Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-35/2023 17.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, borclular Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada borcun məbləği 18.5050.79 USD əsas, faiz borcu üzrə 1696.40 USD olmaqla cəmi 20.202,19 USD, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumlarının,eləcə də, 200 manat məbləğində mediasiya prosesi ilə bağlı ödənişin “Finca Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması, tutmanın borcun təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh3 məxsus ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.1 kv.m, yaşayış sahəsi 54.1 kv m, yardımçı sahəsi, 50 kv m. olan 3 otaqlı bir mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış sahəsinin boşaldılması, həmin fərdi yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan məbləğlərdən borcalanın “Finca Azerbaijan” MMQBKT- ya olan borcunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, **********0332 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri üçün illik 22% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 45000 (qırx beş min) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən hər ay 2335 USD olmaqla borclunun bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 ilə xx.xx.2013-cü il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi üzrə sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin, Cavabdeh4 ilə xx.xx.2013-cü il tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi üzrə sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Eləcə də, Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli, **********0332-688276 saylı Zaminlik müqaviləsi üzrə sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin, xx.xx.2013-cü il tarixli, **********0332 saylı kredit müqaviləsi xx.xx.2015-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 18.505,79 USD müəyyən edilmişdir. Bundan başqa “Finca Azerbaijan” MMQ BKT ilə Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixli, **********0332-**********132 saylı ipoteka müqaviləsinə əsasən ona məxsus ünvan 1 yerləşən 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.1 KVm. yaşayış sahəsi,54.1 kvm. Yardımçı sahəsi, 50 kvm. olan 3 otaqlı bir mərtəbəli fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 03 Dekabr 2021-ci il tarixinə olan maliyyə arayışlarına əsasən borcun məbləği 18.5050.79 USD əsas, faiz borcu üzrə 1696.40 USD olmaqla cəmi 20.202,19 USD təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Baldadas oglu va Cavabdeh4 oglundan müştərək qaydada borcun məbləği 18.505.79 USD asas, faiz borcu üzrə 1696.40 USD, olmaqla, cəmi 20.202,19 USD, ödənilmiş 30 manat məbləğində dövlət rüsumlarının,eləcə də, 200 manat məbləğində mediasiya prosesi ilə bağlı ödənişin “Finca Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması, tutmanın borcun təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cavad küçəsi 31-də yerləşən 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.1 kv.m, yaşayış sahəsi 54.1 kv m, yardımçı sahəsi, 50 kv m. olan 3 otaqlı bir mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış sahəsinin boşaldılması, həmin fərdi yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan məbləğlərdən borcalanın “Finca Azerbaijan” MMQBKT-ya olan borcunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia iddia tələbini müdafiə etdiyini və təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bankla cavabdeh arasında borcun hər ay hissə-hissə ödənilməsi barədə ilkin razılaşma olmuşdur. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul edir və borcun hər ay hissə-hissə ödənilməsi ilə bağlı iddiaçı ilə razılıq əldə olunmuşdur. Cavabdeh4 xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə icaslarında iştirak etmiş və izahat verərək bildirmişdir ki, borcun ödənilməsi ilə bağlı güzəşt olunarsa hissə-hissə ödəniş edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2013-cü il tarixli, **********0332 saylı kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 borcalan Cavabdeh1 45 000 USD məbləğində, illik 22 % olmaqla kredit verməyi, borcalan – Cavabdeh1 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 926711 nömrəli ödəniş cədvəlinə əsasən hər ay 2335 USD olmaqla borclunun bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. xx.xx.2013-cü il tarixli, **********0***-******* saylı, **********0***-******* saylı və **********0332-688276 saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 arasında zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2013-cü il tarixli, **********0332-**********132 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 məxsus olan ünvan 1 yerləşən 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.1 kv.m. yaşayış sahəsi, 54.1 kv.m. yardımçı sahəsi, 50 kvm. olan 3 otaqlı bir mərtəbəli fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 yerləşən 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.1 kv.m. yaşayış sahəsi, 54.1 kv.m. yardımçı sahəsi, 50 kv.m olan 3 otaqlı bir mərtəbəli fərdi yaşayış evi «Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə yüklü edilmişdir. xx.xx.2015-cı il tarixli sazişlə xx.xx.2013-cü il tarixli, **********0332 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc 18.505,79 USD müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2013cü il tarixli, **********0332 saylı kredit müqaviləsi üzrə borcu 18.5050.79 USD əsas, faiz borcu üzrə 1696.40 USD olmaqla cəmi 20.202,19 USD təşkil edir. İş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli, 02-153/22 nömrəli əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 52 000 manat, likvid dəyəri isə 46000 manat kimi qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, **********0332 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 45 000 USD məbləğində kredit verilmişdir, borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 məhkəmədə izahat verərərək iddia tələbini etiraf etməklə borclarını ödəyəcəklərini bildirmişlər. Məhkməmə cavabdehlərin etirafı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin məcəllənin 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 18505.79 (on səkkiz min beş yüz beş dollar yetmiş doqquz sent) ABŞ dolları əsas borc, 1696.40(min altı yüz doxsan altı dollar qırx sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 20202.19 (iyirmi min iki yüz iki dollar on doqquz sent) ABŞ dolları borc, 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 46 000 manat olan Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cavad küçəsi 31-də yerləşən 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.1 kv.m, yaşayış sahəsi 54.1 kv.m, yardımçı sahəsi 50 kv.m olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 18505.79 (on səkkiz min beş yüz beş dollar yetmiş doqquz sent) ABŞ dolları əsas borc, 1696.40 (min altı yüz doxsan altı dollar qırx sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 20202.19 (iyirmi min iki yüz iki dollar on doqquz sent) ABŞ dolları borc, 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 46 000 manat olan Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cavad küçəsi 31-də yerləşən 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.1 kv.m, yaşayış sahəsi 54.1 kv.m, yardımçı sahəsi 50 kv.m olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 193.03 (yüz doxsan üç manat üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB**********08172 2114 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev