirilmiş, yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən, iddia ərizələrində qeyd edilən malların olduğu anbar dəmir hasarlı ərazinin içərisindədir. Həmin ərazidə birmərtəbəli anbardan başqa digər birmərtəbəli binalar var. Anbarın qarşısında (girişdə) olan binada İddiaçı tərəfindən nəzarətçi kimi təyin edilmiş X17 xidmət aparır və o ümumilikdə dəmir hasarla əhatə olunmuş əmlaka nəzarət edir. Baxış zamanı anbarın qapısı açıq idi. Hər iki tərəfin bildirdiyinə görə anbarın qapısı daimi olaraq açıq qalır, heç kim tərəfindən bağlanmır. Həmin ərazidə binalara və anbara Cavabdeh2 tərəfindən mühafizəçi kimi təyin edilmiş X9 da nəzarət edir. Anbarın içərisində müxtəlif tikinti materialları olduğu müəyyən edildi. İddiaçı direktoru X15 icra məmuru tərəfindən siyahıya alınaraq ona təhvil verilmiş 51 adda materialın anbarda olduğunu bildirdi. Cavabdeh2 da sonradan aldığı, yəni qarşılıqlı iddia ərizəsində göstərdiyi materialların onun tərəfindən alınaraq anbarda digər materiallarıla birlikdə qarışıq yığıldığını bildirdi. Həmçinin istər anbarda, istərsə də X17 xidmət apardığı binada qarşılıqlı iddia ərizəsində tələb edilən qapının olması müəyyən olunmadı. Cavabdeh2 qapıları qarşı tərəfin apardığını bildirdi. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(115)-178/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvaında yerləşən qeyriyaşayış sahəsində olan 249242,85 manat dəyərində xammal, material və 1 ədəd arka aparatının (avadanlığının), bu mümkün olmadıqda xammal və materialın, avadanlığın 7000 manat tam dəyərinin, vəkilə ödədiyi 3350 manatın, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə və cavabdeh və digər şəxslər tərəfindən mülkiyyətindən sərbəst istifadəsinə yaratdığı maneənin aradan qaldırıılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan 249242,85 manat dəyərində xammal, material və 7000 manat dəyərində 1 ədəd arka aparatının (avadanlığının), bu mümkün olmadıqda xammal və materialın, avadanlığın dəyərinin, vəkilə ödənilmiş 3350 manatın, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və mülkiyyətindən istifadəyə manelərin aradan qaldırılması qət eidlmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2- 2(104)-204/2021 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-178/2021 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan 7000 manat dəyərində 1 ədəd arka aparatının (avadanlığının), bu mümkün olmadıqda avadalığın dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi 249242,85 manat dəyərində xammal və materialların cavabdehdən alınıb ona verilməsi hissəsində əsassızıdr, ona görə də iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, "xxxx" MMC-nin ünvan 6 ünvanında fəaliyyət göstərməsi, MMC tərəfindən mal-material alınması və satılmasına dair qaimə-fakturalar, gömrük bəyannamələri və vergi bəyannamələri, əmək müqavilələri ilə təsdiq olunduğu halda iddiaçı həmin ünvanda faktiki fəaliyyət göstərdiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Həmçinin iddia tələbinin cavabdeh və digər şəxslər tərəfindən mülkiyyətindən sərbəst istifadəsinə yaratdığı maneənin aradan qaldırılmasına dair hissədə də təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-420/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(104)-204/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh2 verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin direktoru X15, hüquqşünası X23, Gəncə şəhəri 2-ci polis şöbəsinin tabeliyində olan 4 saylı ərazinin sahə rəisi polis leytenantı X19 aktı həqiqətən xx.xx.2022-ci il tarixdə saat 10:40-da Gəncə şəhəri Şeyxzamanov 10 A ünvanında yerləşən "xxxx" MMC-nin anbarından plastik pəncərə və qapı materiallarının çıxarılmasına cəhd etdikləri, Cavabdeh2 və Cavabdeh1 onlara maneə törətdiklərini təsdiq etmək üçün tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 121/21 nömrəli müqavilə və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, Satıcı Alıcıya 10973 manat dəyərində 1.2x1000 mm dəmir içlik üçün material satmışdır. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, Satıcı Alıcıya ümumi dəyəri 30000,46 manat olan 10 adda mal satmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X20, Cavabdeh2, X7, hal şahidləri X3 və X6 iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(104)-70/2021 saylı icra sənədinin icrası ilə bağlı ünvan 6 ünvanında olmuş, icra vərəqəsində göstərilən mallardan bəzilərinin yerində olduğunu, yerdə qalan əmlakların isə natamam olduğu müəyyən edilmiş, icra məmuru tərəfindən 51 adda, ölçüsü (miqdarı, uzunluğu) qeyd eidlməklə əmlak siyahıya alınmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah edilməklə “Azvinil" MMC-nin direktoru X12 təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia üzrə iddiaçı “Azvinil" MMC məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin anbarında olan ümumi dəyəri 249242,85 manat 114 adda malların qanunsuz sahiblikdən geri alınması, həmin malların çıxarılması mümkün olmadığda onların dəyərinin, həmçinin ona dəymiş 10000 manat maddi zərərin cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırkı iş üzrə ilkin iddia üzrə Cavabdeh2 hazırkı ilkin iddia üzrə iddiaçı “Azvinil" MMC-yə qarşı məhkəmədə iddia qaldırmış, ünvan 6 ünvaında yerləşən qeyri-yaşayış sahəsində olan 249242,85 manat dəyərində xammal, material və 1 ədəd arka aparatının (avadanlığının), bu mümkün olmadıqda dəyərinin, vəkilə ödədiyi 3350 manatın, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə və cavabdeh və digər şəxslər tərəfindən mülkiyyətindən sərbəst istifadəsinə yaratdığı maneənin aradan qaldırıılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-178/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan 249242,85 manat dəyərində xammal, material və 7000 manat dəyərində 1 ədəd arka aparatının (avadanlığının), bu mümkün olmadıqda xammal və materialın, avadanlığın dəyərinin, vəkilə ödənilmiş 3350 manatın, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və mülkiyyətindən istifadəyə manelərin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2-2(104)-204/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-178/2021 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan 7000 manat dəyərində 1 ədəd arka aparatının (avadanlığının), bu mümkün olmadıqda avadanlığın dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(104)-204/2021 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)- 420/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. Həmin mübahisəyə apellyasiya icraatı zamanı baxılarkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 249242,85 manat dəyərində xammal və materiallar tələb etsə də "xxxx" MMCnin ünvan 6 ünvanında fəaliyyət göstərməsi, MMC tərəfindən mal-material alınması və satılmasına dair qaimə-fakturalar, gömrük bəyannamələri və vergi bəyannamələri, əmək müqavilələri ilə təsdiq olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC ona məxsus olan əşyaların anbardan götürülməsinə cəhd etmiş, lakin ona maneə törətdiklərindən əşyaların cavabdehlərin qanunsuz sahibliyindən alınıb onlara verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı "xxxx" MMC iddia ərizəsində qanunsuz sahiblikdən tələb etdiyi əşyaların adı, sayı və dəyəri ilə bağlı məlumatları əks etdirmiş, həmin əşyaların 114 adda və 249242,85 manat dəyərində olduğunu göstərsə də iddia ərizəsində qeyd edilmiş əşyalar 108 adda və 195767,8 manat məbləğindədir. Əşyaların sayında və məbləğlərində olan fərqlə bağlı ilkin iddiaçının nümayəndəsi isə fikrini iddia ərizəsində texniki səhv kimi göstərildiyi ilə əsaslandırmışdır. Bundan başqa iddia ərizəsində sadalanan əşyaların qiyməti əvvəllər Cavabdeh2 iddia ərizəsində göstərilən qiymətlər olduğundan həm ilkin iddia üzrə iddiaçı, həm də ilkin iddia üzrə cavabdeh iddia ərizəsində göstərilmiş əşyaların qiymətini mübahisələndirməmiş, hər iki tərəf həmin əşyaların qiymətinin alınma qaimə-fakturalara əsasən hesablandığını izahatlarında bildirmişlər. Tərəflər arasında əvvəllər gedən məhkəmə icraatları zamanı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(104)-70/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən tərəflərin və hal şahidlərini iştirakı ilə akt tərtib edilmiş ünvan 6 ünvanında 51 adda, ölçüsü (miqdarı, uzunluğu) qeyd edilməklə əmlak siyahıya alınmış və “Azvinil" MMC-nin direktoru X12 təhvil verilmişdir. Həmin akta nəzər saldıqda isə görünür ki, icra məmuru iddia ərizəsi ilə ünvanda olan əşyaları qarşılaşdırmış, ümumiyyətlə 5 adda əşyanın olmadığını, 46 adda əşyanın tam və ya qismən olmasını qeyd etmişdir. Məhkəmə işdə olan sübutlara, tərəflərin izahatlarına, yerində baxış protokoluna və icra məmuru tərəfindən tərtib edilmiş akta əsasən hesab edir ki, ünvan 3 ünvanında yerləşən anbarda 44 adda 63368,35 manat məbləğində əşyaların olması öz təsdiqini tapır. ünvan 3 ünvanında yerləşən anbarda saxlanılan ümumilikdə 44 adda 63368,35 manat məbləğində əşyalar "xxxx" MMC-yə məxsusdur və həmin əşyalara cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahiblik edir. Qeyd edilən ünvanda qeyd edilən saydan daha artıq sayda və məbləğdə əşyanın olması isə iş materialları ilə təsdiqini tapmır. İddia tələbində göstərilən sayda və məbləğdə əşyaların ilkin iddia üzrə iddiaçı tərəfindən alınaraq ünvan 3 ünvanında yerləşən anbara yığılması və həmin əşyalara da cavabdehlərin qanunsuz sahiblik etməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı ona dəymiş ziyanı tələb etsə də iddia tələbinin bu dəlili ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə ilkin iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ünvan 8 ünvanında yerləşən anbarda saxlanılan "xxxx" MMC-yə məxsus 44 adda 63368,35 manat məbləğində əşyalar, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyəri olan 63368,35 manat pul ilkin iddia üzrə cavabdehlərdən alınaraq ilkin iddia üzrə iddiaçıya verilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 cavabdeh "xxxx" MMCyə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 11 adda 40973,46 manat dəyərində malların qaytarılması, mümkün olmadıqda onların dəyəri olan pulun alınması, əldən çıxmış fayda olaraq 18000 manat vəsaitin alınmasını, sonradan iddia tələbinin həcmini artıraraq, iddia ərizəsində göstərilən əmlaklarla yanaşı 1 adda 5780 manat dəyərində əşyanın, olmadığı təqdirdə pulun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə xüsusilə qeyd edir ki, iddia ərizəsində ilk əvvəl iddiaçı tərəfindən 11 adda 40973,46 manat dəyərində əşya tələb edilsə də iddiada göstərdiyi məbləğlər 37297,12 manat təşkil edir. Yəni iddiaçı 12 adda 46753,46 manat məbləğində əşyaları cavabdehdən tələb edir ki, həmin sayda iddiaçının göstərdiyi məbləğlər 43077,12 manat təşkil edir. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı qeyd etdiyi əşyaların tərəfindən alınması ilə bağlı məhkəməyə sübut təqdim etsə də həmin əşyaların məhz ünvan 8 ünvanında yerləşən anbarda "xxxx" MMC-yə məxsus əşyalarla birlikdə və ya qarışıq və yaxud ayrı yığılması, habelə əşyaların da sonuncunun qanunsuz sahibliyində olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, məhkəmə yerində baxış keçirərkən qarşılıqlı iddia üzrə iddiaçı tələbində göstərdiyi malların anbarda digər mallarla qarışıq yığılmasını bildirsə də məhkəmə onun izahatını inandırıcı hesab etmir. Həmçinin tələb olunan qapıların da nə anbarda, nə də ki, qarşılıqlı iddia üzrə iddiaçının göstərdiyi yerdə olmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzlərdən görünür ki, "xxxx" MMC iddia ərizəsinin verilməsinə görə 150 manat məbləğində pul ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci və 150 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 130 manat 10 qəpik dövlət rüsumu ilkin iddia üzrə cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 8 ünvanında yerləşən anbarda saxlanılan İddiaçınə məxsus 1 metrin qiyməti 3,6 manat olan 186 metr uzunluğunda 669,6 manat dəyərində 70 mm 5 odacıqlı pəncərə kanat Z endorpen ağ, 1 metrin qiyməti 3,6 manat olan 210 metr uzunluğunda 756 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt T enderpen ağ, 1 metrin qiyməti 5,3 manat olan 144 metr uzunluğunda 763,2 manat dəyərində 70 mm 5 odacıqlı qapı kanat profili Z Enderpen, 1 metrin qiyməti 4,6 manat olan 594 metr uzunluğunda 2732,4 manat dəyərində 70 mm 5 odacıqlı kasa profili rengi Q Enderpen, 1 metrin qiyməti 5 manat olan 354 metr uzunluğunda 1770 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt rəngi T Enderpen, 1 metrin qiyməti 1,15 manat olan 1770 metr uzunluğda 2035,5 manat dəyərində PVC profil rəngli 70 mm cüt ştapik Enderpen, 1 kv.m qiyməti 14,50 manat olan 287 kv.m 4161,5 manat dəyərində PVC sendviç panel rəngli, 1 metrin qiyməti 10,4 manat olan 42 metr uzunluğunda 436,8 manat dəyərində pəncərə altı (60), 1 metrin qiyməti 0,90 manat olan 420 metr uzunluğunda 378 manat dəyərində lambirin, 1 metrin qiyməti 3,80 manat olan 66 metr uzunluğunda 250,8 manat dəyərində boru PVC 50 mm ag, 1 metrin qiyməti 1,90 manat olan 6 metr uzunluğunda 11,4 manat dəyərində adaptor ağ, 1 metrin qiyməti 3,80 manat olan 252 metr uzunluğunda 957,6 manat dəyərində boru PVC 50 mm rəngli, 1 metrin qiyməti 6,56 manat olan 312 metr uzunluğunda 2046,72 manat dəyərində adaptor rəngli, 1 ədədin qiyməti 0,90 manat olan 111 ədəd 99,9 manat dəyərində qapı şpinqaleti düz, 1 qutusunun qiyməti 3,60 manat olan 131 qutu 471,6 manat dəyərində şrup 22lik, 1 qutusunun qiyməti 4,40 manat olan 107 qutu 470,8 manat dəyərində şrup 32-lik, 1 ədədin qiyməti 0,08 manat olan 1900 ədəd 152 manat dəyərində şrup 122 buldeks, 1 ədədin qiyməti 0,45 manat olan 750 ədəd 337,5 manat dəyərində setqa qapı ag, 1 ədədin qiyməti 0,50 manat olan 630 ədəd 315 manat dəyərində setqa qapısı rəngli, 1 ədədin qiyməti 0,65 manat olan 3603 ədəd 2341,95 manat dəyərində qapı petləsi ağ, 1 ədədin qiyməti 0,70 manat olan 4460 ədəd 3122 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,54 manat olan 2460 ədəd 1328,4 manat dəyərində pəncərə petləsi rəngli, 1 ədədin qiyməti 3,50 manat olan 200 ədəd 700 manat dəyərində qapı qolu adi yaylı rəngli, 1 ədədin qiyməti 0,90 manat olan 16 ədəd 14,4 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 1 manat olmaqla 445 ədəd 445 manat dəyərində pəncərə qolu dəmirli rəngli, 1 ədədinin qiyməti 0,38 manat olan 6000 ədəd 2280 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 3,25 manat olan 81 ədəd 263,25 manat dəyərində qapı qolu adi yaylı ağ, 1 ədədin qiyməti 3,50 manat olan 285 ədəd 997,5 manat dəyərində qapı qolu ws yaylı ağ, 1 dəstin qiyməti 10,05 manat olan 194 dəst 1949,7 manat dəyərində cift endov 700-1200, 1 dəstin qiyməti 11,2 manat olan 24 dəst 268,8 manat dəyərində vift endof 900-1400, 1 dəstin qiyməti 12 manat olan 75 dəst 900 manat dəyərində cift endov 1200-1700, 1 dəstin qiyməti 13,5 manat olan 1 dəst 13,5 manat dəyərində cift endov 1700-2200, 1 ədədin qiyməti 0,79 manat olan 148 ədəd 116,92 manat dəyərində ispolnyet 30, 1 ədədin qiyməti 0,89 manat olan 30 ədəd 26,7 manat dəyərində isponyer 40, 1 ədədin qiyməti 1,05 manat olan 93 ədəd 97,65 manat dəyərində isponlyer 60, 1 ədədin qiyməti 1.29 manat olan 204 ədəd 263,16 manat dəyərində isponlyet 80, 1 ədədin qiyməti 2,50 manat olan 24 ədəd 60 manat dəyərində isponlyet 180, 1 ədədin qiyməti 4,75 manat olan 18 ədəd 85,5 manat dəyərində qapı isponlyeti 180, 1 ədədin qiyməti 4,75 manat olan 48 ədəd 228 manat dəyərində qapı isponlyeti 200, 1 metrin qiyməti 1,05 manat olan 3060 metr 3213 manat dəyərində stabik cut cam ağ, 1 metrin qiyməti 5,40 manat olan 1940 metr 10476 manat dəyərində kasa profil rəngli Q, 1 metrin qiyməti 5,40 manat olan 1332 metr 7192,8 manat dəyərində orta kayıt profili rəngli T, 1 metrin qiyməti 5,40 manat olan 1008 metr 5443,2 manat dəyərində kayıt profili rəngli Z, 1 metrin qiyməti 1,90 manat olan 1434 metr 2724,6 manat dəyərində stabik tek cam rəngli, ümumilikdə 44 (qırx dörd) adda 63368 (altmış üç min üç yüz altmış səkkiz) manat 35 (otuz beş) qəpik məbləğində əşyalar, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyəri olan 63368 (altmış üç min üç yüz altmış səkkiz) manat 35 (otuz beş) qəpik pul, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 150 (bir yüz əlli) manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ilkin iddia üzrə İddiaçınə verilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 130 (bir yüz otuz) manat 10 (on) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İlkin iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-345/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-345/2023
06.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver